Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə65/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   117

Həssaslıq. İnsanın bu infeksiyalara həssaslığı yüksəkdir. Xəstəlikdən sonra tip 
spesifikliyinə  malik  immunitet  yaranır.  Çarpaz  immunitetin  inkişaf  etmə  ehtimalı 
istisna olunmur. 
Epidemik  prosesin  intensivliyi  sporadik  hallar,  lokal  alovlanmalar,  böyük 
epidemiyalar  şəklində  təzahür  edir.  Xəstələnmənin  çoxillik  dinamikasında  qeyri-
müntəzəm  artıb-azalma,  illik  dinamikasında  isə  mövsümilik  (yay,  qış  -  yaz) 
müşahidə olunur. Daha çox uşaqlar və cavan yaşlı şəxslər yoluxurlar. 
Yoluxmada  əsasən  aşağıdakı  risk  amilləri  iştirak  edir:  su  təchizatının 
keyfiyyəti, törədicinin virulentliyi, orqanizmin rezistentliyinin azalması, yaş. 
Patogenez və klinikası. İnkubasiya dövrü - 2-10 gün təşkil edir. Virusun giriş 
qapıları: bağırsağın və yuxarı tənəffüs yollarının selikli qişalarıdır. 
Xəstəlik  klinik  əlamətlərin  polimorfızmi  ilə  fərqlənir.  Ağır,  kəskin  gedişli 
xəstəliklər:  poliomielitəbənzər  xəstəlik,  perikarditlər,  miokar-  ditlər,  meningitlər 
müşahidə edilir. Yüngül, xronik gedişli xəstəliklərə yay qripi, enterovirus diareyası 
aiddir. 
Epidemioloji nəzarət enteroviruslarm dövr edən variantlarının öyrənilməsini, 
alovlanmanın tədqiqini nəzərdə tutur. 
Diaqnostikada  virusoloji,  seroloji  (KBR,  HALR  )  üsullardan  istifadə  olunur. 
Bu  zaman  yadda  saxlamaq  lazımdır  ki,  enteroviruslar  interferensiya  edirlər,  yəni 
poliomielit virusunun vaksin ştammı digər enteroviruslarm dövr etməsini zəiflədir. 
Profilaktika və əksepidemik tədbirlərə aiddir: sanitar - gigiyenik tədbirlər, 
əhalinin  epidemioloji  cəhətdən  təhlükəsiz  su  ilə  təmin  olunması,  təcridetmə, 
dezinfeksiya. 
Spesifik  profilaktik  tədbirləri  işlənməmişdir.  Ona  görə  də,  bağırsaq 
xəstəliklərinin  profilaktikasında  tətbiq  edilən  ümumi  tədbirlərdən  enteroviruslara 
qarşı da istifadə edilir. 
POLİOMİELİT 
Poliomielit  -  onurğa  beyninin  ön  buynuzlarının  zədələnməsi  ilə  xarakterizə 
olunan,  əsasən  uşaqlarda  təsadüf  edilən  kəskin  yoluxucu  xəstəlikdir.  Poliomielit  - 
yunanca, onurğa beyninin boz maddəsinin iltihabı deməkdir. Digər inonimləri: uşaq 
bel iflici, Heyne - Medin xəstəliyidir. 
191 
downloaded from KitabYurdu.org


Poliomieiit  orqanizmin  hərarətlə  gedən  kəskin  virus  xəstəliyidir;  xəstələrdə 
onurğa beyinin boz maddəsində və mərkəzi sinir sisteminin digər şöbələrində iltihabı 
dəyişikliklər meydana çıxır. Bu zaman yuxarı, aşağı ətraflarda və gövdədə süst atrofik 
ifliclər və parezlər baş verir. 
Tarixi.  Qədim  Misir  və  Yunanıstanda  hələ  b.e.ə.  IV  əsrdə  təsadüf  edilirdi. 
1860-cı  ildə  Y.  Heyne  sərbəst  nozoloji  vahid  kimi  təsvir  etmişdir.  1883-cü  ildə  Y. 
Kojevnikov  yoluxucu  olması  barədə  fikirlər,  1887-  ci  ildə  Medin  xəstəliyin 
kontagiozluğu  barədə  fikir  irəli  sürərək  onu  “Epidemik  uşaq  iflici”  adlandırmışdır. 
1909-cu ildə Landşteyner, Poper törədiciləri kəşf etmişlər. 
1953-cü  ildə  Solk  poliomieiit  əleyhinə  öldürülmüş  vaksini,  A.Sebin  isə 
poliomieiit  əleyhinə  diri  vaksini  hazırlamışlar  ki,  bu  da  immunprofilaktikada  böyük 
müvəffəqiyyətlərə səbəb oldu. 
Etiologiysı.  Poliomielitin  törədicisi  poliovirus  -  Polioviruses  25-35  nm 
ölçüsündə kiçik viruslar olub Pikomavirus dəstəsi, enterovirus cinsinə daxildir, onun 3 
müxtəlif tipi məlumdur (I,II,III). Ən çox rast gəlinən I tipdir: iflicli formaya da bu tip 
səbəb olur. Vibrionun mərkəzində infeksion RNT yerləşir, onlar 20%-li efirə 18 saat 
(4°C-də), 1 M maqnezium xlorid məhlulu ilə təsir etdikdən sonra 50°C temperatura 1 
saat ərzində davam gətirir. 
Poliovirus xarici mühit təsirlərinə davamlıdır, nəcizdə, çirkab sulannda, suda, 
süddə,  yağda  və  başqa  gida  məhsullarında  həftələr  və  aylarla  salamat  qalır.  Aşağı 
temperatura yaxşı dözür: 4°C-də 8 il sağ qalır; Ph-ın dəyişməsinə yaxşı davam gətirir; 
süddə  18-20°C  temperaturda  1  ay  sağ  qalır;  suda  4  ay  sağ  qalır;  60°C-dən  yuxarı 
temperaturda  inaktivləşir;  80°C  temperaturda  30  saniyədə  məhv  olur.  Adi 
pasterizasiya  (62°C)  virusu  30  dəqiqə  müddətində,  80°C  temperatur  0,5  dəqiqəyə, 
qaynatma  isə bir  anda  məhv  edir.  Bütün  məlum antibiotiklər  və dərman  preparatları 
polioviruslara təsir etmir, 70%-li spirt, 5%-li lizola davamlıdırlar. Mühitin pH-ı 2,3-
dən  9,4  olduqda  1  gun,  dondurulmuş  vəziyyətdə  illərlə,  +4°C-də  bir  neçə  ay,  otaq 
hərarətində 70 günə qədər, 50%-li qliserin məhlulunda bir ildən çox salamat qalırlar. 
Suyun  xlorlaşdırılması  poliovirusları  inaktivasiya  edir  (suda  üzvi  maddələr  olduqda 
onda  xlorun  miqdarı  artırılmalıdır).  Ultrabənövşəyi  şüalar  virusa  öldürücü  təsir  edir, 
günəş  şüası  altında,  nəcizdə,  milçəklər  üzərində  saatlarla  saxlanılır.  Xlor  tərkibli 
dezinfeksiyaedici maddələr onlara öldürücü təsir göstərir. Fenol, formalin virusa gec 
təsir edir, yüksək qatılıqda üç saat ərzində onlar virusu öldürür. Formalin buxarı 50°C 
hərarətdə yaxşı dezinfeksiyaedici təsir göstərir. 
192 
downloaded from KitabYurdu.org


Patogenez  və  klinikası.  Polioviruslar  üçün  giriş  qapıları  ağız  boşluğunun, 
bağırsağın  selikli  qişalarıdır.  Tədqiqatçıların  əksəriyyətinin  fikrincə,  poliovirus 
orqanizmə  ağız  vasitəsilə  daxil  olur.  1-2  gündən  sonra  daxil  olduğu  yerdə  boğaz 
həlqəsi  toxumalarında  və  bağırsaqlarda  inkişaf  edərək  yerli  limfa  vəzlərinə,  oradan 
isə  qana  daxil  olur,  qan  cərəyanı  vasitəsi  ilə  üz  və  toxumalara  yayılaraq  sinir 
sisteminə  daxil  olur,  onurğa  beynin  ön  və  arxa  şaxələrində,  bel  qanqliyalarında 
inkişaf  edərək  onları  zədələyir.  Sinir  sistemində  poliovirus  sinir  toxumalan  və  ya 
perinevral  sahə  vasitəsi  ilə  hərəkət  edir.  Yoluxmadan  4-5  gün  sonra  viremiya  baş 
verir, bu, bir neçə gün davam edir (1-2-dən 20 günə qədər). Sinir sistemində virus 4 
həftəyə  qədər  saxlanılır,  burun-boğazdan  virus  xəstəliyə  qədər  bir  neçə  gün  və 
xəstəliyin birinci həftəsi ərzində, bağırsaq vasitəsi ilə isə 3-6 həftədən artıq müddətdə 
ifraz olunur. Nəcislə virus çoxlu miqdarda xaric olunur. 
Morfoloji dəyişikliklər ən çox aşağıdakı orqanlarda baş verir: onurğa beyninin 
ön buynuzlarının sinir hüceyrələrində, uzunsov beyində, baş beynin qabıq hissəsində, 
fəqərəarası düyünlərdə. Zədələnmiş sinir hüceyrələri məhv olur. 
İnkubasıya dövrü - 2 - 35 gün ( adətən 5-14 gün) təşkil edir. 
Klinikası.  Poliomielitin  klinik  gedişi  müxtəlifdir.  Xəstəliyin  gedişinə  və 
nəticəsinə  virusun  infeksion  dozası,  yoluxma  üsulu  və  orqanizmin  ümumi  vəziyyəti 
təsir  göstərir.  Xəstəliyin  əsasən  3  fonnası  qeyd  edilir:  abortiv,  iflicsiz  və  iflicli 
formaları.  İnapparant  (gizli)  infeksiya  və  sağlam  virusgəzdirmənin  böyük 
epidemioloji əhəmiyyəti vardır. 
tflicli  formada  xəstəlik  orta  hesabla  9-12  gün  çəkən  (1-2-dən  30-40  günə 
qədər) inkubasiya dövründən sonra inkişaf edir. Xəstəliyin əsas əlamətləri - hərarətin 
yüksəlməsi,  mədə-bağırsaq  sisteminin  disfunksiyası  və  mərkəzi  sinir  sisteminin 
zədələnməsindən  ibarətdir.  Xəstəlik  bir  neçə  dövrdə  davam  edir:  iflicdən  qabaqkı, 
iflic,  bərpa,  qalıq  və  ya  rezidual  dövrlər,  iflic  formasında  zədələnmənin 
yerləşməsindən asılı olaraq meningial, bel, bulbar, pontin (üz sinirinin zədələnməsi), 
ensefalit,  ataktik  və  başqa  formaları  qeyd  edilir.  Onların  hər  birinin  özünəməxsus 
kliniki xüsusiyyəti vardır. Bir çox müəlliflərin fikrincə, iflicli forma iflicsiz fonnadan 
3-5  dəfə  az  təsadüf  edir,  iflicli  fonna  ilə  əlamətsiz  formanın  nisbəti  1:1000  arasında 
dəyişir. 
İflicqabağı  dövrdə  xəstələrdə  1-3-cü  günlər  ümumi  halsızlıq,  subfebril 
temperatur,  zökəm,  faringit,  qəbizlik  və  ya  ishal;  2-4  günlük  apireksiya,  2-ci 
temperatur dalğası - 39-40 
0
 C temperatur, baş ağrısı, 
193 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə