Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə64/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   117

tədbirlərlə  əvəz  olunmuşdur:  çirklənmiş  açıq  su  hövzələrində  çimmək,  fərdi  çay 
nəqliyyatından  istifadə,  qeyri-mütəşəkkil  ov  və  balıq  tutulmasını  qadağan  etmək. 
Bu  tədbirlər  yaxşı  effekt  verir.  Açıq  su  hövzələrinin  intensiv  şəkildə  mikrobla 
çirklənməsinin  qarşısı  alınmalı  və  insanların  həmin  yerlərdə  sudan  istifadəsi 
qadağan  edilməlidir.  Ümumilikdə,  vəbanın  profilaktikasına  əhalinin  sanitar-
gigiyenik  şəraitinin  və  sosial-iqtisadi  vəziyyətinin  yaxşılaşdırılması,  o  cümlədən 
keyfiyyətli  içməli  su  ilə  təmin  olunması,  çirkab  sularının  zərərsizləşdirilməsi, 
yaşayış yerlərinin sanitar təmizlənməsi aiddir. 
Vəbanın  profilaktikası  üzrə  tədbirlər  kompleksinə  xaricdən  vəbanın 
gətrilməsinin  qarşısının  alınmasına  yönəldilmiş  tədbirlər  də  aiddir.  Bu  tədbirlər 
tibbi-sanitar  xarakter  daşıyır  (yüklərin  -  baqajın  sanitar  baxışı,  sərnişinlərin 
sorğusu,  aşkar  olunmuş  xəstələrin  izolyasiyası).  İlk  vəba  xəstəliyi  hadisəsi  aşkar 
olunduqda  həmin  ərazi  vəba  ocağı  elan  olunur.  Vəba  ocağının  lokalizasiyası  və 
ləğv  edilməsi  sanitar-əksepidemik  komissiyanın  operativ  planı  əsasında  aparılır. 
Bu kompleks planın tərkibinə tibbi və inzibati tədbirlər aid olub bütün işin metodik 
rəhbərliyini  təmin  edir.  Karantin  fövqəladə  hallarda  qoyulur.  Bu  zaman  ərazinin 
sərhədləri  konkret  epidemik  vəziyyətdən,  sanitar-gigiyenik  şəraitdən,  təsir  edən 
yoluxma  amillərindən,  əhalinin  miqrasiyasından  və  digər  ərazilərlə  nəqliyyat 
əlaqələrindən asılı olaraq müəyyənləşdirilir. 
ENTEROVİRUSLAR TƏRƏFİNDƏN TÖRƏDİLƏN 
XƏSTƏLİKLƏR 
Enterovirus  infeksiyaları  klinik  əlamətlərin  polimorfizmi,  mərkəzi  sinir 
sisteminin,  mədə  -  bağırsaq  yolunun,  dəri  örtüklərinin,  əzələlərin  zədələnməsi  ilə 
xarakterizə olunan kəskin infeksion xəstəliklərin böyük bir qrupudur. 
Enterovirus yoluxucu xəstəliyi bağırsaq qrupu virus xəstəliklərinə aid olub 
Pifcornavirus (pico-kiçik, rna -RNT tərkibli) ailəsinə, Enterovirus cinsinə daxil olan 
viruslar tərəfindən törədilir. Bu ailəyə aid olan enteroviruslar nəslinin 2 növ virusu 
sərbəst  xəstəlik  törədir  (poliomielit  və  hepatit  A).  Enteroviruslar  nəslinin  digər 
növləri polimorf klinik əlamətləri olan xəstəliklər törədirlər. 
Enterovirus  infeksiyalarına  aşağıdakı  nozoformalar  aiddir:  herpangina, 
enterovirus diareyası, kəskin respirator xəstəliklər, polio- mielitəbənzər xəstəliklər, 
yay qripi, seroz meningit, epidemik mialgiya
188 
downloaded from KitabYurdu.org


epidemik  hemorragik  konyunktivit,  infeksion  ekzantema,  ağız  boşluğunun  və 
ətrafların  pemfiqusu,  epidemik  ensefalit,  perikarditlər  və  miokarditlər, 
yenidoğulmuşların ensefalomiokarditi. 
Enteroviruslann  72  serovariantı  məlumdur.  Onlardan  poliomielit,  Koksaki 
A xəstəliyini törədən 24, Koksaki B xəstəliyini törədən, ECHO xəstəliyini, hepatit 
A - xəstəliyini törədən digər serovariantları məlumdur. 
insan üçün patogen olan törədicilərbunlardır: Koksaki A virusunun 23 tipi, 
Koksaki  B  virusunun  6  tipi,  ECHO  viruslarının  31  tipi,  68  -  72-ci  tip 
enteroviruslar, 72 - ci tip - A hepatiti virusu. 
Koksaki  A  virusları  tərəfindən  törədilən  xəstəlik  poliomielitə  bənzər, 
aseptik  meningit  və  ensefalit,  epidemik  mialgiya  əlamətləri  ilə  təzahür  edir. 
Koksaki  A  virusları  tərəfindən  törədilən  xəstəlik  miokardit,  perikardit, 
yenidoğulmuşların  ensefalomiokarditi,  dabaq,  herpanginaya  xas  olan  əlamətlərlə 
qeyd edilir. 
ECHO  virusları  tərəfindən  törədilən  xəstəlik  epidemik  hemorragik 
konyunktivit,  kəskin  tənəffüs  yollan  xəstəlikləri  əlamətləri  ilə  müşayiət  olunur. 
Yeni  aşkarlanmış  enteroviruslar  kəskin  mədə-bağırsaq  xəstəlikləri,  səpgilərin 
yaranması və hərarətlə gedən xəstəliklərə məxsus əlamətlərlə müəyyən edilir. 
1948-ci ildə Nyu-York ştatının Koksaki qəsəbəsində poliomielit diaqnozlu 
2  xəstənin  nəcisi  ilə  yoluxdurulmuş  hüceyrə  kulturasında  bir  virus  alındı. 
Sonradan  ona  Koksaki  virusu  adı  verildi.  Laborator  heyvanların  eksperimental 
yoluxdurulmasi zamanı aydın oldu ki, Koksaki A virusları ağ siçanlarda süst iflic, 
Koksaki B viruslan isə bu heyvanlarda ölümcül xəstəlik törədir. 
1951-1953-cü  illərdə  eyni  zamanda  müxtəlif  laboratoriyalarda  poliomielit 
diaqnozu olan xəstələrdən hüceyrə kulturasına sitopatik təsir edən viruslar alındı, 
aydın  oldu  ki,  deyilən  viruslar  laborator  heyvanlarda  xəstəlik  törətmirlər.  Bu 
viruslar  ECHO  (enteric  cytopathogenic  human  orfans  -  insanların  bağırsaq 
hüceyrə  patogen  yetimciyəz  viruslan)  adlandırıldı.  Yetimciyəz  termini  onu 
göstərir  ki,  onun  törətdiyi  xəstəliyin  məlum  klinik  əlamətlərlə  əlaqəsi  yoxdur. 
Onlar  aseptik  meningitlər,  səpgili  yay  hərarətli  xəstəliyi,  poliomielitəbənzər 
xəstəliklər,  miokardit,  respirator  xəstəliklər  və  dabağabənzər  xəstəliklərlə 
yoluxmuş xəstələrdən alınmışdır. 
Aralıq  xüsusiyyətə  malik  enteroviruslar  da  əldə  edilmişdir.  Bunu  nəzərə 
alıb əldə edilən yeni enteroviruslara müxtəlif qruplara aid olmayan sıra nömrələri 
verilir.  1969-cu  ildən  etibarən  xəstə  və  sağlamlardan  67  növ  entereviruslar 
alınmışdır və sonralar belə qərara gəldilər ki, əldə edilən yeni 4 təzə viruslar aynca 
qeydə alınsın. Onlardan 
189 
downloaded from KitabYurdu.org


2-si  (68  və  69)  sağlam  insanlardan  alınıb,  Koksaki  A  və  ECHO  viruslarından  fərqli 
olaraq patogen deyildir. Enterovirus 70 1969-1971-ci illərdə Afrika, Asiya və bir sıra 
Avropa  ölkələrində  pandemik  yayılmışdır.  Bu  virusun  törətdiyi  xəstəliklər  kəskin 
keratokonyunktivit  əlamətlərinə  malikdirlər.  Enterovirus  71  (EV  H)  1970-1972-ci 
illərdə  Kaliforniyada  ensefalit  və  aseptik  meningitli  xəstələrdən  alınmışdır.  İsveçdə 
bu  viruslara  oxşar  törədicilər  “əl-ağız”  əlamətli  meningit  xəstələrindən  alınmışdır. 
1975-ci ildə belə viruslar Bolqarıstanda poliomielitli xəstələrdən alınmışdır. 
Hepatit  A  xəstəliyinin  törədicisi  əldə  edildikdən  sonra  ÜST  və 
pikomoviruslann  təsnifatı  ilə  məşğul  olan  tədqiqatçılar  onu  entero-  viruslara  aid 
edərək  entorevirus  72  adı  verdilər.  Ancaq  ÜST  hepatit  A  məfhumunun  geniş 
yayıldığını nəzərə alıb hepatit A adının saxlanmasını məsləhət gördü. 
Poliviruslar  və  hepatit  A  enteroviruslarmdan  başqa,  digər  enteroviruslarda 
epidemik prosesin inkişafı sona qədər öyrənilməmişdir. 
Məlumdur  ki,  enteroviruslar  ancaq  xəstə  və  sağlam  insanlardan  alınır. 
Törədicilər  əsasən  bağırsaqların  selikli  qişasında  məskən  salırlar.  Belə  məlumat 
vardır  ki,  enteroviruslar  (hepatit  A  virusundan  başqa)  boğazdan  götürülmüş 
materialda aşkar edilir. 
Xüsusi müayinələr göstərdi ki, enteroviruslar nəinki insanlar arasında, eləcə də 
xarici mühit əşyalarında yayılmışdır. Müəyyən edilmişdir ki, dövr edən enteroviruslar 
antigen  xüsusiyyətlərinə  və  virulentliyinə  görə  dəyişkəndirlər.  İngilis  alimlərinin 
məlumatına  görə  enteroviruslarm  eyni  variantı  3  illik  fasilə  ilə  epidemiya  törədir, 
epidemiyalararası  dövrdə  əhalinin  immunitetinin  yüksək  olduğu  dövrdə  o  öz 
virulentliyini  itirir.  Enteroviruslar  üçün  ən  əlverişli  mövsüm  yay  fəslidir.  Epidemik 
alovlanma zamanı əsasən uşaqlar, yeniyetmələr və cavanlar xəstələnirlər. 
Törədicilərin inaktivləşməsi: 50°C və daha yuxan temperaturda, qızdırıldıqda, 
qurudulduqda, xlortərkibli preparatlarla, formaldehidlə təsir etdikdə baş verir. Aşağı 
temperaturda isə yüksək davamlılığa malikdirlər. 
Epidemiologiyası.  İnfeksiya  mənbəyi-  xəstə  və  törədici  gəzdirəndir. 
Yoluxduruculuq dövrü həftələr, aylarla davam edir. 
Viruslar bağırsağın selikli qişalan, yuxarı tənəffüs yollarının selikli qişalarında 
lokalizasiya edir. Ona görə yoluxma mexanizmi fekal - oral, hava - damcı, qida və su 
ilə ola bilər. Bundan başqa, viruslar ətraf mühit obyektlərində də geniş yayılmışdır. 
190 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə