Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə57/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   117

alaraq,  peyvəndi  mövsümi  yüksəlişdən  3-4  həftə  əvvəl  aparmaq  lazımdır.  Ona  görə 
də,  bir  çox  yerlərdə  peyvəndə  aprel,  may  və  iyun  aylarında,  ya  da  payız  fəslində 
başlayırlar.  Əvvəldə  vaksinasiya  edilənlər  arasında  sonradan  revaksinasiya  aparılır. 
Bəzən epidemioloji göstərişlərə əsasən planda nəzərdə tutulmadığı halda da peyvənd 
(epidemik  göstərişə  görə)  aparılır.  Onu  əvvəlki  vaksinasiyadan  4  ay  keçmişsə  və 
xəstəliyin  epidemik  alovlanması  təhlükəsi  olduqda  və  ya  epidemik  alovlanma 
müddətində  həyata  keçirirlər.  Bu  zaman  yoluxma  təhlükəsi  olan  bütün  əhali 
peyvəndlə əhatə edilməlidir. 
Qarın  yatalağı  və  paratiflərə  qarşı  spirtdə  quru  vaksinlə  və  VTANVAK-  Vi-
polisaxarid  duru  vaksinlə  aparılır.  Hazır  vaksinin  tərkibi  və  işlətmə  sxemi  vaksinin 
yerləşdiyi  qablarda  qoyulmuş  təlimatlarda  göstərilir.  Təlimatlarda  quru  vaksini 
işlətmək  üçün  hazırlamaq  qaydası  da  göstərilir.  Peyvəndi  etməzdən  əwəl  sorğu  və 
müayinə  vasitəsilə  peyvəndə  əksgöstərişi  olanlar  müəyyən  edilib  peyvənddən  azad 
edilirlər.  Kütləvi  peyvəndə  başlamazdan  əvvəl  vaksinin  hər  seriyası  reaktogenliyə 
görə  yoxlanılmalıdır.  Hər  vaksin  preparatının  özünün  reaktogenlik  dərəcəsi  vardır. 
Kütləvi  peyvənd  aparıldıqda,  peyvənd  olunanlar  üzərində  nəzarət  qoyulur.  Peyvənd 
olunanlar xüsusi jurnalda qeydə alınırlar (64Ny -li qeydiyyat forması). 
Laborator  diaqnostika.  Xəstəliyin  başlanğıcında  diaqnozu  qəti  müəyyən 
etmək üçün qanın bakterioloji müayinəsindən (hemokultura) istifadə edilir. Xəstəliyin 
bütün dövrü ərzində bu müayinə üsuluna müraciət etmək olar, bunun üçün xəstəliyin 
birinci həftəsində xəstədən 10 ml, sonrakı dövrlərdə isə 15-20 ml qan alıb 100-200 ml 
həcmində 10%-li ödlü bulyona əkirlər (1:10 miqdarında). Ödlü bulyon olmadıqda qan 
Rapoport  mühitinə,  ya  da  100  ml  steril  destillə  edilmiş  suya  əkilə  bilər.  Mikroblu 
qidalı mühit termostatda 24 saat saxlandıqdan sonra onu müvafiq bərk qidalı mühitə 
keçirib  mikrobun  təmiz  kulturasını  əldə  edirlər.  Antibiotiklərlə  müalicə  törədicinin 
əkilmə  qabiliyyətinə  mənfi  təsir  göstərdiyindən,  əkmək  üçün  qanı  antibiotiklərlə 
müalicəyə  başlamazdan  əvvəl  götürmək  lazımdır.  Qanın  birinci  müayinəsi  mənfi 
olduqda, onu mütləq təkrar etmək lazımdır. Diaqnostika məqsədilə xəstənin nəcisi və 
sidiyi  də  bakterioloji  üsulla  müayinə  edilir.  Müayinə  üçün  nəcis  2-3q  miqdarında 
qidalı  mühitə  əkilir.  Əgər  nəcisin  götürülməsi  ilə  əkilməsi  arasında  bir  saatdan  çox 
vaxt keçirsə, konservasiya məhlullarının birindən istifadə edilir (qliserin qarışığı, 20- 
40% ödlü bulyon). 
169 
downloaded from KitabYurdu.org


Sidik  20-30  ml  miqdarda  steril  flakona  yığılır.  Kişilərdə  sidiyi 
götürməmişdən  əvvəl  sidik  kanalının  xarici  dəliyi  steril  izotonik  natrium  -  xlor 
məhlulu ilə yuyulur. Qadınlardan isə sidik katetr vasitəsilə götürülür. Sidiyi əsasən 
bakteriya gəzdirməni müəyyən etmək üçün müayinə edirlər. 
Yardımçı  diaqnostik  üsul  kimi  Vidal  reaksiyasından  istifadə  edilir.  Onu 
qoymaq  üçün  xəstəliyin  8-9  günündən  etibarən  1-2  ml  qan  götürülür.  1:200 
nisbətindən  başlayaraq  aqqlütinasiya  reaksiyası  müsbət  nəticə  verdikdə  bu, 
xəstəliyin olduğunu göstərir. Diaqnozu daha dəqiq müəyyən etmək üçün xəstəliyin 
gedişi  ərzində  bu  reaksiya  təkrar  edilir.  Əgər  reaksiyanın  titrinin  yüksəlməsi  qeyd 
edilərsə bu diaqnozu təsdiq etməyə imkan verir. Bəzən xəstəliyi keçirmiş şəxslərin, 
eləcə də qarın yatalağı və paratiflərə qarşı peyvənd edilmiş şəxslərin qan zərdabı ilə 
reaksiya  müsbət  nəticə  verə  bilər.  Bunu  nəzərə  alıb  Vidal  reaksiyasını  O  və  OH 
diaqnostikumları ilə də qoyurlar, əgər iki tip antigenlərə qarşı əkscisimlər tapılarsa 
bu, xəstəliyin təyin olunduğunu göstərir. 
Seroloji üsuldan eyni zamanda bakteriyagəzdirənlərin müəyyən edilməsində 
də  istifadə  edilir.  Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  qarın 
yatalağında  xroniki  bakteriyagəzdirənlərin  qan  zərdabında  vi  əkscisimlər  toplanır. 
Bunu  aşkar  etmək  üçün  antigen  tətbiq  etməklə  aqqlütinasiya  reaksiyası  qoyulur, 
əkscisimlərin titrinin l:20-dən yüksək olması müsbət nəticə kimi qəbul edilir. 
Müasir  dövrdə  qarın  yatalağının  seroloji  diaqnostikasında  passiv 
hemaqqlütinasiya  reaksiyasından  (PHAR)  eritrositar  diaqnostikum  işlətməklə 
istifadə edilir. Vidal reaksiyasından daha həssas olan bu reaksiyadan xəstəliyin ilkin 
diaqnostikasında  istifadə  edilir.  PHAR  həssaslığına  görə  hemokulturadan  geri 
qalmır. 
ŞİGELYOZLAR 
Şigclyozlar  (Dizcnteriya)  -  yoluxucu  xəstəlik  olub  klinik  cəhətdən  yoğun 
bağırsağın zədələnməsi və orqanizmin ümumi intoksikasiyası ilə xarakterizə olunur. 
Bu  xəstəlik  qədim  zamanlardan  məlumdur.  Xəstəliyi  ilk  dəfə  böyük  yunan 
alimi  Hippokrat  təsvir  etmiş  və  ona  dizenteıiya  adını  vermişdir.  Bizim  eramızın  I 
əsrində  Arretey  Kappodoyski  dizenteri-  yanın  klinikasını  ətraflı  təsivr  etmiş,  onu 
«qanlı ishal» kimi xarakterizə etmişdir. Dizenteriya sərbəst xəstəlik kimi törədicisi 
müəyyən edildikdən sonra tanınmış və miıxəlif növ törədicilərlə 
170 
downloaded from KitabYurdu.org


(bakteriyalar,  ibtidailər,  viruslarla)  törədilən  dizentcriyayayoxşar  xəstəliklərdən 
ayrılmışdır. 
Dünyada ilk dəfə xəstəliyin törədicilərini 1891-ci ildə rus alimi A.V.Qriqorycv 
kəşf  etmişdir.  7  il  sonra  1898-ei  ildə  yapon  alimi  Şiqa  analoji  mikrobu  tapıb  təsvir 
etmişdir. Bundan sonra bakterial dizenteriyanm bir çox törədiciləri tapılmış və təsvir 
olunmuşdur. Bu kəşflər Flcksner (1900), Zonnc (1915), Ştutscr və Şmits (1917), Laıc 
(1934), Boyd (1938), Saks (1943) alimlərin adları ilə bağlıdır. 
Yayılması.  XIX  əsrin  axırına  qədər  xüsusən  müharibələr  və  təbii  fəlakətlər 
zamanı  şigelyozlar  hər  dəfə  böyük  epidemiyalar  şəklində  yayılmış  və  çoxlu  insan 
tələfatına səbəb olmuşdur. 
XX əsrin 20-ci illərində letalıq göstəricisi 10-15% təşkil edirdi. 1940-cı ildə isə 
4,8%-ə  qədər  enmişdir.  Müasir  dövrdə  də  şigelyozlar  səhiyyənin  aktual 
problemlərindən  biri  olaraq  qalır.  Dünyada  ÜST-  ün  məlumatlarına  görə  diaıeya 
xəstəliklərindən hər il 5 mln. südəmər uşaq ölür. Bu xəstəliklərin 50%-ni dizenteriya 
təşkil edir. 
Şigelyozlar polietioloji xəstəlikdir. Şigelyozların törədiciləri şigella cinsinə aid 
olan bakteriyalaı dır. 
Sonuncu Beynəlxalq təsnifata görə şigellalar 4 növə bölünür: 
1.
 
Shigella disenteriac - 1-12 serovarları ilə; 
2.
 
S.ficxneri 1-8 serovariantları ilə; bura -Nyukasl da aiddir 
3.
 
S. boydii 1-18 serovariantları ilə 
4.S.sonnei - seroloji diferensiasiyası yoxdur. 
S.flexncri-nin birinci 5 serovariantları a və b substratlara bölünür. 
Shigella  disenleriae  və  S.sonnei  ekzotoksin  ifraz  edirlər.  Digərləri  endotoksin 
ifraz edirlər. Müşahidələr göstərir ki, vaxtaşırı bu xəstəliyin əmələ gəlməsində bu və 
ya digər törədici növü mühüm yer tutur. 
XIX  əsrin  axırında-  XX  əsrin  əvvəlində  (30-cu  illərə  qədər)  Sh.  disenteriae 
bütün  dünyada  üstünlük  təşkil  edirdi.  1935-ci  ildən  başlayaraq,  xəstəliyin  arealı 
getdikcə kiçilmiş, nəticədə diqqət bu nozoloji formaya zəifləmişdir. Belə bir təsəvvür 
yaranmışdır  ki,  Sh.  disenteriae  həmişəlik  yox  olmuş  və  epidemioloji  təhlükə  kəsb 
etmir. 
Lakin  1960-cı  illərin  sonunda  məlum  oldu  ki,  S.  disenteriae  yox  olmayıb, 
qlobal  yayılma  qabiliyyətini  itirməyib  və  S.disenteriae  antibiotiklərlə  rezistentlik 
göstərən ştamlar xəstəliyin əmələ gəlməsində iştirak edirlər. 
171 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə