Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə54/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   117

xəstəlikdirlər. Klinik əlamətlərinə görə bunlar biri-birilərindən az fərqlənirlər. 
Yayılması.  Müasir  dövrdə  qarın  yatalağı  və  paratiflər  dünyanın  bütün 
ölkələrində  rast  gəlir.  Xəstəlik  ən  çox  İtaliya,  Yuqoslaviya,  Yunanıstan  və 
İspaniyada,  Amerika  qitəsində  (ən  çox  cənubi  Amerika  ölkələrində),  Afrikada, 
Misir,  Əlcəzair  və  CAR-da  qeyd  edilir.  MDB-də  bu  xəstəlik  sporadik  şəkildə 
müxtəlif coğrafi iqlim şəraitində təsadüf edir. 
Etiologiyası.  Qarın  yatalağı  və  paratiflərin  (A,  B)  törədiciləri  Salmonella 
cinsinə  aid  mikroblardır,  bunlar  ancaq  insan  üçün  patogendirlər.  Paratif  B 
bakteriyalan heyvanların, xüsusilə ev heyvanlarının (donuzlar, iri və xırda buynuzlu 
qaramal,  atlar,  quşlar)  bağırsaqlarında  da  aşkar  edilir.  Qarın  yatalağı  və  paratif 
bakteriyalan morfoloji cəhətdən oxşardırlar. Qann yatalağı, eləcə də paratif A və B 
bakteriyalan 1-3x0,5-0,6 mkm ölçüdə olub, görünüşlərinə görə bağırsaq çöplərindən 
fərqlənirlər.  Bunların  hamısı  Qram-mənfi,  hərəkətli,  sporsuz,  kapsulsuz,  fakültativ 
anaerobdurlar,  adi  qidalı  mühitlərdə  37°C  hərarətdə  yaxşı  bitirlər.  Onlar  bir-
birlərindən  kultural,  biokimyəvi  və  antigen  xassələrinə  görə  fərqlənirlər.  Onları 
dəqiq  fərqləndirmək  üçün  monoreseptorlu  adsorbsiya  edilmiş  zərdablardan  və 
faqotipləşdirmə üsulundan istifadə edilir. Qarın yatalağı və paratif bakteriyalarınm 
somatik  (termostabil)  O-antigeni,  qamçı  (termolabil)  H-antigeni  və  Vi-  antigeni 
(virulentlik  antigeni)  vardır.  Hazırda  qarın  yatalağının  100  faqotipi  məlumdur. 
Faqotipləşdirmənin  böyük  epidemioloji  əhəmiyyəti  var,  onun  vasitəsilə  infeksiya 
mənbəyi ilə epidemioloji əlaqə aydınlaşdırılır. Qann yatalağı və paratif bakteriyalan 
ekzotoksin hasil etmirlər, parçalananda onlardan endoksin aynlır. 
Bakteriyalar  xarici  mühitdə  davamlılıq  göstərirlər.  Torpaqda  onun 
tərkibindən,  rütubətdən,  temperaturdan,  Ph  və  c.  asılı  olaraq  bir  neçə  gündən  2-3 
aya, nəcisdə 1-3 gündən bir neçə həftəyə, suda bir neçə gündən 2 həftəyə qədər, su 
hövzəsinin lilində bir neçə ay, buzda bütün qışı, ərzaq məhsullarında onlann Ph-dan 
asılı  olaraq  bir  neçə  saatdan  bir  neçə  həftəyə  qədər,  məişət  əşyalarında  bir  neçə 
saatdan  bir  neçə  günə  qədər  salamat  qalırlar.  Dezinfeksiyaedici  maddələrə  qarşı 
həssasdırlar. Karbol turşusu, xlorlu əhəng, xloramin və s. təsirindən bir neçə dəqiqə 
ərzində  məhv olurlar. Suyun  bir litrində aktiv xlorun miqdarı 0,5-1  mq-a çatdıqda 
bu bakteriyalar təmamilə məhv olur. 
Xəstəliyin patogenezi. Xəstəliyin törədiciləri orqanizmə qida və su vasitəsilə 
həzm yolundan daxil olurlar. Xarici mühitə isə ifrazatla (nəcis və 
163 
downloaded from KitabYurdu.org


sidik)  xaric  edilirlər.  Orqanizmdə  bakteriyalar  nazik  bağırsağın  selikli  qişasından 
keçərək  onun  limfatik  aparatında  (solitar,  follikullar,  peyer  düyünləri,  mezenterial 
vəzlər)  toplanırlar.  Burada  törədici  inkişaf  edir  və  məhv  olur,  nəticədə  endoksin 
xaric edilir, onun təsirindən limfatik maneə pozulur, bakteriyalar qana daxil olur və 
bakteriemiya  baş  verir  (bu,  xəstəliyin  inkubasiya  dövrünə  təsadüf  edir). 
Bağırsaqların limfatik törəmələrində törədicilərin parçalanması şiddətlənir, daha çox 
endotoksin  azad  olur  və  orqanizmin  ümumi  intoksikasiyası  başlamr  (hərarət  artır, 
xəstədə  səpgilər  əmələ  gəlir,  huşu  tutqunlaşır,  endotoksinin  mərkəzi  və  periferik 
sinir  sisteminə  təsiri  ilə  əlaqədar  əlamətlər  meydana  çıxır,  ürək-  qan  damar 
sisteminin  pozğunluğu  qeyd  edilir).  Bakteriyalar  qan  dövranı  vasitəsilə  bütün 
orqanizmə  yayılaraq  dalaq,  sümük  iliyi,  qaraciyər  və  limfatik  vəzlərdə  toplanırlar. 
Burada  iltihabın  yeni  ocaqları  əmələ  gəlir,  nəticədə  xəstəliyin  gedişi  müxtəlif 
fəsadlaşmalarla  ağırlaşır.  Törədicilər  eyni  zamanda  öd  yollan  vasitəsilə  limfatik 
vəzlərə  daxil  olur,  orqanizmdə  sensibilizasiya  vəziyyəti  yarandığından  bağırsaq 
divannda xoralar yaranır. 
Parenximatoz  üzvlərdə  (qaraciyər,  dalaq  və  s.)  qarın  yatalağının  mikroblan 
uzun müddət qala bilər, belə olduqda xroniki törədicigəzdirmə halı baş verir. Bunun 
böyük epidemioloji əhəmiyyəti vardır. 
Klinikası. Qann yatalağında inkubasiya dövrü 5-39 günə (daha çox 2 həftə), 
paratiflərdə  isə  3-14  günə  (daha  çox  bir  həftə)  bərabərdir.  Xəstəliyin  6-7-ci 
günündən  etibarən  xəstəliyə  məxsus  əlamətlər  inkişaf  edir,  8-10-cu  gün  dəridə 
rozeollar  nəzərə  çarpır.  Bütün  hərarət  dövrü  4-5  həftə  davam  edir.  Son  vaxtlarda 
xəstəlik çox zaman atı'pik yüngül formada gedir, xəstələrin 1/3-də hərarət müddəti 
7-10 gün davam edir. Sağalma dövründə 3-21% xəstələrdə residiv qeyd edilir. Qann 
yatalağında  xronik  bakteriyagəzdirmə  ən  çox  yaşlı  şəxslərdə  müşahidə  edilir, 
qadınlarda  bu  hal  kişilərdən  7-10  dəfə  çox  rast  gəlir.  Bakteriyagəzdirənin 
orqanizmindən  törədici  dövri  şəkildə  ifraz  olunur,  bəzilərində  isə  bu  hal  uzun 
müddət,  hətta  ömrünün  sonunadək  davam  edə  bilər.  Mikrob  əsasən  xəstə  və 
törədicigəzdirənin nəcisi ilə ifraz edilir. Törədicinin ifrazı 3 aya qədər davam edirsə 
- kəskin, ondan artıq olduqda isə xroniki törədicigəzdirənlik adlanır. Əhali arasında 
bakteriyagəzdirmənin  yayılması  xəstələnmənin  səviyyəsi  ilə  bilavasitə  bağlıdır. 
Xəstələnmənin səviyyəsi azaldıqca bakteriyagəzdirənlərin də miqdarı azalır. 
Infeksiya mənbəyi. Qarın yatalağı və paratiflərdə infeksiya mənbəyi xəstə, 
törədicigəzdirənlərdir  (sağlam  və  rekonvalessent).  Törədici  orqanizmdən  əsasən 
nəcis  və  sidik  vasitəsilə,  eləcə  də  qusuntu  kütləsi,  tüpürcək  və  körpələrini  südlə 
əmizdirən anaların südü ilə ifraz olunur. 
164 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə