Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə47/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   117

xəstələrə  çox  zaman  diaqnoz  qoyulmur,  vaxtında  hospitalizə  edilmirlər,  yaxud 
xəstəliyin başlanmasından çox gec müddətdə aşkar edilirlər. 
Xəstə  şəxslər  törədiciləri  xəstəliyin  bütün  dövrlərində  ifraz  edirlər.  Difteriya 
ilə hər bir xəstə şəxs sağalma dövründə də yoluxdurucu olurlar. Yoluxma həmçinin 
rckonvalcssensiya  dövründə  də  mümkündür.  Rekonvalessent  törədicigəzdirmə  orta 
hesabla  2-7  həftə,  bəzən  3-4  aya  qədər  davam  edir.  Adətən  73%  halda  törədicilərin 
ifraz olunması xəstəliyin 20-25-ci günündə dayanır. 
Sağlam  törədicigəzdirənlərin  epidemioloji  əhəmiyyəti  böyükdür,  çünki  onlar 
vaxtında  aşkar  edilmədiklərinə  görə  infeksiya  mənbəyinə  çevrilirlər.  Sağlam 
törədicigəzdirənlər  sporadik  xəstələnmə  dövründə  epidemik  prosesin  yayılması  və 
saxlanmasında mühüm rol oynayırlar. 
Difteriya  çöplərinin  toksigen  ştamlarını  gəzdironliyin  orta  davametmə 
müddəti  -  1,7  ay,  qeyıi-toksigen  ştamların  -  2,5  ay  təşkil  edir.  Törədicigəzdirənlik 
daha  çox  4  yaşa  qədər  uşaqlarda  qeyd  olunur.  Qapalı  kollektivlərdə 
törədicigəzdirənliyin rastgəlmə tezliyi 2- 3 dəfə yüksəkdir. 
Difteriya çöplərinin makrooıqanizmə daxil olmasının nəticələri müxtəlif olub 
əsasən  spesifik  müdafiənin  səviyyəsindən  asılıdır.  Antitoksik  immunitetin  yüksək 
səviyyəsi orqanizmdə toksiniıı neytrallaşmasını təmin edir, difteriya çöpü məvh olur 
və orqanizm törədicidən azad olur. Bu zaman antitoksinin qoruyucu titri 1 ml qanda 
0,03 AV götürülür. 
Digər  halda  antitoksik  immunitetin  səviyyəsi  toksinin  neytrallaşması  üçün 
kifayətdir,  lakin  mikrob  düşdüyü  yerdə  yalnız  artıb  çoxalır.  Bu  zaman  sağlam 
törədicigəzdirmə  müşahidə  edilir.  Antitoksik  immunitet  olmadıqda  və  ya  onun 
səviyyəsi  toksinin  neytrallaşmasını  təmin  etmirsə,  difteriya  mikıobunun  artıb 
çoxalması  imkanı  yaranır,  toksinin  ifrazı  ilə  bərabər  xəstəliyin  inkişafı  baş  verir. 
Difteriya mikıobunun qeyıi-toksigen ştamları epidemik prosesdə iştirak etmirlər. 
Yoluxma  mexanizmi.  Difteriya  xəstəliyində  aparıcı  yoluxma  mexanizmi 
hava-damcı mexanizmidir. Lakin difteriya çöpləri xarici mühitdə davamlı olduqlarına 
görə  yoluxma  xəstənin  ifraz  etdiyi  törədicilərlə  çirklənmiş  məişət  əşyaları  - 
oyuncaqlar,  qab-qacaq,  paltar,  kitablar  və  s.  ilə,  yəni  məişət-təmas  yolu  ilə  də  baş 
verir. Xəstəlik törədicilərinin ötürülməsində qida yolunun iştirakını istisna 
142 
downloaded from KitabYurdu.org


etmək olmaz. Bu zaman yoluxma törədicilərlə çirklənmiş qida məhsulları ilə (süd, 
kremlər) realizə olunur. Törədicilər qida məhsullarında hətta artıb çoxalırlar. 
Diftcriyanm  estrabukal  formaları  xəstəliyin  qeyri-faringial  lokalizasiyası 
(qulaq,  dəri,  göz,  cinsi  orqanlar)  ilə  səciyyələnir.  Bu  formalar  törədicilərin  çirkli 
əllərlə zədələnmiş dəridən, kon- yunklivadan və cinsiyyət üzvlərindən daxil olması 
nəticəsində  baş  verir.  Tropik  ölkələrdə  diftcriyanm  dəri  formasının  çox  qeydə 
alındığı halda törədicinin milçəklər vasitəsilə tranmissiv ötürülməsi də mümkündür. 
Əhalinin  həssasiığı.JDifteriyaya  qarşı  həssaslıq  20%-dən  yüksək  deyildir. 
Yenidoğulmuşlarda  transplasentar  yoluxma  yolu  ilə  anadan  uşaqlara  keçmiş 
immunitet  onları  6  ay  ərzində  bu  xəstəlikdən  qoruyur.  Xəstəlik  keçirmiş  şəxslərdə 
və ya düzgün peyvənd olunmuşlarda davamlı immunitet yaranır. Təkrari xəstələnmə 
nadir hallarda (5% halda) rast gəlir. 
Peyvənddən  əvvəlki  dövrdə  difteıiya  ilə  xəstələnmə  əsasən  5-10  yaşa  qədər 
uşaqlarda  qeydə  alınırdı.  Yaşlıların  xəstələnməsi  xəstələnənlərin  ümumi  sayında 
10%-dən  yüksək  olmurdu.  Son  15  ildə  daha  çox  (50%-dən  artıq)  yaşlılar 
xəstələnirlər.  Xəstəlik  payız-qış  mövsümiliyi  ilə  xarakterizə  olunurdu.  Dövri 
yüksəlişlər 5-8 ildən bir baş verirdi. Yüksəliş dövrünün davametmə müddəti 2 ildən 
4 ilə qədər sürürdü. Xəstələnmənin yüksəlişlərinin səciyyəvi xüsusiyyəti diftcriyanm 
ağır,  toksiki  formalarının  sayının  artması  idi.  Həmin  dövrdə  latent  imraunizasiya 
epidemioloji əhəmiyyət kəsb edirdi. 
İnkubasiya dövrü 2 gündən 10 günə qədər, adətən 3-5 gün çəkir. 
Xəstəliyin  klinik  təzahürləri.  Diftcriyanm  klinik  təzahürləri  içərisində 
əsasən  əsnəyin  difteriyası  (90-95%),  o  cümlədən  diftcriyanm  lokalizə  olunmuş 
forması (70-75%)  qeydə alınır  ki, o  da temperaturun  nisbətən yüksəlməsi,  əsnəyin 
hiperemiyası, çirkli-boz əıpin əmələ gəlməsi ilə xarakterizə olunur, lakin bəzən əıp 
olmaya da bilər (kataıal difteriya). 
Əsnək  difteriyasının  ağır  yayılmış  forması  (3-11%)  inağ  və  əsnəyin  toksik 
difleriyasını əmələ gətirir. Bu zaman yüksək temperatur, orqanizmin intoksikasiyası, 
boynun  dərialtı  toxumasının  ödemi,  ağır  hallarda  körpücükdən  aşağı  dərialtı 
toxumanın ödemi müşahidə olunur. 
Difteriyanın  toksik,  hipeıtoksik  formalarında  (20%)  ölüm  xəstəliyin  2-3-cij 
sutkasında baş verir (bədxassoli difteriya). 
143 
downloaded from KitabYurdu.org


Peyvənd  olunmamış  1-3  yaşlı  uşaqlarda  qırtlağın  birincili  difteriyası  -  inağ 
rast  gəlir.  Qırtlağın  iltihabı  müxtəlif  dərəcədə  öskürmə  hallarına,  stenoza,  nəhayət 
asfiksiyaya gətirib çıxarır. Bu isə asfıksiya zamanı təcili cəırahi müdaxilə tələb edir 
(traxeotomiya, intubasiya). 
Difteriya  xəstəliyində  -  daha  çox  toksik  formalarda  ağırlaşmalar  sinir 
sisteminin zədələnməsi (yumşaq damağın iflici, ətrafların poliradikulonefriti), ncfroz, 
miokarditlər şəklində özünü birüzə verir. Müasir dövrdə daha çox əsnəyin difteriyası, 
sonra burun difteriyası və onların kombinasiyaları rast gəlir. Toksik difteriya halları 
da qeydə  alınır, lakin klassik formalardan fərqli olaraq, onlar daha yüngül keçir  və 
xəstəliyin atipik, abortiv foormaları  müşahidə edilir. Difteriya xəstəliyində proqnoz 
vaxtında  aparılan  diaqnostikadan  və  antitoksik  zərdabın  yeridilməsindən,  inağ 
zamanı - intubasiya, traxeotomiyanın edilməsindən asılıdır. 
Müalicə. Antitoksik zərdabın yeridilmə dozası xəstəliyin lokalizasiyasından, 
gedişindən və ağırlaşmasından asılı olaraq yeridilir: 1 kurs müalicədə 10-50 mindən 
200-250  min  AV-ə  qədər  (2-  4  gün).  Eyni  vaxtda  antibiotiklər  (tetrasiklin, 
eritromitsin),  vitaminlər,  qlükortikoidlər,  intoksikasiyanı  azaldan  dərmanlar  verilir, 
difteriya  çöplərinin  toksigen  şlamlarmm  gəzdirənləri  7  gün  ərzində  vitaminlər  və 
antibiotiklərlə müalicə olunurlar. 
Laborator  diaqnostikası.  Xəstəliyin  bakteıioloji  diaqnostikası  üçün  əsnək, 
badamcıqlar,  buıun-udlaqdan,  ekstrabukal  formalarda  isə  qulaq,  dəri,  bəzən  tonasül 
orqanlarından  götürülmüş  material  (selik,  ərp)  müayinədən  keçirilir.  Müayinə 
matcrailı  yeməkdən  əvvəl  götürülür  (selik  və  ərpin  alınması  acqarına  aparılır). 
Laborator  müayinə  xəstəliyin  birinci  günündən  etibarən  həyata  keçirilir,  xəstəliyin 
bütün dövrləri ərzində, həmçinin rekonvalessensiya dövründə evə yazıldıqdan əvvəl 
apırılır.  Patoloji  material  müvafiq  qidalı  mühitlərə  (qanlı  aqar,  telluritli  kalium  ilə 
Klauberq  II  mühitinə)  əkilir.  Difteriya  mikrobu  adi  qidalı  mühitlərdə  pis  becərilir. 
Onların  becərilməsi  üçün  qan  və  zərdab  olan  qidalı  mühitlər  lazımdır.  Bakterioloji 
müayinənin  ilkin  cavabı  24  saatdan,  son  cavabı  48  saatdan  sonra  alınır.  Material 
dairəvi  hərəkətlərlə,  steril  tamponla  ərpin  və  sağlam  selikli  qişanın  sərhəddindən 
götürülür. 
Seroloji  müayinə.  Ayrı-ayrı  şəxslərdə  və  ya  kollektivlərdə  antitoksik 
immunitetin  səviyyəsini  aşkar  etmək  üçün  Şik  sınağından  istifadə  olunur.  Dəri 
içərisinə yeridilmiş standart difteriya toksini 
144 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə