həmçinin müxtəlif avadanlıqların səthinin zərərsizləşdirilməsi məqsədilə tətbiq edilir.
Hazırda çoxlu sayda xarici dezinfeksiya vasitələri vardır. Kimyəvi
dezinfeksiya vasitələri bu və ya digər dərəcədə toksik preparatlar olmaqla
insanlara, heyvanlara, bitkilərə zərərli təsir göstərdiyi üçün qanunla hər bir
dezinfeksiya vasitəsinin dövlət qeydiyyatından mütləq keçməsi lazımdır. Bu,
məcburidir və onların tətbiqi və scrtifıkasiyası üçün labüddür.
Sertifikasiyadan keçmiş dezinfeksiya vasitələri arasında ala- minol,
kalsium hipoxlorit, xloramin B, xlorlu əhəng (tərkibində 28- 35% aktiv xlor olan
kalsium duzlarının qarışığı), natrium hipoxlorit, blanizol, virkon, kalsium xloridin
iki-üç əsaslı duzu, dezam, dixlor-1, javelion, klorsept, presept, lizoformiıı 3000,
xlorsin, sterillium,
crigid forte, dekoneks 50 plyus, septodor-foı te.
Dezinfeksiya məqsədilə həmçinin xaricdə istehsal
edilən yuyucu və təmizləyici
vasitələr işlədilir: «Dczxlor», «Universal», «Uralski», «Vita», «Sana», «Bclka»;
yemək və mətbəx qabları üçün - «Posudomoy»; sanitaı-texniki və təsərrüfat avadanlığı
üçün «Blesk», «Kama», «Sanitarnı», «Sanita».
Pcrhidrol, etil spirti, fenol, formaldehil, formalin, xlorheksidin biqlükonat
geniş işlədilir.
Perhidrol (hidrogen peroksid) yaraların yuyulması, qarqara, qabların
zərərsizləşdirilməsi üçün tətbiq edilir. Etil spirti çox vaxt 70% qatılıqda
inyeksiyalar zamanı dərinin zərərsizləşdirilməsi, pinsel və digər alətlərin
stcrilizasiyası üçün işlədilir. Fenolun 3-5%-li sulu məhlulu yaxşı bakterisid,
funqisid və virulisid təsirə malik olub bağırsaq infeksiyaları, tənəffüs yolu
(vərəmdən başqa) infeksiyaları ocaqlarında və bəzi zoonozlaıda işlədilə bilər.
Onun məhlulu ilə pəncərələr, qapılar, mebellər (cilalanmış və laklanmış mebeldən
başqa), ağlar işlənir.
İnsan üçün fenol toksikidir, dərini və selikli qişaları qıcıqlandırır, hətta
xoralar əmələ gəlir.
Formaldehid (qarışqa turşusunun aldehidi) yüksək bakterisid, virulisid,
funqisid və sporosid xassələrə malikdir; formaldehidin 40%- li sulu məhlulu
formalin adlanır. Onun 2-3%-li məhlulu yaşayış yerlərində müxtəlif əşyaların,
25%-li məhlulu göbələk xəstəliklərində ayaqqabıların zərərsizləşdirilməsi zamanı
istifadə edilir. Su buxarı ilə birlikdə formalin buxar-formalin dezinfeksiya
kameralarında paltar və yataq ləvazimatlarının işlənməsi üçün tətbiq edilir.
103
downloaded from KitabYurdu.org