Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə33/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   117

Cari  dezinfeksiya  bilavasitə  xəstənin  və  ya  törədicigəzdirənin  ətrafında 
həyata keçirilir və yoluxucu xəstəliklərin törədicilərinin ətraf mühitdə yayılmasının 
qarşısının  alınması  məqsədilə  aparılır.  Cari  dezinfeksiya  infeksiya  ocaqlarında, 
evlərdə,  xəstənin  hospital-  laşdırılmasına  qədər  mənzillərdə,  xəstə  evdə  müalicə 
edildikdə aparılır. O, yoluxucu, vərəməleyhinə, doğuşayardımçı müəssisələrdə və 
poliklinikalarda  xəstoxanadaxili  infeksiyaların  yaranmasının  qarşısının  alınması 
məqsədilə həyata keçirilir. Bu tədbirləri müalicə müəssisələrində xüsusi öyrədilmiş 
tibb heyəti və ev şəraitində xəstəyə qulluq edən şəxslər yerinə yetirirlər. 
Yekun dezinfeksiya - xəstənin təmasda olduğu obyektlər vasitəsilə yoluxucu 
xəstəliklərin törədicilərinin yayılmasının qarşısını almaq məqsədilə aparılır və bir 
dəfə  -  xəstənin  təcrid  edilməsindən  sonra  yerinə  yetirilir.  Yekun  dezinfeksiya 
epidemik  ocağın  törədicidən  tam  azad  edilməsi  məqsədini  güdür,  ona  görə  də, 
infeksiya  ocaqlarında  yoluxucu  xəstənin  sağalmasından,  izolyasi-  yasından, 
hospitallaşdırılmasından və ya ölümündən sonra, stasionarda - palatada xəstələrin 
eynianlı  evə  yazılması  və  ya  xəstə  boksdan  çıxarıldıqdan  sonra,  cari  təmirdən 
əvvəl,  palatanın  profili  dəyişdirildikdə  aparılır.  Kimyəvi  vasitələr  arasında  yekun 
dezinfeksiyanın  aparılması  üçün  xlortərkibli,  fenol,  dördlü  ammonium,  pcroksid 
birləşmələri, çox vaxt sulu məhlullar və suspenziyalar şəklində işlədilir. 
Dezinfeksiyanın aparılması üçün dezinfeksiya vasitələri - kimyəvi və bioloji 
preparatlar,  fiziki  qurğular  və  aparatlar  işlədilir  ki,  bunlar  insan  və  heyvanların 
müxtəlif  xəstəliklərinin  törədicilərinin  məhv  edilməsi  (dezinfeksiya  və 
sterilizasiyaedici  vasitələr),  xəstəliklərin  törədicilərinin  keçiriciləri  və  təbii 
rezeıvuarları  -  buğuma-  yaqlılar  (insekto-,  akarisid  və  rcpellent  vasitələr)  və 
gəmiricilər (rodentisidlər) ilə mübarizə üçün nəzərdə tutulmuşdur. 
Dezinfeksiyada 3 əsas metod işlədilir: fiziki, kimyəvi və bioloji. 
Fiziki  vasitələrin  və  üsulların  istifadəsinin  məqsədi  fiziki  amillərin  onlara 
təsir  etməsi  yolu  ilə  potensial  təhlükəli  mikroorqa-  nizmlərin  ətraf  mühit 
obyektlərində  məhv  edilməsi  və  kənarlaş-  dırılmasıdır.  Bunlara  aiddir:  mexaniki 
(yuma,  çırpma,  süpürmə,  nəm  yığışdırma,  tozsoranla  təmizləmə),  havaya  vermə, 
ventilyasiya, ultrabənövşəyi şüalar, ultrasəs, rütubətli isti (qaynatma və 100°C-də 
su buxarı), yandırma, pasterizasiya 
100 
downloaded from KitabYurdu.org


(mayenin 30 dəqiqə ərzində 70-80°C temperaturda qızdırılması), günəş işığı, radioaktiv 
şüalanma. 
Dezinfeksiyanın mexaniki üsulu daha sadə və əlçatandır, lakin onlar yalnız 
mikroblann miqdarını azaltmağa imkan verir. 
Qaynatma qaynar suda korlanmayan əşyaların zərərsiz- ləşdiıilmosinin sadə, 
əlçatan  və  etibarlı  üsuludur.  Qaynatma  qabların,  tüpürcək  qablarının,  ləyənlərin, 
ağların,  dəsmalların,  xələtlərin,  qida  qalıqlarının  zərərsizləşdirilməsi  üçün  tətbiq 
olunur.  Bakteriyaların  əksəriyyəti  qaynar  suda  ya  ani,  ya  da  2-5  dəqiqə  ərzində 
məhv  olur.  Lakin  bəzi  viruslar,  məsələn,  B  və  C  viruslu  hepatiti,  qarayaranın 
sporları  yalnız  60  dəqiqədən  sonra,  tctanus  sporları  -  3  saatdan  sonra,  botulizm 
törədicisinin  sporları  isə  6  saatdan  sonra  məhv  olurlar.  Qaynayan  suyun 
dezinfeksiya təsiri çay sodasının 2%-li məhlulu və sabun əlavə edildikdə daha da 
güclənir. 
Yüksək  temperatura  qədər  qızdırılma  bütün  mikroor-  qanizmlərin,  o 
cümlədən  spor  formalarının  ölümünə  səbəb  olur  və  metal  əşyaların  sürətli 
dezinfeksiyasında  qaz  alovu,  spirtdə  isladılmış  yanar  tamponun  üzərində 
közortmoklə işlədilir. Ləyənlər, tibbi təyinatlı metal əşyalar (qayçılar, tutqaclar və 
s.) belə zərərsizləşdirilir. 
Azqiymətli çirklənmiş  əşyaları,  məsələn,  makulatura, zibil, cıı- cındır, bint 
və s. yandırmaqla zərərsizləşdirilir. 
Ultrabənövşəyi  şüalar  yüksək  bakterisid  xüsusiyyətə  malikdir,  ona  görə 
ulrtabənövşəyi  lampalar  xəstəxana  tikililərinin,  ilk  növbədə  cərrahiyyə,  sarğı, 
əməliyyat kabinetlərinin dezinfeksiyası üçün geniş işlədilir. 
Günəş  şüalan  da  həmçinin  yaxşı  dezinfeksiya  təsirinə  malikdir,  bu  effekt 
əsas  etibarilə  onun  ultrabənövşəyi  spektri  hesabınadıı*.  Ona  görə  günəşli  havada 
ağları sərmək daha məqsədəuyğundur. 
Dezinfeksiyanın  kimyəvi  vasitələri  sulu  məhlullar,  emulsiyalar, 
suspenziyalar, aerozol, tozlar, polimer örtüklər, bakterisid xassəli parçalar şəklində 
işlədilir.  Müalicə-profilaktika  müəssisələrində  böyük  miqdarda  kimyəvi 
dezinfektantlar tətbiq edilir, onların hər birinin özünün antimikrob təsir spektri və 
əlavə effekti vardır. 
Bakteriyalar,  vərəm  mikobakteriyalan,  spor,  kif  göbələkləri,  maya 
göbələkləri, 
viruslara 
qarşı 
dezinfeksiya 
effekti 
mikrobioloji 
aktiv 
komponentlərdən  asılıdır.  Sonuncular  qismində  haloidtərkibli,  oksigentərkibli, 
səthi-aktiv maddələr, quanidinlər, aldehidlər, spirtlər və s. işlədilir. 
101 
downloaded from KitabYurdu.org


Haloidtərkibli  birləşmələrə  xlorlu  birləşmələr  aiddir:  hipoxlo-  ridlər, 
xloraminlər,  izosianur  turşusunun  duzlan,  elektrokimyəvi  aktivləşdir  ilmiş 
məhllullaı*. 
Xlortərkibli dezinfeklantlar geniş spektrli mikrobəleyhinə aktivliyi, tez təsir 
etməsi  ilə  fərqlənirlər,  onlar  nisbətən  ucuzdurlar.  Lakin  korroziya  təsiri  ilə  bağlı 
olaraq, onlar metaldan hazırlanmış məmulatların dezinfeksiyasında işlədilə bilmir, 
həmçinin bu preparatların qıcıqlandırıcı təsiri, özünəməxsus iyi vardır. Tərkibində 
aktiv komponent kimi hidrogen peroksid olan və oksigcntərkibli birləşmələrə aid 
edilən preparatlar yüksək dezinfeksiya effektinə malikdir. Onlar müxtəlif səthlərin, 
mebelin,  əşyaların,  ağların,  qabların,  xəstələrə  qulluq  əşyalarının,  rezindən, 
plastmassdan,  şüşədən  hazırlanmış  tibbi  təyinatlı  alətlərin  dezinfeksiyasında, 
habelə sterilizasiya məqsədilə istifadə olunur. 
Səthi-aktiv  dezinfektanllar  qrupuna  təkribində  aktiv  maddə  kimi  dördlü 
aramonium birləşmələri olan aktiv komponentlər daxildir. 
Dördlü  ammonium  birləşmələri  antimikrob  spektrinin  genişliyinə  görə 
xlortərkibli və fenol birləşmələrindən geri qalır, lakin onlar suda yaxşı həll olur, iyi 
və  korroziyaedici  xüsusiyyəti  yoxdur,  insan  üçün  az  toksikidir.  Bu  xassələri 
sayəsində  onlar  effektiv  dezinfeksiya  vasitələri  sayılırlar.  Preparatlar  bakterisid 
(vərəm  mikobakteriyaları  istisna  edilməklə),  funqisid  və  KRVİ  münasibətdə 
virulisid  təsirə  malikdir.  Onlar  əsas  etibarilə  mebel,  döşəmə,  divarların  gündəlik 
zərərsizləşdirilməsində  tətbiq  edilir,  yuyucu  xassələrinin  olması  isə  yuma, 
təmizləmə və dezinfeksiya prosesini bir anda yerinə yetirməyə imkan verir. 
Quanidinlər  qrupu  dar  spektrli  antimikrob,  yəni  yalnız  bakterisid  təsirə 
malikdir.  Onlar  mikobakteriyalar,  viruslar,  göbələklər,  sporlara  qaışı  aktiv 
deyildirlər. Spirtlərlə birgə işlədildikdə aktivliyi xeyli yüksəlir. 
Aldehidlər,  xüsusilə  qlütar  aldehidi  alətlərin  zərərəsizləşdiril-  məsində 
dezinfeksiya  vasitəsi  kimi  geniş  işlədilir,  lakin  əvvəlcədən  alətlərin  təmizlənməsi 
lazımdır, belə ki, preparatlar zülal çirklənməsini fıksə edirlər. 
Spirtlər, xüsusilə də etil və izopropil spirti sərbəst və ya müxtəlif kimyəvi 
birləşmələr şəklində dəri antiseptikləri və dezinfeksiya vasitəsi kimi işlədilir. Onlar 
stomatologiyada alətlərin zərərsizləşdirilməsi
102 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə