Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq


Həlqəvi qurdların həyat fəaliyyəti



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə40/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

Həlqəvi qurdların həyat fəaliyyəti
Həlqəvi  qurdlarda  hərəkət.  Həlqəvi  qurdların  hərəkətində  dəri-
əzələ  kisəsində  olan  əzələlər  və  bədəndə  olan  qılcıqlar  mühüm  rol 
oynayır. 
3
3
79
78
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Səhv fikirləri müəyyən edərək onları doğru ifadələrə çevirin. 
1. Həlqəvi qurdlar 
yalnız torpaqda yaşayır. 2. Soxulcanın bədən boşluğu parenxima ilə doludur. 3. Ne-
reid  çoxqıllı  qurdlar  sinfinin  nümayəndəsidir.  4.  Zəlilərdə  ayaq  çıxıntıları  və 
qılcıqlar olur. 5. Soxulcan azqıllı qurdlar sinfinə aiddir.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Cümlələri tamamlayın: 
2. Hekayədəki səhvləri tapın və izah edin. 
1. Soxulcanda kəmər bədənin __ hissəsində yerləşir.     
2. Soxulcan əzələlərin yığılıb-açılması və __ köməyi ilə hərəkət edir. 3. Soxulcan 
__  quruluşa  malikdir.    4.  Həlqəvi  qurdların  parazit  həyat  tərzi  keçirən 
nümayəndəsi __ .  5.  Soxulcan__ torpaqda yaşayır.
“Mən yayda kənddə qalırdım. Kiçik qar-
daşımla ağaclara qulluq edirdik. Onları sulayır, dibini belləyir və soxulcanlardan 
təmizləyirdik.  Qardaşım  deyirdi  ki,  soxulcanlar  ağaclara  zərər  vurur.  İşimizi 
bitirdikdən sonra əllərimizi sabunla yaxşı-yaxşı yuyurduq ki, dırnaqlarımızın 
arasına  qaraciyər  sorucusunun  yumurtaları  düşməsin.  Yay  tətilini  səmərəli 
keçirdik”.
34. 
Həlqəvi qurdların həyat fəaliyyəti
Quru havada soxulcanlar torpağın 
dərinliyində olur.Yağış yağanda isə onlar 
torpağın üzərinə çıxır. 
·  Sizcə, bunun səbəbi nədir?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
 
Soxulcanın hərəkəti  və qıcığa cavabı
Məqsəd: Soxulcanın hərəkətini müşahidə etmək, qıcığa qarşı cavab reaksiyasını 
müəyyən etmək.
Təchizat:  Canlı  soxulcanlar,  pinset,  baş  soğan  hissəciyi,  qalın  vərəq,  şüşə 
parçası.
olar. Nereidlər qumda və ya lildə qazdıqları yuvalarda yaşayır. Buğumlu 
bədənlərində   baş, gövdə və quyruq hissə asan seçilir. Başda iki cüt göz, 
bir cüt lamisə çıxıntısı,  qolcuqlar və çənələrə malik ağız vardır. 
Zəlilər sinfi. Yırtıcı və ya parazit həyat tərzi keçirir. Bədəni buğum-
ludur. Buğumlar birləşərək ön və arxa tərəfdə iki sormac əmələ gətirir. 
Sormacların  köməyi  ilə  şikarını  tutur  və  hərəkət  zamanı  müxtəlif 
əşyalara  yapışa  bilir.  Bunlarda  ayaq  çıxıntıları  və  qılcıqlar  olmur. 
Əzələləri güclü inkişaf etmişdir. Nümayəndələrindən biri  tibb zəlisidir
Həlqəvi qurdların əhəmiyyəti.  Həlqəvi qurdların bəzi nümayəndələri 
bir çox balıqların qidasını təşkil etməklə bərabər, həm də üzvi maddələri 
bağırsağından  keçirərək  torpağın  çürüntü  ilə  zənginləşdirilməsi  və  su-
yun bioloji təmizlənməsində iştirak edir. 
İşin gedişi: 1. Pinsetlə soxulcanı bankadan çıxararaq 
əvvəl kağız, sonra isladılmış şüşə üzərinə qoyun. 
2. Onun  kağız və şüşə üzərində hərəkətlərini müşahidə 
edin  və  fərqi  göstərin.  3.  Soxulcana  pinsetin  ucu  ilə 
toxunmaqla və ya ona toxunmadan bədənin ön tərəfinə 
soğan  parçası  qoymaqla  qıcıqlara  qarşı  necə  reaksiya 
verməsini müşahidə edin. 
Nəticələri müzakirə edək: 1. Soxulcanın kağız üzərin-
də  hərəkəti  zamanı  xışıltı  səsi  yaradan  nədir?    So-
xulcanın hərəkəti nəyin sayəsində baş verir? 2. Soxul-
cana  toxunma  və  ya  soğan  hissəciyi  ilə  təsir  zamanı 
hansı hissiyyatın olmasını müəyyən etmək olar?
Soxulcanın quruluşu
Məsələn, soxulcanda həlqəvi əzələlər yığıldıqda qurdun ön ucu çox nazikləşərək 
asanlıqla  torpaq  dənəciklərinin  arasına  keçir.  Uzununa  əzələlərin  yığılması 
nəticəsində isə bədənin ön ucu yoğunlaşaraq   torpağı aralayır. Nereid isə ayaq 
pərlərinin köməyi ilə dənizin dibində sürünərək hərəkət edir.
Həzm sistemi və qidalanması. Həzm sistemi ağızla başlayır və anal   dəliyi ilə 
qurtarır.  Soxulcan torpaqda olan çürüntülərlə qidalanır, qidanın xırdalanması 
mədədəki əzələlərin hesabına baş verir. Nereidin qidasını yosunlar və kiçik su 
heyvanları təşkil edir. Zəlilərin əksəriyyəti insan və bəzi onurğalıların qanı ilə 
qidalanır.  Şikara  hücum  edərkən  əzələli  xortumu  ilə  onu  yaralayır  və  oraya 
xüsusi maddə ifraz edir. Bu maddə   həm şikarın bədənindəki yarada, həm də   
zəlinin öz mədəsində olan qanın laxtalanmasının qarşısını alır.
Qan-damar  sistemi.  Bel  və  qarın  qan  damarı  və  onları  birləşdirən  həlqəvi 
damarlardan  ibarətdir.  Həlqəvi  damarların  bir  neçəsi  yoğunlaşaraq  “ürək” 
Udlaqüstü 
sinir 
düyünü
Ürək 
Bel qan 
damarı 
Çinədan 
Mədə 
Bağırsaq
Qida 
borusu 
Həlqəvi 
əzələ
Uzununa 
əzələ
Qarın sinir 
düyünü
Udlaq
Metanefridi
Udlaqətrafı sinir həlqəsi
Udlaqaltı sinir düyünü
Qarın 
sinir zənciri 
Ağız
Qarın 
qan damarı 
Həlqəvi
damarlar


81
80
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
funksiyasını yerinə yetirir. Damarlar daha kiçik şaxələrə bölünərək tük kimi 
nazik kiçik damarlar – kapilyarlar əmələ gətirir.  Qan -damar sistemi  qapalıdır
yəni  qan  yalnız  damarlarda  hərəkət  edir  və  boşluq  mayesi  ilə  qarışmır. 
Əksəriyyətinin qanı qırmızı rənglidir. 
Tənəffüs  sistemi.  Həlqəvi  qurdların  bir  çoxunda  xüsusi  tənəffüs  orqanı 
yoxdur. Əksəriyyəti bütün bədən səthi ilə tənəffüs edir. Dənizlərdə yaşayan bəzi 
çoxqıllı  qurdlarda,  məsələn,  qum  qurdunda  xüsusi  tənəffüs  orqanı  olan 
qəlsəmələr vardır. 
İfrazat sistemi. Həlqəvi qurdların ifrazat orqanları ilgək şəklində qıvrılmış və 
bir  ucu  qıf  şəklində  genişlənmiş  nazik  borucuqlardan  –  metanefridilərdən 
ibarətdir. Borucuqların qıfşəkilli ucu   bədən boşluğuna, digər ucu isə sonrakı 
buğumdan xaricə açılır. 
Sinir sistemi. Soxulcanda sinir sistemi udlaqüstü və   udlaqaltı sinir düyünü, 
bunları bir-biri ilə birləşdirən udlaqətrafı sinir həlqəsi və qarın sinir zəncirin-
dən  ibarətdir.  Sinir  düyünlərinin  hər  birindən  bədənin  müxtəlif  hissələrinə 
sinirlər gedir. 
Hiss orqanları. Bəzi nümayəndələrində yaxşı inkişaf etmiş hiss orqanları – göz-
lər, lamisə orqanları olan bığcıqlar, qolcuqlar olur. Əksər həlqəvi qurdlarda xü-
susi  hiss  orqanları  (məsələn,  soxulcanda)  yoxdur.  Lakin  bədənlərinə  toxun-
duqda onu hiss edir, qidanın dadını duyur və işığı qaranlıqdan seçirlər.  
Regenerasiya.  Bağırsaqboşluqlular  kimi,  bunların  da  nümayəndələrində 
regenerasiya prosesi  yaxşı inkişaf etmişdir.
Çoxalması.  Əksər  nümayəndələri  hermafroditdir.  Toxumluqlar  və  yumurta-
lıqlar bədənin müəyyən buğumlarında yerləşir. Yumurta qoyma zamanı qurdun 
kəməri üzərində xeyli selik əmələ gəlir. Qurd yumurtalarını bura qoyur, sonra 
selikdən  azad  olur.  Selik  tez  bərkiyir,  tündləşir  və  barama  əmələ  gətirir.  Bir 
müddət sonra baramadakı yumurtalardan cavan soxulcanlar çıxır.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Uyğunluğu müəyyən edin: 
1. Cədvəli dəftərinizə çəkin. Qurdların müvafiq tipinə uyğun olan əlamət nömrə-
lərini cədvəldə yerləşdirin: 1. Finna əmələ gətirə bilir; 2. Bədən boşluğunda maye 
olur; 3. Bədən boşluğunda parenxima olur; 4. Qan-damar sistemi var; 5. Xüsusi 
hiss orqanları var; 6. Bədənin əyilməsinə xidmət edən yalnız uzununa əzələləri 
var;  7. Dəri-əzələ kisəsi olur.
Həlqəvi qurdlar    
Yastı qurdlar      
Sap qurdlar
3
3
1. Şəkildə hansı birhüceyrəli orqanizmlər təsvir olunmuşdur? Onları 
bir-birindən fərqləndirən nədir?
2. Düzgün cavabı seçin: 
a) Bağırsaqboşluqlular üçün ikitərəfli/şüalı simmetriya xarakterikdir. 
b) Bağırsaqboşluqlularda bədən boşluğu/ bağırsaq boşluğu olur. 
c)  Hidrada  ektodermada  yerləşən  dalayıcı  hüceyrələr  müdafiə/həzm 
funksiyasını yerinə yetirmir. 
d) Hidra birqatlı/ikiqatlı bədəni olan çoxhüceyrəli orqanizmdir. 
e) Hidranın cinsiyyət hüceyrələri ektodermada/entodermada əmələ gə-
lir. 
3. “Parazit qurdlar” cədvəlini doldurun:
Qaraciyər sorucusu
Öküz soliteri
Exinokokk
Askarid
Uşaq bizquyruğu
Parazitizm ilə əlaqədar 
quruluş xüsusiyyətləri
İnsana 
vurduğu zərər
Nümayəndələri
Profilaktik 
tədbirlər
4. Həlqəvi qurdlar haqqında düzgün ifadələri seçin:
a) Həlqəvi qurdlarda dəri-əzələ kisəsi olur.
b) Cinsiyyətli çoxalmasında erkək və dişi fərdlər iştirak edir. 
c) Bədənləri şüalı simmetriyaya malikdir.
d) Nereid çoxqıllı qurdlara aiddir.
e) Dənizdə yaşayan çoxqıllı qurdların tənəffüs orqanı yoxdur.
ə) Həlqəvi qurdların əksəriyyəti hermafroditdir.
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
a) Bel və qarın damarları  
b) Metanefridilər 
c) Udlaqətrafı  həlqə  
d) Qarın sinir zənciri 
e) Udlaq  
f) “Ürək” 
1. Həzm sistemi    
2. Sinir sistemi      
3. Qan-damar sistemi     
4. İfrazat sistemi


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə