Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə51/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

3
3
101
100
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
42. Kəlləlilər yarımtipi. 
Balıqlar 
Balıqların bədəninin kənarlarında suyun axınını müəyyən edən xüsusi duyğu 
orqanı var. O, balığa lilli suda maneələrə toxunmadan hərəkət etməsinə imkan 
verir.
· Su həyat tərzi balığın bədən quruluşunda özünü necə göstərir?
Məqsəd: Balıqların xarici quruluşunun xüsusiyyətlərini və su mühitinə 
uyğunlaşmalarını öyrənmək.
Təchizat: Balıq və ya balıq şəkli.
İşin gedişi: 
1. Balığı nəzərdən keçirərək onun bədəninin formasını və hissələrini müəyyən 
edin. 
2. Onun şəklini dəftərinizdə çəkərək quruluş hissələrini qeyd edin.
Nəticəni  müzakirə  edin:  Balıqlarla  quruda  yaşayan  digər  onurğalılar  nə  ilə 
fərqlənir?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Balıqların xarici quruluşu
Skat
Kəlləlilərə – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və 
məməlilər aiddir.
Balıqlar. 20 minə qədər növü məlumdur. Yalnız su mühitində yaşayır. 
Bunlarda  cüt  üzgəclər  və  çənələr  meydana  gəlmişdir.  Əksəriyyətinin 
bədəni pulcuqlarla örtülmüşdür. Balıqlar sümüklü və qığırdaqlı balıqlar 
sinfinə bölünür. 
Qığırdaqlı  balıqlar  sinfi.  Skeletləri  qığırdaqdan  təşkil  olunur.  Bu 
balıqlara akulalar və skatlar aiddir. Onlarda yanlarında 5-7 cüt qəlsəmə 
yarığı yerləşir. Qığırdaqlı balıqlarda qəlsəmə qapaqları olmur. Üzmə qo-
vuğu yoxdur, əksəriyyəti diri bala doğur.
Sümüklü  balıqlar  sinfi.  Balıqların  əksər  nümayəndələri  sümüklü 
balıqlar sinfinə aiddir. Bunlarda  skelet əksər hallarda sümükləşmiş olur. 
Bədən baş, gövdə və quyruqdan ibarətdir və onlar arasında kəskin sərhəd 
yoxdur. 
Akula
Çay xanısının bədən quruluşu
Göz
Pulcuqlar
Quyruq üzgəci
Quyruqaltı (anal) üzgəc
Qarın üzgəci
Döş 
üzgəci 
Qəlsəmə qapağı
Ağız
Burun dəliyi
Bel üzgəcləri
Skeleti
Üzgəc şüaları
Fəqərələr
Kəllə 
sümükləri
Qarın üzgəcinin 
skeleti
Çənə 
sümükləri
Qabırğalar 
Anal üzgəcin skeleti
Döş üzgəcinin skeleti 
Çiyin qurşağı
Qəlsəmə qapağı
Qığırdaqlı balıqlar sinfi
Suda üzməsində üzgəclər əsas rol oynayır. Üzgəclər tək və cüt olur. Bə-
dən səthi sümük pulcuqlarla örtülmüşdür. Dəridə çoxlu selik ifraz edən 
vəzilər olur. Selik qatı pulcuqların üzərini örtərək balığın sürtünməsini 
azaldır, həmçinin onları mikroorqanizmlərin təsirindən qoruyur. Balığın 
yan hissələrində başdan quyruğa doğru yan xətt orqanı uzanır.
Sümüklü balıqların quruluşu
Skeleti. Kəllə, gövdənin və ətrafların skeletindən ibarətdir. Skeletin əsasını 
gövdə  boyunca  uzanan  onurğa  təşkil  edir.  Onurğa  gövdə  və  quyruq 
fəqərələrindən təşkil olunur. 
Bədənin gövdə fəqərələrinin yan hissəsində iki qabırğa olur. Onurğa öndə kəllə 
ilə  hərəkətsiz  birləşir.  Üzgəclərin  skeleti  bir  neçə  sümükdən  və  üzgəc 
şüalarından ibarətdir. 
Balıqda  yaxşı  inkişaf  etmiş  əzələlər  olur.  Bunlardan  bel  və  quyruq  əzələləri 
daha güclüdür. 


Baş 
beyin
Sinirlər
Onurğa 
beyni
Beyincik 
Uzunsov 
beyin 
Aralıq 
beyin
Orta beyin
Ön beyin
Həzm sistemi. Balıqlar qidasını ağız vasitəsilə tutur. Bəzi balıqlarda şikarını 
tutmaq və saxlamaq üçün ağızda sivri dişləri olur. Onlar qidasını bütöv udur. 
Qida ağızdan udlağa, qida borusuna, sonra mədəyə keçir. 
Mədədə qismən həzm olunan qida nazik bağırsaqda həzm vəzilərinin şirələrinin 
təsirinə  məruz  qalır  və  tamamilə  həll  olaraq  buradan  qana  sorulur.  Həzm 
olunmamış qida qalıqları anal dəlik vasitəsilə bədəndən xaric olunur.
Böyrək
Əzələ
Onurğa beyni 
Onurğa
Pilorik çıxıntılar
Baş beyin
Ağız
Qəlsəmə
Ürək
Qaraciyər
Öd kisəsi
Mədə
Bağırsaq
Sidik dəliyi 
Sidik kisəsi 
Cinsiyyət dəliyi
Yumurtalıq
Üzmə qovuğu
Dalaq
Daxili quruluşu
Quyruq fəqərəsi 
Yuxarı çıxıntılar
Yuxarı qövslər
Fəqərə cismi
Yan çıxıntılar 
(bunlara 
qabırğalar 
birləşir)
Aşağı  qövs 
Gövdə fəqərəsi 
Aşağı çıxıntı
Balıqların  çoxalması  və  inkişafı.  Balıqların  əksəriyyəti  ayrıcinsli 
heyvanlardır.  Yumurtalıqlarda  yumurta  hüceyrələr  –  kürülər,  toxum-
luqda  isə  spermatozoidlərə  malik  ağ  rəngli  toxum  mayesi  əmələ  gəlir. 
Əksər balıqlarda mayalanma bədəndən xaricdə – suda gedir. Mayalanmış 
kürülərdən sarılıq kisəsinə malik sürfələr çıxır. Sarılıqdakı ehtiyat qida 
maddələri sərf olunduqdan sonra onlar müstəqil qidalanmaya keçir.
Üzmə qovuğu. Sümüklü balıqlarda  içərisində qazlar qarışığı olan nazik divarlı 
bağırsaq çıxıntısı – üzmə qovuğu olur. 
Balıq  suyun  dərin  qatlarına  endikdə  üzmə  qovuğunun  həcmi  kiçilir,  yuxarı 
qatlarına üzdükdə isə üzmə qovuğunun həcmi böyüyür. Bu da balığın tez bir 
zamanda suyun qatlarında yerdəyişməsini asanlaşdırır.
Tənəffüs  sistemi.  Balıqlar  qəlsəmələrlə  tənəffüs  edir. Ağızdan  daxil  olan  su 
qəlsəmələri  yuyur  və  bu  zaman  suda  həll  olmuş  oksigen  qəlsəmələrdəki  qana 
keçir. Qəlsəmələrin üzəri qəlsəmə qapağı ilə örtülmüşdür.
Qan-damar sistemi. Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Balıqla-
rın ürəyi ikikameralı olub qulaqcıq və mədəcikdən təşkil olunmuşdur. Ürəkdən 
çıxan venoz qan qəlsəmələrdə təmizləndikdən sonra bədən orqanlarına aparılır 
və yenidən ürəyə qayıdır. Balıqlarda qan -damar sistemi qapalıdır.  
Sürfə 
Körpə
Balığın inkişafı
Mayalanmış 
yumurta hüceyrə
Sarılıq kisəsi (kürünün ehtiyat qida 
maddələrinin qalığı)
3
3
103
102
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Qan-damar sistemi 
İfrazat sistemi. Balıqların bel hissəində onurğanın yanlarında bir cüt qırmı-
zımtıl-qonur rəngli lentşəkilli böyrək yerləşir. Böyrəklərdə süzülən son parça-
lanma məhsulları   iki sidik axarı ilə sidik kisəsinə gətirilir. Sidik kisəsi anal 
dəlikdən bir qədər arxada xaricə açılır.
Sinir sistemi. Baş və onurğa beynindən, onlardan çıxan sinirlərdən ibarətdir. 
Balıqlarda baş beyin 5 şöbədən – ön, aralıq, orta, uzunsov beyin və beyincikdən 
təşkil  olunmuşdur.  Balığın  həyat  fəaliyyətində  beyin  şöbələrinin  böyük  əhə-
miyyəti vardır. Məsələn, uzunsov beyin tənəffüs, qan dövranı, həzm və digər 
funksiyaların idarə olunmasında, beyincik isə müvazinət və hərəkətin koordi-
nasiyasında iştirak edir. 
Hiss orqanları. Balıqlarda görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamisə və yan 
xətt kimi hissiyyat orqanı var. Yan xətt orqanı vasitəsilə balıqlar su cərəyanının 
istiqamətini və gücünü hiss edir. 
Beyin və sinir sistemi 
Qəlsəmə 
kapillyarları
Vena
Ürək
Bel arteriyası 
Bədən 
kapillyarları 
Qarın 
aortası
Mədəcik
Qarın 
aortası 
Qulaqcıq
Vena
Qan-damar sistemi 


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə