3
3
107
106
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Balıq ehtiyatlarının qorunması. İnsan plansız ovlama ilə, su mühitini
müxtəlif kimyəvi maddələrlə çirkləndirməklə balıq ehtiyatlarını azaldır.
Balıq ehtiyatlarının saxlanılması və heyvanlar aləminin qorunması üçün
ölkəmizdə müxtəlif qanunlar qəbul edilmişdir. Balıq ehtiyatlarının azal-
masının qarşısını almaq üçün onların süni surətdə artırılması və yeni növ
balıqların su hövzələrinə iqlimləşdirilməsi işləri həyata keçirilir.
Hazırda bu balıqlar çoxsaylı olub, vətəgə əhəmiyyəti daşıyır. Balıq eh-
tiyatlarının artırılması üçün hazırda karp, qalınalın, ağ amur, forel, nərə
balıqları süni surətdə artırılır. Neftçalanın Xıllı balıqçılıq təsərrüfatında
nərə balıqları yetişdirilir.
Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın.
Sənaye tullantıları, Qırmızı kitab, motorlu qayıqlar, vətəgə balıqları.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Balıq ehtiyatlarının azalma səbəblərini söyləyin.
2. Balıqların qorunma tədbirlərindən üç ən əhəmiyyətlisini söyləyin.
44.
Suda-quruda yaşayanlar sinfi
Latın dilində bu heyvanların adı “amfibilər dir. Bu ad XVIII əsrdə Karl Linney
tərəfindən təklif olunmuşdur. Onun tərcüməsi “ikili həyat” deməkdir.
Həqiqətən də amfibilərə aid olan qurbağalar həyatlarının müəyyən hissəsini
suda, digər hissəsini quruda keçirir.
”
· Qurbağaların daha hansı xüsusiyyətləri sizə məlumdur?
Qurbağanın şəklinə əsasən onun bədən hissələrini
müəyyən edin.
1. Başda hansı orqanlar yerləşmişdir?
2. Ətraflar hansı quruluş xüsusiyyətlərinə malikdir?
Belə quruluş xüsusiyyətləri qurbağanın
suda və
quruda hərəkətində nə kimi rol oynayır?
Fäaliyyät
Fäaliyyät
Suda-quruda yaşayanların (amfibilər) 2800-ə qədər növü məlumdur.
Onların əksəriyyəti sürfə mərhələsini su mühitində keçirir, yetkin
fərdləri isə quruya çıxır. Suda-quruda yaşayanlarda quruda hərəkətə
xidmət edən ətraflar olur. Atmosfer havası ilə tənəffüs etmək üçün
bunlarda ağciyərlər meydana gəlmişdir. Balıqlar kimi, kürü qoymaqla
çoxalır. Suda-quruda yaşayanların nümayəndələrindən biri
göl qurba-
ğasıdır.
Balıqların qorunması məqsədilə aşağıdakılar qadağandır:
1) Adları ... düşən balıqların ovlanması;
2) ... suya axıdılması;
3) ... kürüləmə yerlərində hərəkət etmək.
4) ... normadan artıq ovlanması.
Qurbağanın xarici quruluşu
Baş
Gövdə
Təbil
pərdəsinə malik qulaq dəliyi
Burun dəliyi
Göz
Göz qapaqları
Ön ətraf
Arxa ətraf
Göl qurbağasının həyat fəaliyyəti
Göl qurbağasının quruluşu. Qurbağanın bədəni baş, gövdə və ətraflardan iba-
rətdir. Baş gövdə ilə sərhədsiz birləşdiyindən boyun nəzərə çarpmır. Balıqlar-
dan fərqli olaraq, qurbağalarda baş hərəkətlidir. Gözləri qurumaqdan qorumaq
üçün onlarda göz qapaqları meydana gəlmişdir. Göl qurbağasının gövdə hissəsi
bel-qarın istiqamətində yastılaşmışdır. Gövdəyə hərəkətli aşağı və yuxarı
ətraflar birləşmişdir.
Hərəkəti. Arxa ətrafları ön ətraflarından daha uzun və güclü olur. Quruda
hərəkət zamanı o, arxa ətraflarını yığıb-açmaqla irəliyə doğru hərəkət edir.
Qurbağanın öndə 4, arxada isə üzmə pərdəsinə malik 5 barmaqlı ətrafı olur.
Quruda hərəkət etmə və suda üzmə ilə əlaqədar olaraq qurbağanın əzələləri
balıqlarla müqayisədə daha yaxşı inkişaf etmişdir.
Bədən örtüyü. Qurbağanın dərisi çılpaq olub, vəzilərlə zəngindir.
Skeleti. Qurbağanın skeleti kəllənin, gövdənin və ətrafların skeletindən ibarət-
dir. Qurbağanın onurğa sütunu 1 boyun, 7 gövdə, 1 oma fəqərələri və 1 uzun
quyruq sümüyündən təşkil olunmuşdur. Qabırğaları tam inkişaf etmədiyi üçün
döş qəfəsi yoxdur. Ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən
ibarətdir. Çiyin qurşağı cüt sümüklər –
kürək, körpücük, qarğa və tək döş sümü-
yündən təşkil olunmuşdur.
Qurbağanın
quruya çıxması
Kürü
Xarici
qəlsəmələrə
malik
sürfələr
Daxili
qəlsəməyə
malik sürfə
Arxa
ətrafların
meydana
gəlməsi
Ön ətrafların
meydana
gəlməsi
Qan-damar sistemi. Qurbağanın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir.
İki qan dövranı var. Ağciyərlərin yaranması ilə bunlarda kiçik qan dövranı mey-
dana gəlmişdir. Bu qan dövranı ilə venoz qan tənəffüs orqanlarına aparılır və
arterial qana çevrilərək yenidən ürəyə qayıdır. Böyük qan dövranında isə bədə-
nə vurulan qan oksigeni toxuma və orqanlara verdikdən sonra yenidən ürəyə
qayıdır. Qurbağanın ürəyində damarlar elə yerləşmişdir ki, arterial qan başa,
qarışıq qan bədənə, venoz qan isə ağciyərlərə aparılır.
İfrazat sistemi. Bir cüt böyrək, axarları kloakaya açılan bir cüt sidik axarı və
ikipaylı sidik kisəsindən ibarətdir.
Maddələr mübadiləsi. Qurbağanın bədən temperaturu sabit deyil və həyat
fəaliyyəti proseslərinin sürəti ətraf mühitin temperaturundan asılıdır.
Sinir sistemi. Balıqlarda olduğu kimidir. Lakin qurbağada ön beyin balıqlar-
dakına nisbətən yaxşı, hərəkət koordinasiyasını idarə edən beyincik isə zəif
inkişaf etmişdir.
3
3
109
108
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Sərbəst ön tərəflər
bazu, said sümüyü
və ön pəncə sümüklərindən ibarətdir.
Qurbağanın arxa ətraf qurşağını bir
cüt
canaq, sərbəst ətrafını isə
bud,
baldır və
arxa pəncə sümükləri təşkil
edir.
Həzm sistemi. Uzun yapışqanlı dili-
ni xaricə atmaqla hərəkət edən həşə-
ratlarla və digər canlılarla qidalanır.
Həzm olunmayan qalıqlar bağırsağın
genişlənmiş hissəsi olan
kloakaya ke-
çərək
kloaka dəliyi vasitəsilə bədən-
dən xaric edilir. Kloakaya, həmçinin,
ifrazat və cinsiyyət sisteminin axar-
ları açılır.
Tənəffüs sistemi. Yetkin qurbağa ki-
səşəkilli ağciyərlərlə tənəffüs edir.
Ağciyərləri yaxşı inkişaf etmədi-
yindən tənəffüsündə dəri də iştirak
edir. Su mühitində qurbağada yalnız
dəri tənəffüsü olur.
Həzm,
ifrazat və tənəffüs sistemi
Burun dəliyi
Mədəaltı vəzi
Bağırsaq
Sidik
kisəsi
Kloaka
Böyrək
Yumurta
borusu
Yumurtalıq
Ağciyər
Ağız
Udlaq
Qida borusu
Mədə
Öd kisəsi
Dalaq
Qaraciyər
Sinir sistemi
Baş beyin
Onurğa
beyni
Sinirlər
Ön beyin
Aralıq
beyin
Orta beyin
Uzunsov beyin
Beyincik
Qurbağanın inkişaf mərhələləri
Qan-damar sistemi
Sol qulaqcıq
Sağ
qulaqcıq
Mədəcik
Böyük qan
dövranı
Kiçik qan
dövranı
Hiss orqanları. Qurbağada görmə, eşit-
mə, qoxubilmə, dadbilmə orqanları olur.
Eşitmə orqanı, əsasən, iki şöbədən – orta
və daxili qulaqdan ibarətdir.
Çoxalması. Ayrıcinsli heyvanlardır. Ço-
xalma dövründə qurbağalar cütlərə
ayrılır. Erkək göl qurbağasında dişi
fərdləri cəlb etmək üçün qurultu səslə-
rini gücləndirən rezonatorlar olur. Cinsi
hüceyrələr çıxarıcı borularla kloakaya
tökülür və oradan xaricə çıxır. Mayalan-
ma xaricidir, suda gedir.
Kəllə
sümüyü
Üst çənə
sümüyü
Onurğa
Quyruq
sümüyü
Çanaq
sümükləri
Alt çənə
sümüyü
Kürək
sümüyü
Bazu
sümüyü
Ön pəncə
sümükləri
Döş
sümüyü
Said
sümüyü
Baldır
sümüyü
Arxa pəncə sümükləri
Bud sümüyü
Qurbağanın skeleti
İnkişafı. Bir müddətdən sonra kürüdən
çömçəquyruq adlanan balığabənzər
sürfə çıxır. Bir neçə aydan sonra o, yetkin qurbağaya çevrilir. Qurbağanın inki-
şafı dolayı yolla gedir.
Uyğunluğu müəyyən edin.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
A. Balıqlar
B.
Suda-quruda yaşayanlar
1. Yetkin fərdlərində qəlsəmə tənəffüsü olur.
2. Ürəkləri ikikameralıdır.
3. Dəriləri pulcuqlu və seliklidir.
4. Ürəkləri üçkameralıdır.
5. Dəriləri çılpaq və seliklidir.
6. Sürfə mərhələsində qəlsəmə tənəffüsü olur.