Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə55/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

Qurbağanın 
quruya çıxması
Kürü
Xarici 
qəlsəmələrə 
malik 
sürfələr
Daxili 
qəlsəməyə 
malik sürfə
Arxa 
ətrafların 
meydana 
gəlməsi
Ön ətrafların 
meydana 
gəlməsi 
Qan-damar sistemi. Qurbağanın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir. 
İki qan dövranı var. Ağciyərlərin yaranması ilə bunlarda kiçik qan dövranı mey-
dana gəlmişdir. Bu qan dövranı ilə venoz qan tənəffüs orqanlarına aparılır və 
arterial qana çevrilərək yenidən ürəyə qayıdır. Böyük qan dövranında isə bədə-
nə vurulan qan oksigeni toxuma və orqanlara verdikdən sonra yenidən ürəyə 
qayıdır.   Qurbağanın ürəyində damarlar elə yerləşmişdir ki, arterial qan başa, 
qarışıq qan bədənə, venoz qan isə ağciyərlərə aparılır.
İfrazat sistemi. Bir cüt böyrək, axarları kloakaya açılan bir cüt sidik axarı və 
ikipaylı sidik kisəsindən ibarətdir.
Maddələr  mübadiləsi.  Qurbağanın  bədən  temperaturu  sabit  deyil  və  həyat 
fəaliyyəti proseslərinin sürəti ətraf mühitin temperaturundan asılıdır. 
Sinir sistemi. Balıqlarda olduğu kimidir. Lakin qurbağada ön beyin balıqlar-
dakına  nisbətən  yaxşı,  hərəkət  koordinasiyasını  idarə  edən  beyincik  isə  zəif 
inkişaf etmişdir.
3
3
109
108
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Sərbəst ön tərəflər bazu, said sümüyü 
və ön pəncə sümüklərindən ibarətdir. 
Qurbağanın arxa ətraf qurşağını bir 
cüt  canaq,  sərbəst  ətrafını  isə  bud, 
baldır və arxa pəncə sümükləri təşkil 
edir.
Həzm sistemi.  Uzun yapışqanlı dili-
ni xaricə atmaqla hərəkət edən həşə-
ratlarla və digər canlılarla qidalanır. 
Həzm olunmayan qalıqlar bağırsağın 
genişlənmiş hissəsi olan kloakaya ke-
çərək kloaka dəliyi vasitəsilə bədən-
dən xaric edilir. Kloakaya, həmçinin, 
ifrazat və cinsiyyət sisteminin axar-
ları açılır.
Tənəffüs sistemi. Yetkin qurbağa ki-
səşəkilli  ağciyərlərlə  tənəffüs  edir. 
Ağciyərləri  yaxşı  inkişaf  etmədi-
yindən  tənəffüsündə  dəri  də  iştirak 
edir. Su mühitində qurbağada yalnız 
dəri tənəffüsü olur.
Həzm, ifrazat və tənəffüs sistemi
Burun dəliyi
Mədəaltı vəzi
Bağırsaq
Sidik 
kisəsi
Kloaka
Böyrək
Yumurta 
borusu
Yumurtalıq 
Ağciyər
Ağız
Udlaq
Qida borusu
Mədə
Öd kisəsi
Dalaq
Qaraciyər
Sinir sistemi 
Baş beyin
Onurğa 
beyni
Sinirlər 
Ön beyin 
Aralıq 
beyin
Orta beyin
Uzunsov beyin
Beyincik
Qurbağanın inkişaf mərhələləri 
Qan-damar sistemi
Sol qulaqcıq
Sağ 
qulaqcıq
Mədəcik
Böyük qan 
dövranı
Kiçik qan 
dövranı
Hiss orqanları. Qurbağada görmə, eşit-
mə, qoxubilmə, dadbilmə orqanları olur. 
Eşitmə orqanı, əsasən, iki şöbədən – orta 
və daxili qulaqdan ibarətdir.    
Çoxalması. Ayrıcinsli heyvanlardır. Ço-
xalma  dövründə  qurbağalar  cütlərə 
ayrılır.  Erkək  göl  qurbağasında  dişi 
fərdləri  cəlb  etmək  üçün  qurultu  səslə-
rini gücləndirən rezonatorlar olur. Cinsi 
hüceyrələr  çıxarıcı  borularla  kloakaya 
tökülür və oradan xaricə çıxır. Mayalan-
ma xaricidir, suda gedir. 
Kəllə sümüyü 
Üst çənə 
sümüyü
Onurğa
Quyruq
sümüyü
Çanaq 
sümükləri
Alt çənə 
sümüyü
Kürək 
sümüyü
Bazu 
sümüyü
Ön pəncə 
sümükləri
Döş 
sümüyü
Said 
sümüyü
Baldır 
sümüyü
Arxa pəncə sümükləri
Bud sümüyü
Qurbağanın skeleti
İnkişafı.  Bir  müddətdən  sonra  kürüdən  çömçəquyruq  adlanan  balığabənzər 
sürfə çıxır. Bir neçə aydan sonra o, yetkin qurbağaya çevrilir. Qurbağanın inki-
şafı dolayı yolla gedir.
Uyğunluğu müəyyən edin.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
A. Balıqlar
B. Suda-quruda yaşayanlar
1. Yetkin fərdlərində qəlsəmə tənəffüsü olur.
2. Ürəkləri ikikameralıdır.
3. Dəriləri pulcuqlu və seliklidir.
4. Ürəkləri üçkameralıdır.
5. Dəriləri çılpaq və seliklidir.
6. Sürfə mərhələsində qəlsəmə tənəffüsü olur.


3
3
111
110
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
45. 
Suda-quruda yaşayanların müxtəlifliyi və təbiətdə rolu
Parisə səfər 
etsəniz, məşhur 
Sorbonna Univer-
sitetinin qarşısında 
qoyulmuş qurbağa 
heykəlini görə 
bilərsiniz. 
· Sizcə, hansı 
“xidmətlər”inə görə 
qurbağaya heykəl 
qoyulmuşdur?
Suda-quruda yaşayanların quru mühitinə və su mühitinə uyğun olan  xüsusiy-
yətlərini qruplaşdırın. 
1. Çılpaq dəri;   2. Ağciyər tənəffüsü; 3. İnkişaf etmiş ətraflar; 4. Barmaqlar 
arasında pərdə; 5. Hərəkətli göz qapaqları və göz yaşı vəziləri; 6. Bədənin axıcı 
formada olması.
Nəticəni müzakirə edin:  Daha hansı xüsusiyyətləri əlavə edə bilərsiniz? 
Fäaliyyät
Fäaliyyät
Suda-quruda  yaşayanların  müxtəlifliyi.  Suda-quruda  yaşayanlara 
quyruqsuzlar, quyruqlular və ayaqsızlar dəstələri aiddir. 
Quyruqsuzlar  dəstəsi  ən  geniş  yayılan  dəstədir.  Onların  bəzi  nüma-
yəndələri, məsələn, göl qurbağası su hövzələrinin yaxınlığında yaşasa da, 
quru qurbağasına su hövzəsindən xeyli kənarda rast gəlinir. Quru qur-
bağaları  bədənlərinin qurumaması üçün gecə həyat tərzi keçirir, gündüz 
müxtəlif yerlərdə gizlənir. Bunlarda ağciyərlərin yaxşı inkişaf etməsi su 
hövzələrindən  xeyli  uzaqlaşmalarına  imkan  verir.  Ağac  qurbağası  isə 
ağacda  yaşayır.  Onun  barmaqlarının  ucları  enliləşərək  sormaclara  çev-
rilmişdir. Bu, onlara düz səthlər üzərində durmağa imkan verir.  Harada 
yaşamalarından  asılı  olmayaraq,  qurbağaların  çoxalması  su  mühitində 
gedir. 
Quyruqsuzlar dəstəsi 
Göl qurbağası 
Adi ağac qurbağası 
Adi quru qurbağası 
Quyruqlular  dəstəsinə  salamandralar,  tritonlar,  proteylər  aiddir. 
Tritonların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraq-
lar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında 
gizli  həyat  keçirir.  Quruda  onların  bel  darağı  inkişaf  etmir.  Proteylər 
qaranlıq  mağaralarda  yaşadığı  üçün  gözləri  olmur.  Qəlsəmələri  bütün 
ömrü  boyu  qalır.  Bunlarda  quyruq  olur.  Ön  və  arxa  ətrafları  eyni 
uzunluqda  olur.  Salamandranın  parlaq  sarı  ləkələri  olan  dərisi  zəhərli 
maye  ifraz  edir.  Azərbaycanda  quyruqluların  nümayəndələrindən  adi 
triton və Karelin tritonuna rast gəlinir. 
Quyruqlular dəstəsi 
Çil  salamandra 
Daraqlı triton
Balkan proteyi 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Suda-quruda yaşayanların quruluş xüsusiyyətlərinin onların əhəmiyyəti ilə 
uyğunluğunu müəyyən edin. 
1. Hava mühitində səslərin qəbul 
olunması üçün.
2. Suda qalaraq atmosfer havası ilə 
tənəffüs və müşahidə  etmək üçün.
3. Cəld və uzun məsafəyə tullan-
maq qabiliyyəti.
4. Yırtıcılardan müdafiə vasitəsi.
5. Hərəkətli həşəratları tutmaq 
üçün.
A. Arxa ətraf uzundur və lingşəkillidir. 
B. Enli, uzun, yapışqanlı dili  və yaxşı 
inkişaf etmiş görmə qabiliyyəti var.
C. Başın üst hissəsində gözlər və burun 
dəlikləri yerləşir.
D. Təbil pərdəsi ilə örtülü daxili və orta 
qulağı var.
E. Dəri vəzilərindən aşındırıcı seliyin 
ifraz olunması.
2. 
 
a) Ac qurbağa akvariumda olan ölmüş həşəratları yeməkdən imtina etdi. Hansı 
səbəbdən? 
b) Niyə qurbağanın qəlsəmələri olmamasına baxmayaraq, uzun müddət suda qa-
landa məhv olmur? 
c) Qurbağanın xarici quruluş prinsipini öyrənərək insan nəyi ixtira etmişdir?
Suallara cavab verin:
Ayaqsızlar dəstəsinin nümayəndələri nəm torpaqlarda 60 sm dərin-
likdə  yaşayır.  Bunların  ətrafları  olmur.  Bunlara  həlqəvi  ayaqsız  və   
Seylon ayaqsızı aiddir.


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə