Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə58/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

3
3
115
114
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Əzələsi.  Sürünənlərdə  döş  qəfəsinin  yaranması  ilə  əlaqədar  qabırğaarası 
əzələlər inkişaf etmişdir.
Həzm  sistemi.  Ağızda  eyniölçülü  dişlər  və  ucu  haçalanmış  əzələli  dili  olur. 
Həzm sistemi qurbağada olduğu kimidir.
Tənəffüs  sistemi. Ağciyərlərlə  tənəffüs  edir.  Qurbağalarla  müqayisədə  ağci-
yərlər daha çoxbüküşlüdür.
Qan damar sistemi. Kərtənkələnin ürəyi üçkameralı olub, bir mədəcik və iki 
qulaqcıqdan  ibarətdir.  Qulaqcıqlar  tam  arakəsmə  ilə  bir-birindən  ayrılsa  da, 
mədəcikdə belə arakəsmə tam deyil. Bu səbəbdən arterial və venoz qan mədə-
cikdə qarışır. Böyük və kiçik qan dövranı var. 
İfrazat  sistemi.  Sürünənlərdə  onurğanın  hər  iki  tərəfində  yerləşən  bir  cüt 
böyrək olur. Qurbağada olduğu kimi, sidik axarları kloakaya açılır.
Sinir  sistemi.  Ön  beyin  və  beyincik  suda-quruda  yaşayanlara  nisbətən  yaxşı 
inkişaf etmişdir. Beyində ilk dəfə  beyin qabığı rüşeym halında əmələ gəlmişdir.
 
Hiss orqanları. Görmə, eşitmə, qoxubilmə və dadbilmə orqanlarından ibarətdir. 
Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı – qırpma pərdəsi 
yaxşı inkişaf etmişdir. 
Həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemləri
Baş beyin
Sinirlər
Onurğa beyin
Ön beyin 
Aralıq 
beyin
Orta beyin
Uzunsov 
beyin
Beyincik
Sinir sistemi 
Qan-damar sistemi 
Sol qulaqcıq
Sağ qulaqcıq
Mədəcik
Tam olmayan 
arakəsmə
Kiçik 
qan dövranı
Böyük 
qan dövranı
Skeleti. Sürünənlər və suda-quruda yaşayanların skeletləri arasında bəzi ox-
şarlıqlar vardır. Lakin sürünənlərdə qabırğalardan, döş sümüyündən və fəqərə-
lərdən ibarət döş qəfəsi yaranmışdır. Onurğa boyun, döş, bel, oma, quyruq şöbə-
lərinə bölünmüşdür.  
Ön 
pəncə
Said 
sümükləri
Baldır 
sümükləri
Arxa 
pəncə
Bud
Bazu
Onurğa 
Arxa ətraf 
qurşağı
Ön ətraf 
qurşağı
Kəllə
Kərtənkələnin skeleti
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanması daxilidir. Yumurta hücey-
rənin mayalanması dişinin yumurta borusunda gedir. Qabıqla örtülü sarılıqla 
zəngin  yumurtaları  quruya  qoyur.  Rüşeymin  inkişafı  yumurta  sarısının 
hesabına gedir. Yumurtadan yetkin fərdə oxşar kiçik kərtənkələ çıxır. 
Regenerasiya.  Kərtənkələlərin  düşməni  çoxdur.  Əgər  onlar  kərtənkələni 
tutarkən  onun  quyruğundan  yapışsalar,  bu  zaman  quyruğun  həmin  hissəsi 
qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu 
hissədən yeni quyruq əmələ gəlir. 
1) dəri buynuz pulcuqlarla örtülmüşdür  
2) tənəffüs yalnız ağciyərlər vasitəsilə gedir  
3) dərisi çılpaqdır 
4) ağciyərlər və dəri tənəffüsü var  
5) inkişafı quru mühitdə gedir 
6) ətraflar beşbarmaqlıdır 
7) yumurtaları qalın qabıqla örtülmüşdür 
8) bədən temperaturu ətraf mühitdən asılıdır  
9) inkişaf tam çevrilmə ilə gedir 
10) iki qan dövranı var 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Suda-quruda yaşayanlar 
sürünənlər üçün səciyyəvi 
və ümumi əlamətləri seçin: 


47. 
Sürünənlərin müxtəlifliyi və əhəmiyyəti
Uzun  illər  ərzində  sürünənlərin  bəzi  nümayəndələrini  qiymətli  dərisinə  görə 
kütləvi ovlayırdılar. Bu dəridən müxtəlif məmulatlar hazırlanırdı. 
· Sürünənlərin kütləvi məhv edilməsi təbiətdə hansı nəticələrə gətirib çıxara bilər? 
Şəkillərə əsasən kərtənkələ, ilan, timsah 
və tısbağanı müqayisə edin. Onların hər 
birinə xas olan xüsusiyyətləri sadalayın. 
 
Fäaliyyät
Fäaliyyät
Nəticəni müzakirə edin: Onların hansı 
ümumi xüsusiyyətləri var? 
Sürünənlərin müxtəlifliyi. Sürünənlərə pulcuqlular, tısbağa-
lar, timsahlar və dimdikbaşlılar dəstələri aiddir. 
Pulcuqluların nümayəndələri kərtənkələlər, ilanlar və buqələ-
munlardır. Kərtənkələlərin bəzilərində, məsələn, koramalda ət-
raflar olmur.  Ətraflar ilanlarda da yoxdur. Onların göz qapaqları 
qovuşmuş və şəffaflaşmışdır. İlanlarda döş qəfəsi olmur. Çənələri 
elastik  bağlara  malik  olduğundan  geniş  açılır  və  ovunu  bütöv 
uda bilir. Bəzi ilanlar zəhərli olur. Onlara kobra, gürzə, qalxan-
sifət aiddir. Zəhərli ilanların tüpürcək vəziləri şəklini dəyişərək 
zəhər vəzilərinə çevrilmişdir. Zəhər vəzilərinin axarları zəhər 
dişlərinin içərisinə açılır. 
Zəhərsiz  ilanlar  da  vardır.  Onların  bəziləri  ovlarını  boğub 
3
3
117
116
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Alliqator
Dəniz 
iquanası
Qulaqlı
girdəbaş
kərtənkələ
Hatteriya
Dəniz tısbağası
Buqələmun
Orta Asiya 
kobrası
Zəhər 
dişi
Dil
Zəhər vəzisi
Gürzə
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Düzgün cavabı seçin: 
1. Sürünənlərdə yumurta qabığı rüşeymi qurumaqdan qoruyur. 
2. Kərtənkələnin ağciyərlərinin səthi qurbağanın ağciyərlərindəkindən 
çoxdur. 
3. Bütün sürünənlərin dördkameralı ürəyi var. 
4. Bütün sürünənlər quruda yumurta qoyur. 
5. Sürünənlərin dərisi quru və vəzisiz olur. 
6. Sürünənlərdə xarici mayalanma olur.
2. Şəkildə rəqəmlərlə hansı hissələr qeyd olunub? 
1
2
3
4
5
6
7
8

10
öldürməklə  bütöv  udur.  Zəhərsiz 
ilanlara  yatağanlar,  təlxələr,  suilan-
ları, kələz ilanlar aiddir. Buqələmun-
lar ağaclarda yaşayır və mühitdən ası-
lı olaraq rəngini dəyişə bilir.
Tısbağalar dəstəsinin nümayəndə-
lərində çanaq olur. Çənələrində dişlər 
olmur. Suda və ya quruda yaşayan nü-
mayəndələri var. Quru tısbağalarının 
çanaqları hündür, suda yaşayanlarda 
isə  yastı  olur.  Bəzi  dəniz  tısbağala-
rında ətraflar pərlərə çevrilmişdir. 
Timsahlar  yırtıcıdır,  həyatlarının 
çox hissəsini suda keçirir. Barmaqları 
arasında  üzmə  pərdəsi  olur.  Üzmədə 
həm də quyruq iştirak edir. Digər sü-
rünənlərdən fərqli olaraq, timsahlar-
da ürək dördkameralıdır. Lakin ürək-
dən  çıxan  zaman  arterial  qan  venoz 
qanla qismən qarışır. 
Sürünənlərin  qədim  nümayəndə-
lərindən biri dimdikbaşlılar dəstəsinə 
aid olan hatteriyadır. Görünüşcə kər-
tənkələyə  oxşar  olan  bu  canlıya Yeni 
Zelandiyada rast gəlinir. 
 Qədim sürünənlər. Bunlara dino-
zavrlar, ixtiozavrlar, pterozavrlar və 
teriodontlar aiddir. Dinozavrlar (mə-
nası: dəhşətli kələz) nəhəng sürünən-
lər olmuşlar. Bu heyvanlar kiçik başa, 


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə