3
3
111
110
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
45.
Suda-quruda yaşayanların müxtəlifliyi və təbiətdə rolu
Parisə səfər
etsəniz, məşhur
Sorbonna Univer-
sitetinin qarşısında
qoyulmuş qurbağa
heykəlini görə
bilərsiniz.
· Sizcə, hansı
“xidmətlər”inə görə
qurbağaya
heykəl
qoyulmuşdur?
Suda-quruda yaşayanların quru mühitinə və su mühitinə uyğun olan xüsusiy-
yətlərini qruplaşdırın.
1. Çılpaq dəri; 2. Ağciyər tənəffüsü; 3. İnkişaf etmiş ətraflar; 4. Barmaqlar
arasında pərdə; 5. Hərəkətli göz qapaqları və göz yaşı vəziləri; 6. Bədənin axıcı
formada olması.
Nəticəni müzakirə edin: Daha hansı xüsusiyyətləri əlavə edə bilərsiniz?
Fäaliyyät
Fäaliyyät
Suda-quruda yaşayanların müxtəlifliyi. Suda-quruda yaşayanlara
quyruqsuzlar, quyruqlular və ayaqsızlar dəstələri aiddir.
Quyruqsuzlar dəstəsi ən geniş yayılan dəstədir. Onların bəzi nüma-
yəndələri, məsələn,
göl qurbağası su hövzələrinin yaxınlığında yaşasa da,
quru qurbağasına su hövzəsindən xeyli kənarda rast gəlinir. Quru qur-
bağaları bədənlərinin qurumaması üçün gecə həyat tərzi keçirir, gündüz
müxtəlif yerlərdə gizlənir. Bunlarda ağciyərlərin yaxşı inkişaf etməsi su
hövzələrindən xeyli uzaqlaşmalarına imkan verir.
Ağac qurbağası isə
ağacda yaşayır. Onun barmaqlarının ucları enliləşərək sormaclara çev-
rilmişdir. Bu, onlara düz səthlər üzərində durmağa imkan verir. Harada
yaşamalarından asılı olmayaraq, qurbağaların çoxalması su mühitində
gedir.
Quyruqsuzlar dəstəsi
Göl qurbağası
Adi ağac qurbağası
Adi quru qurbağası
Quyruqlular dəstəsinə salamandralar, tritonlar, proteylər aiddir.
Tritonların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraq-
lar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında
gizli həyat keçirir. Quruda onların bel darağı inkişaf etmir.
Proteylər
qaranlıq mağaralarda yaşadığı üçün gözləri olmur. Qəlsəmələri bütün
ömrü boyu qalır. Bunlarda quyruq olur. Ön və arxa ətrafları eyni
uzunluqda olur. Salamandranın parlaq sarı ləkələri olan dərisi zəhərli
maye ifraz edir. Azərbaycanda quyruqluların nümayəndələrindən
adi
triton və
Karelin tritonuna rast gəlinir.
Quyruqlular dəstəsi
Çil salamandra
Daraqlı triton
Balkan proteyi
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Suda-quruda yaşayanların quruluş xüsusiyyətlərinin onların əhəmiyyəti ilə
uyğunluğunu müəyyən edin.
1. Hava
mühitində səslərin qəbul
olunması üçün.
2. Suda qalaraq atmosfer havası ilə
tənəffüs və müşahidə etmək üçün.
3. Cəld və uzun məsafəyə tullan-
maq qabiliyyəti.
4. Yırtıcılardan müdafiə vasitəsi.
5. Hərəkətli həşəratları tutmaq
üçün.
A. Arxa ətraf uzundur və lingşəkillidir.
B. Enli, uzun, yapışqanlı dili və yaxşı
inkişaf etmiş görmə qabiliyyəti var.
C. Başın üst hissəsində gözlər və burun
dəlikləri yerləşir.
D. Təbil pərdəsi
ilə örtülü daxili və orta
qulağı var.
E. Dəri vəzilərindən aşındırıcı seliyin
ifraz olunması.
2.
a) Ac qurbağa akvariumda olan ölmüş həşəratları yeməkdən imtina etdi. Hansı
səbəbdən?
b) Niyə qurbağanın qəlsəmələri olmamasına baxmayaraq, uzun müddət suda qa-
landa məhv olmur?
c) Qurbağanın xarici quruluş prinsipini öyrənərək insan nəyi ixtira etmişdir?
Suallara cavab verin:
Ayaqsızlar dəstəsinin nümayəndələri nəm torpaqlarda 60 sm dərin-
likdə yaşayır.
Bunların ətrafları olmur. Bunlara
həlqəvi ayaqsız və
Seylon ayaqsızı aiddir.
3
3
113
112
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Düzgün ifadəni seçin.
1. Salamandralar
ayaqsızlar/quyruqlular dəstəsinə aiddir.
2. Yazda
tritonun belində daraqşəkilli dəri/ağciyər tənəffüsündə iştirak edən
bir üzgəc inkişaf edir.
3.
Bütün amfibilərin/ağac qurbağasının barmaqlarının ucunda sormaclar olur.
4. G
öl qurbağası/quru qurbağası Azərbaycanın “Qırmızı kitab”ına daxil
edilmişdir.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Suda-quruda yaşayanların dəstələrinin adlarını müəyyən edib, heyvanların
adlarını cədvəlin müvafiq xanalarına yazın:
Protey, quru qurbağası, ağac qurbağası, salamandra
...
dəstəsi
Göl qurbağası...
Triton...
... dəstəsi
2.
ülayim qurşaqda onlarca, tropiklərdə isə 1500-dən çox növünə
rast gəlinir. Bunu necə izah etmək olar?
3. Quruda qurbağaların əksəriyyəti tullanmaqla hərəkət edir. Nə üçün tritonlar
quruda belə hərəkət edə bilmir?
4. Quru və göl qurbağalarından hansı quruda eyni məsafəni daha tez qət edər?
Qurbağaların m
Ayaqsızlar dəstəsi
Suda-quruda yaşayanların əhəmiy-
yəti və qorunması. Yetkin suda-quruda
yaşayanlar həşəratlar və ya onların sür-
fələri, müxtəlif ilbizlərlə qidalanmaqla
kənd təsərrüfatı zərərvericilərini məhv
edir. Onların özləri də digər heyvanların
qidasını təşkil edir. Quru və ya su mü-
hitinin çirklənməsi ilk növbədə bu mühit-
lərin sakini olan suda-quruda yaşayanla-
ra təsir edir.
Həlqəvi ayaqsız
Ekoloji vəziyyətin getdikcə pisləşməsi onların növ saylarının
azalmasına səbəb olur.
Azərbaycanın “Qırmızı kitab”ına quru qurbağası, sarımsaqiyli qur-
bağa, Qafqaz xaçlıcası, adi və Karelin tritonları və s. növlər düşmüşdür.
46.
Sürünənlər sinfi
Əsrlər boyu ilanlar barədə olan əfsanələrdə onlar xeyir və şər,
həyat və
ölüm, yaranma və məhvolma rəmzi kimi təsvir olunurdu.
·Hansı xüsusiyyətlərinə görə ilanları bu cür rəmzi mənada təsəvvür
edirlər?
Suda-quruda yaşayanlara
aid əlamətləri seçin. Digər
əlamətlər sürünənlər
sinfinin
nümayəndələrinə
aiddir.
Nəticəni müzakirə edin:
Hansı əlamətləri bu
siyahıya əlavə edə
bilərsiniz?
Fäaliyyät
Fäaliyyät
1. Dəri nəm və çılpaqdır.
2. Dəri qurudur və buynuz maddədəndir.
3. Tənəffüs yalnız ağciyərlərlədir.
4. Quruda dəri və ağciyərlərlə, suda isə yalnız
dəri vasitəsilə tənəffüs.
5. Üçkameralı ürək.
6. Üçkameralı
ürəyin mədəciyində tam
olmayan arakəsmə var.
7. Xarici mayalanma.
8. Daxili mayalanma.
9. Düzünə inkişaf.
10. Dolayı inkişaf.
Sürünənlərin hazırkı dövrdə 9400 növü məlumdur. Onların əksəriy-
yəti quruda yaşayır. Çoxalmaları su mühitindən asılı olmur. Sürü-
nənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Əksəriyyətinin dəriləri
quru və vəzisiz olur, üzəri buynuz mənşəli pulcuqlarla örtülür. Quruda
çoxalmaları ilə əlaqədar sarılıqla zəngin və qalın qabıqla örtülmüş
yumurta qoyur. Sürünənlər sinfinin nümayəndələrindən biri
zolaqlı
kərtənkələdir.
Zolaqlı kərtənkələnin quruluşu
Bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi suda-
quruda yaşayanlarla müqayisədə daha yaxşı inkişaf etmişdir və çox hərə-
kətlidir. Kərtənkələnin ətrafları beşbarmaqlıdır. Barmaqlar arasında üzmə
pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir.
Hərəkəti. Ətraflar bədənin yanlarına birləşir. Hərəkət zamanı kərtənkələnin
təkcə ətrafları deyil, gövdənin qarın və quyruq hissələri də yerə toxunur.
Dəri örtüyü. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur.
Kərtənkələ böyüdükcə köhnə dərisi vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur.
Kərtənkələnin xarici quruluşu
Arxa ətraflar
Quyruq
Gövdə
Baş
Boyun
Ön ətraflar