3
3
131
130
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar.
Quşlar və məməlilər
51.
Məməlilər sinfi
Məməlilərin xarici görünüşü və ölçüləri çox fərqli ola bilər. Bu, mühit şərai-
tindən və həyat tərzindən asılıdır. Yerdə gəzən fil, torpaqda yaşayan köstəbək,
uçan yarasa və suda yaşayan göy balina məməlilər sinfinin nümayəndələridir.
· Hansı xüsusiyyətlərinə görə bu heyvanları bir sinfə aid edirlər?
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Məməlilərin xarici quruluşu
Məqsəd: Məməlilərin xarici quruluşu ilə tanış olmaq.
Təchizat: “Məməlilərin xarici quruluşu” tablosu, yaxud məməli müqəvvası.
İşin gedişi:
1. Məməlinin bədən hissələrini göstərin.
2. Məməlilərin dəri örtüyünün xüsusiyyətlərini qeyd edin.
3. Baş hissədə nə yerləşir?
4. Məməlilərin gövdə və ətraflarının quruluşuna diqqət yetirin.
Nəticəni müzakirə edin: Məməlilər quruluşuna görə sürünənlərdən nə ilə
fərqlənir?
Məməlilərin həyat fəaliyyəti – ev iti
Bədən quruluşu. Məməlilərin əksəriyyətinin bədəni baş, boyun, gövdə, quyruq
və ətraflardan ibarətdir. Möhkəm və elastik dəridə tüklər, tər, piy, qoxu və süd
vəziləri olur.
Müasir məməlilərin 5,5 minə qədər növü var. Onlara müxtəlif həyat
şəraitində rast gəlinir. Məməlilərin əksəriyyəti bətndaxili diri bala doğur.
Doğulan balalar südlə bəslənir. Əksəriyyətinin bədəni tüklərlə ör-
tülmüşdür. Onurğanın boyun şöbəsində əksərən 7 fəqərə olur. Əksəriy-
yətində döş boşluğu qarın boşluğundan
diafraqma deyilən əzələli pərdə ilə
ayrılmışdır. Dişləri
azı, kəsici və köpək dişlərinə ixtisaslaşmışdır. Digər
onurğalılardan fərqli olaraq,
qulaq seyvanına malikdir. Məməlilərin ha-
mısı üçün yüksək quruluş səviyyəsinə malik sinir sistemi xarakterikdir.
Ev itinin
bədən quruluşu
Ev
itinin skeleti
Skeleti. Məməlilərdə skelet kəllənin, gövdənin və ətrafların skeletindən təşkil
olunmuşdur. Onurğa beş şöbəlidir. Ətrafların skeleti qurşaq və sərbəst
ətrafların skeletindən ibarətdir. Onurğanın quyruq şöbəsi müxtəlif sayda
quyruq fəqərələrindən təşkil olunur. Fəal hərəkətlə əlaqədar əzələləri, xüsusən
bel və ətraflarda daha yaxşı inkişaf etmişdir.
Həzm sistemi. Ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında
iştirak edir. Qida ağızdan udlağa, qida borusuna, mədəyə, əvvəl nazik və sonra
yoğun bağırsağa keçir. Həzm olunmayan qalıqlar
anusla xaric edilir.
Tənəffüs sistemi. Məməlilərin tənəffüs sistemi burun boşluğu, burun-udlaq,
qırtlaq, nəfəs borusu (traxeya), bronxlar və ağciyərlərdən təşkil olunmuşdur.
Ev itinin həzm, tənəffüs,
ifrazat və cinsiyyət sistemi
Nəfəs borusu
Udlaq
Burun
Ağız
Arxa
və ön
ətraflar
Göz
Gövdə
Qulaq
Boyun
Quyruq
Kəllə
Üst çənə
Alt çənə
Kürək sümüyü
Döş sümüyü
Bazu sümüyü
Mil və dirsək sümükləri
Ön pəncə sümükləri
Bud
sümüyü
Qabırğa
Çanaq
sümüyü
Qamış
və incik
sümükləri
Arxa pəncə
sümükləri
Onurğanın şöbələri:
quyruq
oma
bel
döş
boyun
3
3
133
132
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
Qan-damar sistemi. Məməlilərin ürəyi dördkameralı olub, 2 qulaqcıq və 2 mə-
dəcikdən ibarətdir. Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığın-
dan arterial və venoz qanlar qarışmır. İstiqanlı heyvanlardır, bədən temperatu-
ru sabitdir.
Məməlilərə xas olan əlamətləri seçin:
1. Tük örtüyü inkişaf etmişdir
2. Dəridə vəzi yoxdur
3. Diafraqma var
4. Balalarını südlə bəsləyir
5. Qəlsəmələr və ağciyərlərlə tənəffüs edir
6. İstiqanlı heyvanlardır
7. Beyin yarımkürələrinin qabığı qırışlıdır
1. Hər sırada sinfə uyğun gəlməyən heyvan adını seçin. Seçimi
zi əsaslandırın:
a)
Göyərçin, qartal, yarasa, qaranquş
b) Timsah, ilan, siçan, kərtənkələ
c) Kütüm, balina, akula, xəşəm
d) Ağ ayı, suiti, balina, nərə
2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin.
ni
Balıqlar – qəlsəmələr
Məməlilər – ?
Məməlilər –
böyrəklər
Həşəratlar – ?
Sürünənlər – pulcuqlar
Məməlilər – ?
Məməlilər – dördkameralı ürək
Suda-quruda yaşayanlar – ?
Quşlar – yumurta qoyur
Məməlilər – ?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Hiss
orqanları
Eşitmə
Görmə
Qoxubilmə
Lamisə
Dadbilmə
Ev itinin sinir sistemi
Ön beyin
Ev
itinin qan-damar sistemi
Sol aorta qövsü
İfrazat sistemi. İfrazat sistemi paxlaşəkilli bir cüt böyrəkdən, bir cüt sidik
axarı, sidik kisəsi və sidik kanalından ibarətdir.
Sinir sistemi. Məməlilərdə baş-beyin, digər onurğalılarda olduğu kimi,
beşşöbəlidir. Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla
örtülmüşdür. Boz maddəni sinir hüceyrələri əmələ gətirir. Məməlilərdə sinir
sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri
müşahidə edilir.
Hiss orqanları. Məməlilərdə eşitmə, görmə, qoxubilmə, lamisə, dadbilmə
hissiyyatı olur. Əksəriyyətində eşitmə orqanı yaxşı inkişaf etmişdir. Görmə
orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Əksər məməlilərdə üçüncü göz
qapağı qalıq halındadır. Həyat tərzindən və yaşadığı mühit şəraitindən asılı
olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.
Qoxubilmə hissiyyatı su heyvanlarında zəif, quru həyat tərzi keçirən hey-
vanlarda isə daha güclüdür. Məməlilər üçün lamisə funksiyasını burunun və
gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
İtin ürəyinin quruluşu