Yaşayış mühitinə görə məməliləri qruplaşdırın:
Qonur ayı, ceyran, köstəbək, delfin, pələng, yarasa, balina, dəvə, begemot
Nəticələri müzakirə edin: Hər bir qrupun nümayəndəsi xarici quruluşuna görə
hansı ümumi əlamətlərə malikdir? Bu, nəyi sübut edir?
Balina və delfin suda yaşayır və yaxşı üzürlər. Yarasalar isə uçmalarına görə heç
də quşlardan geri qalmırlar.
· Hansı əlamətlərinə görə onları məməlilər sinfinə aid edirlər?
· Onlar quruda yaşayan digər məməlilərdən nə ilə fərqlənir?
53.
Məməlilərin ekoloji qrupları
Fäaliyyät
Fäaliyyät
Quruda yaşayan məməlilər. Bunların bir hissəsi quruda, torpaq üzərində, bəzi-
ləri torpaqda, digərləri isə ağaclarda yaşayır.
Torpaq üzərində yaşayan məməlilər. Əsasən, meşələrdə və ya açıq sahələrdə
məskunlaşırlar. Bu heyvanlarda mütənasib quruluşlu bədən, yaxşı inkişaf
etmiş uzun ətraflar, əzələli boyun olur. Əksəriyyəti qaçmaqla, yeriməklə və
tullanmaqla hərəkət edir. Quruda yaşayan heyvanlar içərisində otyeyən məmə-
lilər üstünlük təşkil edir. Bunlar cütdırnaqlılar dəstəsinin nümayəndələri, mə-
sələn,
maral, antilop, zürafə, keçi, qoyun, inək və s. kimi heyvanlardır. Tək-
dırnaqlılar (at, zebr, eşşək), dovşankimilər də otyeyənlərə aiddir.
Şikarını təqib edən və sürətlə qaçan canavar və hepard kimi quru yırtıcılarda
ətraflar uzun olur. Bunun əksinə olaraq, şikarını pusan və təqib etməyən pələng
və vaşaqda isə ətraflar nisbətən qısadır. Gəmiricilərin bəzilərində və dovşanki-
milərdə arxa ətraflar uzun, ön ətraflar isə qısa
olur.
Ağacda yaşayan məməlilər. Bəzi məməlilər quru-
da yaşasa da, ağaclarda məskən salır. Ağacda
yaşayan məməlilərdə tutucu pəncələr və ilişkən
quyruq olur. Ağacda yaşayan məməlilərə primat-
lar dəstəsinin (meymunlar, yarımmeymunlar) bir
çox nümayəndələri, bəzi gəmirici və kisəlilər
aiddir.
Torpaqda yaşayan məməlilər. Torpaqda qazıcı hə-
yat tərzi keçirən heyvanlara köstəbəklər, yer-
eşənlər, gəmiricilərin bir çoxu (sünbülqıranlar,
çölsiçanları) aiddir. Bunlar həyatının əksər his-
səsini torpaq altında keçirərək, burada yollar
açır, həşəratlar və onların sürfələri, müxtəlif
qurdlarla qidalanır. Torpağı qazıcı ön ətrafları,
bəzən dişləri ilə qazır. Torpaq həyat tərzi ilə əla-
qədar bunların bədənləri qısadır, boyunları seçil-
mir, gözləri, qulaqları və hətta quyruqları qalıq
halında olur. Xəzləri qısadır və sıxdır.
Suda yaşayan və yarımsu həyat tərzi keçirən
məməlilər. Məməlilərin bəziləri bütün həyatını
suda keçirir, digərləri isə quru ilə əlaqəsini
kəsmir.
Suda yaşayan məməlilər. Bunlara suitilər, del-
finlər və balinalar aiddir. Su həyat tərzi ilə əlaqə-
dar onların bədən formaları, balıqlardakı kimi,
axımlıdır. Ətrafları suda hərəkətə xidmət edən
üzgəclərə və ya pərlərə çevrilmişdir. Su mühitin-
də bədənin soyumaması üçün bədəndə qalın piy
qatı inkişaf etmişdir.
Balinalar, delfinlər quru ilə əlaqəsini tam itir-
mişdir. Hərəkət orqanı quyruq üzgəcidir. Ön ət-
raflar üzgəcə çevrilmiş, arxa ətrafı olmur. Bali-
nakimilərdə tük örtüyü yoxdur.
Kürəkayaqlılar dəstəsindən olan suitilər həyat-
larının əksər hissəsini suda keçirsə də, quru ilə
əlaqəsini kəsməmişdir. Onlar dincəlmək, tüləmə
və balalamaq üçün quruya çıxır.
Yarımsu həyat tərzi keçirən məməlilər. Yarımsu
həyat tərzi keçirən məməlilərə ördəkburun, gə-
miricilərdən ondatra, qunduz və başqaları aiddir.
Onlar suda yaxşı üzür və quruda sərbəst gəzir. Ör-
dəkburunun ətraflarında barmaqlar arasında
üzmə pərdəsi olur.
Quyruq suda sükan funksiya-
sını yerinə yetirir. Tük örtüyü yaxşı inkişaf et-
mişdir.
Uçan məməlilər. Bu qrupa
yarasalar dəstəsi aid-
dir. Ön ətrafları qanadlara çevrilmişdir. Bədənin
yan hissələrindən başlayan uçma pərdəsi ön ətra-
Yarımsu həyat tərzi
keçirən məməlilər
Suda
yaşayan
məməlilər
Torpaq üzərində və ağacda
yaşayan məməlilər
Göy balina
Kaşalot
Köstəbək
Məməlilərin müxtəlif dəstələrinin nümayəndələri eyni mühit şəraitinə
uyğunlaşma ilə əlaqədar oxşar xüsusiyyətlərə malik olur. Keçirdikləri
həyat tərzinə görə onları bir neçə ekoloji qrupda birləşdirirlər.
3
3
137
136
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar.
Quşlar və məməlilər
Koala
Ördəkburun
Torpaqda yaşayan
məməlilər
Yereşən
Antilop
Zebr
3
3
139
138
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
Quru məməliləri
Su məməliləri
Su ətrafında yaşayan məməlilər
Uçan məməlilər
Torpaqda yaşayan məməlilər
Əlamətləri
Nümayəndələri
Ekoloji qrup
1. Düzgün cavabı seçin:
1. Su məməlilərinə
balina və delfinlər/balina və akulalar aiddir.
2. Su məməlilərindən quru ilə əlaqəsini
balinalar/suitilər kəsmişdir.
3. Quru məməlilərindən
kirpi/ köstəbək torpağın dərinliyində yaşayır.
4. Yarasalarda
görmə/eşitmə orqanı yaxşı inkişaf etmişdir.
2. Şəkildə göstərilən heyvanlar necə adlanır? Onlar hansı ekoloji qrupa aid edilir?
Bu heyvanlar hansı uyğunlaşma əlamətlərinə malikdir?
54.
İnsan – məməlilər sinfinin nümayəndəsidir
Sirk tamaşalarında itlər, pələnglər, meymunlar və digər məməlilər daha çox
iştirak edir.
· Nə üçün heyvan təlimçiləri təlim məqsədilə
əsasən məməlilər sinfinin
nümayəndələrindən istifadə edirlər?
Şəkildə təsvir olunan
onurğalı heyvanların hansı
siniflərə aid olduğunu
müəyyən edin.
Bu siniflərin
nümayəndələrində insana
xas olan əlamətləri söyləyin.
Nəticəni müzakirə edin:
1.
Hansı sinfin nümayəndəsi
ilə insanın
ümumi xüsusiy-
yətləri daha çoxdur?
2. Bu, hansı xüsusiyyət-
lərdir?
Fäaliyyät
Fäaliyyät
İnsanın məməlilərlə oxşar və fərqli əlamətləri. İnsan da məməlilər
sinfinin nümayəndəsidir və onun bədən quruluşunda məməlilərə xas bir
çox əlamətləri müəyyən etmək olar. Məməlilər kimi, insanın da onurğa
sütununun boyun şöbəsində 7 fəqərə olur. Çənədə ixtisaslaşmış azı,
kəsici, köpək dişləri var.
İnsan da, məməli heyvanlar kimi, balalarını ana südü ilə bəsləyir.
İnsanda da döş boşluğu qarın boşluğundan diafraqma (tənəffüsdə iştirak
edir) ilə ayrılmışdır. Bütün məməlilər kimi, insan da istiqanlıdır və sabit
bədən temperaturuna malikdir. İnsanda, əksər məməlilərdə olduğu kimi,
dölün inkişafı ana bətnində gedir.
Lakin yalnız insana xas olan – onurğanın S-vari əyriliyi, dikyerimə,
tağşəkilli ayaq, kəllənin beyin şöbəsinin üz şöbəsindən böyük olması kimi
əlamətlərə digər məməlilərdə rast gəlinmir.
İnsanın ali sinir fəaliyyəti. Sinir sistemi kifayət qədər inkişaf etmiş
orqanizmlərdə ali sinir fəaliyyəti müşahidə edilir. Ali sinir fəaliyyəti
Uçan
məməlilər
Yarasa
Hansı xüsusiyyətlər məməlilərin göstərilən ekoloji qruplarına uyğun gəlir? Bu
qrupların nümayəndələrini göstərin.
1. Mütənasib güclü bədən, uzun ətraflar, əzələli boyun;
2. Ön ətrafların barmaqları arasında dəri pərdə,
döş tili, uzanmış barmaq
falanqaları;
3. Uzanmış və güclü arxa ətraflar, qısalmış ön ətraflar;
4. Qulaq seyvanı və quyruğu olmur, pis görür, qoxubilmə və lamisə güc-
lüdür;
5. Axıcı bədən forması, bir cüt üzgəc, quyruq üzgəci,
və tükü
olmur;
6. Suda yaşasa da, çoxalması quruda gedir, iki ayaq pəri var.
qulaq seyvanı
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
fın uzanmış barmaq falanqalarını, arxa ətrafı
və quyruğu əhatə edir. Uçma ilə əlaqədar,
quşlardakı kimi, döş tili var, döş əzələləri güclü
inkişaf etmişdir. Əksəriyyəti həşəratla qida-
lanır.
Bəziləri, quşlar kimi,
fəsil
miqrasiyası
edərək qışlamaq üçün isti ölkələrə gedir. Bütün
yarasalar ultrasəslər buraxır və onları eşitmək
üçün iri qulaq seyvanları olur.