3
3
133
132
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar.
Quşlar və məməlilər
Qan-damar sistemi. Məməlilərin ürəyi dördkameralı olub, 2 qulaqcıq və 2 mə-
dəcikdən ibarətdir. Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığın-
dan arterial və venoz qanlar qarışmır. İstiqanlı heyvanlardır, bədən temperatu-
ru sabitdir.
Məməlilərə xas olan əlamətləri seçin:
1. Tük örtüyü inkişaf etmişdir
2. Dəridə vəzi yoxdur
3. Diafraqma var
4. Balalarını südlə bəsləyir
5. Qəlsəmələr və ağciyərlərlə tənəffüs edir
6. İstiqanlı heyvanlardır
7. Beyin yarımkürələrinin qabığı qırışlıdır
1. Hər sırada sinfə uyğun gəlməyən heyvan adını seçin. Seçimi
zi əsaslandırın:
a) Göyərçin, qartal, yarasa, qaranquş
b) Timsah, ilan, siçan,
kərtənkələ
c) Kütüm, balina, akula, xəşəm
d) Ağ ayı, suiti, balina, nərə
2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin.
ni
Balıqlar – qəlsəmələr
Məməlilər – ?
Məməlilər –
böyrəklər
Həşəratlar – ?
Sürünənlər – pulcuqlar
Məməlilər – ?
Məməlilər – dördkameralı ürək
Suda-quruda yaşayanlar – ?
Quşlar – yumurta qoyur
Məməlilər – ?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Hiss
orqanları
Eşitmə
Görmə
Qoxubilmə
Lamisə
Dadbilmə
Ev
itinin sinir sistemi
Ön beyin
Ev itinin qan-damar sistemi
Sol
aorta qövsü
İfrazat sistemi. İfrazat sistemi paxlaşəkilli bir cüt böyrəkdən, bir cüt sidik
axarı, sidik kisəsi və sidik kanalından ibarətdir.
Sinir sistemi. Məməlilərdə baş-beyin, digər onurğalılarda olduğu kimi,
beşşöbəlidir. Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla
örtülmüşdür. Boz maddəni sinir hüceyrələri əmələ gətirir. Məməlilərdə sinir
sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri
müşahidə edilir.
Hiss orqanları. Məməlilərdə eşitmə, görmə, qoxubilmə, lamisə, dadbilmə
hissiyyatı olur. Əksəriyyətində eşitmə orqanı yaxşı inkişaf etmişdir. Görmə
orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Əksər məməlilərdə üçüncü göz
qapağı qalıq halındadır. Həyat tərzindən və yaşadığı mühit şəraitindən asılı
olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.
Qoxubilmə hissiyyatı su heyvanlarında zəif, quru həyat tərzi keçirən hey-
vanlarda isə daha güclüdür. Məməlilər üçün lamisə funksiyasını burunun və
gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
İtin ürəyinin quruluşu
Şəkildə təsvir olunmuş canlıların ilkin inkişafındakı ümumi və fərqli cəhətləri
müəyyən edin.
Fäaliyyät
Fäaliyyät
3
3
135
134
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
52.
Məməlilərin çoxalması, davranışı
və onların həyatında mövsümi dəyişkənliklər
Filin boğazlıq dövrü 2 ilə qədər çəkir. Yeni doğulan balanın ilk dövrlərdə
qayğıya ehtiyacı olduğu üçün ana fil onu bir an da tərk etmir.
· Nə üçün məməlilərin yeni doğulan balaları ana qayğısına möhtac olur?
· Məməlilərin nəsil qayğısına qalması özünü nə ilə büruzə verir?
Məməlilərin
və ço-
xalması. Məməlilər ayrıcinsli heyvan-
lardır. Plasentalı məməlilərdə erkəklərin
cinsiyyət sistemi bir cüt toxumluqdan, bir
cüt toxum borusundan və cütləşmə
orqanından ibarətdir. Dişi cinsiyyət sis-
teminə isə bir cüt yumurtalıq, bir cüt
yumurta borusu,
balalıq aiddir. Məməli-
lərdə mayalanma daxilidir.
Rüşeymin sonrakı inkişafı balalıqda
cinsiyyət sistemi
gedir. Balalıqda
plasenta adlanan və qan damarları ilə zəngin xüsusi
orqan yaranır. Bunun köməyi ilə ana orqanizmindən qida maddələri
göbək
ciyəsi ilə dölə daxil olur və onun böyümə və inkişafını təmin edir. Bala
doğulandan sonra dişi fərd balasını südlə bəsləyir. Məməlilərdən bəziləri,
məsələn,
yumurtaqoyanlarda (ördəkburun və yexidna) plasenta olmur.
Balanın inkişafı yumurta içərisində gedir. Kenquru və opossum kimi
kisəli məməlilər tam formalaşmamış bala doğurlar ki, bunlarda da
rüşeymin sonrakı inkişafı qarında yerləşən kisə içərisində gedir. Burada
bala südlə bəslənir. Məməlilərdə bətndaxili inkişaf zamanı balanın sayı
ilk növbədə bədənin ölçüsündən asılıdır. Təbii düşmənləri çox olan kiçik
məməlilərdə (dovşankimilərdə, gəmiricilərdə) boğazlıq dövrü qısa,
doğulan balaların sayı isə çox olur. İri məməlilərdə, məsələn, fildə boğaz-
lıq dövrü uzun, doğulan balaların sayı isə az olur. Məməlilər inkişafın
bütün mərhələlərində yüksək nəsil qayğısına qalma ilə fərqlənir.
Məməlilərin həyatında fəsil dəyişmələri hadisəsi. Məməlilərin həyat
fəaliyyəti, digər heyvanlardakı kimi, ilin fəsillərindən asılı olaraq
mövsümi dəyişir. Bu hadisələrə
baladoğma, qışa hazırlıq, miqrasiya, qış
yuxusu aiddir.
Baladoğma. Bir çox məməlilərdə baladoğma böyümə və inkişaf üçün
əlverişli olan yaz və yay dövrünə təsadüf edir. Məməlilərdə cütləşmə
prosesi ayrı-ayrı növlərdə müxtəlif fəsillərdə baş verə bilir. Məsələn,
gəmiricilər üçün bu dövr yaz, dırnaqlı heyvanlar üçün isə payız fəslinə
təsadüf edir.
Qışa hazırlıq. Payızda məməlilərdə qışa hazırlıq dövrü başlayır. Onlar
tüklərini dəyişir, çoxlu qidalanır və kökəlir. Qışa hazırlıq dövründə tük
örtüyü sıxlaşır və dəri altında qalın piy qatı toplanır. Bəzi məməlilərdə
ətraf mühitdən seçilməmələri üçün tükün rəngi də dəyişir.
Miqrasiya. Qışa hazırlıq, adətən, miqrasiya ilə də müşayiət olunur.
Məsələn, otyeyən heyvanların bir çoxu – cüyürlər, sığınlar, qabanlar
yayda otla zəngin dağ çəmənliklərinə qalxsalar da, qışda dağdan qar örtü-
yü az olan düzənliklərə enir.
Yem ehtiyatı toplama. Bəzi məməlilər, xüsusən gəmiricilər fəallıq
dövrlərində qış üçün yem ehtiyatı toplayır. Qış yuxusuna gedən və
miqrasiya edən heyvanlarda, adətən, bu baş vermir.
Qış yuxusu. Gəmiricilərin, yarasaların, kirpilərin, ayıların bəzi növləri
yemin kəskin surətdə azalması və şəraitin pisləşməsi zamanı qış
yuxusuna gedir.
Fəsil hadisələrinin növbələşməsi, əsasən, çoxalma, bəzən yemin miqda-
rı ilə əlaqədar olub, uyğunlaşma xarakteri daşıyır.
Düzgün ifadəni seçin:
1. Bütün məməlilərdə diridoğma müşahidə olunur.
2. Yumurtaqoyan məməlilərdə balalıq olur.
3. Məməli heyvanın bədən ölçüsü nə qədər iri olarsa, onun boğazlıq
dövrü də o qədər uzun olar.
4. Məməlilərdə nəsil qayğısına qalma mövcuddur.
1. Düzgün cavabı seçin:
məməlilər çoxalma və inkişaf xüsusiyyətlərindən asılı
olaraq 3 qrupa bölünür:
a) Suda yaşayanlar, quruda yaşayanlar, həm suda, həm quruda yaşayanlar.
b) Otyeyənlər, yırtıcılar, hər şeylə qidalanan.
c) Yumurtaqoyanlar, kisəlilər, plasentalılar.
2. Suallara cavab verin:
a) Məməli orqanizmin bədənində ehtiyat qida maddəsi az olan mayalanmış
yumurta hüceyrə necə inkişaf edir?
b) Nə üçün fil 3-4
ildə bir, adi çölsiçanının isə ildə 6-8 dəfə bala verir?
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Dölün
Rüşeymin
balalıqda inkişafı