Göyərçinin həzm, ifrazat, tənəffüs və
çoxalma sistemləri
Səs teli
burada yerləşir
3
3
123
122
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
Quşların əksəriyyətində onurğanın boyun şöbəsi hərəkətli, digər şöbələri isə
hərəkətsizdir (bəzi quşlarda quyruq hissə hərəkətlidir). Quyruğun sonuncu
fəqərələrinin bir neçəsi birləşərək
büzdüm sümüyü əmələ gətirir. Əksəriyyə-
tində döş sümüyü qayıq şəklində uzanaraq
döş tilini əmələ gətirmişdir. Quşların
ön ətraf qurşağında 2 qarğa, 2 kürək və 2 körpücük sümükləri olur. Körpücük
sümükləri aşağı hissədən birləşərək çəngəl şəklini almışdır. Quşlarda ön ətrafda
üç barmaq olur.
Arxa ətrafda bir neçə pəncə sümüyü birləşərək
pəncə lüləsi əmələ gətirir.
Əzələləri yaxşı inkişaf etmişdir. Döş tilinə uçuş zamanı qanadları endirən güclü
döş əzələləri birləşir. Bu əzələlərin altında isə qanadları qaldırmağa xidmət edən
körpücükaltı əzələlər yerləşir.
Həzm sistemi. Quşlarda alt və üst çənələr dimdiyə çevrilmişdir. Tutulan qida
ağızdan udlağa, oradan isə qida borusuna düşür. Quşların əksəriyyətində qida
borusu genişlənərək boyun hissədə
çinədan əmələ gətirir. Çinədanda qida ifraz
olunan şirələrin təsiri ilə yumşalaraq mədəyə düşür. Mədə iki şöbədən –
vəzili və
əzələli hissədən ibarətdir. Mədənin vəzili şöbəsində qidaya həzm şirələri təsir
edir. Quşlarda dişlər olmadığından qidanın xırdalanması mədənin kiçik
daşcıqlara malik əzələli şöbəsində gedir. Həzm olunmayan qida bağırsağın
genişlənmiş hissəsi olan kloakaya keçir və kloaka dəliyindən xaric edilir.
Tənəffüs sistemi. Quşlar
ağciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda
hava kisələri də meydana gəlmişdir. Hava kisələrinə dərinin altında, daxili or-
qanların arasında, borulu sümüklərin içərisində rast gəlmək mümkündür.
Hava kisələri ağciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəsalma, həm də nəfəs-
vermə zamanı ağciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da
ikiqat tənəffüs
adlanır.
Qan-damar sistemi. Quşların ürəyi dördkameralı olub, iki qulaqcıq və iki
mədəcikdən ibarətdir. Suda-quruda yaşayanlarda və sürünənlərdə olduğu kimi,
Göyərçinin qan-damar
sistemi
Göyərçinin sinir sistemi
Göyərçin ürəyinin quruluşu
Göyərçinin
baş beyninin quruluşu
quşlarda da böyük və kiçik qan dövranı vardır. Lakin bunların ürəyində arterial
və venoz qan bir-birinə qarışmır. Quşlar istiqanlı olub bədən temperaturları
sabitdir və 42-43°C-yə çatır.
İfrazat sistemi. İfrazat orqanı bir cüt böyrəkdir. Böyrəklərdən çıxan sidik
axarları kloakaya açılır. Sidik kisəsi yoxdur.
Sinir sistemi. Baş və onurğa beynindən və onlardan çıxan sinirlərdən ibarətdir.
Baş beyində ön beyin daha yaxşı inkişaf edərək
beyin yarımkürələri əmələ
gətirmişdir. Quşların mürəkkəb hərəkətləri yaxşı inkişaf etmiş beyinciklə
koordinasiya edilir.
Hiss orqanları. Quşlarda görmə və eşitmə qabiliyyəti yaxşı, qoxubilmə isə zəif
inkişaf etmişdir. Hər bir göz 3 göz qapağına (alt, üst göz qapaqları və qırpma
pərdəsi) malikdir. Qulaq 3 hissədən – daxili, orta və xarici qulaqdan ibarətdir.
3
3
125
124
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Quş yumurtasının quruluşu
Məqsəd: Quş yumurtasının
quruluşunu
öyrənmək.
Təchizat: Təzə toyuq yumurtası, petr fincanı,
pinset, preparat iynələri, lupa.
İşin gedişi:
1. Yumurtanı ehtiyatla qıraraq onun içərisini
petr fincanına tökün. Yumurta xaricdən nə
ilə örtülmüşdür?
2. Əl lupası ilə yumurtanın qabığına baxın.
Orada görünən məsamələrin funksiyasını
izah edin.
3. Yumurtanın
mərkəzində nə yerləşdiyini
müəyyən edin. Ciyələri tapın. Onlar nəyə
xidmət edir?
4. Yumurta sarısının üst hissəsində rüşeym diskini tapın. O, nə üçün daim üst
vəziyyətdə yerləşir? Belə yerləşmənin rüşeym üçün əhəmiyyəti nədir?
5. Dərslikdəki yumurtanın şəklini dəftərinizə çəkin.
Quş balalarının inkişaf tipləri. Embrional inkişafını başa vuran quş
balaları yumurtanın qabığını üst dimdiyin ucundakı çıxıntı ilə sındırır və
yumurtadan kənara çıxırlar.
İnkişaf dərəcəsindən asılı olaraq balalar,
əsasən, iki tipdə:
cücəbala və
ətcəbala olur.
Toyuqlarda, ördəklərdə,
qazlarda,
qu quşlarında yumurtadan yumşaq
qu lələkləri ilə örtülü, gözləri açıq
balalar çıxır.
Onlar yumurtadan
çıxdıqdan az müddət sonra özləri
sərbəst surətdə gəzə bilir. Belə in-
kişaf
tipinə malik quşlar cücəbala-
lılar adlandırılır.
Sərçələrin, göyərçinlərin və digər
quşların balaları yumurtadan çıxdıqda
lələksiz (və ya seyrək lələkli), aciz, göz
qapaqları və qulaq dəlikləri qapalı olur.
Bunlar uçmağa başlayana qədər
valideynləri tərəfindən yemlənir.
Belə
inkişaf tipinə malik quşlara
ətcəbalalılar deyilir.
Сücəbala
Ətcəbala
Həzm
Tənəffüs
Qan-damar
Sinir
İfrazat
Cinsiyyət
Fərqli əlamətlər
Sürünənlər
Quşlar
1. Düzgün ifadələri seçin:
2. Suallara cavab verin:
1. Quşlar istiqanlıdır.
2. Bağırsaq kloaka ilə qurtarır.
3. Beyincik zəif inkişaf etmişdir.
4. Pəncə lüləsi yalnız quşlar üçün səciyyəvidir.
5. Maddələr mübadiləsi zəif gedir.
6. Mədə iki şöbədən ibarətdir.
7. Quşların dərisində çoxlu vəzi var.
Uçuş zamanı istənilən artıq yük maneçilik törədə bilərmi? Quşların skeletində
uçma zamanı bədənin yüngülləşməsi üçün hansı dəyişikliklər meydana çıxmış-
dır? Bununla əlaqədar daxili quruluşda hansı dəyişikliklər baş vermişdir?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Orqanlar sistemi
Cədvəli tamamlayın.
49.
Quşların çoxalması və inkişafı.
Quşların həyatında mövsümi hadisələr
Şagirdlər sinifdə yumurtadan cücə çıxarmaq qərarına gəldilər. Onlar fikir-
ləşdilər ki, bunun üçün yumurtalar isidilməlidir. Şagirdlər bir neçə yumurtanı
qızdırıcı cihazın üzərinə qoydular və bu müddət keçsə də, yumurtadan cücə
çıxmadı. Onlar diqqətlə baxıb yumurtaların xarab olduğunu gördülər.
· Sizcə, bu yumurtalarda nə üçün cücə inkişaf etmədi?
Quşların çoxalması. Quşlar ayrıcinsli heyvanlardır və yumurta qoy-
maqla çoxalır.
Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə, adətən, tək sol yumurtalıq
inkişaf etmiş olur. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma
daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf etmişdir.