3
3
125
124
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar.
Quşlar və məməlilər
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Quş yumurtasının quruluşu
Məqsəd: Quş yumurtasının quruluşunu
öyrənmək.
Təchizat: Təzə toyuq yumurtası, petr fincanı,
pinset, preparat iynələri, lupa.
İşin gedişi:
1. Yumurtanı ehtiyatla qıraraq
onun içərisini
petr fincanına tökün. Yumurta xaricdən nə
ilə örtülmüşdür?
2. Əl lupası ilə yumurtanın qabığına baxın.
Orada görünən məsamələrin funksiyasını
izah edin.
3. Yumurtanın mərkəzində nə yerləşdiyini
müəyyən edin. Ciyələri tapın. Onlar nəyə
xidmət edir?
4. Yumurta sarısının üst hissəsində rüşeym diskini tapın. O,
nə üçün daim üst
vəziyyətdə yerləşir? Belə yerləşmənin rüşeym üçün əhəmiyyəti nədir?
5. Dərslikdəki yumurtanın şəklini dəftərinizə çəkin.
Quş balalarının inkişaf tipləri. Embrional inkişafını başa vuran quş
balaları yumurtanın qabığını üst dimdiyin ucundakı çıxıntı ilə sındırır və
yumurtadan kənara çıxırlar.
İnkişaf dərəcəsindən asılı olaraq balalar,
əsasən, iki tipdə:
cücəbala və
ətcəbala olur.
Toyuqlarda, ördəklərdə, qazlarda,
qu quşlarında yumurtadan yumşaq
qu
lələkləri ilə örtülü, gözləri açıq
balalar çıxır. Onlar yumurtadan
çıxdıqdan az müddət sonra özləri
sərbəst surətdə gəzə bilir. Belə in-
kişaf
tipinə malik quşlar cücəbala-
lılar adlandırılır.
Sərçələrin, göyərçinlərin və digər
quşların balaları yumurtadan çıxdıqda
lələksiz (və ya seyrək lələkli), aciz, göz
qapaqları və qulaq dəlikləri qapalı olur.
Bunlar uçmağa başlayana qədər
valideynləri tərəfindən yemlənir.
Belə inkişaf tipinə malik quşlara
ətcəbalalılar deyilir.
Сücəbala
Ətcəbala
Həzm
Tənəffüs
Qan-damar
Sinir
İfrazat
Cinsiyyət
Fərqli əlamətlər
Sürünənlər
Quşlar
1. Düzgün ifadələri seçin:
2. Suallara cavab verin:
1. Quşlar istiqanlıdır.
2. Bağırsaq kloaka ilə qurtarır.
3. Beyincik zəif inkişaf etmişdir.
4. Pəncə lüləsi yalnız quşlar üçün səciyyəvidir.
5. Maddələr mübadiləsi zəif gedir.
6. Mədə iki şöbədən ibarətdir.
7. Quşların dərisində çoxlu vəzi var.
Uçuş zamanı istənilən artıq yük maneçilik törədə bilərmi? Quşların skeletində
uçma zamanı bədənin yüngülləşməsi üçün hansı dəyişikliklər meydana çıxmış-
dır? Bununla əlaqədar daxili quruluşda hansı dəyişikliklər baş vermişdir?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Orqanlar sistemi
Cədvəli tamamlayın.
49.
Quşların çoxalması və inkişafı.
Quşların həyatında mövsümi hadisələr
Şagirdlər sinifdə yumurtadan cücə çıxarmaq qərarına gəldilər. Onlar fikir-
ləşdilər ki, bunun üçün yumurtalar isidilməlidir. Şagirdlər bir neçə yumurtanı
qızdırıcı cihazın üzərinə qoydular və bu müddət keçsə də, yumurtadan cücə
çıxmadı. Onlar diqqətlə baxıb yumurtaların xarab olduğunu gördülər.
· Sizcə, bu yumurtalarda nə üçün cücə inkişaf etmədi?
Quşların çoxalması. Quşlar ayrıcinsli heyvanlardır və yumurta qoy-
maqla çoxalır.
Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə, adətən, tək sol yumurtalıq
inkişaf etmiş olur. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma
daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf etmişdir.
3
3
127
126
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Düzgün ifadələri seçin:
1. Quşların beyinciyi və beyin yarımkürələri xüsusilə
yaxşı inkişaf etmişdir. 2. Quşlarda, adətən, hər iki yumurtalıq fəaliyyət göstərir.
3.Ciyələrin hesabına rüşeym diski həmişə yuxarı yönəlmişdir. 4. Ördəklərin
balaları ətcəbala olur.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Cədvələ düzgün cavabların nömrələrini daxil edin:
Yumurtadan çıxan cücələr:
1. Çılpaq və ya zəif tük örtüyünə malik olur
2. Qu tükləri ilə örtülü olur
3. Gözləri qapalı olur
4. Gözləri açıq olur
5. Az müddətdən sonra yeriyə bilir
6. Uzun müddət aciz olur
7. Özləri yem tapır
8. Valideynləri tərəfindən yemlənir
2. Yuvalamadan sonrakı dövrdə baş verən yerdəyişmələrə görə quşları qrup-
laşdırın:
Ördək, boz qarğa, sağsağan, ev sərçəsi, zağca, arıquşu, qaranquş, qaz, çölgö-
yərçini, sarıköynək, bülbül.
Ətcəbalalı quşlar
Cücəbalalı quşlar
...
...
Oturaq quşlar
Köçəri quşlar
Uçub
gedən quşlar
...
...
...
Quşların fəsil dəyişkənliyinə uyğunlaşması. Quşlarda ilin fəsillərin-
dən asılı olaraq həyat proseslərində müəyyən mövsümi hadisələr baş
verir. Belə ki, yazın əvvəlində quşların əksəriyyətində çoxalmaya hazırlıq
dövrü başlanır. Onların bəziləri birləşərək cütlər əmələ gətirir. Bu dövrdə
quşların bir çoxu otdan, ağac budaqlarından, daşlardan və ya mamır-
lardan müxtəlif quruluşlu yuva tikir. Cütləşmədən sonra dişi fərd, nö-
vündən asılı olaraq, yuvaya müxtəlif sayda yumurta qoyur. Yumurta
üzərində əksərən dişi fərd (bəzi quşlarda həm də erkək) kürt yatır. Bir
müddətdən sonra yumurtadan balalar çıxır. Quşların əksəriyyəti yazda
bala çıxarır. Bu dövrdə hava isinir, balaların inkişafı üçün lazımi qida və
əlverişli şərait olur.
Yay ərzində balalar qidalanaraq böyüyür və müstəqil həyat tərzi
keçirir.
Payıza doğru quşların
bir çoxu dəstələrə toplanaraq cənub istiqa-
mətinə – yem bol olan yerlərə köçür. Belə yerdəyişmə prosesi
quşların
köçməsi və ya
miqrasiyası adlanır. Köçmə üçün siqnal rolunu, əsasən,
günün uzunluğunun dəyişilməsi oynayır.
Yerdəyişmələrə görə quşlar
oturaq,
köçəri və
uçub gedən quşlara
bölünürlər.
Oturaq quşlar qışda yuvalama yerlərini tərk etmir. Onlara sağsağan,
çölgöyərçini, ev sərçəsi aiddir. Əsasən insanların yaşayış məskənlərində
qida tullantıları ilə qidalanırlar.
Köçəri quşlar. Yaza qədər yuvalama yerlərini tərk edir, oradan, adətən,
yüz və ya min kilometrlərlə uzaqlaşırlar. Bunlara boz qarğa, zağca və
arıquşular aiddir. Uçub gedən quşlardan fərqli olaraq, onların daimi
qışlama yerləri və dəqiq yerdəyişmə marşrutları olmur.
Uçub gedən quşlar qış olmayan yerlərə gedir və yuvalama yerlərindən
min və ya on minlərlə kilometr uzaqlaşırlar. Sarıköynəklər, qaranquşlar,
bülbüllər, qazlar, ördəklər uçub gedən quşlardır.
50.
Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti
Balıqçı quş, dülgər quş,
lələkli müğənni...
· Bu misallara hansı quşlar aiddir?
Niyə onları belə adlandırırlar?
Şəkillərə baxın:
a) Dimdik formalarına görə qidalanma xarakterı barədə fikrinizi söyləyin.
b) Şəkildə göstərilən ətrafların quruluşuna əsasən quşların həyat tərzi haq-
qında mühakimə yürüdün.
Fäaliyyät
Fäaliyyät
b
a
Qaz
Şanapipik
1
2
3
4
5
Flaminqo
Ərsindimdik
Leylək
Ağacdələn
Qutan
Nəticəni müzakirə edin: Həyat tərzi quşların xarici görünüşünə necə təsir
edir?