Qidalanma tipinə görə quşların ekoloji
qrupları
Həyat tərzinə görə quşların ekoloji qrup-
ları
Bitkiyeyən quşlar. Əksəriyyəti bitki qidası
ilə – dən, giləmeyvə və toxumlarla qidala-
nır. Belə quşlara
payızbülbülləri, meşə xo-
ruzları, tetralar aiddir.
Həşəratla qidalanan quşlar. Nazik, itidim-
dik, iti caynaq və uzun barmaqları olur.
Yırtıcı quşlar. Dimdikləri qısa və güclüdür,
qarmaq kimi aşağı əyilmişdir. Arxa ətraf-
larında iti caynaqlar olur.
Döş və ayaq əzə-
lələri güclü inkişaf etmişdir.
Gecə və
gündüz yırtıcı quşlarına bölünür. Gündüz
yırtıcı quşlarına –
qartal, şahin, qırğı; gecə
yırtıcı quşlarına
–
bayquş və
yapalaqlar
aiddir. Yırtıcı quşlar torpaq üzərində,
demək olar ki, gəzmir.
Hər şeylə qidalanan quşlar. Ən çox rast
gəlinəni sərçə və qarğalardır.
Yaşadıqları mühit şəraitinə görə quşlar
bəzi ekoloji qruplara bölünür.
Meşə quşları. Əksəriyyətinin qanadları qı-
sa, quyruğu isə nisbətən uzun olur, onların
ağac və kollar arasında uçmasını asanlaş-
dırır. Bu qrupa, əsasən,
arıquşular, ağacdə-
lənlər, qaratoyuqlar, tetra və meşə xoruzları
aiddir.
Açıqlıq sahə quşları. Ayaqlarının güclü və
boynunun uzun olması vaxtında təhlükəni
görməyə və düşməndən gizlənməyə imkan
verir. Bitkiyeyən və həşəratla qidalanan
quşlardır.
Doydaqlar, durnalar, dəvəquşu-
lar bu qrupa aiddir.
Sahil və bataqlıq quşları. Əksəriyyətində
ətraflar və boyun uzun, dimdik iri olur. Bu
xüsusiyyət onlara yem əldə etməyə,
bədəni
islanmaqdan qorumağa imkan verir.
Bunlara
leyləklər və vağlar aiddir.
Su quşları. Onların bir çoxu yaxşı üzür, su-
ya baş vurur və uçur. Bədənləri uzun-
sovdur, ayaqlar bədənin arxa hissəsinə –
quyruğa yaxın yerləşdiyi üçün suda
hərəkəti asanlaşdırır. Əksəriyyətində sıx
Meşə quşları
Xallı
qaratoyuq
Sarı
ağacdələn
Açıqlıq sahə quşları
Ağ durna
Adi doydaq
Qidalanmasına və həyat tərzinə görə quşlar müxtəlif ekoloji qruplara
bölünür.
lələk örtüyü və barmaqlar arasında üzmə pərdəsi olur. Torpaqda yavaş hərəkət
edir. Bu qrupa, əsasən, qazkimilər dəstəsinin nümayəndələri –
qazlar, ördəklər
və
qu quşları aiddir.
Pinqvinlər də su quşlarıdır. Onlarda ayaq barmaqları arasında üzmə pərdəsi
olur. Suda üzməsində arxa ətraflar və qanadlar iştirak edir. Döş tili yaxşı
inkişaf etmişdir. Bədən quruda şaquli vəziyyətdə dayanır.
Sahil və bataqlıq quşları
İri vağ
Ağ leylək
Su quşları
Yaşılbaş ördək
Gümüşü qağayı
Qu quşu
Quşların təbiətdə əhəmiyyəti. Quşlar həşəratlar və kiçik gəmiricilərlə
qidalanmaqla onların sayının tənzimlənməsində iştirak edir. Onlar özləri
də digər heyvanların qidasını təşkil edir. Bəzi tropik bitkilər çiçək nektarı
ilə qidalanan quşlarla (kolibri) tozlandırılır. Quşlar həm də bitkilərin
meyvə və toxumlarının yayılmasında iştirak edir.
Bizim hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını da-
ğıtmaq və kütləvi şəkildə ovlamaq olmaz. Quşları qorumaq üçün onların
təbii yaşayış sahələrinin və yuvalama yerlərinin saxlanılması vacibdir.
Quşları ekoloji qruplar üzrə ayırın:
ağacdələn, qu quşu, meşə xoruzu, qartal, vağ,
qaratoyuq, qırğı, ördək, dəvəquşu, durna, pinqvin, tetra.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Meşə quşları
Su quşları
Açıqlıq quşları
Bataqlıq və sahil quşları
1. Uyğunluğu müəyyən edin:
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Əlamətlər:
1. Möhkəm və güclü ayaqları olur. 2. Barmaqlar arasında üzmə
pərdəsi olur. 3. Ayaqları uzundur. 4. Boyunları uzun olur. 5. Qarmaqşəkilli
dimdiyi olur. 6. Ayaqlar bədənin arxa hissəsinə yaxın yerləşir.
Quşlar:
I. Leylək. II.
. III. Dəvəquşu.
Ördək
2. Quşlar haqqında mahnı, şeir, nağıl, təmsil, atalar sözü və məsəllər
toplayın. Kiçik təqdimat hazırlayın.
3
3
129
128
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar.
Quşlar və məməlilər
3
3
131
130
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Quşlar və məməlilər
51.
Məməlilər sinfi
Məməlilərin xarici görünüşü və ölçüləri çox fərqli ola bilər. Bu, mühit şərai-
tindən və həyat tərzindən asılıdır. Yerdə gəzən fil, torpaqda yaşayan köstəbək,
uçan yarasa və suda yaşayan göy balina məməlilər sinfinin nümayəndələridir.
· Hansı xüsusiyyətlərinə görə bu heyvanları bir sinfə aid edirlər?
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Məməlilərin xarici quruluşu
Məqsəd: Məməlilərin xarici quruluşu ilə tanış olmaq.
Təchizat: “Məməlilərin xarici quruluşu” tablosu, yaxud məməli müqəvvası.
İşin gedişi:
1. Məməlinin bədən hissələrini göstərin.
2. Məməlilərin dəri örtüyünün xüsusiyyətlərini qeyd edin.
3. Baş hissədə nə yerləşir?
4. Məməlilərin gövdə və ətraflarının quruluşuna diqqət yetirin.
Nəticəni müzakirə edin: Məməlilər quruluşuna görə sürünənlərdən nə ilə
fərqlənir?
Məməlilərin həyat fəaliyyəti – ev iti
Bədən quruluşu. Məməlilərin əksəriyyətinin bədəni baş, boyun, gövdə, quyruq
və ətraflardan ibarətdir. Möhkəm və elastik dəridə tüklər, tər, piy, qoxu və süd
vəziləri olur.
Müasir məməlilərin 5,5 minə qədər növü var. Onlara müxtəlif həyat
şəraitində rast gəlinir. Məməlilərin əksəriyyəti bətndaxili diri bala doğur.
Doğulan balalar südlə bəslənir. Əksəriyyətinin bədəni tüklərlə ör-
tülmüşdür. Onurğanın boyun şöbəsində əksərən 7 fəqərə olur. Əksəriy-
yətində döş boşluğu qarın boşluğundan
diafraqma deyilən əzələli pərdə ilə
ayrılmışdır. Dişləri
azı, kəsici və köpək dişlərinə ixtisaslaşmışdır. Digər
onurğalılardan fərqli olaraq,
qulaq seyvanına malikdir. Məməlilərin ha-
mısı üçün yüksək quruluş səviyyəsinə malik sinir sistemi xarakterikdir.
Ev itinin
bədən quruluşu
Ev
itinin skeleti
Skeleti. Məməlilərdə skelet kəllənin, gövdənin və ətrafların skeletindən təşkil
olunmuşdur. Onurğa beş şöbəlidir. Ətrafların skeleti qurşaq və sərbəst
ətrafların skeletindən ibarətdir. Onurğanın quyruq şöbəsi müxtəlif sayda
quyruq fəqərələrindən təşkil olunur. Fəal hərəkətlə əlaqədar əzələləri, xüsusən
bel və ətraflarda daha yaxşı inkişaf etmişdir.
Həzm sistemi. Ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında
iştirak edir. Qida ağızdan udlağa, qida borusuna, mədəyə, əvvəl nazik və sonra
yoğun bağırsağa keçir. Həzm olunmayan qalıqlar
anusla xaric edilir.
Tənəffüs sistemi. Məməlilərin tənəffüs sistemi burun boşluğu, burun-udlaq,
qırtlaq, nəfəs borusu (traxeya), bronxlar və ağciyərlərdən təşkil olunmuşdur.
Ev itinin həzm,
tənəffüs, ifrazat və cinsiyyət sistemi
Nəfəs borusu
Udlaq
Burun
Ağız
Arxa
və ön
ətraflar
Göz
Gövdə
Qulaq
Boyun
Quyruq
Kəllə
Üst çənə
Alt çənə
Kürək sümüyü
Döş sümüyü
Bazu sümüyü
Mil
və dirsək sümükləri
Ön pəncə sümükləri
Bud
sümüyü
Qabırğa
Çanaq
sümüyü
Qamış
və incik
sümükləri
Arxa pəncə
sümükləri
Onurğanın şöbələri:
quyruq
oma
bel
döş
boyun