Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə66/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   70

3
3
131
130
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
51. 
Məməlilər sinfi
Məməlilərin xarici görünüşü və ölçüləri çox fərqli ola bilər. Bu, mühit şərai-
tindən və həyat tərzindən asılıdır. Yerdə gəzən fil, torpaqda yaşayan köstəbək, 
uçan yarasa və suda yaşayan göy balina məməlilər sinfinin nümayəndələridir. 
· Hansı xüsusiyyətlərinə görə bu heyvanları bir sinfə aid edirlər? 
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Məməlilərin xarici quruluşu
Məqsəd: Məməlilərin xarici quruluşu ilə tanış olmaq.
Təchizat: “Məməlilərin xarici quruluşu” tablosu, yaxud məməli müqəvvası.
İşin gedişi: 
1. Məməlinin bədən hissələrini göstərin. 
2. Məməlilərin dəri örtüyünün xüsusiyyətlərini qeyd edin. 
3. Baş hissədə nə yerləşir?  
4. Məməlilərin gövdə və ətraflarının quruluşuna diqqət yetirin.
Nəticəni  müzakirə  edin:  Məməlilər  quruluşuna  görə  sürünənlərdən  nə  ilə 
fərqlənir? 
Məməlilərin həyat fəaliyyəti – ev iti
Bədən quruluşu. Məməlilərin əksəriyyətinin bədəni baş, boyun, gövdə, quyruq 
və ətraflardan ibarətdir. Möhkəm və elastik dəridə tüklər,  tər, piy, qoxu və süd 
vəziləri olur. 
Müasir məməlilərin 5,5 minə qədər növü var.   Onlara müxtəlif həyat 
şəraitində rast gəlinir. Məməlilərin əksəriyyəti bətndaxili diri bala doğur.  
Doğulan  balalar  südlə  bəslənir.  Əksəriyyətinin  bədəni  tüklərlə  ör-
tülmüşdür. Onurğanın boyun şöbəsində əksərən 7 fəqərə olur. Əksəriy-
yətində döş boşluğu qarın boşluğundan diafraqma deyilən əzələli pərdə ilə 
ayrılmışdır. Dişləri azı, kəsici və köpək dişlərinə ixtisaslaşmışdır.  Digər 
onurğalılardan fərqli olaraq, qulaq seyvanına malikdir. Məməlilərin ha-
mısı üçün yüksək quruluş səviyyəsinə malik sinir sistemi xarakterikdir.
Ev itinin 
bədən quruluşu
Ev itinin skeleti
Skeleti. Məməlilərdə skelet kəllənin, gövdənin və ətrafların skeletindən təşkil 
olunmuşdur.  Onurğa  beş  şöbəlidir.  Ətrafların  skeleti    qurşaq  və  sərbəst 
ətrafların  skeletindən  ibarətdir.  Onurğanın  quyruq  şöbəsi  müxtəlif  sayda 
quyruq fəqərələrindən təşkil olunur. Fəal hərəkətlə əlaqədar əzələləri, xüsusən 
bel və ətraflarda  daha yaxşı inkişaf etmişdir.
Həzm sistemi. Ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında 
iştirak edir. Qida ağızdan udlağa, qida  borusuna, mədəyə, əvvəl nazik və sonra 
yoğun bağırsağa keçir. Həzm olunmayan qalıqlar anusla xaric edilir. 
Tənəffüs sistemi. Məməlilərin tənəffüs sistemi burun boşluğu, burun-udlaq, 
qırtlaq, nəfəs borusu (traxeya), bronxlar və ağciyərlərdən təşkil olunmuşdur. 
Ev itinin həzm, tənəffüs, ifrazat və cinsiyyət sistemi
Nəfəs borusu
Udlaq
Burun
Ağız
Arxa 
və ön 
ətraflar
Göz
Gövdə
Qulaq
Boyun
Quyruq
Kəllə
Üst çənə
Alt çənə
Kürək sümüyü
Döş sümüyü
Bazu sümüyü
Mil və dirsək sümükləri
Ön pəncə sümükləri
Bud 
sümüyü
Qabırğa
Çanaq 
sümüyü
Qamış 
və incik 
sümükləri
Arxa pəncə 
sümükləri
Onurğanın şöbələri:
quyruq        
oma            
bel           
döş      
boyun


3
3
133
132
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Qan-damar sistemi. Məməlilərin ürəyi dördkameralı olub, 2 qulaqcıq və 2 mə-
dəcikdən ibarətdir. Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığın-
dan arterial və venoz qanlar qarışmır. İstiqanlı heyvanlardır, bədən temperatu-
ru sabitdir. 
Məməlilərə xas olan əlamətləri seçin:
 
1. Tük örtüyü inkişaf etmişdir 
2. Dəridə vəzi yoxdur  
3. Diafraqma var 
4. Balalarını südlə bəsləyir  
5. Qəlsəmələr və ağciyərlərlə tənəffüs edir  
6. İstiqanlı heyvanlardır 
7. Beyin yarımkürələrinin qabığı qırışlıdır  
1. Hər sırada sinfə uyğun gəlməyən heyvan adını seçin. Seçimi
zi əsaslandırın: 
a) Göyərçin, qartal, yarasa, qaranquş 
b) Timsah, ilan, siçan, kərtənkələ  
c) Kütüm, balina, akula, xəşəm 
d) Ağ ayı, suiti, balina, nərə  
2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin. 
ni
Balıqlar – qəlsəmələr 
Məməlilər – ?
Məməlilər – böyrəklər 
Həşəratlar – ?
Sürünənlər – pulcuqlar  
Məməlilər – ? 
Məməlilər – dördkameralı ürək 
Suda-quruda yaşayanlar – ?
Quşlar – yumurta qoyur 
Məməlilər – ?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Hiss 
orqanları
Eşitmə
Görmə 
Qoxubilmə 
Lamisə 
Dadbilmə 
Ev itinin sinir sistemi
Ön beyin
Ev itinin qan-damar sistemi
Sol aorta qövsü
İfrazat  sistemi.  İfrazat  sistemi  paxlaşəkilli  bir  cüt  böyrəkdən,  bir  cüt  sidik 
axarı, sidik kisəsi və sidik kanalından ibarətdir. 
Sinir  sistemi.  Məməlilərdə  baş-beyin,  digər  onurğalılarda  olduğu  kimi, 
beşşöbəlidir. Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla 
örtülmüşdür.  Boz  maddəni  sinir  hüceyrələri  əmələ  gətirir.  Məməlilərdə  sinir 
sisteminin  yaxşı  inkişaf  etməsi  ilə  əlaqədar  mürəkkəb  davranış  hərəkətləri 
müşahidə edilir.
Hiss  orqanları.  Məməlilərdə  eşitmə,  görmə,  qoxubilmə,  lamisə,  dadbilmə 
hissiyyatı  olur.  Əksəriyyətində  eşitmə  orqanı  yaxşı  inkişaf  etmişdir.  Görmə 
orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Əksər məməlilərdə üçüncü göz 
qapağı  qalıq  halındadır.  Həyat  tərzindən  və  yaşadığı  mühit  şəraitindən  asılı 
olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.
Qoxubilmə  hissiyyatı  su  heyvanlarında  zəif,  quru  həyat  tərzi  keçirən  hey-
vanlarda  isə  daha  güclüdür.  Məməlilər  üçün  lamisə  funksiyasını  burunun  və 
gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
İtin ürəyinin quruluşu


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə