3
3
85
84
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Hollandiya və İngiltərənin iri sənaye şəhərləri yaxınlığındakı sahil sularında
midiya və stridiya molyusklarının ovu dayandırıldı. Buna səbəb insanlar tərə-
findən qida kimi istifadə olunan bu ikitaylı molyuskların ətinin zəhərli olması
idi.
36.
Molyuskların həyat fəaliyyəti
· Molyuskların ətinin zəhərli olmasının səbəbi nədir?
Bunun necə baş verməsini izah edin.
Molyuskları xarici
quruluşundan asılı
olaraq qruplaşdırın.
Fäaliyyät
Fäaliyyät
· Sizcə, quruluş xüsusiy-
yətləri onların
hərəkət və
qidalanma prosesləri kimi
həyat fəaliyyəti proseslərinə
necə təsir edir?
Molyuskların həyat fəaliyyəti
Hərəkəti. Molyuskların əksəriyyəti zəif hərəkətlidir. Lakin bəziləri, məsələn,
Uzaq Şərq kalmarının bədəni sürətli hərəkətə uyğunlaşmışdır. Onun manti
boşluğuna dolan suyun xaricə püskürdülməsi nəticəsində yaranan itələmə
qüvvəsi kalmarın irəliləməsinə – reaktiv hərəkətə səbəb olur.
Həzm sistemi və qidalanması. Göl ilbizi
ağzında
xitin dişcikli əzələli dilin köməyi ilə qaşovlayır. İkitaylı molyuskun manti bü-
küşlərində, qəlsəmələrindəki kirpiklərin fasiləsiz hərəkəti sayəsində bədənə
qida – infuzorlar, qamçılılar, kiçik xərçəngkimilər daxil olur.
Kalmar qidasını uzun qolcuqların və sormacların köməyi ilə tutur. Ağzında
şikarı gəmirməyə xidmət edən buynuz çənələr olur. Molyusklarda həzmdə qara-
ciyər də iştirak edir. Həzm olunmayan qalıqlar bağırsağa keçir və anal dəliklə
xaric olur.
Tənəffüs sistemi. İkitaylılarda və başayaqlılarda tənəffüs qəlsəmələrlə, qarın-
ayaqlılarda isə qəlsəmə və ya ağciyərlərlə olur.
Qan dövranı. Ürəkyanı kisədə yerləşən ürək mədəcik, 1 (göl ilbizində) və ya 2
ədəd (anadonta və kalmarda) qulaqcıqdan ibarətdir. Mədəciyin vurduğu oksi-
genlə zəngin olan qan damarlarla bədənə aparılır və burada bədən boşluğuna
tökülür (başayaqlı molyusklardan başqa). Özünə karbon qazını birləşdirən qan
yenidən damarlar vasitəsilə əvvəl tənəffüs orqanlarına gətirilir. Burada oksi-
genlə zənginləşərək qulaqcığa qayıdır. Bu,
açıq qan-damar sistemi adlanır.
İfrazat sistemi. İfrazat sistemi 1, yaxud 2 böyrəkdən ibarətdir. Böyrəyin qıf-
şəkilli hissəsi ürəkyanı kisəyə, digər ucu isə manti boşluğuna açılır.
Sinir sistemi. Qarınayaqlı və ikitaylılarda sinir sistemi bir neçə cüt sinir düyü-
nü və onlardan çıxan sinirlərdən təşkil olunur. Kalmarın sinir sistemi udlağın
bitkilərin yumşaq hissələrini
üst tərəfində sinir düyünlərinin
birləşməsindən əmələ gələn “be-
yin”dən və ondan çıxan sinirlər-
dən ibarətdir.
Hiss orqanları. Göl ilbizində his-
siyyatda iştirak edən lamisə çıxın-
tıları və gözlər var. İkitaylılarda
başın itməsi ilə əlaqədar olaraq
xüsusi hiss orqanı olmur. Kalmar-
da yaxşı inkişaf etmiş hiss or-
qanları – mürəkkəb quruluşlu göz-
lər və müvazinət orqanı olur.
Çoxalması. Molyusklar arasında
ayrıcinsiyyətli (başayaqlılar, iki-
taylılar) və hermafrodit (məsələn,
göl ilbizi) nümayəndələrə rast
gəlinir. Göl ilbizi yumurtalarını
selik topasının içərisinə qoyaraq
su bitkilərinə yapışdırır və onlar-
dan kiçik ilbizlər çıxır.
Anadontada dişinin manti boşlu-
ğunda mayalanmış yumurtadan
sürfələr əmələ gəlir. Onlar suya çı-
xaraq yaxından keçən balıqların
qəlsəmələrinə, üzgəclərinə və də-
risinə yapışır, burada parazitlik
edərək yetkin molyuska çevrilir.
Kalmarların inkişafında sürfə
mərhələsi olmur.
Düzgün cavabı seçin:
1. Molyuskların tənəffüs orqanı: bəzilərində
– ağciyərlər, di-
gərlərində
qəlsəmələr/yalnız qəlsəmələr. 2.
Molyuskların qan-damar sistemi
açıq-
dır/qapalıdır. 3.
Molyuskların ifrazat orqanı
qaraciyərdir/böyrəklərdir. 4.
Molyusklarda qanın hərəkətini təmin edən
ağciyərdir/ürəkdir. 5.
Anadonta
ayrıcinsiyyətlidir/ hermafroditdir. 6.
Bədən dəri törəməsi olan
manti/çanaq ilə
örtülmüşdür.
1. Cədvəlin müvafiq sütunlarına molyusk-
ların təbiətdə və insan həyatında əhəmiy-
yətini yazın.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Müsbət
təsiri
Mənfi təsiri
2.
Suala cavab verin:
Dəniz molyusklarının çanağının qalınlığı və möhkəmliyi
müxtəlifdir. Ən möhkəm çanağı olan molyusklar sahil zolağında yaşayır. Mol-
yuskların çanağının qalınlığındakı fərq nə ilə əlaqədardır?
b
c
d
a
e
f
Göl ilbizi
Molyuskların daxili quruluşu
Anal
dəlik
Ağciyər
Ayaq
Mədə
Manti
Xitin dişcikli
əzələli dil
Manti
boşluğu
Kirəc
çanaq
Qaraciyər
Böyrək
Ürək
Ürək Böyrək
Giriş
sifonu
Çıxış
sifonu
Manti
Qəlsəmələr
Ayaq
Bağırsaq
Qida
borusu Cinsiyyət vəzisi
Ağız
Mədə
Anadonta
Çanağın qapayıcı əzələləri
Qaraciyər
Çanaq
Quyruq
pәri
Şәklini
dәyişmiş
qarıncıq
ayaqları
Quyruq
uzgәci
3
3
87
86
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
37. Buğumayaqlılar tipi.
Xərçəngkimilər sinfi
Diaqramdan göründüyü
kimi,
heyvanlar
aləmində
buğumayaq-
lılar tipi növünə görə
daha çoxsaylıdır.
Onların müxtəlif həyat
şəraitində yaşayan 1,5
milyona yaxın növü var.
· Buğumayaqlılar hansı xüsusiyyətlərə malikdir?
· Buğumayaqlıların müxtəlifliyini necə izah etmək olar?
İşin məqsədi: Çay xərçənginin quruluş xüsusiyyətlərini və su mühitində
yaşamağa uyğunlaşmalarını öyrənmək.
Təchizat: Çay xərçəngi və ya onun şəkilli tabloları.
İşin gedişi: 1. Çay xərçənginə və ya şəkillərinə baxın. Bədənin baş-döş və
qarıncıq hissələrini müəyyən edin. Gözləri, bığcıqları tapın və saylarını dəqiq-
ləşdirməyə çalışın. 2. Bədənin xitin örtüyünü nəzərdən keçirin.
3. Ətrafların quruluşuna, yerləşməsinə, quyruq üzgəcinə diqqət yetirin.
Onların sayını müəyyən edin.
· Çay xərçənginin quruluş xüsusiyyətləri və onun su mühitində yaşamağa
uyğunlaşması barədə nəticə çıxarın.
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Çay xərçənginin xarici quruluşu
Buğumayaqlılar tipinin ümumi əlamətləri.
malikdir. Onların əksər nümayəndələrinin bədəni və ətrafları ayrı-ayrı
buğumlara bölünmüşdür. Buğumayaqlıların hamısında bədən xitin-
ləşmiş sərt örtüklə örtülmüşdür. Sinir sistemləri həlqəvi qurdlardakına
İkitərəfli simmetriyaya
Buğumayaqlılar
Göbələklər
Bitkilər
İbtidai heyvanlar
Qurdlar
Molyusklar
Xordalılar
oxşardır. Buğumayaqlılar tipinin
xərçəngki-
milər, hörümçəkkimilər və
həşəratlar kimi 3
əsas sinifləri var.
Xərçəngkimilər sinfi. 20 mindən artıq nö-
vü var. Nümayəndələrindən biri
çay xərçən-
gidir. Onun bədəni
baş-döş və
qarıncıqdan iba-
rətdir. Bədəninin xitin örtüyü möhkəm və yün-
gül olub, xarici skelet vəzifəsini yerinə yetirir.
Xarici skeletə daxildən eninə zolaqlı əzələ topa-
ları birləşir. Böyümə zamanı vaxtaşırı qabığını
dəyişir. Başında bir cüt uzun və bir cüt qısa
bığcıqlar olur. Xərçənglərin çoxlu kiçik gözcükdən –
fasetlərdən təşkil
olunmuş mürəkkəb gözləri var. Başın alt hissəsində bir cüt üst çənə, iki cüt
alt çənə və üç cüt çənə-ayaqlardan ibarət ağız aparatı yerləşir.
Çay xərçənginin döş hissəsində 5 cüt buğumlu yerimə ayaqları olur.
Bunların birinci cütündə qidanın tutulmasında, hücum və müdafiədə işti-
rak edən iri
qısqaclar olur. Buğumlu qarıncıqda ikişaxəli qarıncıq ayaq-
ları və quyruq üzgəci yerləşir.
Çay xərçənginin xarci quruluşu
Çay
xərçəngi
Həzm sistemi. Çay xərçəngi hərşeyye-
yən heyvandır. Onun mədəsi iki his-
sədən –
üyüdücü və süzücü şöbələrdən
təşkil olunmuşdur. Üyüdücü şöbədə
yerləşən xitin dişciklərlə qida xırda-
lanır, süzücü şöbədə olan tükcüklərə
malik iki lövhəciyin köməyi ilə
süzülür. Həzm sistemində olan həzm
vəzisi qidanın həzmində və sorul-
masında iştirak edir. Həzm olunmayan
qalıqlar quyruq pərinin ortasında olan
anal dəliklə xarici mühitə çıxarılır.
Tənəffüs sistemi. Çay xərçəngində
baş-döşün yan hissəsində, yerimə
ayaqlarının dibində dəri törəmələri
olan
qəlsəmələr yerləşir. Suda həll ol-
muş oksigen qəlsəmələrin nazik di-
varından qana sorulur, karbon qazı isə
əksinə, bədəndən xaric olur.
Qan-damar sistemi. Açıq tipli qan-
damar sisteminə malikdir. Bu sistem
kisəşəkilli ürəkdən və ondan çıxan qan
damarlarından ibarətdir. Qan arteri-
yalarla bədənə vurulur, qida maddələ-
rini və oksigeni bədən hüceyrələrinə
verdikdən sonra venoz qana çevrilir və
qəlsəmələrə gətirilir. Oksigenlə zən-
ginləşmiş qan ürək üzərindəki üç cüt
dəlikdən ürəyə daxil olur.
İfrazat sistemi. İfrazatda başda yer-
ləşən və axarları bığcıqların dibinə
açılan bir cüt
yaşıl vəzilər iştirak edir.
Sinir sistemi. Udlaqüstü və udlaqaltı
sinir düyünü, udlaqətrafı sinir həlqə-
si, qarın sinir zəncirindən və bun-
lardan çıxan sinirlərdən ibarətdir.
Hiss orqanları. Xərçəngdə qısa bığ-
cıqlar qoxubilmə, uzun bığcıqlar isə la-
misə funksiyasını həyata keçirir. Qısa
bığcıqların dibində yerləşən kirəc daş-
cıqlara malik çökəkliklər var. Onlar
müvazinət funksiyasını yerinə yetirir.
Çәnә-ayaq
Çәnәlәr
Baş-doş
Qarıncıq
Qısqac
Göz
Uzun bığcıqlar
Qısa
bığcıqlar
Qarıncıq ayaqları
Döş ayaqları
Qan-damar, tənəffüs və ifrazat sistemi
Həzm,
sinir və cinsiyyət sistemi
Həzm vəzisi
Bağırsaq
Udlaqüstü sinir düyünü
Ağız
Qarın sinir
zәnciri
Udlaqaltı sinir düyünü
Mədənin
süzücü şöbəsi
Mədənin
üyüdücü şöbəsi
Qәlsәmәlәr
Yaşıl vәzilәr
Bel arteriyası
Ürәk
Qarın arteriyası
Cinsiyyәt
vәzisi