Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə43/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

3
3
85
84
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Hollandiya və İngiltərənin iri sənaye şəhərləri yaxınlığındakı sahil sularında 
midiya və stridiya molyusklarının ovu dayandırıldı. Buna səbəb insanlar tərə-
findən qida kimi istifadə olunan bu ikitaylı  molyuskların ətinin zəhərli olması 
idi.
36. 
Molyuskların həyat fəaliyyəti
· Molyuskların ətinin zəhərli olmasının səbəbi nədir?  
Bunun necə baş verməsini izah edin.
Molyuskları xarici 
quruluşundan asılı  
olaraq qruplaşdırın.
Fäaliyyät
Fäaliyyät
· Sizcə, quruluş xüsusiy-
yətləri onların hərəkət və 
qidalanma prosesləri kimi 
həyat fəaliyyəti proseslərinə 
necə təsir edir?
Molyuskların həyat fəaliyyəti
Hərəkəti. Molyuskların əksəriyyəti zəif hərəkətlidir. Lakin bəziləri, məsələn, 
Uzaq  Şərq  kalmarının  bədəni  sürətli  hərəkətə  uyğunlaşmışdır.  Onun  manti 
boşluğuna  dolan  suyun  xaricə  püskürdülməsi  nəticəsində  yaranan  itələmə 
qüvvəsi kalmarın irəliləməsinə – reaktiv hərəkətə səbəb olur. 
Həzm sistemi və qidalanması. Göl ilbizi 
ağzında 
xitin dişcikli əzələli dilin köməyi ilə qaşovlayır. İkitaylı molyuskun manti bü-
küşlərində,  qəlsəmələrindəki  kirpiklərin  fasiləsiz  hərəkəti  sayəsində  bədənə 
qida – infuzorlar, qamçılılar, kiçik xərçəngkimilər daxil olur.  
Kalmar  qidasını  uzun  qolcuqların  və  sormacların  köməyi  ilə  tutur. Ağzında 
şikarı gəmirməyə xidmət edən buynuz çənələr olur. Molyusklarda həzmdə qara-
ciyər də iştirak edir. Həzm olunmayan qalıqlar bağırsağa keçir və anal dəliklə 
xaric olur.
Tənəffüs sistemi. İkitaylılarda və başayaqlılarda tənəffüs qəlsəmələrlə, qarın-
ayaqlılarda isə qəlsəmə və ya ağciyərlərlə olur. 
Qan dövranı. Ürəkyanı kisədə yerləşən ürək mədəcik, 1 (göl ilbizində) və ya 2 
ədəd (anadonta və kalmarda) qulaqcıqdan ibarətdir. Mədəciyin vurduğu oksi-
genlə zəngin olan qan damarlarla   bədənə aparılır və burada bədən boşluğuna 
tökülür (başayaqlı molyusklardan başqa). Özünə karbon qazını birləşdirən qan 
yenidən damarlar vasitəsilə əvvəl tənəffüs orqanlarına gətirilir. Burada oksi-
genlə zənginləşərək qulaqcığa qayıdır. Bu, açıq qan-damar sistemi adlanır.
İfrazat sistemi. İfrazat sistemi 1, yaxud 2 böyrəkdən ibarətdir. Böyrəyin qıf-
şəkilli hissəsi ürəkyanı kisəyə, digər ucu isə manti boşluğuna açılır.
Sinir sistemi. Qarınayaqlı və ikitaylılarda  sinir sistemi  bir neçə cüt sinir düyü-
nü və onlardan çıxan  sinirlərdən təşkil olunur. Kalmarın sinir sistemi udlağın 
bitkilərin yumşaq hissələrini 
üst  tərəfində  sinir  düyünlərinin 
birləşməsindən  əmələ  gələn  “be-
yin”dən  və  ondan  çıxan  sinirlər-
dən ibarətdir. 
Hiss  orqanları.  Göl  ilbizində  his-
siyyatda iştirak edən lamisə çıxın-
tıları  və  gözlər  var.  İkitaylılarda 
başın  itməsi  ilə  əlaqədar  olaraq 
xüsusi hiss orqanı olmur. Kalmar-
da  yaxşı  inkişaf  etmiş  hiss  or-
qanları – mürəkkəb quruluşlu göz-
lər və müvazinət orqanı olur.
Çoxalması.  Molyusklar  arasında 
ayrıcinsiyyətli  (başayaqlılar,  iki-
taylılar) və hermafrodit (məsələn, 
göl  ilbizi)  nümayəndələrə  rast 
gəlinir.  Göl  ilbizi  yumurtalarını 
selik  topasının  içərisinə  qoyaraq 
su bitkilərinə yapışdırır və onlar-
dan kiçik ilbizlər çıxır.
Anadontada  dişinin  manti  boşlu-
ğunda  mayalanmış  yumurtadan 
sürfələr əmələ gəlir. Onlar suya çı-
xaraq  yaxından  keçən  balıqların 
qəlsəmələrinə,  üzgəclərinə  və  də-
risinə  yapışır,  burada  parazitlik 
edərək yetkin molyuska çevrilir. 
Kalmarların  inkişafında  sürfə 
mərhələsi  olmur. 
Düzgün cavabı seçin: 
1. Molyuskların tənəffüs orqanı:  bəzilərində – ağciyərlər, di-
gərlərində qəlsəmələr/yalnız qəlsəmələr. 2. Molyuskların qan-damar sistemi açıq-
dır/qapalıdır.  3.  Molyuskların  ifrazat  orqanı  qaraciyərdir/böyrəklərdir.  4.   
Molyusklarda  qanın  hərəkətini  təmin  edən  ağciyərdir/ürəkdir.  5.  Anadonta   
ayrıcinsiyyətlidir/  hermafroditdir.  6.  Bədən  dəri  törəməsi  olan  manti/çanaq  ilə   
örtülmüşdür. 
1.  Cədvəlin  müvafiq  sütunlarına  molyusk-
ların  təbiətdə  və  insan  həyatında  əhəmiy-
yətini yazın.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Müsbət təsiri   
Mənfi təsiri
2. 
Suala cavab verin: 
Dəniz molyusklarının çanağının qalınlığı və möhkəmliyi 
müxtəlifdir. Ən möhkəm çanağı olan molyusklar sahil zolağında yaşayır. Mol-
yuskların çanağının qalınlığındakı fərq nə ilə əlaqədardır? 
b
c
d
a
e
f
Göl ilbizi 
Molyuskların daxili quruluşu
Anal 
dəlik 
Ağciyər 
Ayaq
Mədə
Manti
Xitin dişcikli 
əzələli dil
Manti 
boşluğu
Kirəc 
çanaq
Qaraciyər 
Böyrək 
Ürək 
Ürək Böyrək
Giriş 
sifonu
Çıxış 
sifonu
Manti
Qəlsəmələr
Ayaq 
Bağırsaq
Qida borusu  Cinsiyyət vəzisi
Ağız
Mədə 
Anadonta
Çanağın qapayıcı əzələləri
Qaraciyər
Çanaq


Quyruq
pәri
Şәklini 
dәyişmiş 
qarıncıq 
ayaqları
Quyruq 
uzgәci
3
3
87
86
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ / 
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
37. Buğumayaqlılar tipi. 
Xərçəngkimilər sinfi 
Diaqramdan göründüyü 
kimi, heyvanlar 
aləmində buğumayaq-
lılar tipi növünə görə 
daha çoxsaylıdır. 
Onların müxtəlif həyat 
şəraitində yaşayan 1,5 
milyona yaxın növü var. 
· Buğumayaqlılar hansı xüsusiyyətlərə malikdir? 
· Buğumayaqlıların müxtəlifliyini necə izah etmək olar?
İşin  məqsədi:  Çay  xərçənginin  quruluş  xüsusiyyətlərini  və  su  mühitində 
yaşamağa uyğunlaşmalarını öyrənmək.
Təchizat: Çay xərçəngi və ya onun şəkilli tabloları. 
İşin  gedişi:  1.  Çay  xərçənginə  və  ya  şəkillərinə  baxın.  Bədənin  baş-döş  və 
qarıncıq hissələrini müəyyən edin. Gözləri, bığcıqları tapın və saylarını dəqiq-
ləşdirməyə çalışın. 2. Bədənin xitin örtüyünü nəzərdən keçirin.                  
  3.  Ətrafların  quruluşuna,  yerləşməsinə,  quyruq  üzgəcinə  diqqət  yetirin. 
Onların sayını müəyyən edin. 
· Çay  xərçənginin  quruluş  xüsusiyyətləri  və  onun  su  mühitində  yaşamağa 
uyğunlaşması barədə nəticə çıxarın. 
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Çay xərçənginin xarici quruluşu
Buğumayaqlılar tipinin ümumi əlamətləri. 
malikdir. Onların əksər   nümayəndələrinin bədəni və ətrafları ayrı-ayrı 
buğumlara  bölünmüşdür.  Buğumayaqlıların  hamısında  bədən  xitin-
ləşmiş sərt örtüklə örtülmüşdür. Sinir sistemləri həlqəvi qurdlardakına 
İkitərəfli simmetriyaya 
Buğumayaqlılar
Göbələklər
Bitkilər
İbtidai heyvanlar
Qurdlar
Molyusklar
Xordalılar
oxşardır.  Buğumayaqlılar  tipinin  xərçəngki-
milər, hörümçəkkimilər və həşəratlar   kimi 3 
əsas sinifləri var. 
Xərçəngkimilər sinfi. 20 mindən artıq nö-
vü  var.  Nümayəndələrindən  biri  çay  xərçən-
gidir. Onun bədəni baş-döş və qarıncıqdan iba-
rətdir. Bədəninin xitin örtüyü möhkəm və yün-
gül olub, xarici skelet vəzifəsini yerinə yetirir. 
Xarici skeletə daxildən eninə zolaqlı əzələ topa-
ları birləşir. Böyümə zamanı vaxtaşırı qabığını 
dəyişir.  Başında  bir  cüt  uzun  və  bir  cüt  qısa 
bığcıqlar    olur.  Xərçənglərin  çoxlu  kiçik  gözcükdən  –  fasetlərdən  təşkil 
olunmuş mürəkkəb gözləri var. Başın alt hissəsində bir cüt üst çənə, iki cüt 
alt çənə və üç cüt çənə-ayaqlardan ibarət ağız aparatı yerləşir. 
Çay xərçənginin döş hissəsində 5 cüt buğumlu yerimə ayaqları olur. 
Bunların birinci cütündə qidanın tutulmasında, hücum və müdafiədə işti-
rak edən iri qısqaclar olur. Buğumlu qarıncıqda ikişaxəli qarıncıq ayaq-
ları və quyruq üzgəci yerləşir.
Çay xərçənginin xarci quruluşu
Çay xərçəngi
Həzm sistemi. Çay xərçəngi  hərşeyye-
yən  heyvandır.  Onun  mədəsi  iki  his-
sədən – üyüdücü və süzücü şöbələrdən 
təşkil  olunmuşdur.  Üyüdücü  şöbədə 
yerləşən  xitin  dişciklərlə  qida  xırda-
lanır,  süzücü  şöbədə  olan  tükcüklərə 
malik  iki  lövhəciyin  köməyi  ilə 
süzülür.  Həzm  sistemində  olan  həzm 
vəzisi  qidanın  həzmində  və  sorul-
masında iştirak edir. Həzm olunmayan 
qalıqlar quyruq pərinin ortasında  olan 
anal dəliklə xarici mühitə çıxarılır. 
Tənəffüs  sistemi.  Çay  xərçəngində 
baş-döşün  yan  hissəsində,  yerimə 
ayaqlarının  dibində  dəri  törəmələri 
olan  qəlsəmələr  yerləşir.  Suda  həll  ol-
muş  oksigen  qəlsəmələrin  nazik  di-
varından qana sorulur, karbon qazı isə 
əksinə, bədəndən  xaric olur.
Qan-damar  sistemi.  Açıq  tipli  qan-
damar  sisteminə  malikdir.  Bu  sistem 
kisəşəkilli ürəkdən və ondan çıxan qan 
damarlarından  ibarətdir.  Qan  arteri-
yalarla bədənə vurulur, qida maddələ-
rini  və  oksigeni  bədən  hüceyrələrinə 
verdikdən sonra venoz qana çevrilir və 
qəlsəmələrə  gətirilir.  Oksigenlə  zən-
ginləşmiş  qan  ürək  üzərindəki  üç  cüt 
dəlikdən ürəyə daxil olur.
İfrazat  sistemi.  İfrazatda  başda  yer-
ləşən  və  axarları  bığcıqların  dibinə 
açılan bir cüt yaşıl vəzilər iştirak edir.
Sinir sistemi. Udlaqüstü və udlaqaltı 
sinir düyünü, udlaqətrafı sinir həlqə-
si,  qarın  sinir  zəncirindən  və  bun-
lardan çıxan sinirlərdən  ibarətdir. 
Hiss  orqanları.  Xərçəngdə  qısa  bığ-
cıqlar qoxubilmə, uzun bığcıqlar isə la-
misə funksiyasını həyata keçirir. Qısa 
bığcıqların dibində yerləşən kirəc daş-
cıqlara  malik  çökəkliklər  var.  Onlar 
müvazinət funksiyasını yerinə yetirir.
 
Çәnә-ayaq 
Çәnәlәr
Baş-doş 
Qarıncıq
Qısqac
Göz 
Uzun bığcıqlar
Qısa 
bığcıqlar
Qarıncıq ayaqları
Döş ayaqları
Qan-damar, tənəffüs və ifrazat  sistemi
Həzm, sinir və cinsiyyət sistemi
Həzm vəzisi
Bağırsaq
Udlaqüstü sinir düyünü
Ağız
Qarın sinir 
zәnciri
Udlaqaltı sinir düyünü
Mədənin
 süzücü  şöbəsi
Mədənin üyüdücü şöbəsi
Qәlsәmәlәr
Yaşıl vәzilәr 
Bel arteriyası
Ürәk
Qarın arteriyası
Cinsiyyәt 
vәzisi


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə