Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə41/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

81
80
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
funksiyasını yerinə yetirir. Damarlar daha kiçik şaxələrə bölünərək tük kimi 
nazik kiçik damarlar – kapilyarlar əmələ gətirir.  Qan -damar sistemi  qapalıdır
yəni  qan  yalnız  damarlarda  hərəkət  edir  və  boşluq  mayesi  ilə  qarışmır. 
Əksəriyyətinin qanı qırmızı rənglidir. 
Tənəffüs  sistemi.  Həlqəvi  qurdların  bir  çoxunda  xüsusi  tənəffüs  orqanı 
yoxdur. Əksəriyyəti bütün bədən səthi ilə tənəffüs edir. Dənizlərdə yaşayan bəzi 
çoxqıllı  qurdlarda,  məsələn,  qum  qurdunda  xüsusi  tənəffüs  orqanı  olan 
qəlsəmələr vardır. 
İfrazat sistemi. Həlqəvi qurdların ifrazat orqanları ilgək şəklində qıvrılmış və 
bir  ucu  qıf  şəklində  genişlənmiş  nazik  borucuqlardan  –  metanefridilərdən 
ibarətdir. Borucuqların qıfşəkilli ucu   bədən boşluğuna, digər ucu isə sonrakı 
buğumdan xaricə açılır. 
Sinir sistemi. Soxulcanda sinir sistemi udlaqüstü və   udlaqaltı sinir düyünü, 
bunları bir-biri ilə birləşdirən udlaqətrafı sinir həlqəsi və qarın sinir zəncirin-
dən  ibarətdir.  Sinir  düyünlərinin  hər  birindən  bədənin  müxtəlif  hissələrinə 
sinirlər gedir. 
Hiss orqanları. Bəzi nümayəndələrində yaxşı inkişaf etmiş hiss orqanları – göz-
lər, lamisə orqanları olan bığcıqlar, qolcuqlar olur. Əksər həlqəvi qurdlarda xü-
susi  hiss  orqanları  (məsələn,  soxulcanda)  yoxdur.  Lakin  bədənlərinə  toxun-
duqda onu hiss edir, qidanın dadını duyur və işığı qaranlıqdan seçirlər.  
Regenerasiya.  Bağırsaqboşluqlular  kimi,  bunların  da  nümayəndələrində 
regenerasiya prosesi  yaxşı inkişaf etmişdir.
Çoxalması.  Əksər  nümayəndələri  hermafroditdir.  Toxumluqlar  və  yumurta-
lıqlar bədənin müəyyən buğumlarında yerləşir. Yumurta qoyma zamanı qurdun 
kəməri üzərində xeyli selik əmələ gəlir. Qurd yumurtalarını bura qoyur, sonra 
selikdən  azad  olur.  Selik  tez  bərkiyir,  tündləşir  və  barama  əmələ  gətirir.  Bir 
müddət sonra baramadakı yumurtalardan cavan soxulcanlar çıxır.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Uyğunluğu müəyyən edin: 
1. Cədvəli dəftərinizə çəkin. Qurdların müvafiq tipinə uyğun olan əlamət nömrə-
lərini cədvəldə yerləşdirin: 1. Finna əmələ gətirə bilir; 2. Bədən boşluğunda maye 
olur; 3. Bədən boşluğunda parenxima olur; 4. Qan-damar sistemi var; 5. Xüsusi 
hiss orqanları var; 6. Bədənin əyilməsinə xidmət edən yalnız uzununa əzələləri 
var;  7. Dəri-əzələ kisəsi olur.
Həlqəvi qurdlar    
Yastı qurdlar      
Sap qurdlar
3
3
1. Şəkildə hansı birhüceyrəli orqanizmlər təsvir olunmuşdur? Onları 
bir-birindən fərqləndirən nədir?
2. Düzgün cavabı seçin: 
a) Bağırsaqboşluqlular üçün ikitərəfli/şüalı simmetriya xarakterikdir. 
b) Bağırsaqboşluqlularda bədən boşluğu/ bağırsaq boşluğu olur. 
c)  Hidrada  ektodermada  yerləşən  dalayıcı  hüceyrələr  müdafiə/həzm 
funksiyasını yerinə yetirmir. 
d) Hidra birqatlı/ikiqatlı bədəni olan çoxhüceyrəli orqanizmdir. 
e) Hidranın cinsiyyət hüceyrələri ektodermada/entodermada əmələ gə-
lir. 
3. “Parazit qurdlar” cədvəlini doldurun:
Qaraciyər sorucusu
Öküz soliteri
Exinokokk
Askarid
Uşaq bizquyruğu
Parazitizm ilə əlaqədar 
quruluş xüsusiyyətləri
İnsana 
vurduğu zərər
Nümayəndələri
Profilaktik 
tədbirlər
4. Həlqəvi qurdlar haqqında düzgün ifadələri seçin:
a) Həlqəvi qurdlarda dəri-əzələ kisəsi olur.
b) Cinsiyyətli çoxalmasında erkək və dişi fərdlər iştirak edir. 
c) Bədənləri şüalı simmetriyaya malikdir.
d) Nereid çoxqıllı qurdlara aiddir.
e) Dənizdə yaşayan çoxqıllı qurdların tənəffüs orqanı yoxdur.
ə) Həlqəvi qurdların əksəriyyəti hermafroditdir.
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
a) Bel və qarın damarları  
b) Metanefridilər 
c) Udlaqətrafı  həlqə  
d) Qarın sinir zənciri 
e) Udlaq  
f) “Ürək” 
1. Həzm sistemi    
2. Sinir sistemi      
3. Qan-damar sistemi     
4. İfrazat sistemi


İkitaylılar
sinfi
Anadonta
Başayaqlılar sinfi
Uzaq Şərq kalmarı
3
3
83
82
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
6
-cı
 f e sil
Çoxhüceyrəlilər yarımaləmi. 
Molyusklar və buğumayaqlılar
35. 
Molyusklar tipi
·Sizcə, narahatlığın səbəbi nədir?
 
Məqsəd: Molyuskların  çanağının quruluş xüsusiyyətlərinin müəyyən 
olunması.
Təchizat: Molyuskların çanaqlarından ibarət kolleksiya.
İşin gedişi: Müxtəlif siniflərə mənsub olan molyuskların çanaqlarını 
formasına, rənginə, burumlarına, möhkəmliyinə və əhəmiyyətinə görə 
müqayisə edin. 
– Müxtəlif siniflərə mənsub olan molyuskların çanaqlarının oxşar və 
fərqli cəhətləri nədir?
Molyusklar tipinin ümumi əlamətləri. Su hövzələrində və ya quruda 
yaşayan 130 mindən çox növü məlumdur. Əksəriyyətində bədən baş, göv-
də və əzələli ayaqdan ibarətdir.  Bir çoxunda bədən xaricdən kirəc çanaqla 
əhatə olunmuşdur. Çanaq molyusku qurumaqdan və digər əlverişsiz tə-
sirlərdən qoruyur. Çanağın altında manti adlanan dəri törəməsi meydana 
gəlmişdir. Molyusklar 3 əsas sinfə bölünür: qarınayaqlılar, ikitaylılar və 
başayaqlılar. 
Qarınayaqlılar  sinfi.  Qarınayaqlı  molyuskların  bir  çoxunun  çanağı 
spiral  halında  burulmuşdur.  Bədənləri  3  əsas  hissədən  –  baş,  gövdə  və 
ayaqdan ibarətdir. Bunların əzələli ayağı bədənin qarın hissəsində yer-
ləşdiyinə görə onlar qarınayaqlılar adlandırılır. Qarınayaqlı molyusklara 
– göl ilbizi, makara  ilbizi, tənək ilbizi və çılpaq ilbiz aiddir.
İkitaylılar  sinfi.  Bədənləri  ikitaylı  çanağa  malik  olan  molyuskları   
ikitaylılar adlandırırlar. İkitaylıların bədəni gövdə və ayaqdan ibarətdir. 
Onlarda baş olmur. İkitaylılara   anadonta, sədəf ilbizi, gəmi qurdu və s. 
molyusklar aiddir.
Başayaqlılar sinfi. Yüksək quruluş səviyyəsinə malik opranizmlərdir.  
Dənizlərdə yaşayan fəal üzən yırtıcı heyvanlardır. Baş hissədə qolcuqlara 
çevrilmiş ayaqlar olduğu üçün başayaqlılar adlandırılır. Bunlara kalmar, 
səkkizayaq 
(osminoq)
 və başqaları aiddir.
Molyuskların müxtəlifliyi və rolu. Molyuskların bəziləri üzvi qalıq-
larla qidalandıqları üçün təbiətdə sanitar rolu oynayır, həmçinin bir çox 
heyvanların və insanların qidasını təşkil edir. Digərləri (tənək və çılpaq 
ilbizlər) bağ və bostan bitkilərinə  ziyan vurur.
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Molyuskların çanağının quruluş 
xüsusiyyətləri
1. Çılpaq ilbiz; 2. Tənək ilbizi;  3. Kalmar; 
4. Sədəf ilbizi; 5. Səkkizayaq ; 6. Midiya; 7. Anadonta; 8. Göl ilbizi. 
Molyuskları siniflərə görə yerləşdirin: 
Qarınayaqlılar sinfi   
İkitaylılar sinfi    
Başayaqlılar sinfi
Uyğunluğu müəyyən edin: 
1. Bədən baş, gövdə və ayaqdan ibarətdir; 2. Bədən 
gövdə və ayaqdan ibarətdir; 3. Ayaq qolcuqlara çevrilmişdir; 4. Çanaq iki taydan 
ibarətdir; 5. Parazit yastı qurdların aralıq sahibidir; 6. Reaktiv üsulla hərəkət 
edə bilir.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
A. Qarınayaqlılar sinfi 
B. İkitaylılar sinfi
C. Başayaqlılar sinfi
Qarınayaqlılar  sinfinin  ən  geniş  yayılan 
nümayəndəsi böyük göl ilbizi durğun sularda, 
bitkilər  üzərində yaşayır. Uzunluğu 3-4 sm-ə 
qədərdir. Bədənin önündə baş yerləşir. Başda 
ağız və iki lamisə çıxıntısı və onun dibində bir 
cüt göz vardır. Bədən xaricdən manti adlanan 
dəri qatı ilə, onun üzəri isə spiral şəkilli kirəc 
çanaqla  əhatə  olunmuşdur.    Bədənin  sağ 
tərəfində tənəffüs dəliyi olur.
İkitaylılar sinfinin  nümayəndəsi anadon-
tanın uzunluğu 10 sm-ə qədərdir. Su dibində 
yarıya qədər quma batmış vəziyyətdə oturaq 
həyat  tərzi  keçirir.  Çanağının  daxili  qatı 
müxtəlif rənglərlə bərq vuran parlaq sədəflə 
örtülmüşdür.  Anadontanın  bədəninin  arxa 
hissəsində giriş və çıxış sifonları adlandırılan 
iki  dəlik  vardır.  Onun  çanaqları  iki  qapayıcı 
əzələnin  köməyi  ilə  qapanır.  Çanaq  aralan-
dıqda  anadonta  tək  ayağını  və  sifonlarını 
bayıra çıxarır. 
Başayaqlılar sinfi. Uzaq Şərq kalmarının 
bədəni baş və gövdədən ibarətdir. Başda mü-
rəkkəb  quruluşlu  gözlər  və  10  ədəd  qolcuqla 
əhatələnmiş  ağız  yerləşir.  Qolcuqların  ikisi 
daha  iri  olub,  şikarın  tutulmasında  iştirak 
edir.  Qolcuqların  daxili  səthində  qidanı  tut-
mağa  xidmət  edən  çoxlu  sayda  sormac  yer-
ləşir. Kalmarların ağzında quş dimdiyini xa-
tırladan  çənələr,  bədənin  yanlarında  isə  üz-
gəclər yerləşir. Çanağı yoxdur, o, dərinin al-
tında  kiçik  lövhəcik  halında  qalmışdır.  Kal-
mar  və  digər  başayaqlı  molyusklar  dəridəki 
piqment hüceyrələri sayəsində rəngini dəyişə 
bilir. 
Qarınayaqlılar sinfi
Böyük 
göl ilbizi
Son illərdə Abşeron bağlarında tənək ilbizinin sürətlə artması bağbanları çox
 narahat edir.


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə