İkitaylılar
sinfi
Anadonta
Başayaqlılar sinfi
Uzaq Şərq kalmarı
3
3
83
82
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
6
-cı
f e sil
Çoxhüceyrəlilər yarımaləmi.
Molyusklar və buğumayaqlılar
35.
Molyusklar tipi
·Sizcə, narahatlığın səbəbi nədir?
Məqsəd: Molyuskların çanağının quruluş
xüsusiyyətlərinin müəyyən
olunması.
Təchizat: Molyuskların çanaqlarından ibarət kolleksiya.
İşin gedişi: Müxtəlif siniflərə mənsub olan molyuskların çanaqlarını
formasına, rənginə, burumlarına, möhkəmliyinə və əhəmiyyətinə görə
müqayisə edin.
– Müxtəlif siniflərə mənsub olan molyuskların çanaqlarının
oxşar və
fərqli cəhətləri nədir?
Molyusklar tipinin ümumi əlamətləri. Su hövzələrində və ya quruda
yaşayan 130 mindən çox növü məlumdur. Əksəriyyətində bədən baş, göv-
də və əzələli ayaqdan ibarətdir. Bir çoxunda bədən xaricdən kirəc çanaqla
əhatə olunmuşdur. Çanaq molyusku qurumaqdan və digər əlverişsiz tə-
sirlərdən qoruyur. Çanağın altında
manti adlanan dəri törəməsi meydana
gəlmişdir. Molyusklar 3 əsas sinfə bölünür:
qarınayaqlılar, ikitaylılar və
başayaqlılar.
Qarınayaqlılar sinfi. Qarınayaqlı molyuskların bir çoxunun çanağı
spiral halında burulmuşdur. Bədənləri 3 əsas hissədən – baş, gövdə və
ayaqdan ibarətdir. Bunların əzələli ayağı bədənin qarın hissəsində yer-
ləşdiyinə görə onlar
qarınayaqlılar adlandırılır. Qarınayaqlı molyusklara
–
göl ilbizi, makara ilbizi, tənək ilbizi və
çılpaq ilbiz aiddir.
İkitaylılar sinfi. Bədənləri ikitaylı çanağa malik olan molyuskları
ikitaylılar adlandırırlar. İkitaylıların bədəni gövdə və ayaqdan ibarətdir.
Onlarda baş olmur. İkitaylılara
anadonta, sədəf ilbizi, gəmi qurdu və s.
molyusklar aiddir.
Başayaqlılar sinfi. Yüksək quruluş səviyyəsinə malik opranizmlərdir.
Dənizlərdə yaşayan fəal üzən yırtıcı heyvanlardır. Baş hissədə qolcuqlara
çevrilmiş ayaqlar olduğu üçün
başayaqlılar adlandırılır. Bunlara kalmar,
səkkizayaq
(osminoq)
və başqaları aiddir.
Molyuskların müxtəlifliyi və rolu. Molyuskların bəziləri üzvi qalıq-
larla qidalandıqları üçün təbiətdə sanitar rolu oynayır, həmçinin bir çox
heyvanların və insanların qidasını təşkil edir. Digərləri (tənək və çılpaq
ilbizlər) bağ və bostan bitkilərinə ziyan vurur.
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Molyuskların çanağının quruluş
xüsusiyyətləri
1. Çılpaq ilbiz; 2. Tənək ilbizi; 3. Kalmar;
4. Sədəf ilbizi; 5. Səkkizayaq ; 6. Midiya; 7. Anadonta; 8. Göl ilbizi.
Molyuskları siniflərə görə yerləşdirin:
Qarınayaqlılar sinfi
İkitaylılar
sinfi
Başayaqlılar sinfi
Uyğunluğu müəyyən edin:
1. Bədən baş, gövdə və ayaqdan ibarətdir; 2. Bədən
gövdə və ayaqdan ibarətdir; 3. Ayaq qolcuqlara çevrilmişdir; 4. Çanaq iki taydan
ibarətdir; 5. Parazit yastı qurdların aralıq sahibidir; 6. Reaktiv üsulla hərəkət
edə bilir.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
A. Qarınayaqlılar sinfi
B. İkitaylılar sinfi
C. Başayaqlılar sinfi
Qarınayaqlılar sinfinin ən geniş yayılan
nümayəndəsi
böyük göl ilbizi durğun sularda,
bitkilər üzərində yaşayır. Uzunluğu 3-4 sm-ə
qədərdir. Bədənin önündə baş yerləşir. Başda
ağız və iki lamisə çıxıntısı və onun dibində bir
cüt göz vardır. Bədən xaricdən
manti adlanan
dəri qatı ilə, onun üzəri isə spiral şəkilli kirəc
çanaqla əhatə olunmuşdur. Bədənin sağ
tərəfində
tənəffüs dəliyi olur.
İkitaylılar sinfinin nümayəndəsi
anadon-
tanın uzunluğu 10 sm-ə qədərdir. Su dibində
yarıya qədər quma batmış vəziyyətdə oturaq
həyat tərzi keçirir. Çanağının daxili qatı
müxtəlif rənglərlə bərq vuran parlaq sədəflə
örtülmüşdür. Anadontanın bədəninin arxa
hissəsində
giriş və çıxış sifonları adlandırılan
iki dəlik vardır. Onun çanaqları iki qapayıcı
əzələnin köməyi ilə qapanır. Çanaq aralan-
dıqda anadonta tək ayağını və sifonlarını
bayıra çıxarır.
Başayaqlılar sinfi. Uzaq Şərq kalmarının
bədəni baş və gövdədən ibarətdir. Başda mü-
rəkkəb quruluşlu gözlər və 10 ədəd qolcuqla
əhatələnmiş ağız yerləşir. Qolcuqların ikisi
daha iri olub, şikarın tutulmasında iştirak
edir. Qolcuqların daxili səthində qidanı tut-
mağa xidmət edən çoxlu sayda sormac yer-
ləşir. Kalmarların ağzında quş dimdiyini xa-
tırladan çənələr, bədənin yanlarında isə üz-
gəclər yerləşir. Çanağı yoxdur, o, dərinin al-
tında kiçik lövhəcik halında qalmışdır. Kal-
mar və digər başayaqlı molyusklar dəridəki
piqment hüceyrələri sayəsində rəngini dəyişə
bilir.
Qarınayaqlılar sinfi
Böyük
göl ilbizi
Son illərdə Abşeron bağlarında tənək ilbizinin sürətlə artması bağbanları çox
narahat edir.
3
3
85
84
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Hollandiya və İngiltərənin iri sənaye şəhərləri yaxınlığındakı sahil sularında
midiya və stridiya molyusklarının ovu dayandırıldı. Buna səbəb insanlar tərə-
findən qida kimi istifadə olunan bu ikitaylı molyuskların ətinin zəhərli olması
idi.
36.
Molyuskların həyat fəaliyyəti
· Molyuskların ətinin zəhərli olmasının səbəbi nədir?
Bunun necə baş verməsini izah edin.
Molyuskları
xarici
quruluşundan asılı
olaraq qruplaşdırın.
Fäaliyyät
Fäaliyyät
· Sizcə, quruluş xüsusiy-
yətləri onların
hərəkət və
qidalanma prosesləri kimi
həyat
fəaliyyəti proseslərinə
necə təsir edir?
Molyuskların həyat fəaliyyəti
Hərəkəti. Molyuskların əksəriyyəti zəif hərəkətlidir. Lakin bəziləri, məsələn,
Uzaq Şərq kalmarının bədəni sürətli hərəkətə uyğunlaşmışdır. Onun manti
boşluğuna dolan suyun xaricə püskürdülməsi nəticəsində yaranan itələmə
qüvvəsi kalmarın irəliləməsinə – reaktiv hərəkətə səbəb olur.
Həzm sistemi və qidalanması. Göl ilbizi
ağzında
xitin dişcikli əzələli dilin köməyi ilə qaşovlayır. İkitaylı molyuskun manti bü-
küşlərində, qəlsəmələrindəki kirpiklərin fasiləsiz hərəkəti sayəsində bədənə
qida – infuzorlar, qamçılılar, kiçik xərçəngkimilər daxil olur.
Kalmar qidasını uzun qolcuqların və sormacların köməyi ilə tutur. Ağzında
şikarı gəmirməyə xidmət edən buynuz çənələr olur. Molyusklarda həzmdə qara-
ciyər də iştirak edir. Həzm olunmayan qalıqlar bağırsağa keçir və anal dəliklə
xaric olur.
Tənəffüs sistemi. İkitaylılarda və başayaqlılarda tənəffüs qəlsəmələrlə, qarın-
ayaqlılarda isə qəlsəmə və ya ağciyərlərlə olur.
Qan dövranı. Ürəkyanı kisədə yerləşən ürək mədəcik, 1 (göl ilbizində) və ya 2
ədəd (anadonta və kalmarda) qulaqcıqdan ibarətdir. Mədəciyin vurduğu oksi-
genlə zəngin olan qan damarlarla bədənə aparılır və burada bədən boşluğuna
tökülür (başayaqlı molyusklardan başqa). Özünə karbon qazını birləşdirən qan
yenidən damarlar vasitəsilə əvvəl tənəffüs orqanlarına gətirilir. Burada oksi-
genlə zənginləşərək qulaqcığa qayıdır. Bu,
açıq qan-damar sistemi adlanır.
İfrazat sistemi. İfrazat sistemi 1, yaxud 2 böyrəkdən ibarətdir. Böyrəyin qıf-
şəkilli hissəsi ürəkyanı kisəyə, digər ucu isə manti boşluğuna açılır.
Sinir sistemi. Qarınayaqlı və ikitaylılarda sinir sistemi bir neçə cüt sinir düyü-
nü və onlardan çıxan sinirlərdən təşkil olunur. Kalmarın sinir sistemi udlağın
bitkilərin yumşaq hissələrini
üst tərəfində sinir düyünlərinin
birləşməsindən əmələ gələn “be-
yin”dən və ondan çıxan sinirlər-
dən ibarətdir.
Hiss orqanları. Göl ilbizində his-
siyyatda iştirak edən lamisə çıxın-
tıları və gözlər var. İkitaylılarda
başın itməsi ilə əlaqədar olaraq
xüsusi hiss orqanı olmur. Kalmar-
da yaxşı inkişaf etmiş hiss or-
qanları – mürəkkəb quruluşlu göz-
lər və müvazinət orqanı olur.
Çoxalması. Molyusklar arasında
ayrıcinsiyyətli (başayaqlılar, iki-
taylılar) və hermafrodit (məsələn,
göl ilbizi) nümayəndələrə rast
gəlinir. Göl ilbizi yumurtalarını
selik topasının içərisinə qoyaraq
su bitkilərinə yapışdırır və onlar-
dan kiçik ilbizlər çıxır.
Anadontada dişinin manti boşlu-
ğunda mayalanmış yumurtadan
sürfələr əmələ gəlir. Onlar suya çı-
xaraq yaxından keçən balıqların
qəlsəmələrinə, üzgəclərinə və də-
risinə yapışır, burada parazitlik
edərək yetkin molyuska çevrilir.
Kalmarların inkişafında sürfə
mərhələsi olmur.
Düzgün cavabı seçin:
1. Molyuskların tənəffüs orqanı: bəzilərində
– ağciyərlər, di-
gərlərində
qəlsəmələr/yalnız qəlsəmələr. 2.
Molyuskların qan-damar sistemi
açıq-
dır/qapalıdır. 3.
Molyuskların ifrazat orqanı
qaraciyərdir/böyrəklərdir. 4.
Molyusklarda qanın hərəkətini təmin edən
ağciyərdir/ürəkdir. 5.
Anadonta
ayrıcinsiyyətlidir/ hermafroditdir. 6.
Bədən dəri törəməsi olan
manti/çanaq ilə
örtülmüşdür.
1. Cədvəlin müvafiq sütunlarına molyusk-
ların təbiətdə və insan həyatında əhəmiy-
yətini yazın.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Müsbət təsiri
Mənfi təsiri
2.
Suala cavab verin:
Dəniz molyusklarının çanağının qalınlığı və möhkəmliyi
müxtəlifdir. Ən möhkəm çanağı olan molyusklar sahil zolağında yaşayır. Mol-
yuskların çanağının qalınlığındakı fərq nə ilə əlaqədardır?
b
c
d
a
e
f
Göl ilbizi
Molyuskların
daxili quruluşu
Anal
dəlik
Ağciyər
Ayaq
Mədə
Manti
Xitin dişcikli
əzələli dil
Manti
boşluğu
Kirəc
çanaq
Qaraciyər
Böyrək
Ürək
Ürək Böyrək
Giriş
sifonu
Çıxış
sifonu
Manti
Qəlsəmələr
Ayaq
Bağırsaq
Qida
borusu Cinsiyyət vəzisi
Ağız
Mədə
Anadonta
Çanağın qapayıcı əzələləri
Qaraciyər
Çanaq