Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə45/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

Xeliser
Baş-döş
Qarıncıq
Pedipalp
Yerimə 
ayaqları
3
3
89
88
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Xərçəngkimilərin  müxtəlifliyi.  Xər-
çəngkimilər  ibtidai    ali  xərçəngkimilərə 
bölünür. 
Ali  xərçənglərə  (onayaqlılara)  çay  xər-
çəngləri, krevetkalar, yengəclər aiddir. Xər-
çəngkimilərin  bəziləri,  məsələn,  məryəm-
qurdu quru həyat tərzi keçirir.
İbtidai  xərçəngkimilərə  şaxəbığcıqlı, 
kürəkayaqlı və artemiya xərçəngləri aiddir. 
Düzgün cavabı seçin: 
 
 
 
 
 
1. Çay xərçəngi ağciyərlərlə/qəlsəmələrlə tənəffüs edir. 2. Bü-
tün buğumayaqlıların xarici skeleti sümükdən/xitindən ibarətdir. 3. Çay xərçən-
ginın  başında  iki  cüt/bir  cüt  bığcıq  olur. 4.  Xərçənglər  bitkiyeyən/hərşeyyeyən 
canlılardır. 5. Xərçəngkimilərin qan-damar sistemi açıqdır /qapalıdır.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1.  Çay  xərçənginə  aid  olan  xüsusiyyətləri  qeyd  edin: 
1. 
.
Bədəni  baş-döş  və 
qarıncıqdan  ibarətdir;  2.  Daxili  skeleti  var;  3.  Başda  uzun  və  qısa  bığcıqlar 
yerləşir; 4. Bədən çanaqla örtülmüşdür; 5. Başda bir cüt sadə göz olur; 6. Saplaq 
üzərində hərəkətli gözlər yerləşir; 7. Beş cüt yerimə ayaqları olur; 8. Bədən baş, 
döş və qarıncıqdan ibarətdir; 9. Dəri-əzələ kisəsi var
2.  Suallara  cavab  verin:
  a)  Kolleksiya  üçün  qurudulmuş  xərçənglər  bədən 
formasını saxlayır. Bunu necə izah etmək olar? b) Çay xərçəngi inkişafının ilkin 
mərhələlərində vaxtaşırı qabıq dəyişir. Yetkin fərddə isə qabıqdəyişmə dayanır. 
Bu, nə üçün belədir? 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
38. 
Hörümçəkkimilər sinfi
Hörümçək torundan parça toxumağa hələ qədim zamanlardan cəhd edilmişdi. 
XVIII əsrin əvvəllərində belə hörümçək torundan toxunmuş parçadan əlcək və 
corablar  hazırlanırdı.  Bu  geyimlər  zərifliyi,  yüngüllüyü  və  eyni  zamanda 
möhkəmliyinə görə fərqlənirdi.
· Tor hörən hörümçək hansı xüsusiyyətlərə malikdir?
Fäaliyyät
Fäaliyyät
Xaçlı hörümçəyin həyat fəaliyyəti  
Xaricdən  nazik  xitinlə  örtülmüş  bədən  baş-döş  və  iri  buğumsuz  qarıncıqdan 
ibarətdir. Baş-döş qarıncıqla qısa və nazik saplaqla birləşir. Baş hissədə 4 cüt 
sadə gözcük, bir cüt xeliser adlanan iti uclu çənə çıxıntısı və pedipalp (ayaq-
qolcuqlar) adlanan ikinci cüt ağız orqanı olur. Xeliserin əsasında bir cüt zəhər 
vəziləri yerləşir. Xeliser, əsasən, hücumda, qidanın tutulmasında və müdafiədə 
iştirak  edir.  Hörümçək  pedipalpların  köməyi  ilə  qidanı  araşdırır.  Qarıncığın 
sonunda 3 cüt tor ziyilciyi var. Tor vəzilərinin ifraz etdiyi maye havada quru-
yaraq hörümçək saplarını əmələ gətirir. Hörümçək arxa ayaqlarındakı caynaq-
ların köməyi ilə onları birləşdirərək tutucu tor qurur.
Krevetka
Məryəmqurdu
Yengəclər
Dəniz qozası
İbtidai xərçəngkimilər
Ali xərçəngkimilər
Xaçlı hörümçəyin xarici quruluş 
xüsusiyyətlərini nəzərdən keçirin. 
Onun sxematik şəklini çəkib, üzərində 
baş-döşü, qarıncığı, xeliserləri, 
pedipalpları, yerimə ayaqlarını qeyd 
edin.
· Xaçlı hörümçək və çay xərçənginin  
oxşar və fərqli cəhətləri hansılardır?
Hörümçəkkimilərin  əksəriyyəti  quru  mühitdə  yaşayır.  70  mindən 
artıq növü var. Hörümçəkkimilərdə bığcıqlar olmur. Hörümçəkkimilərin 
tipik nümayəndəsi xaçlı hörümçəkdir
Çay xərçənginin saplaq üzərində yerləşən fasetli gözləri müxtəlif istiqamətlərə 
baxmağa imkan verir.
Çoxalması  və  inkişafı.  Xərçənglər  ayrıcinsli  heyvanlardır.  Dişilərdə  cüt  yu-
murtalıq, erkəklərdə isə  cüt toxumluq olur. Mayalanmış yumurtadan kiçik xər-
çənglər çıxır. 


Böv
Baramadaşıyan
Tarantul
Qaraqurd
Həzm sistemi və qidalanması. Hörümçək qidasını tutucu torun köməyi ilə əldə 
edir. Tora milçək və ya digər həşərat  düşdükdə sapın  titrəməsi nəticəsində hö-
rümçək cəld ovuna doğru hərəkət edir, onu sapla dolaşdıraraq tərpənməz edir. 
Sonra xeliserini ovun bədəninə sancır və buraya zəhər axıdır. Zəhər həm ovu 
öldürür, həm də onun həzmində iştirak edir. Bir müddətdən sonra hörümçək 
qayıdaraq şikarının həll olmuş daxili möhtəviyyatını sorur. Beləliklə, həzmin 
ilk mərhələsi bədəndən kənarda gedir. Maye qidanın sonrakı həzmi sorucu mə-
dədə və bağırsaqda  gedir. Həzm olunmayan qalıqlar anal dəliklə xaric olunur. 
Tənəffüs  sistemi.  Ağciyərlər  və  traxeyalardan  ibarətdir.  Bu  orqanlar  qarın-
cıqda yerləşir. Onlar ayrı-ayrı tənəffüs dəliyi vasitəsilə xaricə açılır.
Qan-damar sistemi. Xərçəngkimilərdəki kimi açıqdır. Ürək boruşəkilli olub, 
qarıncığın bel hissəsində yerləşir. 
İfrazat  sistemi.  İfrazatda  malpigi  boruları  və  xüsusi  vəzilər  iştirak  edir. 
Malpigi borularının bədən boşluğunda olan ucu kor qurtarır, digər ucu isə arxa 
bağırsağa açılır. 
Sinir sistemi. İri sinir düyünündən  və ondan çıxan sinir sütunundan ibarətdir. 
Hiss orqanları. Hörümçəyin hiss orqanları başda yerləşən 4 cüt sadə göz və la-
misədə  iştirak  edən  pedipalplardır.  Hissiyyatda  həm  də  ətraflarda  olan  tük-
cüklər iştirak edir. 
Çoxalması və inkişafı. Ayrıcinslidir. Dişisi erkəkdən iri olur. Dişi yumurtala-
rını  tor  barama  içərisində  qoyur  və  qışda  ölür.  Yazda  baramadakı  yumur-
talardan kiçik hörümçəklər çıxır. 
1. Xaçlı hörümçəyin xüsusiyyətlərinə aid olanları seçin: 
1.  Bədən  xitinlə  örtülmüşdür;  2.  Qarıncığı  buğumludur;  3.  Qarıncığı 
buğumsuzdur; 4. Beş cüt yerimə ayaqları var; 5. Başda bığcıqlar olur; 6. Başda 
bığcıqlar olmur; 7. Gözlər sadədir; 8. Mürəkkəb fasetli gözləri var; 9. Tənəffüs 
orqanları qəlsəmələrdir; 10. Tənəffüsü ağciyərlər və traxeyalar vasitəsilə gedir.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1. Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək cədvəli tamamlayın.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Dəstənin adı
Ümumi əlamətləri
Nümayəndələri
2. Hörümçəkkimilərin hansı quruluş xüsusiyyətləri onların yer üzərində yayıl-
masına imkan vermişdir?
 
Gözlər
Udlaq 
əzələləri 
Mədə 
əzələləri
Zəhər 
vəzisi
Ürək 
Bağırsaq
Yumurtalıq
Anal dəlik
Ağız 
Beyin
Sorucu mədə
Xeliser
Ağciyər 
Traxeya 
Tor vəziləri
Malpigi boruları
Həzm vəziləri
Udlaq
Hörümçəyin daxili quruluşu
Otlaq 
gənəsi
Suhörümçəyi
Əqrəb
3
3
91
90
Ağ rəngli kələm kəpənəkləri, lövhəşəkilli bığcığı olan may böcəyi, insan yaşayış 
yerlərində uçuşan ev milçəkləri...  Bunların hamısını həşəratlara aid edirlər. 
39.  
Həşəratlar sinfi
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Həşəratların xarici görünüşünün 
öyrənilməsi
Məqsəd: Həşəratların xarici quruluşunun xüsusiyyətlərini öyrənmək. 
Təchizat:  May  böcəyi,buğumayaqlıların  müxtəlif  sinif  nümayəndələrinin
şəkilləri və ya kolleksiyaları, lupa.
İşin gedişi: 1. May böcəyinin rənginə, ölçülərinə və bədəninin buğumlu olmasına 
diqqət yetirin. 2. Böcəyin bədəninin baş, döş və qarıncıq hissəsini müəyyən edin. 
3.  Başda  bığcıqları,  gözləri  və  ağız  orqanlarını  tapın.  4.  Böcəyin  ətraflarının 
quruluş xüsusiyyətlərini, sayını və onların hara birləşdiyini müəyyən edin. 5. Bö-
cəyin döş hissəsində olan sərt qanadüstlüyünə və ondan arxada yerləşmiş yumşaq 
qanadlara baxın. 
· Həşəratlar hansı xüsusiyyətlərinə görə buğumayaqlıların digər siniflərindən 
fərqlənir?
 
· Bunları hansı ümumi cəhətlər birləşdirir?
  Əqrəblərdə  qarıncığın  son  buğumunda  zəhər  vəzisi  və  itiuclu  neştər  olur. 
Əqrəblər diri bala doğur və balalarını belində gəzdirir.  Azərbaycanda qara, sarı 
və boz əqrəblər olur.
Bövlərdə  xeliser  iridir,  zəhər  vəziləri  yoxdur.  Lakin  insanı  dişləməsi  çox 
ağrılı  olur. 
Gənələr dəstəsi hörümçəkkimilərin çoxsaylı qruplarını təşkil edir və hər yerdə 
rast  gəlinir.  Onların  bədəni  buğumsuzdur,  gövdə  və  xortumdan  ibarətdir. 
Xortum xeliser və pedipalplardan təşkil olunmuşdur.İnsan üçün təhlükə törədən 
qoturluq gənəsi və ensefalit xəstəliyini keçirən  otlaq gənəsidir.
Hörümçəkkimilərin  müxtəlif  qrupları.  Hörümçəkkimilər  hörümçəklər, 
əqrəblər,  bövlər    gənələr  dəstəsinə bölünür.


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə