Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə48/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

3
3
95
94
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Buraxılmış sözləri əlavə edin:
 
1. Həşəratlar sinfinə daxil olan buğumayaqlılar __ vasitəsilə tənəffüs edir. 
2. Həşəratların bədəni __, __ və __ ibarətdir. 
3. Həşəratların ürəyi __ yerləşir. 
4. Qan __ mübadiləsində iştirak etmir. 
5. İfrazatda __ və __ iştirak edir.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Şəklə baxıb 
suallara cavab verin:
a
b
 
 və   şəklində təsvir 
olunan həşəratların 
inkişafı hansı yolla 
gedir? Şəkildə 
rəqəmlərlə nə işarə 
olunub?
2. “Buğumayaqlılar tipinin sinif-
ləri arasında oxşar və fərqli cəhət-
lər” cədvəlini tamamlayın.
Siniflər
Xərçəngkimilər
Hörümçəkkimilər
Həşəratlar
Fərqli əlamətlər Oxşar əlamətlər
40. 
Həşəratların müxtəlifliyi və təbiətdə rolu
XV əsrdən başlayaraq Şəki təbii ipəkçilik mərkəzi kimi məşhurlaşdı. 1861-ci 
ildə isə burada dünyada ən iri ipəkçilik fabriklərindən biri inşa olundu. Zərif və 
möhkəm  ipək  saplar  heç  nəyi  ilə  seçilməyən,  adi  ağ  kəpənəklər  olan  tut 
ipəkqurdunun baramasından əldə olunurdu.   
· Həşəratların təbiətdə və  insan həyatında daha nə əhəmiyyəti var? 
Fäaliyyät
Fäaliyyät
Həşəratların bir neçə səciyyəvi əlamətlərini göstərin.
· Bu həşəratların faydası və zərəri nədir?
Quruluşuna görə həşəratları bir çox dəstələrə ayırırlar. Onların arasın-
da faydalı və zərərverici həşəratlara rast gəlinir. 
Düzqanadlılar dəstəsinin nümayəndələri çəyirtkələr, şalalar, sisəklər 
və danadişilərdir. Çəyirtkələr iri qruplara yığılaraq əkinlərə kütləvi ziyan 
vurur, bəzən tam məhv edirlər.
Sərtqanadlılar  və  ya  böcəklər  dəstəsinin  nümayəndəsi  mayböcəyi 
ağacların  yarpağı,  sürfələri  isə  çürüntü  və  bitki  kökləri  ilə  qidalanır. 
Kolorado böcəyinin yetkin formaları və sürfələri kartofun yarpaqları ilə 
qidalanaraq bitkinin məhvinə səbəb olur. Parabüzənlərin yetkin fərdi və 
sürfələri bitki  parazitləri olan mənənələrlə qidalanaraq onları məhv edir. 
Bu  səbəbdən  mənənələrə  qarşı  mübarizədə  bəzən  parabüzənlərdən  is-
tifadə olunur. Belə mübarizə üsulu bioloji mübarizə adlanır. Sərtqanad-
lılar arasında təbiətdə sanitar rolunu oynayanlara da rast gəlinir.
Həşəratlar sinfi
Sərtqanadlılar 
ya böcəklər 
dəstəsi
İkiqanadlılar 
dəstəsi
Pulcuqqanadlılar 
və ya kəpənəklər 
dəstəsi
Pərdə
və ya zərqanadlılar 
dəstəsi
qanadlılar 
Düzqanadlılar 
dəstəsi
~
300000 növ
~
140000 növ
~
100000 növ
~
250000 növ
~
20000 növ
Həşəratlar sinfinin təsnifatı
3
b
a
Çoxalması və inkişafı. Həşəratlar ayrıcinsliyyətlidir. Çoxalma orqanları qarın-
cıqda yerləşir. Kəpənəklər, böcəklər, arılar inkişafında yumurta, sürfə, pup, yet-
kin fərd mərhələlərini keçirir. Bu  cür başa çatan inkişaf  tam çevrilmə ilə gedən 
inkişaf adlanır. 
Tarakan, çəyirtkə, taxtabiti və bitlər pup mərhələsi keçirmədən yetkin həşərata 
çevrilir.  Yumurtadan  çıxan  sürfə  xarici  görünüşünə  və  qidalanmasına  görə 
yetkin fərdə oxşayır. Yumurta, sürfə, yetkin fərd mərhələləri keçirən həşərat-
larda inkişaf prosesi qeyri-tam çevrilmə adlanır. 
Tam çevrilmə yolu ilə inkişaf
Yumurta
Sürfə
Pup
Yetkin 
fərd
Qeyri-tam çevrilmə yolu ilə inkişaf
Yumurta
Sürfə
Yetkin 
fərd


3
3
97
96
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
 Məsələn, məzarböcəyi ölmüş heyvanların cəsədləri ilə, peyinböcəyi isə 
peyinlə qidalanmaqla  sanitar rolunu oynayır. 
Pulcuqqanadlılara  aid  olan  kəpənəklərin  bir  çoxu  çiçəkləri  tozlan-
dırmaqla böyük fayda verir. Lakin onların   əksər   növlərinin sürfələri – 
tırtıllar  zərərvericidir.  Məsələn, kələm kəpənəyinin gəmirici ağıza malik 
tırtılı bitkilərin yarpaqları ilə qidalanaraq onları məhv edir. Güvələrin 
sürfələri isə yun məhsullarını korlayır. 
Arılar,  qarışqalar    minicilər  pərdəqanadlılar  və  ya  zərqanadlılar 
dəstəsinə aiddirBu dəstənin nümayəndələrinin əksəriyyəti ictimai   hə-
yat  tərzi  keçirir.  Qədim  dövrlərdən  insanlar  təsərrüfat  məqsədilə  bal 
arısından  istifadə  edir.  Onlar  pətəklərdə  saxlanılır.  Pətəkdə  hər  arı 
ailəsində bir ana, yüzlərlə erkək, on minlərlə işçi arı olur. Erkək arılar ana 
arını mayalandırır. Ana arı qarıncığının sonunda olan yumurtaqoyanla 
yumurtalar  qoyur.  İşçi  arılar  da  dişi  arılardır.  Lakin  onlarda  cinsiyyət 
vəziləri  inkişaf  etmədiyindən  çoxala  bilmir.  İşçi  arılar  ana  arıya  və 
sürfələrə qulluq edir, nektar və tozcuq toplayır. Yumurtaqoyanları neştə-
rə  çevrilmişdir.  Minicilərin  sürfələri  digər  həşəratların  sürfələrinin 
bədənində  parazitlik  edir.  Bu  səbəbdən  onlardan  kənd  təsərrüfatı 
zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə edilir. 
İkiqanadlılar dəstəsinə daxil olan həşəratların qidalarını  bitki şirəsi, 
bəzi  nümayəndələrində  insan  və  heyvanların  qanı  təşkil  edir.  Bunlara 
milçəklər, göyünlər, mozalanlar  ağcaqanadlar aiddir. İkiqanadlıların 
ön qanadları yaxşı inkişaf etmiş və pərdəşəkillidir. Arxa qanadlar qalıq 
halında qalaraq müvazinətdə iştirak edən vızıltı orqanına çevrilmişdir.
Su hövzələrinin çirklənməsi, meşələrin qırılması səbəbindən həşərat-
ların  sayı  getdikcə  azalır.  Lakin  təbiətdə  böyük  rol  oynadıqlarına  görə 
onları qorumaq və mühafizə etmək lazımdır. 
Cədvəli tamamlayın:
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Uyğunluğu müəyyən edin: 
1. Mayböcəyi.  

.
.

.  




2. Arı 3. Kolorado böcəyi  4. Milçək  5. Güvə 6. Minici 7. Qarış-
qa 8. Kələm kəpənəyi 9. İpəkqurdu 10. Mozalan 11. Məzarböcəyi.
A. Sərtqanadlılar    
 
   
 
   
 
B. Pulcuqqanadlılar C. Pərdəqanadlılar D. İkiqanadlılar
2.  Əlavə  mənbələrdən  istifadə  edərək  bal  arısı  və  ya  qarışqaların  həyat  tərzi 
haqqında kiçik təqdimat hazırlayın (məlumat + rəsm, fotoşəkil).   
1
2
3
4
5
6
1. Şəkildə molyusklar sinfinin hansı nümayəndəsi göstərilmişdir? 
Molyuskun rəqəmlərlə işarələnmiş bədən hissələrinin adlarını yazın.
1 __
2 __
3 __
4 __
5 __
6 __
2. Düzgün cavabı seçin: 
 
a) Qarınayaqlıların/ikitaylıların sürfələri balıqların üzərində 
parazitlik edir; 
b) Səkkizayaq/çılpaq ilbiz quruda yaşayır; 
c) Manti ilə bədən /çanaq arasında manti boşluğu yerləşir; 
d) Anadonta/tənək ilbizi ağciyərlərlə tənəffüs edir; 
e) Molyuskların ifrazat orqanı böyrəklərdir/bağırsaqdır.
Faydalı həşəratlar
Həşərat   
Əhəmiyyəti
Zərərverici həşəratlar
Vurduğu zərər
Həşərat   
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
a) 2 cüt bığcığı olur; 
b) Bədəni baş, döş və qarıncıqdan ibarətdir; 
c) 4 cüt yerimə ayağı var; 
d) Ətrafların sayı 3 cütdür; 
e) 1 cüt bığcığı olur; 
f)  1 cüt fasetli mürəkkəb gözü var.
4. Hansı əlamətlər xaçlı hörümçəyə xasdır: 
1) Zəhər vəziləri qarıncığın sonunda yerləşir.
2) Tənəffüsdə traxeya və ağciyərlər iştirak edir.
3)  İlkin həzm prosesi bədəndən kənarda gedir.
4)  Yalnız traxeya ilə tənəffüs edir.
5) Qarıncığında 3 cüt tor ziyilciyi olur. 
6)  Başda 4 cüt sadə gözcük yerləşir.
7)  İfrazatda 1 cüt yaşıl vəzilər iştirak edir.
 
3. Uyğunluğu müəyyən edin:
1. Xərçəngkimilər
2. Hörümçəkkimilər
3. Həşəratlar


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə