Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə46/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

Böv
Baramadaşıyan
Tarantul
Qaraqurd
Həzm sistemi və qidalanması. Hörümçək qidasını tutucu torun köməyi ilə əldə 
edir. Tora milçək və ya digər həşərat  düşdükdə sapın  titrəməsi nəticəsində hö-
rümçək cəld ovuna doğru hərəkət edir, onu sapla dolaşdıraraq tərpənməz edir. 
Sonra xeliserini ovun bədəninə sancır və buraya zəhər axıdır. Zəhər həm ovu 
öldürür, həm də onun həzmində iştirak edir. Bir müddətdən sonra hörümçək 
qayıdaraq şikarının həll olmuş daxili möhtəviyyatını sorur. Beləliklə, həzmin 
ilk mərhələsi bədəndən kənarda gedir. Maye qidanın sonrakı həzmi sorucu mə-
dədə və bağırsaqda  gedir. Həzm olunmayan qalıqlar anal dəliklə xaric olunur. 
Tənəffüs  sistemi.  Ağciyərlər  və  traxeyalardan  ibarətdir.  Bu  orqanlar  qarın-
cıqda yerləşir. Onlar ayrı-ayrı tənəffüs dəliyi vasitəsilə xaricə açılır.
Qan-damar sistemi. Xərçəngkimilərdəki kimi açıqdır. Ürək boruşəkilli olub, 
qarıncığın bel hissəsində yerləşir. 
İfrazat  sistemi.  İfrazatda  malpigi  boruları  və  xüsusi  vəzilər  iştirak  edir. 
Malpigi borularının bədən boşluğunda olan ucu kor qurtarır, digər ucu isə arxa 
bağırsağa açılır. 
Sinir sistemi. İri sinir düyünündən  və ondan çıxan sinir sütunundan ibarətdir. 
Hiss orqanları. Hörümçəyin hiss orqanları başda yerləşən 4 cüt sadə göz və la-
misədə  iştirak  edən  pedipalplardır.  Hissiyyatda  həm  də  ətraflarda  olan  tük-
cüklər iştirak edir. 
Çoxalması və inkişafı. Ayrıcinslidir. Dişisi erkəkdən iri olur. Dişi yumurtala-
rını  tor  barama  içərisində  qoyur  və  qışda  ölür.  Yazda  baramadakı  yumur-
talardan kiçik hörümçəklər çıxır. 
1. Xaçlı hörümçəyin xüsusiyyətlərinə aid olanları seçin: 
1.  Bədən  xitinlə  örtülmüşdür;  2.  Qarıncığı  buğumludur;  3.  Qarıncığı 
buğumsuzdur; 4. Beş cüt yerimə ayaqları var; 5. Başda bığcıqlar olur; 6. Başda 
bığcıqlar olmur; 7. Gözlər sadədir; 8. Mürəkkəb fasetli gözləri var; 9. Tənəffüs 
orqanları qəlsəmələrdir; 10. Tənəffüsü ağciyərlər və traxeyalar vasitəsilə gedir.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1. Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək cədvəli tamamlayın.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Dəstənin adı
Ümumi əlamətləri
Nümayəndələri
2. Hörümçəkkimilərin hansı quruluş xüsusiyyətləri onların yer üzərində yayıl-
masına imkan vermişdir?
 
Gözlər
Udlaq 
əzələləri 
Mədə 
əzələləri
Zəhər 
vəzisi
Ürək 
Bağırsaq
Yumurtalıq
Anal dəlik
Ağız 
Beyin
Sorucu mədə
Xeliser
Ağciyər 
Traxeya 
Tor vəziləri
Malpigi boruları
Həzm vəziləri
Udlaq
Hörümçəyin daxili quruluşu
Otlaq 
gənəsi
Suhörümçəyi
Əqrəb
3
3
91
90
Ağ rəngli kələm kəpənəkləri, lövhəşəkilli bığcığı olan may böcəyi, insan yaşayış 
yerlərində uçuşan ev milçəkləri...  Bunların hamısını həşəratlara aid edirlər. 
39.  
Həşəratlar sinfi
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Həşəratların xarici görünüşünün 
öyrənilməsi
Məqsəd: Həşəratların xarici quruluşunun xüsusiyyətlərini öyrənmək. 
Təchizat:  May  böcəyi,buğumayaqlıların  müxtəlif  sinif  nümayəndələrinin
şəkilləri və ya kolleksiyaları, lupa.
İşin gedişi: 1. May böcəyinin rənginə, ölçülərinə və bədəninin buğumlu olmasına 
diqqət yetirin. 2. Böcəyin bədəninin baş, döş və qarıncıq hissəsini müəyyən edin. 
3.  Başda  bığcıqları,  gözləri  və  ağız  orqanlarını  tapın.  4.  Böcəyin  ətraflarının 
quruluş xüsusiyyətlərini, sayını və onların hara birləşdiyini müəyyən edin. 5. Bö-
cəyin döş hissəsində olan sərt qanadüstlüyünə və ondan arxada yerləşmiş yumşaq 
qanadlara baxın. 
· Həşəratlar hansı xüsusiyyətlərinə görə buğumayaqlıların digər siniflərindən 
fərqlənir?
 
· Bunları hansı ümumi cəhətlər birləşdirir?
  Əqrəblərdə  qarıncığın  son  buğumunda  zəhər  vəzisi  və  itiuclu  neştər  olur. 
Əqrəblər diri bala doğur və balalarını belində gəzdirir.  Azərbaycanda qara, sarı 
və boz əqrəblər olur.
Bövlərdə  xeliser  iridir,  zəhər  vəziləri  yoxdur.  Lakin  insanı  dişləməsi  çox 
ağrılı  olur. 
Gənələr dəstəsi hörümçəkkimilərin çoxsaylı qruplarını təşkil edir və hər yerdə 
rast  gəlinir.  Onların  bədəni  buğumsuzdur,  gövdə  və  xortumdan  ibarətdir. 
Xortum xeliser və pedipalplardan təşkil olunmuşdur.İnsan üçün təhlükə törədən 
qoturluq gənəsi və ensefalit xəstəliyini keçirən  otlaq gənəsidir.
Hörümçəkkimilərin  müxtəlif  qrupları.  Hörümçəkkimilər  hörümçəklər, 
əqrəblər,  bövlər    gənələr  dəstəsinə bölünür.


3
3
93
92
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Bədən  quruluşu.  Bədən  xaricdən  xitin  örtüklə  örtülmüşdür.  Həşəratların   
bədəni baş, döş və qarıncıqdan ibarətdir. Başda mürəkkəb gözlər, bir cüt bığcıq 
və ağız orqanları olur. Bəzi həşəratlarda, məsələn, arılarda mürəkkəb gözlərlə 
yanaşı, həm də sadə gözlər var. Həşəratlar müxtəlif formalı bığcıqların  köməyi 
ilə qoxuları müəyyən edir.  Qidaya uyğunlaşma ilə əlaqədar onlarda gəmirici və 
ya sorucu ağız tipləri meydana gəlmişdir. Həşəratların bədəninin döş hissəsində 
3 cüt ətraf, bir çox həşəratlarda isə həm də iki cüt qanad (ikiqanadlılarda 1 cüt) 
olur. 
 
Həşəratın 
gəmirici 
ağız 
aparatının 
quruluşu
May böcəyinin 
 quruluşu 
xarici
Tullandırıcı  Yüyürücü  Üzücü  Qazıcı
Həşəratın ətrafının quruluşu
Bud 
Baldır 
Pəncə
Burma 
Çanaq
Üst dodaq
Alt dodaq
Qolcuqlar
Alt çənələr
Üst çənələr
I döş 
buğumu
III döş 
buğumu
Qarıncıq
II döş 
buğumu
Baş
Ön qanad
(qanadüstlüyü)
Arxa qanad
Nəfəsliklər
Ayaq
Bəzi həşəratlarda, məsələn, bitlərdə, birələrdə parazit həyat tərzi ilə əlaqədar 
qanadlar olmur. Həşəratlarda qarıncıqda müxtəlif sayda (5-11) buğumlar olur. 
Onların üst kənarlarında nəfəsliklər adlandırılan tənəffüs dəlikləri yerləşir. 
Həzm  sistemi  və  qidalanması.  Gəmirici  ağız  aparatına  malik  həşəratlarda 
əzələli mədəyə düşmüş qida burada xitin dişciklərin köməyi ilə üyüdülür. Sonra 
bağırsağa keçir və həzm edilərək bədənə sorulur. Maye qida ilə qidalanan sorucu 
ağzı olan həşəratların çinədanı olur və mədəsində xitin dişciklər olmur.
Tənəffüs sistemi. Bədəndə şaxələnən traxeya sistemindən ibarətdir. Qarıncıq 
əzələlərinin fəaliyyəti nəticəsində hava nəfəslikdən (tənəffüs dəliyindən) tra-
xeyalara daxil olur və ya bədəndən çıxarılır. 
Qan-damar sistemi. Qarıncığının bel hissəsində boruşəkilli çoxkameralı ürək 
yerləşir.  Həşəratlarda  qan  yalnız  qida  maddələri  daşıyır  və  parçalanma  məh-
sullarını bədəndən çıxarır. Lakin  qazlar mübadiləsində iştirak etmir.
İfrazat sistemi. Malpigi borularından ibarətdir. İfrazatda, həmçinin, bədəndə 
olan piy cisimcikləri də iştirak edir. 
Sinir  sistemi.  Sinir  sistemi  digər  buğumayaqlılarda  olduğu  kimidir.  Lakin 
qarın sinir zəncirində 3 ədəd döş düyünü daha yaxşı inkişaf etmişdir. 
Hiss orqanları. Görmədə bir cüt fasetli mürəkkəb göz, qoxubilmədə bir cüt bığ-
cıq, lamisədə isə ağız çıxıntıları (böcəklərdə həm də dadbilmədə) iştirak edir. 
Bundan  başqa,  bəzi  həşəratların  –  məsələn,  milçək  və  kəpənəklərin  ön  ayaq-
larında dadbilmə, çəyirtkə və şalalarda isə eşitmə və səsçıxarma orqanları var. 
Udlaqətrafı 
sinir həlqəsi
Qida borusu
Mədə
Döş sinir 
düyünləri
Malpigi 
boruları
Bağırsaq
Nəfəsliklər
Yumurtalıq
Növ sayına görə həşəratlar buğumayaqlılar içərisində ən çoxsaylı hey-
vanlardır. Onlara hər yerdə – bağlarda, tarlalarda, meşələrdə, bostanlar-
da, hətta insan və heyvanların bədənində də rast gəlmək olur. Bir milyona 
yaxın növü vardır. 
Traxeyanın quruluşu
Ürəyin quruluşu
Əzələlər
Arteriya
Qapaqcıqlar
Dəliklər 
May böcəyinin daxili quruluşu 


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə