Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə47/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

3
3
93
92
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Bədən  quruluşu.  Bədən  xaricdən  xitin  örtüklə  örtülmüşdür.  Həşəratların   
bədəni baş, döş və qarıncıqdan ibarətdir. Başda mürəkkəb gözlər, bir cüt bığcıq 
və ağız orqanları olur. Bəzi həşəratlarda, məsələn, arılarda mürəkkəb gözlərlə 
yanaşı, həm də sadə gözlər var. Həşəratlar müxtəlif formalı bığcıqların  köməyi 
ilə qoxuları müəyyən edir.  Qidaya uyğunlaşma ilə əlaqədar onlarda gəmirici və 
ya sorucu ağız tipləri meydana gəlmişdir. Həşəratların bədəninin döş hissəsində 
3 cüt ətraf, bir çox həşəratlarda isə həm də iki cüt qanad (ikiqanadlılarda 1 cüt) 
olur. 
 
Həşəratın 
gəmirici 
ağız 
aparatının 
quruluşu
May böcəyinin 
 quruluşu 
xarici
Tullandırıcı  Yüyürücü  Üzücü  Qazıcı
Həşəratın ətrafının quruluşu
Bud 
Baldır 
Pəncə
Burma 
Çanaq
Üst dodaq
Alt dodaq
Qolcuqlar
Alt çənələr
Üst çənələr
I döş 
buğumu
III döş 
buğumu
Qarıncıq
II döş 
buğumu
Baş
Ön qanad
(qanadüstlüyü)
Arxa qanad
Nəfəsliklər
Ayaq
Bəzi həşəratlarda, məsələn, bitlərdə, birələrdə parazit həyat tərzi ilə əlaqədar 
qanadlar olmur. Həşəratlarda qarıncıqda müxtəlif sayda (5-11) buğumlar olur. 
Onların üst kənarlarında nəfəsliklər adlandırılan tənəffüs dəlikləri yerləşir. 
Həzm  sistemi  və  qidalanması.  Gəmirici  ağız  aparatına  malik  həşəratlarda 
əzələli mədəyə düşmüş qida burada xitin dişciklərin köməyi ilə üyüdülür. Sonra 
bağırsağa keçir və həzm edilərək bədənə sorulur. Maye qida ilə qidalanan sorucu 
ağzı olan həşəratların çinədanı olur və mədəsində xitin dişciklər olmur.
Tənəffüs sistemi. Bədəndə şaxələnən traxeya sistemindən ibarətdir. Qarıncıq 
əzələlərinin fəaliyyəti nəticəsində hava nəfəslikdən (tənəffüs dəliyindən) tra-
xeyalara daxil olur və ya bədəndən çıxarılır. 
Qan-damar sistemi. Qarıncığının bel hissəsində boruşəkilli çoxkameralı ürək 
yerləşir.  Həşəratlarda  qan  yalnız  qida  maddələri  daşıyır  və  parçalanma  məh-
sullarını bədəndən çıxarır. Lakin  qazlar mübadiləsində iştirak etmir.
İfrazat sistemi. Malpigi borularından ibarətdir. İfrazatda, həmçinin, bədəndə 
olan piy cisimcikləri də iştirak edir. 
Sinir  sistemi.  Sinir  sistemi  digər  buğumayaqlılarda  olduğu  kimidir.  Lakin 
qarın sinir zəncirində 3 ədəd döş düyünü daha yaxşı inkişaf etmişdir. 
Hiss orqanları. Görmədə bir cüt fasetli mürəkkəb göz, qoxubilmədə bir cüt bığ-
cıq, lamisədə isə ağız çıxıntıları (böcəklərdə həm də dadbilmədə) iştirak edir. 
Bundan  başqa,  bəzi  həşəratların  –  məsələn,  milçək  və  kəpənəklərin  ön  ayaq-
larında dadbilmə, çəyirtkə və şalalarda isə eşitmə və səsçıxarma orqanları var. 
Udlaqətrafı 
sinir həlqəsi
Qida borusu
Mədə
Döş sinir 
düyünləri
Malpigi 
boruları
Bağırsaq
Nəfəsliklər
Yumurtalıq
Növ sayına görə həşəratlar buğumayaqlılar içərisində ən çoxsaylı hey-
vanlardır. Onlara hər yerdə – bağlarda, tarlalarda, meşələrdə, bostanlar-
da, hətta insan və heyvanların bədənində də rast gəlmək olur. Bir milyona 
yaxın növü vardır. 
Traxeyanın quruluşu
Ürəyin quruluşu
Əzələlər
Arteriya
Qapaqcıqlar
Dəliklər 
May böcəyinin daxili quruluşu 


3
3
95
94
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Buraxılmış sözləri əlavə edin:
 
1. Həşəratlar sinfinə daxil olan buğumayaqlılar __ vasitəsilə tənəffüs edir. 
2. Həşəratların bədəni __, __ və __ ibarətdir. 
3. Həşəratların ürəyi __ yerləşir. 
4. Qan __ mübadiləsində iştirak etmir. 
5. İfrazatda __ və __ iştirak edir.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Şəklə baxıb 
suallara cavab verin:
a
b
 
 və   şəklində təsvir 
olunan həşəratların 
inkişafı hansı yolla 
gedir? Şəkildə 
rəqəmlərlə nə işarə 
olunub?
2. “Buğumayaqlılar tipinin sinif-
ləri arasında oxşar və fərqli cəhət-
lər” cədvəlini tamamlayın.
Siniflər
Xərçəngkimilər
Hörümçəkkimilər
Həşəratlar
Fərqli əlamətlər Oxşar əlamətlər
40. 
Həşəratların müxtəlifliyi və təbiətdə rolu
XV əsrdən başlayaraq Şəki təbii ipəkçilik mərkəzi kimi məşhurlaşdı. 1861-ci 
ildə isə burada dünyada ən iri ipəkçilik fabriklərindən biri inşa olundu. Zərif və 
möhkəm  ipək  saplar  heç  nəyi  ilə  seçilməyən,  adi  ağ  kəpənəklər  olan  tut 
ipəkqurdunun baramasından əldə olunurdu.   
· Həşəratların təbiətdə və  insan həyatında daha nə əhəmiyyəti var? 
Fäaliyyät
Fäaliyyät
Həşəratların bir neçə səciyyəvi əlamətlərini göstərin.
· Bu həşəratların faydası və zərəri nədir?
Quruluşuna görə həşəratları bir çox dəstələrə ayırırlar. Onların arasın-
da faydalı və zərərverici həşəratlara rast gəlinir. 
Düzqanadlılar dəstəsinin nümayəndələri çəyirtkələr, şalalar, sisəklər 
və danadişilərdir. Çəyirtkələr iri qruplara yığılaraq əkinlərə kütləvi ziyan 
vurur, bəzən tam məhv edirlər.
Sərtqanadlılar  və  ya  böcəklər  dəstəsinin  nümayəndəsi  mayböcəyi 
ağacların  yarpağı,  sürfələri  isə  çürüntü  və  bitki  kökləri  ilə  qidalanır. 
Kolorado böcəyinin yetkin formaları və sürfələri kartofun yarpaqları ilə 
qidalanaraq bitkinin məhvinə səbəb olur. Parabüzənlərin yetkin fərdi və 
sürfələri bitki  parazitləri olan mənənələrlə qidalanaraq onları məhv edir. 
Bu  səbəbdən  mənənələrə  qarşı  mübarizədə  bəzən  parabüzənlərdən  is-
tifadə olunur. Belə mübarizə üsulu bioloji mübarizə adlanır. Sərtqanad-
lılar arasında təbiətdə sanitar rolunu oynayanlara da rast gəlinir.
Həşəratlar sinfi
Sərtqanadlılar 
və ya böcəklər 
dəstəsi
İkiqanadlılar 
dəstəsi
Pulcuqqanadlılar 
və ya kəpənəklər 
dəstəsi
Pərdə
və ya zərqanadlılar 
dəstəsi
qanadlılar 
Düzqanadlılar 
dəstəsi
~
300000 növ
~
140000 növ
~
100000 növ
~
250000 növ
~
20000 növ
Həşəratlar sinfinin təsnifatı
3
b
a
Çoxalması və inkişafı. Həşəratlar ayrıcinsliyyətlidir. Çoxalma orqanları qarın-
cıqda yerləşir. Kəpənəklər, böcəklər, arılar inkişafında yumurta, sürfə, pup, yet-
kin fərd mərhələlərini keçirir. Bu  cür başa çatan inkişaf  tam çevrilmə ilə gedən 
inkişaf adlanır. 
Tarakan, çəyirtkə, taxtabiti və bitlər pup mərhələsi keçirmədən yetkin həşərata 
çevrilir.  Yumurtadan  çıxan  sürfə  xarici  görünüşünə  və  qidalanmasına  görə 
yetkin fərdə oxşayır. Yumurta, sürfə, yetkin fərd mərhələləri keçirən həşərat-
larda inkişaf prosesi qeyri-tam çevrilmə adlanır. 
Tam çevrilmə yolu ilə inkişaf
Yumurta
Sürfə
Pup
Yetkin 
fərd
Qeyri-tam çevrilmə yolu ilə inkişaf
Yumurta
Sürfə
Yetkin 
fərd


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə