Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə53/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

Düzgün ifadələri seçin: 
1. Balıqların eşitmə orqanları yoxdur; 
2. Tənəffüs qəlsəmələr vasitəsilə gedir; 
3. Balıqların ürəyi ikikameralıdır; 
4. İfrazat orqanlarının tərkibinə sidik kisəsi daxildir; 
5. Balıqların əksəriyyəti hermafroditdir.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
2. Balıqların quruluşu və suya uyğunlaşmaları arasında uyğunluğu müəyyən edin.
1. 
Uyğunluğu müəyyən edin: 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Qığırdaq skelet;  
2. Qismən və ya bütövlüklə sümükləşmiş skelet
3. Qəlsəmə qapaqları ilə örtülmüş qəlsəmələr;  
4. Üzmə qovuğu var;  
5. Üzmə qovuğu yoxdur.
A) Qığırdaqlı balıqlar
B) Sümüklü balıqlar
Quruluş xüsusiyyətləri
Su mühitinə uyğunlaşmaları
1. Pulcuqlar
2. Selik
3. Üzgəclər
4. Üzmə qovuğu
A. Suda sürtünməni azaldır və mikroorqanizmlərdən qoruyur. 
B. Su qatlarında balığın yerdəyişməsini asanlaşdırır.
C. Bədən səthini örtür.
D. Hərəkəti təmin edir.
43. 
Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının qorunması
İnsanın təsərrüfat fəaliyyəti təbii aləmə getdikcə daha çox təsir edir. Nəticədə 
bir  çox  canlıların  sayı  azalır,  onların  məhvolma  təhlükəsi  artır.  Bu  səbəbdən 
adları “Qırmızı kitab”a düşən balıq növləri ildən-ilə çoxalır. 
Balıqların təbiətdə və insan həyatında rolunu qeyd edin. 
Nəticəni  müzakirə  edin:  Balıqların  sayının  kəskin  azalması  hansı  nəticələrə 
səbəb ola bilər? 
· Sizcə, balıq ehtiyatlarının azalmasının qarşısını necə almaq olar? 
Fäaliyyät
Fäaliyyät
Sümüklü balıqlar növ sayına görə qığırdaqlı balıqlardan daha çoxdur.
Latimeriya balığı
Pəncəüzgəclilər
Nərəkimilər
Qızılbalıqkimilər dəstəsi
Siyənəkkimilər dəstəsi
Xəzər qızılbalığı
Nərə balığı
Qarabel siyənək
Çəkikimilər
Çəki balığı
Sümüklü balıqların əsas dəstələri
Pəncəüzgəclilər.  Müasir  dövrdə  yaşayan  yeganə  növü  latimeriya  balığıdır
Digər balıqlardan daha yaxşı inkişaf etmiş əzələli cüt üzgəcləri ilə fərqlənir. İlk 
dəfə 1938-ci ildə Hind okeanının Afrika sahillərində tutulmuşdur. 
Nərəkimilər.  Bunlarda  xorda  bütün  ömrü  boyu  saxlanılır.  Azərbaycan 
sularında rast gəlinən növləri – bölgə, nərə, uzunburun və qaya balıqları dənizdə 
yaşasa da, şirin suda kürü tökür. Belə balıqlar keçici balıqlar adlanır. Son illərdə 
Xəzər dənizində bu balıqların sayı kəskin surətdə azalmışdır.
Qızılbalıqkimilər  dəstəsi.  Yırtıcı  balıqlardır.  Bunlar  keçici  balıqlar  olub, 
kürüsünü çayların mənsəbində qum və çınqılların arasına tökür. Xəzərdə daha 
çox  rast  gəlinən  Xəzər  qızılbalığıdır.  Azərbaycanın  dağ  çaylarında  yaşayan 
qızılxallı (forel) balıq yalnız şirin sularda yaşayır. 
Siyənəkkimilər dəstəsi. Dənizlərdə yaşayır və sürü ilə üzür. Bunlarda yan xətt 
orqanı  nəzərə  çarpmır.  Əksəriyyəti  su  qatlarında  olan  kiçik  orqanizmlərlə 
qidalanır. Qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzərdə 
ən irisi qarabel siyənəkdir. Bəzi nümayəndələri, məsələn, kilkələr kiçik olsa da, 
vətəgə əhəmiyyətlidir. 
Çəkikimilər.  Azərbaycanda  çəkikimilər  dəstəsinin  nümayəndələri  çoxsaylıdır. 
Qidasını udlaqda udlaq dişləri deyilən xüsusi törəmələrlə xırdalayır. Çəkikimi-
lərin   qılıncbalıq, şamayı   və bəzi   digər növlərinin adları “Qırmızı kitab”a düş-
müşdür.
3
3
105
104
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər


3
3
107
106
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Balıq ehtiyatlarının qorunması. İnsan plansız ovlama ilə, su mühitini 
müxtəlif kimyəvi maddələrlə çirkləndirməklə balıq ehtiyatlarını azaldır. 
Balıq ehtiyatlarının saxlanılması və heyvanlar aləminin qorunması üçün 
ölkəmizdə müxtəlif qanunlar qəbul edilmişdir. Balıq ehtiyatlarının azal-
masının qarşısını almaq üçün  onların süni surətdə artırılması və yeni növ 
balıqların su hövzələrinə iqlimləşdirilməsi işləri həyata keçirilir.
Hazırda bu balıqlar çoxsaylı olub, vətəgə əhəmiyyəti daşıyır. Balıq eh-
tiyatlarının artırılması üçün hazırda karp, qalınalın, ağ amur, forel, nərə 
balıqları süni surətdə artırılır. Neftçalanın Xıllı balıqçılıq təsərrüfatında  
nərə balıqları yetişdirilir.
 
Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın.
Sənaye tullantıları, Qırmızı kitab, motorlu qayıqlar, vətəgə balıqları.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Balıq ehtiyatlarının azalma səbəblərini söyləyin. 
2. Balıqların qorunma tədbirlərindən üç ən əhəmiyyətlisini söyləyin.
44. 
Suda-quruda yaşayanlar sinfi
Latın dilində bu heyvanların adı “amfibilər dir.  Bu ad XVIII əsrdə Karl Linney 
tərəfindən  təklif  olunmuşdur.  Onun  tərcüməsi  “ikili  həyat”  deməkdir. 
Həqiqətən  də  amfibilərə  aid  olan  qurbağalar  həyatlarının  müəyyən  hissəsini 
suda, digər hissəsini quruda keçirir.

· Qurbağaların daha hansı xüsusiyyətləri sizə məlumdur?
Qurbağanın şəklinə əsasən onun bədən hissələrini 
müəyyən edin. 
1. Başda hansı orqanlar yerləşmişdir? 
2. Ətraflar hansı quruluş xüsusiyyətlərinə malikdir? 
Belə quruluş xüsusiyyətləri qurbağanın suda və 
quruda hərəkətində nə kimi rol oynayır?
Fäaliyyät
Fäaliyyät
Suda-quruda yaşayanların (amfibilər) 2800-ə qədər növü məlumdur. 
Onların  əksəriyyəti  sürfə  mərhələsini  su  mühitində  keçirir,  yetkin 
fərdləri  isə  quruya  çıxır.  Suda-quruda  yaşayanlarda  quruda  hərəkətə 
xidmət  edən  ətraflar  olur.  Atmosfer  havası  ilə  tənəffüs  etmək  üçün 
bunlarda  ağciyərlər  meydana  gəlmişdir.  Balıqlar  kimi,  kürü  qoymaqla 
çoxalır. Suda-quruda yaşayanların nümayəndələrindən biri göl   qurba-
ğasıdır.
Balıqların qorunması məqsədilə aşağıdakılar qadağandır: 
1) Adları ... düşən balıqların ovlanması; 
2) ... suya axıdılması; 
3) ... kürüləmə yerlərində hərəkət etmək. 
4) ... normadan artıq ovlanması. 
Qurbağanın xarici quruluşu
Baş
Gövdə
Təbil pərdəsinə malik qulaq dəliyi
Burun dəliyi
Göz
Göz qapaqları
Ön ətraf
Arxa ətraf
Göl qurbağasının həyat fəaliyyəti
Göl qurbağasının quruluşu. Qurbağanın bədəni baş, gövdə və ətraflardan iba-
rətdir. Baş gövdə ilə sərhədsiz birləşdiyindən boyun nəzərə çarpmır. Balıqlar-
dan fərqli olaraq, qurbağalarda baş hərəkətlidir. Gözləri qurumaqdan qorumaq 
üçün onlarda göz qapaqları meydana gəlmişdir. Göl qurbağasının gövdə hissəsi 
bel-qarın  istiqamətində  yastılaşmışdır.  Gövdəyə  hərəkətli  aşağı  və  yuxarı 
ətraflar birləşmişdir.
Hərəkəti.  Arxa  ətrafları  ön  ətraflarından  daha  uzun  və  güclü  olur.  Quruda 
hərəkət  zamanı  o,  arxa  ətraflarını  yığıb-açmaqla  irəliyə  doğru  hərəkət  edir. 
Qurbağanın öndə 4, arxada isə üzmə pərdəsinə malik 5 barmaqlı ətrafı olur.
Quruda  hərəkət  etmə  və  suda  üzmə  ilə  əlaqədar  olaraq  qurbağanın  əzələləri 
balıqlarla müqayisədə daha yaxşı inkişaf etmişdir. 
Bədən örtüyü. Qurbağanın dərisi çılpaq olub, vəzilərlə zəngindir. 
Skeleti. Qurbağanın skeleti kəllənin, gövdənin və ətrafların skeletindən ibarət-
dir. Qurbağanın onurğa sütunu 1 boyun, 7 gövdə, 1 oma fəqərələri və 1 uzun 
quyruq sümüyündən təşkil olunmuşdur. Qabırğaları tam inkişaf etmədiyi üçün 
döş qəfəsi yoxdur. Ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən 
ibarətdir. Çiyin qurşağı cüt sümüklər – kürək, körpücük, qarğa və tək döş sümü-
yündən təşkil olunmuşdur. 


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə