Aerofotoçəkilişlər. Ərazinin topoqrafik mövqeyi ilə yalnız müşahidə
yolu ilə tanış olmaq kifayət deyil. Həmçinin burada geodez çəkilişlər də
aparılmalıdır. Bu tədqiqatçıya, ərazi güclü dağıntılara və dəyişikliklərə məruz
qaldığı zaman çox kömək edir. Belə ki, şəhərin mürəkkəb planının tərtib
olunması yalnız texniki məsələ hesab olunmur. Bəzən ərazidəki ən xırda
relyef dəyişiklikləri belə tədqiq olunan abidənin arxeoloji topoqrafiyasının
öyrənilməsinə təsir edə bilər.
Şurflaşdırma - kəşfiyyat qazıntıları. Bu məqsədlə mədəni təbəqənin
hər hansı artıq açılmış hissəsindən istifadə olunur. Kəşfiyyat işləri üçün
dağıntılara daha çox məruz qalmış ərazi seçilir. Kəsik boyu qazıntının
uzunluğu 4-5 m, eni isə 1-1,5 m olur. Bu zaman tətbiq olunan metodlar adi
qazıntılar zamanı istifadə olunan metodlarla eynilik təşkil edir. Şəhərin
arxeoloji topoqrafiyasını müəyyən etmək məqsədilə kəşfiyyat qazıntıları
zamanı abidə ətrafında bir deyil, bir neçə təmizləmə işi aparılır. Qaydalara
görə kəşfiyyat zamanı aşkar olunmuş bütün arxeoloji abidələr keçilən
marşrutu təsvir edən xəritədə qeydə alınmalıdır.
Qazıntı - kəşfiyyat zamanı aşkar olunmuş nöqtələrdə daha sonra
planlı qazıntı işlərinə başlanır. Qədim şəhərlərin arxeoloji tədqiqatında son
mərhələ sözsüz ki, şəhərin bütün ərazisinin aşkar edilməsidir. Burada qarşıda
duran əsas məsələlərdən biri şəhərin müxtəlif yerlərində mədəni təbəqələrin
formalaşdığı zaman onların xarakterinin müəyyən olunmasıdır. Bu şəhərin
ayrı-ayrı rayonlarının dəqiq tarixini tədqiq etməyə şərait yaradır. Tədqiqat
aparılacaq ərazi artıq müəyyən edildikdən sonra arxeoloq qazıntı sahəsini
hissələrə bölür. Bunun üçün ilk öncə sahədə şimaldan cənuba və yaxud
şərqdən qərbə doğru əsas xətt cızılır. Hissələrin künclərinə dəmir çüylər
vurulmalıdır. Onları qazıntı işləri zamanı mümkün olan qədər kənarda
saxlamaq lazımdır. Sahə hissələrə bölündükdən sonra su tərəzisinin köməyi
ilə hamarlaşdırılır. Hamar sahədə relyef ölçülərini hər 2 m-dən bir, nahamar
səthdə isə 1 m-dən bir götürmək lazımdır. Ölçmə işlərindən sonra ayrılmış
hissələrin sərhədləri müəyyən olunur və 5-7 sm dərinliyində qazılır. Daha
sonra ətrafına ip çəkilir və bir neçə nöqtədən şəkilləri çəkilir. Bütün tapıntılar
nəzərə alınmalı və gündəlikdə qeyd olunmalıdır - kütləvi materiallar qrup
30
şəklində, individual tapıntılar - hər biri ayrıca qısa xarakteristikası ilə
verilməlidir.