|
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin Arxeologiyanın bəzi tədqiqat üsullarıkitab201204270324098244. Arxeologiyanın bəzi tədqiqat üsulları
Arxeoloqun işində iki araşdırma mərhələsi aid edilir. Onlardan biri
maddi obyektlərlə birbaşa işi əhatə edir. Geniş anlamda bu işə qazıntı
təcrübəsi, axtarış metodları, nümunələrin götürülməsi texnikası, yerində və
yaxud da laborator şəraitdə arxeoloji materialın konservasiya üsulu aid edilir,
daha sonra nəticələrin çıxarılmasına başlanır. Arxeoloqlar əldə etdikləri
materiala əsaslanaraq öz mülahizələrini irəli sürürlər. Bu mülahizələr
müxtəlif istiqamətdə irəli sürülür: xronoloji, yaxud coğrafi yerləşmənin
dəqiqləşdirilməsi, tarixi hadisələrin bərpası, sosial qurumlar barədə fikirlər,
iqtisadiyyat, dini, texniki təcrübə haqqında və s.
Dostları ilə paylaş: |
|
|