249
4.4. Azərbaycan-Sinqapur əlaqələri
Cənub-Şərqi Asiya regionunun həyatında mühüm rol
oynayan Sinqapurla Azərbaycan arasında iqtisadi, siya-
si, mədəni, humanitar münasibətlərin qurulması Azər-
baycan xarici siyasətinin əsas məqsədlərindən biridir.
Qlobal siyasi-iqtisadi əlaqələrin yaradılması və inkişaf
etdirilməsi bir-birindən daha uzaq ölkələrin yaxınlaşma-
sına kömək edir. Azərbaycan üçün belə ölkələrdən biri də
Sinqapurdur.
Azərbaycan Respublikası ilə Sinqapur Respublikası
arasında diplomatik münasibətlər 15 avqust 1994-cü ildə
qurulmuşdur. Azərbaycan Respublikasının İndoneziya
Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyinin
əsasında 13 yanvar 2012-ci ildə eyni zamanda ölkəmizin
Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfir-
liyi də açılmışdır.
Azərbaycanın və Sinqapurun bir-biri ilə iqtisadi və si-
yasi əməkdaşlığının ortaq nöqtələri vardır. Təsadüfi deyil
ki, 2012-ci ildə ölkələrimiz arasında diplomatik münasi-
bətlər yaranan kimi Sinqapur Prezidenti Toni Tan Keng
Yama ölkəsinin Azərbaycanla çoxtərəfli əməkdaşlığa xü-
susi əhəmiyyət verdiyini bəyan etmişdir. Sinqapur eyni
zamanda, Azərbaycan Respublikasının Dağlıq Qarabağın
qaytarılması uğrunda apardığı mübarizəni ədalətli hesab
edir və Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış
bu hərbi-siyasi münaqişənin Azərbaycanın ərazi bütöv-
lüyünün qorunub saxlanılması yolu ilə həll edilməsinə
tərəfdar olduğunu bildirir.