52
yaya açılma və geniş iqtisadi əməkdaşlıq siyasətinə keçi-
dinin əsası XX əsrin səksəninci illərində qoyulmuşdur. Bir
neçə illik hazırlıq işlərindən və başlanğıc tədbirlərindən
sonra keçən yüzilliyin doxsanıncı illərinin əvvəllərindən
etibarən ölkədə geniş miqyaslı iqtisadi dirçəliş müşahi-
də olunmağa başlamışdır. Proses tədricən sürətlənmiş və
Çin Xalq Respublikası dünyanın qüdrətli dövlətlərindən
birinə çevrilmişdir. Beləliklə, Çin Xalq Respublikasının
daxili və xarici siyasətində baş verən dəyişikliklər bu ölkə-
nin beynəlxalq münasibətlərin bütün subyektləri kimi,
Asiya dövlətləri ilə münasibətlərinə də təsirini göstərmiş-
dir. Ötən müddət ərzində Çin Xalq Respublikası özünün
Asiya qonşuları ilə mehriban qonşuluq və dostluq müna-
sibətləri qurmağa çalışmış, iqtisadi inkişafa geniş imkan-
lar yaratmaq və maneələrin yaranmasına yol verməmək
üçün mübahisələrin sülh yolu ilə həlli məqsədini qarşıya
qoymuşdur. Sürətli iqtisadi inkişafı və dünya siyasətində
nüfuzu ÇXR-in Asiya ölkələri ilə münasibətlərinin aid ol-
duğu region çərçivəsindən çıxaraq genişlənməsinə səbəb
olmuşdur. Lakin fəal xarici siyasəti Çin ilə dünyanın di-
gər aparıcı dövlətləri arasında müxtəlif regionlarda nüfuz
dairələri uğrunda rəqabətə səbəb olmuşdur. Bu mənada
ÇXR-in əsas rəqibi öz mövqelərini təkcə qlobal deyil, re-
gional miqyasda da itirmək istəməyən Amerika Birləşmiş
Ştatlarıdır. ABŞ bütün mümkün dinc yollarla Çinin yük-
səlişinin qarşısını almağa çalışır.
Hazırda bu iki dövlətin maraqlarının toqquşduğu,
Çinin özünün də aid olduğu Şərqi Asiya regionu, xüsu-
silə də onun cənub hissəsi diqqət mərkəzindədir. Çünki
53
Şərqi Asiyadakı başlıca inteqrasiya prosesləri məhz Cə-
nub-Şərqi Asiya regionunda gedir.
Materik hissə və adalardan ibarət olan bu region əlve-
rişli coğrafi-strateji mövqeyi, quru və su nəqliyyat yolları-
nın əlverişliliyi baxımından misilsiz əhəmiyyətə malikdir.
Son zamanlar Cənub-Şərqi Asiya regionunda “Çin ami-
li”nin hegemonluq qazanmasının daxili səbəbləri “böyük
qonşu”nun tarixən həmin regionda iqtisadi və mədəni tə-
siri, eyni zamanda, hərbi-siyasi baxımdan rəqibi olmayan
böyük dövlət olmasıdır.
1
Qeyd etmək lazımdır ki, bu regionun dövlətləri ara-
sında inteqrasiya prosesləri ASEAN (Cənub-Şərqi Asiya
Xalqları Assosiasiyası) çərçivəsində başlanmışdır. Bu təş-
kilat 1967-ci ildə yaranmış və ilk olaraq tərkibinə regionun
5 dövləti - İndoneziya, Malayziya, Sinqapur, Tailand və
Filippin daxil olmuş, tədricən üzvlərin sayı artaraq bütün
regionu əhatə etmişdir. Müxtəlif regional problemlər, o
cümlədən 1997-1998-ci illərin Asiya iqtisadi böhranı bu as-
sosiasiyanın bütövlükdə Şərqi Asiya, həmçinin regionun
şimal-şərq hissəsi ilə əməkdaşlığının genişlənməsinə sə-
bəb olmuşdur. Əməkdaşlığın güclənməsi ASEAN-ın həm
təsir coğrafiyasını genişləndirmiş, həm də dünya siyasə-
tində başlıca yerlərdən birini tutmağa kömək etmişdir.
Hazırda bu təşkilatla ÇXR-in əlaqələri yüksək səviy-
yədədir. ASEAN-ÇXR azad ticarət zonasının yaradılması
həmin əməkdaşlığın zirvəsini təşkil edir. Bu ticarət zonası
tərkibinə daxil olan ölkələrin əhalisinin sayına görə dün-
yada ən böyük, ümumi daxili məhsulunun həcminə görə
isə üçüncü ən böyük zonadır.
1
R.İsmayıl, N.Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (1945-2000-ci illər),
I kitab, Bakı: Çaşıoğlu, 2001, 399s., s.155
54
Ümumiyyətlə, ÇXR-in ASEAN ölkələri ilə ilk rəsmi
əlaqələrinin qurulması XX əsrin 90-cı illərin əvvəllərinə
təsadüf edir. Ticarət-iqtisadi əlaqələrini genişləndirən Çin
tezliklə ASEAN çərçivəsində müxtəlif qurumlarda fəal iş-
tirak etməyə başladı. 1994-cü ildə Çin bu assosiasiya ilə
təhlükəsizlik məsələləri üzrə dialoqa - Asiya Regional Fo-
rumu çərçivəsində əlaqələrə, 1997-ci ildə isə ASEAN+1
(ÇXR) formatında ikitərəfli və ASEAN+3 (ÇXR, Yaponiya,
Cənubi Koreya) formatında çoxtərəfli əməkdaşlığa başla-
mışdır.
1
Çin-ASEAN azad ticarət zonasının yaradılması ideyası
2002-ci ildə irəli sürülmüş, 2004-cü ildə tərəflər ticarətin
liberallaşdırılması haqqında saziş imzalamış, 2007-ci ilin
əvvəllərində isə xidmətlər üzrə ticarətin liberallaşdırıl-
ması haqqında razılıq əldə olunmuşdur (Целищев И.С.
Восточная Aзия: новая война роста и структурная
трансформация. Moskva: İMGMO RAN, 2012, 118 s.,
s.103). Nəhayət, 2010-cu ildə rəsmi olaraq Çin-ASEAN
azad ticarət zonası yaradılmışdır. Bu hadisə Asiyada və
bütün dünyada əməkdaşlıq üçün əhəmiyyət kəsb edir.
Bundan əlavə, Çin-ASEAN azad ticarət zonasının yaradıl-
ması region dövlətlərinin maliyyə böhranı əleyhinə mü-
barizə imkanlarını da artırır. Həmin zonanın yaradılması
həm də ABŞ-ın regiondakı maraqlarına böyük zərbədir.
Ona görə də Birləşmiş Ştatlar bütün maliyyə-iqtisadi və
diplomatik-siyasi vasitələrlə buna mane olmağa çalışır.
Həmin səylərin məqsədini bilən Çin ASEAN çərçivə-
sində təkcə iqtisadi deyil, siyasi, təhlükəsizlik, mədəni
1
Лексотюна А.В.СШA-KНР: соперничество в Юго-Восточной Азии обостяется,
Азия и Африка сегодня. 2012. №3, с.2-9, с.3
55
sahələrdə də sıx əlaqələr saxlayır. ASEAN-ın Təhlükəsiz-
lik üzrə Regional Forumu regionda sülh və təhlükəsizli-
yin təminatı ilə bağlı bütün məsələləri əhatə edən siyasi
qurumdur.
Artıq qeyd edildiyi kimi, Çin ilə Şərqi və Cənub-Şərqi
Asiya ölkələri arasında təşkilatlar səviyyəsində əmək-
daşlığın inkişafına və Çinin sülhün qorunmasını əsas tu-
tan xarici siyasətinə baxmayaraq, mübahisəli, öz həllini
tapmamış çoxlu problemlər də qalır. Odur ki, bütövlük-
də Asiya-Sakit okean regionunun bütün iqtisadiyyatları
üçün inteqrasiya sahəsi haqqında razılıq əldə edilməmiş-
dir. Çünki Asiya regionunda Çinin yeni mövqeyi qon-
şuları tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən də
ASEAN-Yaponiya və ASEAN-Cənubi Koreya xətti üzrə
sazişlərin imzalanması ləngiyir. Lakin əvəzində 2005-ci
ildə fəaliyyətə başlamış Şərqi Asiya İttifaqının yaradılma-
sına yönələn Şərqi Asiya sammitləri genişlənir və fəaliy-
yəti daha təsirli olur.
ASEAN-ın əhatə etdiyi ölkələr arasında bir sıra mübahisə-
li problemlər hələ də mövcuddur. Ən ciddi problem Çinin
və bəzi ASEAN ölkələrinin (Vyetnam, Filippin, Malayziya,
Bruney, Tayvan) Cənubi Çin dənizində yerləşən adalar üs-
tündə bir-birilərinə qarşı ərazi iddiaları irəli sürmələridir.
Cənubi Çin dənizindəki problem Çin, Tayvan və ASE-
AN ölkələri arasında Parasel və Spratli (çincə Nanşa) ada-
larına dair ərazi mübahisələrini əhatə edir.Çin ilə bərabər,
Parasel adalarına Vyetnam və Tayvan, Spratli adalarına
isə Vyetnam, Tayvan, Filippin, Malayziya və Bruney iddia
edirlər. Bütün Parasel adalarına Çin nəzarət edir. Spratli
adalarından isə 6-sı Çinin, 21-i Vyetnamın, 8-i Filippinin,
Dostları ilə paylaş: |