60
krallığının baş nazirinin müavini və xarici işlər naziri Hor
Namhonq 2013-cü il avqustun 21-də Çinin xarici işlər na-
ziri Van İnin Pnompenə səfəri zamanı mətbuat konfran-
sında bəyanatında məlumat vermişdir. Nazirin qeyd etdi-
yinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin ümumi
həcmi 2012-ci ildə 2,9 milyard dollar təşkil etmişdir. 2017-
ci ildə isə bu rəqəmin 5 milyard dolları ötəcəyi proqnoz-
laşdırılır.
1
Çin regionun digər ölkələri ilə də əməkdaşlığa xüsusi
diqqət yetirir. Bu baxımdan Laos
ilə münasibətlər diqqəti
cəlb edir. Qeyd etmək lazımdır ki, bu dövlət Çinlə həm-
sərhəd ölkədir və Cənub-Şərqi Asiya ölkələri Assosiasi-
yasının üzvüdür. Çinli analitiklərin fikrincə, Laos Çinin
ASEAN ilə yaxınlaşmasında mühüm rol oynaya və regi-
onal mübahisələrin həllində vasitəçi ola bilər. Əlavə edək
ki, Çin Kamboca və Laos ilə iqtisadi tərəfdaş olmaqla bə-
rabər, bu ölkələri Vyetnamın təsirindən də qoruyur. Hə-
min ölkələr arasında olan münasibətlərin hansı məcrada
inkişaf etməsindən məharətlə yararlanır.
Çin tərəfi ABŞ-ın müttəfiqi olan
Tailand ilə də konst-
ruktiv münasibətlər qura bilmişdir. Cənub-Şərqi Asiyanın
digər dövlətlərindən fərqli olaraq, ÇXR ilə ərazi müba-
hisələri olmayan Tailand həm ÇXR, həm də ABŞ ilə baca-
rıqla əməkdaşlıq edir.
2
Aralarındakı ərazi problemləri ilə
bağlı hələ 2005-ci ildə Tailandın baş naziri Taksin Çinavat
çinli jurnalistlərə müsahibəsində bildirmişdi: “Mövcud
1
Китай и Комбоджа укрепляет двусторонние отношения. China24news-
http://china24news.com/politics/419-cambodian-chinese-top-diplomats-advance-ties,
(22.08.2013).
2
Лексотюна А.В.СШA-KНР: соперничество в Юго-Восточной Азии обостяется,
Азия и Африка сегодня. 2012. №3, с.2-9, с.3
61
rəqabət təhlükə doğurmur... Çinin inkişafı digər ölkələr
üçün
təhlükə deyil, şansdır”.
1
ÇXR-in regionun digər ölkələri olan
İndoneziya və
Malayziya ilə münasibətləri diqqəti cəlb edir. Çinlə ti-
carət əlaqələrinə baxmayaraq, bu ölkələr rəsmi Pekin ilə
siyasi yaxınlaşmaya ciddi meyil göstərmirlər. Sinqapur və
Vyetnam Çinlə yanaşı, ABŞ ilə də genişmiqyaslı əlaqələrə
meyillidirlər. Qeyd etmək lazımdır ki, bu ölkələr, o cüm-
lədən Filippin və Tailand Cənub-Şərqi Asiya regionunda
Çinin ən iri ticarət tərəfdaşlarıdır. Əməkdaşlığın genişlən-
məsinə təsir edən digər amillər də vardır. Onlardan biri
Çin lobbisi və diasporudur. Bu ölkələrdəki çoxsaylı Çin
lobbisinin mövcudluğu da ÇXR-lə əlaqələrin inkişafına
təkan verir. Belə ki, Cənub-Şərqi Asiya regionu ölkələri-
nin əksəriyyətinin biznes və maliyyə dairələri çinlilərdən
ibarətdir. Onlar da Çin ilə əməkdaşlığın genişləndirilmə-
sində və bu ölkə mallarının dünya bazarlarına çıxarılma-
sında maraqlıdırlar.
ÇXR xarici siyasət fəaliyyətində onun Asiyada ciddi
rəqiblərindən biri olan
Hindistan ilə münasibətlərə xüsu-
si yer verir. Əhalisinin sayına görə dünyada lider olan bu
iki dövlət həm də dünyanın aparıcı iqtisadi güclərindən
birinə çevrilməkdədirlər. Sürətli iqtisadi inkişafa malik
bu Asiya nəhəngləri beynəlxalq münasibətlərin müxtəlif
problemləri sahəsində əməkdaşlıq edir, aralarındakı sər-
həd mübahisəsinin kəskinləşməsinə yol vermirlər. Lakin
onlar arasında strateji əməkdaşlıq, əlbəttə ki mümkün
deyildir. Çünki onlar geosiyasi rəqibdirlər. Gələcəkdə
1
Отношения между KНР Таиландом развивается в активном и конструктив-
ном направлении. Газета «Женьмин жибао» onlayn, http://russian.people.com.
cn/31521/3504998.html, (29.06.2005).