56
3-ü Malayziyanın, 1-i isə Tayvanın nəzarətindədir. Qeyd
olunan adalara nəzarət dünyada əhəmiyyətinə görə ikin-
ci beynəlxalq dəniz yolu sayılan marşruta nəzarət etmək
imkanı verir. Bu isə əlverişli ticarət yolu olduğundan döv-
lətlər arasında ziddiyyətləri də kəskinləşdirir. Dövlətlər
həmin yola təkcə iqtisadi deyil, həmçinin strateji əhəmiy-
yətli kommunikasiya xətti kimi baxırlar.
Qeyd olunan adalara mübahisələrin səbəblərindən biri
də adaların akvatoriyasında hədsiz balıq resurslarının ol-
ması, eləcə də Cənubi Çin dənizinin kontinental şelfində
neft-qaz yataqlarının tapılmasıdır. Buna görə də Çinin
ASEAN bölgəsində liderlik iddiası region ölkələri tərəfin-
dən isti qarşılanmır. Həll olunmamış münaqişələrin qal-
ması isə regionun təhlükəsizliyi təmin edilməsi və inteq-
rasiya proseslərinin dərinləşməsi üçün əlavə problemlər
yaradır. Hər bir dövlətin enerji mənbələrindən daha çox
pay almaq və enerji təhlükəsizliyini təmin etmək məqsəd-
ləri rəqabəti gücləndirir.
Şərqi Asiya sammitlərində isə ASEAN ölkələri ilə yana-
şı Avstraliya, Yeni Zelandiya və Hindistan da iştirak edir-
lər. 2011-ci ildən etibarən region ölkələrinə ABŞ və Rusiya
da qoşulmuşdur. Qeyd etmək lazımdır ki, son zaman-
lar keçirilən görüşlərdə ABŞ-ın irəli sürdüyü Sakit oke-
an əməkdaşlığı ideyası ətrafında danışıqlar gedir (Tиxo-
oкeaнsкaя Aзия: пpoблeмa oтвeтствeннoгo лидeрствa
(среднесрочный прогноз экономического развития.
Oтв. ред. В.Б.Aмиров, В.В.Mихеев. Moskva: İMGMO
RAN, 2011, 89 s., s.4). Göründüyü kimi, Birləşmiş Ştat-
ların regionda öz mövqeyini saxlamaq üçün fəaliyyət
istiqamətlərindən biri də bu tipli layihələrdir. Həmin la-
57
yihələrin reallaşdırılması ilə ABŞ rəqiblərini sıxışdırmaq
niyyəti güdür.
ABŞ-ın Çinin regional təsirinin qarşısını almaq səylərinə
baxmayaraq, rəsmi Pekin hətta regional müttəfiqləri ilə
münasibətlərini tənzimləyə bilmişdir. Məsələn, ASEAN
çərçivəsində Yaponiya, Cənubi Koreya, Tailand, Sinqapur
və s. dövlətlərlə çoxtərəfli əməkdaşlığa başlanmışdır. Bu
isə ABŞ-ı fəaliyyətində daha diqqətlə olmağa vadar edir.
1997-1998-ci illərdə Asiyada iqtisadi böhran dövrü
ASEAN və Çin münasibətlərində xüsusi bir mərhələ təş-
kil edir. Regionun demək olar ki, bütün ölkələri iqtisadi
böhrandan zərər görərək, ağır vəziyyətə düşdülər. Belə
bir şəraitdə Pekin cəsarətli bir addım atdı. Həmin ölkələrə
yardım göstərilməsi haqqında qərar qəbul edildi. Çinin
iqtisadi böhrandan zərər çəkmiş İndoneziya, Malayziya,
Filippin, Tailand və Vyetnam kimi ASEAN dövlətlərinə
yardım göstərməsi ÇXR-in Assosiasiya iştirakçıları ara-
sında nüfuzunun artmasına səbəb olmuşdur. Eyni za-
manda həmin ölkələrin əhalisi Çinə isti münasibət bəs-
ləməyə başlamışlar. Bu isə rəsmi Pekinə əlavə imkanlar
vermişdir. Çin region dövlətlərinə münasibətdə “ictimai
diplomatiya”dan da istifadə edir və bu istiqamətdə Cə-
nub-Şərqi Asiya ölkələri ilə tələbə mübadiləsini genişlən-
dirir.
1
“İctimai diplomatiya” Çinin regionda nüfuzunun
artırılmasında istifadə olunan başlıca vasitələrdən birinə
çevrilmişdir. Bu diplomatiya Çinə marağı artırmışdır.
Çin regionun nisbətən kasıb dövlətləri olan Myanma,
Kamboca və Laos ilə münasibətlərə xüsusi diqqət yetirir.
1
Лексотюна А.В.СШA-KНР: соперничество в Юго-Восточной Азии обостяется,
Азия и Африка сегодня. 2012. №3, с.2-9, с.3
58
Rəsmi Pekinin Hind okeanına çıxışını təmin edən Myanma
ilə münasibətlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət
kəsb edir. Bundan əlavə, Myanma Çinin enerji daşınma-
sında gərgin Malakka boğazına alternativ nəqliyyat yolu
ilə də təmin edilməsinə şərait yaradır. Ona görə də Çin bu
ölkə ilə münasibətlərin möhkəmləndirilməsində daim ma-
raqlıdır.
Qeyd etmək lazımdır ki, Myanma 1989-cu ilə kimi Bir-
ma adlanırdı. Ümumiyyətlə, “Birma” adı xarici mənşəli-
dir və ölkə daxilində istifadə edilmir. Coğrafi mövqeyinə
görə bu ölkə Çin, Hindistan və Cənub-Şərqi Asiyanın
Banqladeş, Laos və Tailand kimi ölkələri arasında strate-
ji zonadır. Ölkənin Benqal körfəzi və Andaman dənizinə
çıxışı vardır, sahil ərazisi isə Malakka boğazınadək uza-
nır. Göründüyü kimi, belə əlverişli mövqeyi Myanmanı
regionun cəlbedici dövlətinə çevirir.
Myanmada baş verən daxili ictimai-siyasi proseslər, ha-
kimiyyəti hərbçilərin ələ alması bu ölkənin Qərb dövlətlə-
ri tərəfindən təcrid olunmasına, 1997-ci ildən isə ona qarşı
sanksiyaların tətbiqinə səbəb olmuşdur. Lakin əvəzində
elə həmin il Myanma ASEAN-a üzv qəbul olunmuşdur.
Yaranmış şərait Çin üçün olduqca əlverişli idi. Nəticədə
ÇXR Myanmanın əsas müttəfiqinə çevrildi. Rəsmi Pekin
Myanma-Qərb münasibətlərinin soyuqlaşmasından öz
maraqlarını reallaşdırmaq naminə bacarıqla istifadə etdi.
Həmin zamandan etibarən bu iki ölkə arasında yüksək
səviyyəli görüşlər mütəmadi olaraq keçirilir. 2010-cu ildə
ÇXR-in baş naziri Ven Tszyabao və az sonra ÇXR-in Sədri
59
Hu Tszintaonun bu ölkəyə səfəri Çin və Myanma arasın-
da əlaqələrin genişlənməsinə daha bir təkan verdi.
1
Myanma ilə iqtisadi əməkdaşlığın genişlənməsi ilə ya-
naşı, Çin tərəfindən bu ölkəyə edilən hərbi yardımlar da
artır. Çinin Myanmaya hərbi yardımları xüsusilə Hindis-
tan və ABŞ-ın narahatlığına səbəb olmuşdur. Çünki Hin-
distanı təkcə Myanmanın qaz ehtiyatları deyil, öz enerji
təhlükəsizliyi də narahat edir. ABŞ isə ümumiyyətlə, Çi-
nin regiondakı aktivliyindən, eyni zamanda da Myanma
kimi strateji əhəmiyyətli və qaz ehtiyatına malik əraziyə
nəzarət etməsindən narazıdır. ABŞ-da belə hesab edirlər
ki, Çin ilə Myanma arasında enerji sahəsində əməkdaşlıq
ABŞ-ın maraqlarına ziyan vurur.
Myanma ilə hərbi əməkdaşlıq Çinə bu ölkənin sahi-
lindəki hərbi obyektlərə çıxış imkanı yaradır. Dərindən
baxdıqda Çinin məqsədi Malakka körfəzinə nəzarəti əldə
saxlamaqdır. Bu isə Çinə Yaponiyanın Yaxın Şərq neftinə
və Avropa bazarlarına çıxışını nəzarətdə saxlamaq imkanı
verir.
2
Nəticədə Çin başlıca rəqiblərindən biri olan Yapo-
niyanın dünya bazarlarına çıxışına əngəllər törətmiş olur.
ÇXR regionda ABŞ ilə münasibətləri gərgin olan
ölkələrlə məharətlə əməkdaşlıq qura bilmişdir. Belə ki,
rəsmi Pekin hələ 1990-cı illərdə ABŞ ilə ticarətdə problem-
ləri olan Laos və Kambocaya kömək etmişdir. Hazırda isə
Çin Kambocanın mühüm ticarət tərəfdaşlarından biridir.
Çin ilə əlaqələrin inkişaf dinamikası haqqında Kamboca
1
Матвеева Д.В. Отношения между Китаем и Маями в контексте энергетической
дипломатии KHP- journals.tsu.ru/uploads/import/869/files/356-075.pdf s.75-78, s.75
2
Василенко И.А. Геополитика современного мира. М.: 2002. с.275
Dostları ilə paylaş: |