65
Koreya Xalq Demokratik Respublikası isə dünya ilə
əlaqələrin qurulması üçün Çini mühüm vasitə hesab edir.
Çin Xalq Respublikası KXDR-in nüvə proqramları ilə
mövqeyini dəfələrlə bəyan edərək bildirmişdir ki, ÇXR
Koreya yarımadasının nüvə silahından azad zona statusu
əldə etməsinə tərəfdar durmaqla bunu zəruri hesab edir.
Bu təklifi ilə Çin həm də regionda digər dövlətlərin hərbi
mövcudluğuna qarşı çıxır.
Çinin Asiya ölkələri ilə münasibətlərində ərəb ölkələri
xüsusi yer tutur. Bu ölkələr ilə münasibətlərində iqtisa-
diyyat başlıca amildir. Bu ölkənin xarici siyasətində
Ərəb
Şərqinə maraq ötən əsrin ortalarından başlamışdır və
onun ərəb dövlətlərinə marağının əsasında
enerji ehtiyat-
larına tələbat durur.
Yarandığı ilk illərdən Çin Xalq Respublikası ərəb ölkələ-
ri ilə münasibətlər qursa da, 1993-cü ilə qədər Çinə Ərəb
Şərqindən enerji ehtiyatları axını çox deyildi. ÇXR yalnız
Oman və Yəməndən neft idxal edirdi. 1993-cü ildən eti-
barən vəziyyət dəyişdi. Həmin ildən tədricən ÇXR neft
idxalçıları qrupuna qoşulduqdan sonra isə artıq 1996-
cı ildə bu ölkənin idxal etdiyi neftin yarıdan çoxu Yaxın
Şərqin payına düşürdü. Çin artıq 90-cı illərdə Ərəb Döv-
lətləri Liqasının bütün üzvləri ilə əməkdaşlıq münasibətlə-
ri qurmuşdu. Bu isə Çinin ticarət-iqtisadi əməkdaşlığının
genişlənməsinə və icracının artmasına gətirib çıxarmışdır.
XXI əsrin əvvəllərindən etibarən dünyada baş verən də-
yişikliklərlə əlaqədar olaraq Çin-ərəb münasibətlərində
də yeni mərhələ başlanmışdır. Ərəb ölkələri həm coğrafi,
həm də Çinin sürətlə artan enerji ehtiyatlarının ödənilmə-
si üçün mühüm mənbə olması baxımından Çinin diqqət