67
mövcuddur. Bu konsensusa görə, hüquqi dövlətin siyasi
azadlıqları, prinsiplərinin inkar edildiyi şəraitdə də iqti-
sadi inkişaf mümkündür və uğurların əldə edilməsi üçün
ABŞ-ın hakim olduğu kapitalist sisteminin bir hissəsi ol-
maq vacib deyildir.
1
Başqa sözlə, bu model ABŞ təsirindən
azad olmaq istəyən ölkələr üçün ideal bir çıxış yolu kimi
qəbul edilir. Təbii olaraq Birləşmiş Ştatlar «Pekin konsen-
susu»na qarşı çıxır.
Çinin ərəb ölkələri ilə münasibətləri beynəlxalq siya-
si şəraitlə əlaqədar olaraq bir neçə sınaq mərhələsindən
keçmişdir. Belə sınaqlardan birincisi 1990-1991-ci illərdə
Körfəz müharibəsi zamanı oldu. Qeyd etmək lazımdır ki,
müharibə aparan tərəflərin hər biri ilə Çinin sıx əlaqələri
var idi. İqtisadi sahədə Çin həm İraq, həm də Küveytlə
müqavilələr bağlamışdı. Lakin o zaman bütün dövlətlər
İraqa qarşı embarqo tətbiq etdiyindən Çin də embarqoya
qoşulmuşdu.
2
Bu addımı atmaqla ÇXR beynəlxalq aləm-
dəki imicini qorumuş, beynəlxalq hüquqa tərəfdar çıx-
mışdı.
Lakin ümumilikdə, Çin bitərəf mövqedə idi.
Belə mövqeni tutması nəticəsində 2003-cü ildə İraq
hadisələrindən sonra ÇXR-in ərəb ölkələrindəki nüfuzu
sürətlə artmağa başladı. Belə ki, bu zaman Çin ABŞ-ın
siyasətinə qarşı əvvəlki müharibədə olduğundan daha
qətiyyətli mövqe nümayiş etdirdi. Onun bu qətiyyətinin
səbəbi bölgədəki səbirsizlikdən zərər çəkə biləcəyi təh-
lükəsi ilə bağlı idi. Belə ki, son dövrlərdə bu ölkənin iq-
tisadi inkişafını, yəni enerji ehtiyaclarının ödənilməsini
1
Пекинский консенсус - http://dictionary-economics.ru/word/Pekinskiy-Konsensus,
2
Пахомова М.A. Политика Китая в странах Арабского Востока (1978-2012 гг.) Дис-
сертация. Москва:Институт
Востоковедения RAN, 2013, с.129.
68
ərəb ölkələri ilə əməkdaşlıq olmadan düşünmək çətindir.
1
Doğrudur, Çinin karbohidrogen ehtiyatları əldə etməsi
üçün alternativ mənbələr də mövcuddur. Məsələn, bu
ölkənin İran və son zamanlar Mərkəzi Asiya siyasətinin
fəallaşmasının səbəbi məhz enerji ehtiyatları əldə etmək
məqsədi ilə bağlıdır. Lakin ərəb ölkələri ilə münasibətlə-
rin bu baxımdan Çinin xarici siyasətində xüsusi yeri var-
dır. Çin ərəb ölkələri ilə və İran ilə enerji sahəsində əmək-
daşlıq etməklə əslində manevr imkanlarını da artırır.
ÇXR-in Sədri Hu Tszintaonun 2004-cü ildə Yaxın Şərq
regionuna səfəri bu dövlətin ərəb ölkələri ilə münasibət-
lərində mühüm hadisə olmuşdur. Səfər gedişində Hu
Tszintao Ərəb Dövlətləri Liqasının (ƏDL) Qahirədəki
iqamətgahını ziyarət etmiş və ƏDL-in baş katibi Əmir
Musa, həmçinin liqa üzvü olan 22 ölkənin təmsilçisi ilə
danışıqlar aparmışdır. Nəticədə Çin-Ərəb Əməkdaşlıq
Forumunun yaradıldığı elan olunmuşdur. Əməkdaşlıq
Şurasının ali idarə orqanı isə nazirlər səviyyəsində görüş
müəyyənləşdirilmişdir.
2
Ümumiyyətlə, ÇXR-in ərəb ölkələri ilə hərtərəfli əlaqə-
lərində bu forumun rolu böyükdür. Məhz həmin forum
vasitəsi ilə Çin Orta Şərqdə gedən proseslərə müsbət mə-
nada öz təsirini göstərə bilir. Çin-Ərəb Əməkdaşlıq Fo-
rumunun 2014-cü ilin iyun ayında Pekində keçirilən VI
Nazirlər Konfransında etdiyi çıxışında ÇXR-in Sədri Si
Cinpin demişdir: “Sərhədləri 1967-ci ildə müəyyən edilən
və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətini
1
Fidan G. Çin-Arap dünyası ilişkileri: Eski köye yeni adet // 21. Yüzyıl, 2011, Mart,
Sayı:27, s.53-59.
2
Пахомова М.A. Политика Китая в странах Арабского Востока (1978-2012 гг.).
Москва:
Институт Востоковедения RAN, 2013, с.129.