Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə29/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

106
di, habelə texnologiyaların lisenziyalarını və patentlərini 
alırdı.  Bununla  da  elmi-texniki  tədqiqatlara  sərf  olunan 
vaxta və vəsaitə qənaət edirdi. Aşağı qiymətə və yüksək 
keyfiyyətli yapon mallarının ixracı gələcəkdə istehsalatın 
genişləndirilməsi üçün vəsaiti təmin edirdi. 
Ölkə  elmi  sahələrin  –  elektronika,  prosessorların  və 
kompüterlərin  istehsalı,  telekommunikasiya  və  nə-
zarət-ölçü  avadanlıqları,  avtomatlaşdırma  vasitələri  və 
biotexnologiyanın  inkişafının  vacibliyini  başa  düşürdü. 
Patentlərin və lisenziyaların alışı elmi və texniki tədqiqat-
ların maliyyələşdirilməsindən sonra ölkədə ikinci plana 
keçdi. Çünki qısa müddətdən sonra Yaponiya özü dün-
yanın ən böyük patent, səmərələşdirici təkliflər ölkəsinə 
çevrilmişdir.
Yaponiya  iqtisadiyyatda  baş  verən  dəyişikliklərin  nə-
ticəsində  dünyada  ən  iri  robot  (dünya  istehsalatının 
50%-dən  çoxu),  yarımkeçiricilər  (40%-dən  çox),  minik 
avtomobilləri, gəmilər, dəzgahlar, rezinlər, metallar, so-
yuducular,  paltaryuyan  maşınlar  istehsalçısına  çevrildi. 
Hal-hazırda  Yaponiya  ənənəvi  məhsulların  istehsalında 
öz aparıcı mövqeyini qoruyaraq, yalnız elm tutumlu is-
tehsalatda ABŞ-dan geri qalır. 
İqtisadiyyat, enerji, inqilabi yeni texnologiyalar, habelə 
hər şeyi əhatə edən iqtisadi quruluş və sərt siyasət nəti-
cəsində Yaponiya iqtisadiyyatı son yarım əsrdə neft böh-
ranından  çıxdı  və  daha  da  qüdrətli  dövlətə  sahib  oldu. 
Bununla da dünyada görünməmiş yapon bumu başladı. 
Əgər 1979-1980-cı illərdə Yaponiyanın ticarət balansının 
saldosu mənfi idisə, 1981-ci ildə müsbət oldu. Ondan son-


107
ra isə bu göstərici ildırım sürəti ilə artdı. 1981-1986-cı il-
lərdə ABŞ-a yapon mallarının ixracatı iki dəfədən çox art-
mışdır. 
Amerika və Avropa ölkələri ilə ticarətdə böyük müsbət 
saldo kəskin münaqişələrə və Yaponiya üçün dövlətləra-
rası  iqtisadi  əlaqələrin  əsas  məsələsinə  çevrildi.  1985-ci 
ildə  “Plaza”  otelində  məşhur  razılaşma  qəbul  olunduq-
dan sonra ölkənin əsas valyutası olan yenin qiyməti sürət-
lə  bahalaşdı.  Bununla  əlaqədar  olaraq  daxili  istehsalın 
maya dəyəri kəskin surətdə artdı və müvafiq olaraq, Ya-
poniyanın ixrac etdiyi məhsulların da qiyməti artdı. Belə-
liklə, ixracata yönəldilmiş modelin artımına son qoyuldu. 
Tədqiqatçılar  müşahidə  etmişdilər  ki,  qonşuları  olan 
Asiya ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi Yaponi-
yanın xarici və daxili siyasətində mühüm yer tutur. Həmin 
yolla regionda sülh və sabitliyin, həm də iqtisadi əmək-
daşlığın təmin olunması prosesi baş verir. Məsələnin bu 
cəhəti dünya siyasəti üçün də, region dövlətlərindən ötrü 
də əhəmiyyətlidir. Buna görədir ki, XX əsrin axırlarından 
etibarən  Yaponiya  şirkətləri  özlərinin  istehsal  bazalarını 
Asiya ölkələrinə daşımağa başladılar və bu qitəyə böyük 
həcmdə  investisiyalar  yatırdılar.  Vəziyyət  elə  gətirdi  ki, 
ağır istehsal Yaponiyanın xaricinə daşındı, onun özündə 
isə əsasən yüksək texnologiyalı istehsal qaldı. Beləliklə, öz 
investisiyaları  və  texnologiyalarını Asiya  ölkələrinə  ver-
məklə Yaponiya bu ölkələrin texniki təchizat səviyyəsini 
artırdı və sənayeləşmələrini həyata keçirdi. Bu yolla XXI 
əsrdə  Yaponiya  dünyanın  lider  ölkəsi  iddiasında  olmaq 
şansını çoxaltmışdır. Bu güclü iqtisadi nəhəngin Ümumi 


108
Daxili Məhsulu 2013-cü ildə 5 trilyon dollar təşkil etmiş-
dir.
1
 Yarım əsr müddətində Yaponiya Asiyada ən dinamik 
inkişaf  edən  bir  ölkə  olmuşdur.  Ölkənin  sürətli  iqtisadi 
inkişafı onun beynəlxalq münasibətlərdə rolunun və yeri-
nin güclənməsinə gətirib çıxarmışdır.
1956-cı  ildə  BMT-yə  daxil  olduqdan  sonra  Yaponiya 
özünün xarici siyasətinin əsas “sütun”larından biri kimi 
“BMT-yə istiqamət”ini elan etdi. Hal-hazırda “gündoğan 
ölkə”  BMT-nin  bütün  ixtisaslaşdırılmış  qurumlarında 
təmsil olunan nadir dövlətlərdən biridir.
Yaponiya səkkiz dəfə BMT-nin Təhlükəsizlik Şurasının 
müvəqqəti  üzvü  seçilmişdir.  Bu  da  ölkənin  xüsusi  nai-
liyyətidir. 1982-ci ildə Yaponiya BMT-nin insan huquqla-
rı  üzrə  komissiyasının  üzvü  olmuşdur.  Yaponiya,  hər  il 
BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığına vəsaitin 
10%-ini ayırır. Təkcə 1998-ci ildə Yaponiya BMT-nin büd-
cəsinin 15%-ini ödəmişdir. Bu göstəriciyə görə o, dünya-
da ABŞ-dan sonra ikinci yeri tutur. 
1992-ci ilədək Yaponiya öz silahlı qüvvələrini BMT-nin 
sülhməramlı  əməliyyatlarında  iştirak  etmək  üçün  gön-
dərməkdən imtina edirdi. Buna səbəb ölkənin Konstitu-
siyasının 9-cu bəndi göstərilirdi. Yaponiyanın sülhün və 
təhlükəsizliyin saxlanmasına töhfəsi yalnız iqtisadi və hu-
manitar yardımla məhdudlaşırdı. Lakin Fars körfəzində 
başlanan müharibə Yaponiyanın xarici siyasətində dönüş 
nöqtəsi oldu. Rəsmi Tokio BMT-nin sərt tədbirlərini mü-
dafiə etdi, Yaponiya “körfəzdə müharibəyə” 13 milyard 
dollar vəsait ayırdı. Onun hərəkətləri bir çox ölkələr tərə-
findən ümumi problemin həllindən “pul ilə özünü azad 
1
 “
ax: www.çia.gov


109
etmək” istəyi kimi başa düşüldü. Yaponiyanın təcridçilik 
siyasəti xaricdə tənqidə səbəb oldu və ölkənin beynəlxalq 
nüfuzuna zərər vurdu. Bu isə Yaponiyanın qlobal dövlət 
roluna iddiasını təhlükə altına sala bilərdi. Ona görə də 
1992-ci ilin iyununda ölkə parlamenti sülhü təmin etmək 
üçün beynəlxalq əməkdaşlıq haqqında qanun qəbul etdi. 
Bununla da yapon hərbçilərinin BMT-nın sülhü qorumaq 
əməliyyatlarında iştirakını təmin etməyə dair qanun təs-
diq edildi. Bundan sonra yapon hərbi kontingenti BMT-
nın Kambocada, Mozambikdə, Suriyada, Holan yüksək-
liklərində,  habelə  Zair  və  Keniyada  humanitar  və  xila-
setmə əməliyyatlarında iştirak etməyə başladı. Yaponiya 
artıq hərbi güc olaraq da görünməkdədir.
Artıq bir neçə ildir ki, Yaponiya diplomatik proqramı-
nın  əsas  maddələrindən  biri  ölkənin  BMT  çərçivəsində 
rəsmi statusunu bu təşkilatın həqiqi vəziyyətinə müvafiq 
olaraq təyin etməkdir. Yaponiya BMT Təhlükəsizlik Şu-
rasında  islahatlar  aparılmasına  çalışır.  Rəsmi  Tokionun 
baxışına görə, indi bu orqanın daimi üzvlərinin sayının ar-
tırılması vacibdir. Bu zaman Yaponiya özünü Təhlükəsiz-
lik Şurasının üzvlərindən biri kimi görür. Belə ki, bunun 
üçün ona BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin 
qabaqcadan razılığını almaq lazımdır. Lakin Yaponiyanın 
Rusiya və Çin ilə bir çox nizama salınmamış problemləri 
vardır. Bütün bunlar həmin məqsədin reallaşdırılmasına 
mane olur. Lakin BMT Təhlükəsizlik Şurasına yeni üzvlər 
qəbul edilərsə, onda özünə yaxın tərəfdaşlar əldə etmək-
lə Yaponiya bu qurumda yüksək səviyyədə təmsil oluna 
bilər.  Sülhsevər  ölkə  kimi  tanındığı  üçün  məsələnin  bu 
cəhətinin  dünyanın  digər  ölkələri  tərəfindən  də  müsbət 
qarşılanmaq ehtimalı böyükdür. 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə