167
VIII FƏSİL. KEYFİYYƏT SAHƏSİNDƏ
MÜƏSSİSƏ SİYASƏTI
8.1. Müəssisələrin keyfiyyət sahəsində fəaliyyət
istiqamətləri
Müəssisənin keyfiyyət sahəsindəki siyasəti onun fəa-
liyyətinin istiqamət və məqsədlərini təşkil edir. Keyfiyyət
sahəsindəki fəaliyyətin əsas istiqamətləri keyfiyyətin
müəyyən olunması üzrə işlərin inkişaf etdirilməsi yolları-
nın müəssisə rəhbərliyi tərəfindən müəyyən edilməsindən
ibarətdir, keyfıyyət sahəsində müəssisənin istənilən, yaxud
ehtimal olunan mövqeləri isə məqsəd rolunu daşıyır.
Müəssisənin fəaliyyətinin başlıca məqsədi istehlakçı-
ların tələb və gözləmələrini ödəyən məhsul və xidmətlərin
keyfiyyətinin sabit surətdə təmin edilməsindən ibarətdir.
Baş məqsəd əsasında keyfiyyətin aparıcı xüsusiy-
yətlərinə aid olan funksional yararlılıq, təhlükəsizlik və
etibarlılıq kimi məqsədlər, istismar xarakteristikaları konk-
retləşdirilir. Konkret məqsədlərdən biri də aşağı keyfiy-
yətli məhsulun buraxılışı nəticəsində risklərin və itkilərin
azaldılmasından ibarətdir. Əgər müəssisədə formallaşdı-
rılmış ümumi məqsədlər yoxdursa, bu da ona gətirib çıxa-
rır ki, hər bir bölmə öz məqsədlərinə xidmət edir, ümumi
məqsədləri öz anladığı kimi şərh edir.
Keyfiyyət sahəsində şüar (çağırış, deviz) müəssi-sə-
nin siyasətinin konsentrasiya olunmuş ifadəsidir. O, təkcə
müəssisənin keyfiyyətə qarşı konseptual münasi-bətini
qeydə almır, həm də işçilərin həvəsləndirilməsi siyasətinə
müəyyən istiqamət verir. Demək olar ki, şüar (çağırış)
168
müəssisənin bütün heyətindən ötrü daxili vəziyyətin əsası
kimi irəli çıxır. Bununla birlikdə şüar eyni zamanda həm
də istehlakçılara, tədarükçülərə, sertifıkatlaşdırma təşkilat-
larına, ictimaiyyətə ünvanlanmışdır. Şüardan üz döndər-
mək firmanın nüfuzunun, simasının itməsinə səbəb olur.
Şüardan lazımi səmərənin əldə edilməsindən ötəri o, də-
qiq, anlaşıqlı, lakonik və təsirli olmalıdır.
Keyfiyyət sahəsində müəssisənin siyasəti bəyannamə
kimi sənədləşdirilir və müəssisənin rəhbəri tərəfindən im-
zalanır. Müəssisənin siyasəti rəhbərliyin öhdəliyi kimi
müəssisənin hər bir işçisinin nəzərinə çatdırılmalıdır.
-
Siyasətin müddəalarının kollektivlərin, funksional
və istehsal bölmələrinin müşavirələrində müzakirə edilməsi.
-
Keyfiyyət üzrə təhsilin gedişində siyasətin mahiy-
yətinin şərh (izah) olunması.
-
İşə qəbul zamanı yeni işçinin siyasətlə tanış edil-
məsi.
-
Kütləvi informasiya vasitələrində, xidməti binalar-
da və s. əyani təşviqat.
Keyfiyyət siyasətinə nəzarət və həmin siyasətin təh-
lili müəssisə rəhbərliyinə həvalə olunur. Əgər lazım gələr-
sə, keyfiyyət sahəsində rəhbərlərin fəaliyyətinə ümumi
qiymət verilməsindən ötəri siyasətin ayrı-ayrı müddəaları
təshih edilir, bu zaman keyfiyyət üzrə Avropa mükafatı
tərəfindən müəyyən olunan meyarlardan istifadə oluna bilər:
1) TQM metodunun tətbiqi yolu, üzrə müəssisənin
hərəkatında rəhbərlərin bilavasitə iştirakı;
2) keyfiyyət mədəniyyətinin səviyyəsinə rəhbərlərin
təsiri;
169
3) ayrı-ayrı icraçıların və qrupların səylərinin və
müvəffəqiyyətlərinin rəhbərlər tərəfindən vaxtında təsdiq-
lənməsi və qiymətləndirilməsi;
4) müvafiq ehtiyatlarla təmin etmək və kömək gös-
tərmək yolu ilə keyfiyyət sahəsindəki fəaliyyətin rəhbərlik
tərəfindən dəstəklənməsi;
5) rəhbərlərin sifarişçilər və tədarükçülərlə qarşılıq-
lı əlaqələri;
6) keyfiyyətin inzibati qaydada idarə olunması üzrə
fəaliyyətin inkişafında rəhbərlərin iştirakı.
Keyfiyyət sahəsində siyasətin və strategiyanın qiy-
mətləndirilməsinin meyarları:
-
müəssisənin siyasət strategiyasında TQM-in meto-
dologiyasından istifadə olunması;
-
siyasət strategiyasının işlənib hazırlanması zamanı
keyfiyyətin təmin edilməsinə aid olan informasiyanın
uçotu;
-
biznes – planlarda strategiya və siyasətdən istifadə
edilməsi;
-
siyasətin və strategiyanın heyətin nəzərinə çatdırıl-
ması;
-
keyfiyyət sisteminin əsasları
8.2. Müəssisənin məhsul keyfiyyətinin
yüksəldilməsi siyasəti
Müəssisənin məhsulun keyfiyyətinin yüksəldilməsi
siyasəti və strategiyası ilə yanaşı keyfiyyəti idarəetmə sis-
teminin sənəd təminatı kimi bir vasitənin planlaşdırma sa-
həsində xüsusi rolu var. Bu zaman keyfiyyəti idarəetmə
170
sisteminin işlənib hazırlanmasına və tətbiqinə dair texniki
tapşırıq, habelə sistemin texniki və işçi layihələri əsas plan
sənədləri hesab edilirlər.
Texniki tapşırıqda, bir qayda olaraq, aşağıdakı əsas
bölmələr olur:
1.keyfiyyəti idarəetmə sisteminin xüsusiyyətləri;
2.işlərin mərhələləri və onların yerinə yetirilməsi
müddətləri;
3.müəssisədə məhsulun keyfiyyətini idarəetmə siste-
minin işlənib hazırlanmasının və tətbiqinin məqsədi;
4.müəssisənin ümumi xarakteristikası;
5.keyfiyyəti idarəetmə sisteminin qurulmasının
prinsipləri
6.işlənib hazırlanan sistemə dair müəssisə standart-
ları;
7.təşkilat - texniki tədbirlər.
Sadalanan bölmələrin hər birinin işlənib hazırlanan
məzmununa və quruluşuna qarşı reqlamentləşdirici tələb-
lərin əsas normativ və metodik mənbələri aşağıdakılardan
ibarətdir.
Birinci bölmədə keyfiyyəti idarəetmənin yaradılma-
sının başlıca məqsədi adətən aşağıdakı vəzifələr kimi kon-
kretləşdirilir:
-
rəqabət qabiliyyətliyinə malik yeni məhsul növlə-
rinin mənimsənilməsi;
-
sertifikatlaşdırılmış məhsulun istehsalının artması
(ayrı- ayrı növlər və adlar üzrə);
-
buraxılan məhsulun ayrı-ayrı keyfiyyət göstəricilə-
rinin (etibarlılığının, qənaətcilliyinin, tətbiqinin təhlükə-
sizliyinin) yaxşılaşdırılması;
Dostları ilə paylaş: |