Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə43/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

 
 
167 
 
VIII FƏSİL. KEYFİYYƏT  SAHƏSİNDƏ 
MÜƏSSİSƏ  SİYASƏTI 
 
8.1. Müəssisələrin  keyfiyyət  sahəsində  fəaliyyət 
istiqamətləri 
 
Müəssisənin keyfiyyət sahəsindəki siyasəti onun fəa-
liyyətinin istiqamət və  məqsədlərini təşkil edir. Keyfiyyət 
sahəsindəki  fəaliyyətin  əsas  istiqamətləri  keyfiyyətin 
müəyyən olunması üzrə işlərin inkişaf etdirilməsi yolları-
nın müəssisə rəhbərliyi tərəfindən müəyyən edilməsindən 
ibarətdir, keyfıyyət sahəsində müəssisənin istənilən, yaxud 
ehtimal olunan mövqeləri isə məqsəd rolunu daşıyır. 
Müəssisənin fəaliyyətinin başlıca məqsədi istehlakçı-
ların tələb və gözləmələrini ödəyən məhsul və xidmətlərin 
keyfiyyətinin sabit surətdə təmin edilməsindən ibarətdir. 
Baş  məqsəd  əsasında  keyfiyyətin  aparıcı  xüsusiy-
yətlərinə  aid  olan  funksional  yararlılıq,  təhlükəsizlik  və 
etibarlılıq  kimi  məqsədlər,  istismar  xarakteristikaları  konk-
retləşdirilir.  Konkret  məqsədlərdən  biri  də  aşağı  keyfiy-
yətli  məhsulun buraxılışı nəticəsində  risklərin və  itkilərin 
azaldılmasından  ibarətdir.  Əgər  müəssisədə  formallaşdı-
rılmış ümumi məqsədlər yoxdursa, bu da ona gətirib çıxa-
rır ki, hər bir bölmə öz məqsədlərinə xidmət edir, ümumi 
məqsədləri öz anladığı kimi şərh edir. 
Keyfiyyət  sahəsində  şüar  (çağırış,  deviz)  müəssi-sə-
nin siyasətinin konsentrasiya olunmuş ifadəsidir. O, təkcə 
müəssisənin  keyfiyyətə  qarşı  konseptual  münasi-bətini 
qeydə almır, həm də işçilərin həvəsləndirilməsi siyasətinə 
müəyyən  istiqamət  verir.  Demək  olar  ki,  şüar  (çağırış) 


 
 
168 
 
müəssisənin bütün heyətindən ötrü daxili vəziyyətin əsası 
kimi  irəli  çıxır.  Bununla  birlikdə  şüar  eyni  zamanda  həm 
də istehlakçılara, tədarükçülərə, sertifıkatlaşdırma təşkilat-
larına,  ictimaiyyətə  ünvanlanmışdır.  Şüardan  üz  döndər-
mək  firmanın  nüfuzunun,  simasının  itməsinə  səbəb  olur. 
Şüardan  lazımi  səmərənin  əldə  edilməsindən  ötəri  o,  də-
qiq, anlaşıqlı, lakonik və təsirli olmalıdır. 
Keyfiyyət sahəsində müəssisənin siyasəti bəyannamə 
kimi sənədləşdirilir və müəssisənin rəhbəri tərəfindən im-
zalanır.  Müəssisənin  siyasəti  rəhbərliyin  öhdəliyi  kimi 
müəssisənin hər bir işçisinin nəzərinə çatdırılmalıdır. 
-
 
Siyasətin  müddəalarının  kollektivlərin,  funksional 
və istehsal bölmələrinin müşavirələrində müzakirə edilməsi. 
-
 
Keyfiyyət  üzrə  təhsilin  gedişində  siyasətin  mahiy-
yətinin şərh (izah) olunması. 
-
 
İşə  qəbul  zamanı  yeni  işçinin  siyasətlə  tanış  edil-
məsi. 
-
 
Kütləvi  informasiya  vasitələrində,  xidməti  binalar-
da və s. əyani təşviqat. 
Keyfiyyət siyasətinə nəzarət və həmin siyasətin təh-
lili müəssisə rəhbərliyinə həvalə olunur. Əgər lazım gələr-
sə,  keyfiyyət  sahəsində  rəhbərlərin  fəaliyyətinə  ümumi 
qiymət  verilməsindən  ötəri  siyasətin  ayrı-ayrı  müddəaları 
təshih  edilir,  bu  zaman  keyfiyyət  üzrə  Avropa  mükafatı 
tərəfindən müəyyən olunan meyarlardan istifadə oluna bilər: 
  1)  TQM  metodunun  tətbiqi  yolu,  üzrə  müəssisənin 
hərəkatında rəhbərlərin bilavasitə iştirakı; 
2)  keyfiyyət  mədəniyyətinin  səviyyəsinə  rəhbərlərin 
təsiri; 


 
 
169 
 
  3)  ayrı-ayrı  icraçıların  və  qrupların  səylərinin  və 
müvəffəqiyyətlərinin rəhbərlər tərəfindən vaxtında təsdiq-
lənməsi və qiymətləndirilməsi
  4) müvafiq ehtiyatlarla təmin etmək və kömək gös-
tərmək yolu ilə keyfiyyət sahəsindəki fəaliyyətin rəhbərlik 
tərəfindən dəstəklənməsi
  5) rəhbərlərin sifarişçilər və tədarükçülərlə qarşılıq-
əlaqələri
  6) keyfiyyətin inzibati qaydada idarə olunması üzrə 
fəaliyyətin inkişafında rəhbərlərin iştirakı. 
Keyfiyyət  sahəsində  siyasətin  və  strategiyanın  qiy-
mətləndirilməsinin meyarları: 
-
 
müəssisənin  siyasət  strategiyasında  TQM-in  meto-
dologiyasından istifadə olunması; 
-
 
siyasət  strategiyasının  işlənib  hazırlanması  zamanı 
keyfiyyətin  təmin  edilməsinə  aid  olan  informasiyanın 
uçotu; 
-
 
biznes  –  planlarda  strategiya  və  siyasətdən  istifadə 
edilməsi; 
-
 
siyasətin və strategiyanın heyətin nəzərinə çatdırıl-
ması; 
-
 
keyfiyyət sisteminin əsasları 
 
8.2. Müəssisənin  məhsul  keyfiyyətinin  
yüksəldilməsi  siyasəti 
 
Müəssisənin  məhsulun  keyfiyyətinin  yüksəldilməsi 
siyasəti və strategiyası ilə yanaşı keyfiyyəti idarəetmə sis-
teminin sənəd təminatı kimi bir vasitənin planlaşdırma sa-
həsində  xüsusi  rolu  var.  Bu  zaman  keyfiyyəti  idarəetmə 


 
 
170 
 
sisteminin işlənib hazırlanmasına və tətbiqinə dair texniki 
tapşırıq, habelə sistemin texniki və işçi layihələri əsas plan 
sənədləri hesab edilirlər. 
Texniki  tapşırıqda,  bir  qayda  olaraq,  aşağıdakı  əsas 
bölmələr olur: 
  1.keyfiyyəti idarəetmə sisteminin xüsusiyyətləri; 
  2.işlərin  mərhələləri  və  onların  yerinə  yetirilməsi 
müddətləri; 
3.müəssisədə məhsulun keyfiyyətini idarəetmə siste-
minin işlənib hazırlanmasının və tətbiqinin məqsədi
  4.müəssisənin ümumi xarakteristikası; 
  5.keyfiyyəti  idarəetmə  sisteminin  qurulmasının 
prinsipləri 
  6.işlənib hazırlanan sistemə dair müəssisə standart-
ları; 
  7.təşkilat - texniki tədbirlər. 
Sadalanan  bölmələrin  hər  birinin  işlənib  hazırlanan 
məzmununa  və  quruluşuna  qarşı  reqlamentləşdirici  tələb-
lərin əsas normativ və metodik mənbələri aşağıdakılardan 
ibarətdir. 
Birinci  bölmədə  keyfiyyəti  idarəetmənin  yaradılma-
sının başlıca məqsədi adətən aşağıdakı vəzifələr kimi kon-
kretləşdirilir: 
-
 
rəqabət  qabiliyyətliyinə  malik  yeni  məhsul  növlə-
rinin mənimsənilməsi; 
-
 
sertifikatlaşdırılmış  məhsulun  istehsalının  artması 
(ayrı- ayrı növlər və adlar üzrə); 
-
 
buraxılan  məhsulun ayrı-ayrı keyfiyyət göstəricilə-
rinin  (etibarlılığının,  qənaətcilliyinin,  tətbiqinin  təhlükə-
sizliyinin) yaxşılaşdırılması; 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə