Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə41/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   94

 
 
159 
 
edilməsi,  nasazlıqların  təhlili)  üçün  istifadə  edilən  riyazi 
mühəndislik metodları aiddir. 
Stimullaşdırma  metodlarına  həm  adi  əsaslandırma 
metodları,  həm  də  keyfiyyətin  yaxşılaşdırılmasından  ötəri 
xüsusi  işlənib  hazırlanmış  metodlar  aiddir  (ölkələrdə  və 
ümumdünya  miqyasında  keçirilən  keyfiyyət  kampaniya-
ları, keyfiyyət üzrə milli mükafatlar və s.). 
Nəzarət  metodlarına  məhsulun  keyfiyyətinin,  mə-
sələn,  iqtisadi  göstəricilərin  təhlili  vasitəsilə,  həm  məh-
sula, həm də  keyfiyyət sisteminə aid sənədlərin  yoxlanıl-
ması vasitəsilə qiymətləndirilməsi metodları aiddir. Və ən 
nəhayət, məhsulun özünün keyfiyyətinə nəzarət. 
Keyfiyyətin  təmin  olunması  metodlarının  xeyli  his-
səsini  məhsulun  keyfiyyət  göstəricilərinin  kəmiyyət-lə-
rinin müəyyənləşdirilməsi metodları təşkil edir. Bunlar da 
öz növbəsində iki qrupa bölünür: 
1)
 
informasiyanın əldə olunması üsulları üzrə ölçmə, 
qeydiyyat, orqanoleptik və hesablama
2)
 
onun  əldə  olunmasının  mənbələri  üzrə  ənənəvi, 
ekspert və sosioloji. 
Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsinin  tək-
tək (fərdi) və kompleks (ümumiləşdirilmiş) göstəricilərin-
dən eyni zamanda (vaxtda) istifadə olunmasına əsaslanır. 
Bu  metoddan elə  hallarda  istifadə  olunur ki,  tək-tək 
göstəricilərin  məcmuu  çox  geniş  olur  və  onların  hər  bi-
rinin qiymətinin diferensial metodla təhlili ümumiləş-diril-
miş göstəriciləri əldə etməyə imkan vermir, yaxud komp-
leks  metod  zamanı  ümumiləşdirilmiş  göstərici  məhsulun 
bütün  əhəmiyyətli  xüsusiyyətlərini  lazımi  qədər  tam  nə-


 
 
160 
 
zərə almır və keyfiyyət qrupları haqqında nəticələr çıxar-
mağa imkan vermir. 
Qarışıq metod zamanı tək-tək göstəricilərin bir hissə-
si qrup halında birləşdirilməli və hər qrupdan ötrü müvafiq 
kompleks göstəricilər müəyyən olunmalıdır, özü də bu za-
man ayrı-ayrı mühüm göstəricilər birləşdirilməyə də bilər, 
onlardan tək-tək də istifadə oluna bilər. 
Kompleks və tək-tək göstəricilərin əldə olunan məc-
muu  əsasında  artıq  diferensial  metodla  məhsulun  keyfiy-
yətinin səviyyəsi qiymətləndirilə bilər. 
Müxtəlif  məhsul  növləri  məcmuunun  keyfiyyətinin 
qiymətləndirilməsindən  ötəri  keyfiyyət  və  qüsur  indeks-
lərindən istifadə olunur. 
Keyfiyyət indeksi (U
k
) - (nəzərdən keçirilən müd-dət 
ərzində  buraxılan)  müxtəlif  məhsulların  keyfiyyətinin 
kompleks göstəricisidir ki, bu da həmin məhsulun keyfiy-
yət  göstəricilərinin  orta  ölçülüb  -  biçilmiş  nisbi  qiymət-
lərinə  bərabərdir.  O  da  aşağıdakı  düstur  üzrə  müəyyən 
olunur: 
 
 
  ∑
 
 
 
   
 
 
 
  
   (7.1) 
burada  B
i
  -  məhsulun  i  növünün  çəki  əmsalı;  Ki  - 
məhsulun i növünün kompleks keyfiyyət göstəricisi; K
ib
 - 
məhsulun i növünün keyfiyyətinin kompleks baza göstəri-
cisi; i =1,... s - məhsul növlərinin sayı. 
Öz növbəsində B
i
 - çəki əmsalı aşağıdakı kimi müəy-
yən olunur: 
 
 
 
 
 

 
 
 
   
      (7.2)                             
burada C

- nəzərdən keçirilən dövrdə i növlü məhsu-
lun qiymətidir. 


 
 
161 
 
Qüsurluluq indeksi (U
g
)  -  nəzərdən  keçirilən  dövrdə 
buraxılmış  müxtəlif  məhsulların  kompleks  keyfiyyət  gös-
təricisi olmaqla, həmin məhsulun ölçülüb-biçilmiş orta qü-
surluluq əmsalına bərabərdir (məhsul vahidinə düşən ölçü-
lüb  -  biçilmiş  qüsurların  orta  miqdarı  qüsurluluq  əmsalı 
adlanır). U
g
 aşağıdakı düstur üzrə müəyyən olunur: 
                
 
  ∑
 
 
 
 
 
   
         (7.3) 
burada  Q

-  i  =  1  i  növlü  məhsulun  hazırlamasının 
keyfiyyət göstəricisi olan nisbi qüsurluluq əmsaldır. 
Qüsurluluq əmsalı (Q) aşağıdakı tərzdə hesablanır: 
   
 
 
 
          (7.4) 
burada D- nəzərdən keçirilən dövrdə buraxılan məh-
sulun qüsurluluq əmsalının qiymətidir; 
 
 
 -baza dövründə 
buraxılan məhsulun qüsurluluq əmsalının baza qiymətidir. 
Keyfiyyət və qüsurluluq indeksləri universal göstəri-
cilərdir  ki,  bunlarla  da  bütövlükdə  müəssisənin  məhsulu-
nun keyfiyyətini qiymətləndirmək və onun bir sıra illər ər-
zində dəyişilməsini təhlil etmək olar. 
Praktikada  eyni  zamanda  həm  keyfiyyətə  nəzarət, 
həm  də  keyfiyyətin  təmin  edilməsi  metodlarına  aid  olan 
metodlardan geniş istifadə edilir. 
 
7.5. Məhsul keyfiyyətinin həyat  silsiləsi 
 
Müasir müstəsna dərəcədə dinamik bazar  mühitində 
hər  hansı  müəssisənin  keyfiyyəti  idarəetmə  sisteminə 
məhsulun  həyat  silsiləsindəki  dəyişikliklərə  müvafiq  ola-
raq  dövri  surətdə 
təsislər 
edilməlidir.  Aşağıda  məhsulun 
həyat  silsiləsinin  konsepsiyası  təqdim  olunacaq  və  onun 


 
 
162 
 
müxtəlif mərhələlərində keyfiyyət idarəetmə sisteminə et-
diyi dəyişikliklərin təsviri veriləcək. 
ISO standartına müvafiq surətdə məhsulun həyat sil-
siləsinə 11 mərhələ daxildir: 
1)
 
marketinq, bazarın axtarışı və öyrənilməsi
2)
 
texniki tələblərin layihələndirilməsi və işlənib ha-
zırlanması, məhsulun işlənib hazırlanması; 
3)
 
material - texniki təchizat
4)
 
istehsal  proseslərinin  hazırlanması  və  işlənib 
hazırlanması; 
5)
 
istehsal; 
6)
 
nəzarət, sınaq və müayinələrin aparılması; 
7)
 
qablaşdırılma və saxlanılma; 
8)
 
məhsulun satışı və bölüşdürülməsi
9)
 
quraşdırılma və istismar
10)
 
texniki yardım və xidmət; 
11)
 
sınaqdan sonrakı istifadə. 
Məhsulun keyfiyyətinin formalaşdırılması və dəstək-
lənməsi (saxlanılması) onun həyat  silsiləsinin bütün mər-
hələlərində baş verir. 
Başlanğıc mərhələlərdə (1,4) məhsula qarşı ilkin tə-
ləblərin formalaşması üzrə işlər aparılır ki, bunlara da, bir 
qayda  olaraq,  qabaqcıl  layihənin  işlənib  hazırlanmasına, 
yaradılmasına  dair  sifarişlərin  tərtib  edilməsi,  elmi-təd-
qiqat işləri və texniki tapşırığın hazırlanması aid edilir. 
İstehsalın  (5,6)  mərhələsində  ən  mühüm  vəzifələr 
aşağıdakılardan  ibarətdir:məhsulun sabit keyfiyyətinin tə-
min  edilməsi,  istismarın  (istehlakın)  nəticələri  haqqında 
məlumatların təhlili; məmulatın təkmilləşdirilməsinin ehti-
mal  olunan  istiqamətlərinin  aşkara  çıxarılması,  sertifikat-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə