Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə37/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

 
 
143 
 
Kompleks  metod – eyni təsnifat qrupunun göstərici-
lər məcmuunu, yaxud müxtəlif təsnifatı qruplarının göstə-
ricilər  məcmularını  ümumiləşdirən  birinci  kompleks  gös-
tərici üzrə məhsulun və baza nümunələrinin qiymətlən-di-
rilməsindən ibarətdir. Kompleks göstərici özlüyündə tək - 
tək  və  (yaxud)  kompleks  göstəricilərdən  ibarət  funksiya-
dır və aşağıdakı kimi ifadə oluna bilər: 
1)
 
məhsulun  funksional  yararlığını,  ona  olan  tələba-
tın ödənilməsini əks etdirən baş göstərici ilə
2)
 
sadə  və  (yaxud)  mürəkkəb  xüsusiyyətlərin  nisbi 
vacibliyini  nəzərə  almaqla  məhsulun  keyfiyyətini  ifadə 
edən bir rəqəmə tək-tək və (yaxud) kompleks göstəriciləri 
yaxınlaşdıran orta ölçülüb-biçilmiş göstərici ilə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
144 
 
VII FƏSİL. MÜƏSSİSƏDƏ KEYFİYYƏTƏ 
NƏZARƏTİN TƏŞKİLİ 
 
7.1.  Keyfiyyətə nəzarət müəssisənin rəqabət 
mübarizəsində amil kimi 
 
Bazar iqtisadiyyatının ən mühüm əlamətlərindən biri 
bazarın subyektləri və obyektləri arasında rəqabətin aparıl-
masıdır.  Ayrı-ayrı  şəxslər  və  ya  təsərrüfat  vahidləri  ara-
sında  hər  hansı  bir  sahədə  eyni  bir  məqsədə  nail  olmağa 
rəqabət deyilir. Digər tərəfdən rəqabət subyektlər arasında 
mübarizə formasıdır. 
Rəqabətlə  rəqabətə  davamlılıq  anlayışı  da  sıx  bağ-
lıdır. 
Rəqabətə  davamlılıq  –  rəqabətə  davam  gətirmək, 
ona qarşı durmaq bacarığıdır. Bununla yanaşı rəqabətə da-
vamlılıq anlayışını həm mallara (iş və xidmətlərə), həm də 
müəssisələrə, şirkətlərə və başqa təşkilatlara tətbiq edirlər. 
Malın  rəqabətə  davamlılığı  verilmiş  malın  rəqibin  malın-
dan,  birincisi  eyni  bir  ictimai  tələbata  uyğunluq  dərəcəsi 
ilə, ikincisi isə bu tələbatın təmin edilməsinə çəkilən xərc-
lər  üzrə  fərqi  əks  etdirən  nisbi  xüsusiyyətdir.  Xərclər  de-
dikdə alıcının malın alınması və onun istehlakı və ya isti-
fadəsi  zamanı  bütün  xərclərlə  əlaqədar  məsrəflərin  daxil 
olduğu istehlak qiyməti başa düşülür. 
Malın rəqabətə davamlılığı üç qrup meyarla səciyyə-
lənir:  
-
 
faydalılıqla (keyfiyyət, istifadənin səmərəliliyi: 
-
 
istehlakçının  verilmiş  mal  vasitəsi  ilə  ödənilməsi 
zamanı  xərclərin  müəyyənlədirilməsilə  (alınması  ilə,  isti-
fadəsi  ilə,  texniki  xidmətlə,  təmirlə  və  s.),  çünki,  bazar 


 
 
145 
 
münasibətləri  imkan  vermir  ki,  onlar  bazarda  dayanıqlı 
mövqe tutsunlar. 
-
 
təklifin  rəqabətə  davamlılığı  ilə  (məhsulun  bazara 
çıxarılması,  təchizetmə  və  ödəniş  şərtləri  ilə,  satış  kanal-
ları, servis xidməti ilə və s.); 
Məhsulun rəqabətə davamlıq parametrləri (şəkil 7.1) 
normativ (malın standartlara, texniki şərtlərə, qanunverici-
liyə uyğunluğu), texniki (malın tətbiq sahələrini müəyyən 
edən  texnoloji  xüsusiyyətləri,  etibarlılıq  uzun  ömürlüyü, 
gücü və s.), iqtisadi (alıcının malın alınmasına, istehlakına 
və  utilləşdirilməsinə  sərf  etdiyi  xərclərin  səviyyəsi,  yəni 
istehlak  qiyməti)  və  təşkilatı  (endirimlər  sistemi,  tədarü-
kün dəstliyi, tədarük müddətləri və şərtləri və s.) hissələrə 
bölünürlər. 
Malların  rəqabətə  davamlılığının  öyrənilməsi  isteh-
salçı müəssisələr üçün vacibdir, çünki bazar münasibətləri 
onlara, öz istehsal-satış strategiyasında  yalnız malın rəqa-
bətə davamlılıq göstəricilərinə söykənərək, yəni mal isteh-
salında  və  gerçəkləşdiril-məsindəki  məsrəfləri  nəzərə  al-
mayaraq  uzun  müddət  bazarda  sabit  vəziyyətdə  qalmağa 
imkan vermir. 
İstehsalçının rəqabətə davamlılığı onun həm məhsu-
lunun keyfiyyət xüsusiyyətləri, həm də rəqib istehsalçılara 
münasibətdə məqsədyönlü fəaliyyəti hesabına satış bazar-
larını saxlamaq və genişləndirmək bacarığıdır.  
Müəssisənin rəqabətə davamlılığının təminatına yeni 
satış  bazarlarına  çıxışı,  təşkilatı  strukturunun  yenidən  təş-
kili,  yeni  məhsul  növlərinin  modifıkasiyası  və  mənimsə-
nilməsi,  onun  buraxılma  həcmləri,  əsas  istehsal  fondları, 
təsərrüfat əlaqələrinin və marketinq siyasətinin dəyişdiril-
məsi ilə bağlı olan bütün məsələlər aiddir. 


 
 
146 
 
 
Şəkil  7.1.  Məhsulun  rəqabətə  davamlılıq  para-
metrləri 
"Malın rəqabətə  davamlılığı" və "İstehsalçının rəqa-
bətə  davamlılığı"  kateqoriyaları  bir-birindən  asıldır.  Əgər 
müəssisənin  malı  satılmırsa  o,  rəqabətə  davamlı  ola  bil-
məz. Lakin  malın rəqabətə  davamlılığı  müəssisənin rəqa-
bətə davamlılığında həlledici amil deyildir. Bir sıra hallar-
da malın rəqabətə davamlılığı onun istehsalına və satışına 
Rəqabətə 
davamlılığın 
parametrləri 
 
Normativ 
Təşkilati 
Texniki 
İqtisadi  
Beynəlxalq tələblər  
Dövlət tələbləri 
 Regional tələblər 
İstehlakçının 
tələbləri 
 
Təyinat parametrləri 
Erqonomik 
parametrləri 
 
Konstruktiv-texniki  
parametrlər  
Estetik parametrlər 
 
Malın qiyməti  
Nəqletməyə sərf olunan 
xərclər 
Heyyətin öyrənilməsinə 
sərf olunan xərclər və s 
 
Endirmələr sistemi  
Ödəniş və tədarük şərtləri 
Tədarük dəstliliyi  
Zəmanət müddəti və  
şərtləri  
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə