Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə40/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

 
 
155 
 
-keyfiyyətin baza göstəricilərinin proqnozlaşdırılma-
və təhlili
-layihə  və  konstruktor  işlərinin  istiqamətlərinin 
müəyyənləşdirilməsi; 
-istehsalın  keyfiyyətinin  əldə  olunmuş  nəticələrinin 
təhlili; 
-reklamasiyalar haqqında informasiyanın təhlili; 
-istehlakçı  sorğusu  (tələbatı)  haqqında  informasiya-
nın təhlili. 
Taktiki funksiyalar: 
-istehsal  sferasının  (sahəsinin,  dairəsinin,  mühitinin) 
idarə olunması; 
-keyfiyyət  göstəricilərinin  verilmiş  səviyyədə  saxla-
nılması; 
-idarə olunan  obyektlərlə və xarici  mühitlə qarşılıqlı 
əlaqələr. 
Keyfiyyəti idarəetmə sistemi müəssisəni ümumi ida-
rəetmə sisteminin bir hissəsidir, o, informasiyanın dövr et-
diyi çoxsaylı daxili və xarici əlaqələrə malikdir. 
Digər tərəfdən, o, müəssisənin ümumi idarəetmə sis-
teminin digər yarımsistemləri ilə sıx surətdə bağlıdır: 
1)
 
sosial inkişafın, ətraf mühitin  mühafizəsinin ehti-
yatlarının  tədarükünün  yarımsistemi  (məqsədli  yarımsis-
temlər); 
2)
 
funksional yarımsistemlər; 
3)
 
infrastruktur yarımsistemləri. 
Eyni  zamanda  keyfiyyəti  idarəetmə  yarımsisteminin 
öz məqsədləri, funksiyaları, ehtiyatları, informativ və nor-
mativ təminatı vardır. 


 
 
156 
 
Keyfiyyətin təmin edilməsinin qalan yarımsistemləri 
ilə əlaqə məhsulun həyati fəaliyyətinin mərhələlərindəki iş 
prosesində baş verir: 
Keyfiyyəti idarəetmə (Kİ) sisteminin xüsusiyyət-ləri. 
1)
 
sistem öz xüsusi elementləri ilə müəyyənləşdirilir 
ki,  bunlar  da  onun  təşkilat  strukturu,  davam  edən  proses-
lər,  qəbul  olunmuş  proseduralar,  lazımi  ehtiyatlara  kimi 
təzahür  edir.  Həmin  dörd  elementdən  birisinin  olmaması 
sistemin tamamlığına dəlalət edir. Keyfiyyət sistemi elem-
entlərin üzvi məcmuudur
2)
 
keyfiyyət sistemi – istehlakçının tələblərinə istiqa-
mətlənən sistemdir, buna görə də onun daxilində keyfiyyə-
tə  münasibətdə  istehlakçının  hazırkı  tələblərinin  və  göz-
ləntilərinin  daim  öyrənilməsini  təmin  edən  mexanizm 
nəzərdə tutulmalıdır; 
3)
 
keyfiyyət sistemi – rəqabət mübarizəsində müvəf-
fəqiyyətə istiqamətlənmiş biznes  sistemidir. Dünya təcrü-
bəsi  göstərir  ki,  yüksək  keyfiyyətlə  biznesin  müvəffəqiy-
yətliyi arasında korrelyativ (asılılıq) əlaqələr mövcuddur
4)
 
keyfiyyət sistemi – keyfiyyət sahəsində müəssisə-
nin siyasətinin həyata keçirilməsi alətidir. Bu isə o demək-
dir ki,  keyfiyyət  sisteminin  həmin  sistemdən  kənar  qurul-
ması mümkün deyildir
5)
 
keyfiyyət sistemi – sosial-iqtisadi sistemdir ki, bu-
rada müəssisənin bütün heyəti idarəetmə obyekti kimi tə-
zahür  edir.TQM  fəlsəfəsindən  istifadə  etmək  və  həmin 
kollektivdə  mövcud  olan  ənənəyə  və  təcrübəyə  dayaqlan-
maq lazımdır; 
6)
 
keyfiyyət  sistemi  –  informativ  baxımdan  zəngin 
sistemdir. Mütəxəssislərin fikrincə, keyfiyyətin idarə olun-


 
 
157 
 
ması  siyasətin  idarə  olunmasına  nisbətən  informasiya  ba-
xımından  xeyli  irəlidədir.  Vacib  məsələ  –  informasiya 
axınlarının  optimallaşdırılnıasından  ibarətdir.  Çıxış  yolu 
kompüterləşdirilmədədir; 
7)
 
keyfiyyət sistemi – elə bir sistemdir ki, keyfiyyət 
sahəsində qəbul olunan qərarların dəqiqliyini, yekdilliyini, 
vaxtlı-vaxtında olmasını və tamlığını təmin edir
8)
 
keyfiyyət  sistemi  –  təşkilati  baxımdan  müstəqil, 
lakin  bir-biri  ilə  qarşılıqlı  surətdə  əlaqədar  olan  element-
lərdən ibarət tam (bütöv) sistemdir. 
Beynəlxalq  standartlara  ISO-ya  uyğun  surətdə  key-
fiyyətə  ümumi  rəhbərlik  ümumi  idarəetmə  funksiyasının 
elə  aspektləridir  ki,  bunlar  keyfiyyət  sahəsində  siyasəti, 
məqsədləri və məsuliyyəti müəyyənləşdirir, habelə keyfiy-
yətin planlaşdırılması, keyfiyyətin idarə olunması kimi va-
sitələrin köməyi ilə keyfiyyət sistemi çərçivəsində keyfiy-
yətin  təmin  edilməsini  və  keyfiyyətin  yaxşılaşdırılmasını 
həyata keçirirlər. 
ISO  beynəlxalq  standartları  ilə  keyfiyyətin  operativ 
idarə  olunması  «keyfıyyəti  idarəetmə»  termini  ilə  müəy-
yənləşdirilir ki, bu da keyfiyyətə qarşı tələblərin yerinə ye-
tirilməsindən  ötrəri  istifadə  olunan  operativ  xarakterli 
fəaliyyət metodları və növləridir. 
Keyfiyyət sahəsində siyasət – təşkilatın keyfiyyət sa-
həsində ali rəhbərlik tərəfindən rəsmi surətdə formalaşdırı-
lan əsas istiqamət və məqsədləridir. 
Keyfiyyətin planlaşdırılması – keyfiyyətə və keyfiy-
yət sistemi elementlərinin tətbiqinə qarşı məqsəd və tələb-
ləri müəyyənləşdirən fəaliyyətdir. 


 
 
158 
 
Keyfiyyət  təminatı  keyfiyyət  sistemi  çərçivəsində 
planlaşdırılan  və  müntəzəm  surətdə  həyata  keçirilən,  ha-
belə  keyfiyyətə  qarşı  irəli  sürülən  tələblərin  obyekt  tərə-
findən  yerinə  yetiriləcəyinə lazımi qədər inam  yaradılma-
sını təsdiqləyən (əgər tələb olunursa) fəaliyyət növləridir. 
Keyfiyyətin yaxşılaşdırılması – həm təşkilat, həm də 
onun  istehlakçıları  üçün  fayda  əldə  olunmasından  ötrü 
fəaliyyət və proseslərin səmərəliyinin və nəticələrinin artı-
rılması  məqsədilə  təşkilatda  qabaqcadan  başdan-başa  gö-
rülən tədbirlərdir. 
 
7.4. Məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi 
və   keyfiyyət planlarına sistemli yanaşmanın vasitələri 
 
Texniki,  iqtisadi,  sosial-psixoloji  xarakterli  çoxsaylı 
və rəngarəng amillər məhsulun keyfiyyətinə təsir göstərir. 
Buna  görə  də  külli  miqdarda  metod,  alət  və  vasitələrdən 
istifadə  etməklə,  məmulatın  və  xidmətlərin  rəqabət  qabi-
liyyətliliyinin saxlanılmasından ötəri onların keyfiyyətinin 
yüksəldilməsi sahəsində məqsədyönlü siyasət həyata keçi-
rilməlidir.  Şərti  olaraq  onları  üç  böyük  hissəyə  ayırmaq 
olar: 
-keyfiyyətin təmin edilməsi metodları; 
-keyfiyyətin stimullaşdırılması metodları; 
-keyfiyyətin  idarə  olunmasının  nəticələrinə  nəzarət 
metodları. 
Təminat metodlarına hər şeydən əvvəl məhsulun hə-
yati silsiləsinin bütün mərhələlərində (işlənib hazırlan-ma, 
buraxılma, sınaq, istismar və i.a.) proseslərin təhlili və ni-
zamlanması,  habelə  xaraktertikalarının  işlənib  hazırlan-
ması  (eksperimentin  planlaşdırılması,  etibarlılığın  təmin 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə