Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə42/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

 
 
163 
 
laşdırılmaya hazırlıq və servis xidmətinin təşkili üzrə işlə-
rin yerinə yetirilməsi. 
Nəzarət, sınaq və müayinələrin keçirilməsi mərhə-lə-
sində keyfiyyəti idarəetmə sisteminin ən vacib prosedura-
larından  biri  məhsulun  keyfiyyət  səviyyəsinin  qiymətlən-
dirilməsi həyata keçirilir. 
Məhsulun həyat fəaliyyətinin müxtəlif mərhə-lələrin-
də  məhsul  keyfiyyətinin  qiymətləndirilməsi  əməliyyatla-
rının məzmunu və sənaye məhsulunun nümunəsində onla-
rın yerinə yetirilməsinin ardıcıllığı şəkil 7.2.-də göstərilir. 
Keyfiyyət səviyyəsinin qiymətləndirilməsi məqsədilə 
bütün sənaye məhsulu iki sinfə (dərəcəyə) bölünmüşdür. 
Birinci (sinif) dərəcə  (istifadə  zamanı işlədilən (sərf 
edilən) məhsul) üç qrupa bölünür: 
1-ci – xammal və hasilat mərhələsini keçmiş faydalı 
təbii yanacaq məhsulları, maye, sərt və qaztipli yanacaq və s; 
2-ci  –  materiallar  və  məhsullar  (taxta-şalban,  meşə 
materialları,  sünü  yanacaq,  yağlar  və  sürtkülər,  kimyəvi 
məhsullar və s); 
3-cü  -  məsrəf  məmulatları  (maye  yanacaqlar  çəllək-
lərlə, qazla dolu ballonlar
, kabelli makaralar
 və s.). 
İkinci  (sinif)  dərəcə  (öz  ehtiyatını  məsrəf  edən 
məhsul)iki qrupdan ibarətdir: 
l-ci  təmir  olunmayan  məmulatlar  (elektrik  vakuum 
və yarımkeçirici cihazlar, rezistorlar, kondensatorlar,  yas-
tıqlar, dişli çarxlar və i a); 
2-ci  təmir  olunan  məmulatlar  (texnoloji  avadanlıq, 
avtomatik xətlər, ölçmə cihazları, nəqliyyat vasitələri).
  
Göstərilən  təsnifat  müəyyən  məhsul  qrupunun  tək-
tək  göstəricilərinin  nomenklaturasının  seçilməsindən,  on-


 
 
164 
 
ların  tətbiqi  sahəsinin  müəyyənləşdirilməsindən,  konkret 
məmulatın, yaxud bir neçə məmulatın baza nümunələri ki-
mi  seçilməsinin  əsaslandırılmasından,  məhsul  keyfiyyəti-
nin göstəricilərinin nomenklaturasına dair dövlət standart-
ları sisteminin yaradılmasından ötəri tətbiq olunur. 
Məhsulun keyfiyyət səviyyəsinin ilkin məlumat-ları-
nın  təhlili  və  qiymətləndirilməsi,  bir  qayda  olaraq,  eks-
pertlər  qrupu  tərəfindən  aparılır  ki,  həmin  qrupun  tərkibi 
də bu elm və texnika sahəsinin mütəxəssislərindən komp-
lektləşdirilir, onlar sifarişçini, məhsulu işləyib hazırlayan-
ları,  istehsalçı  və  istehlakçıları  təmsil  edirlər.  Məhsulun 
texniki səviyyəsinin qiymətləndirilməsi üzrə işlərin aparıl-
masının ardıcıllığı  şəkil 7.3.-də göstərilmişdir. 
Məhsul keyfiyyətinin səviyyəsinin qiymətləndirilmə-
si mərhələləri üzrə işin məzmunu. 
1)
 
Qiymətləndirilməli  olan  məhsul  həmin  məhsul 
qrupuna dair mövcud beynəlxalq, dövlət və sahə standart-
larının tələblərinə müvafıqlik baxımından yoxlanılır. Təh-
lükəsizlik və ekologiya üzrə standartların tələblərinin yeri-
nə yetirilməməsi zamanı o, satış hüququ olmayan məhsul 
kimi bundan sonrakı qiymətləndirilmə prosesindən çıxarıl-
malıdır. 
 
Məhsulun  texniki  səviyyəsinin  qiymətləndirilməsinin 
mərhələləri 
Məhsulun standartların tələblərinə  müvafiqliyinin  yoxla-
nılması 
Yekcins məhsullar qrupunun müəyyənləşdirilməsi 
Texniki səviyyə göstəriciləri nomenklaturasının müəyyən 
olunması 


 
 
165 
 
Baza  nümunələrinin  analoqlarının  və  formalaşdırılması-
nın seçilməsi 
İstehsal-texniki iştirak əmsalının (İTİƏ) hesablanması 
Məhsulun texniki səviyyəsi haqqında qərar (rəy) 
Məhsulun texniki səviyyəsinin və  keyfiyyətinin xəritələ-
rinin (kartalarının, vərəqələrinin) tərtib edilməsi 
Şəkil 7.3. Məhsulun texniki səviyyəsinin  qiymətlən-
dirilməsi mərhələləri 
2)
 
Yekcins  məhsullar  qrupuna  mənsubiyyət  yekcins 
məhsul qruplarının mövcud siyahıları üzrə müəyyənləşdi-
rilməli lazım gəldikdə isə yarımqruplara ayrılmalıdırlar. 
3)
 
Məhsulun  keyfiyyət  səviyyəsinin  əsas  və  əlavə 
göstəricilər  nomenklaturasının  müəyyənləşdirilməsi  xü-
susi işlənib hazırlanmır metodik tövsiyələrə uyğun surətdə 
həyata keçirilir. 
4)
 
Analoqlar ölkə və xarici yeni məhsullar sırasından 
və  həmin  yekcins  məhsul  qrupunun  işlənib  hazırlanan 
perspektiv  nümunələrindən  seçilir.  Birbaşa  analoqlar  ol-
madıqda,  təyinatına  görə  yaxın  olan  dolayı  analoqlar  nə-
zərdən keçirilə bilər. 
 Analoqların parametrlərinin qiymətləri aşağıdakı ki-
mi müəyyən olunur: 

 
xarici  nümunələrdən  ötəri  -aparıcı  firmaların  sor-
ğu kitabları, kataloqları, prospektləri, ölçmə, hesablama və 
sınaq protokolları üzrə, beynəlxalq standartlar üzrə; 

 
işlənib  hazırlanmaqda  olan  ölkə  nümunələrindən 
ötəri; 

 
texniki  tapşırıqlarla,  ekspert,  yaxud  qəbul  komis-
siyalarının  aktları  ilə  müəyyən  olunmuş  tələblər  əsasında, 
istehsal prosesində olan məmulatlardan ötəri isə -tədarükə 


 
 
166 
 
dair texniki şərtlər əsasında. Baza nümunəsi, qiymətləndi-
rilən  məmulatda  daxil  olmaqla  qabaqcadan  ayrılmış  ana-
loqlar qrupundan seçilir. 
Məhsul keyfiyyətinin səhiyyəsinin yekun qiymətlən-
dirilməsindən  ötəri  hesablanmış  göstərici  vahidə  bərabər 
olan  baza  nümunəsinin  ümumiləşdirilmiş  göstəricisinin 
qiyməti ilə müqayisə edilir. Qərar aşağıdakılar nəzərə alın-
maqla  qəbul  edilir:  əgər  hesablanmış  göstərici  vahiddən 
böyükdürsə,  yaxud vahidə bərabərdirsə, məmulat ya dün-
ya texniki səviyyəsinə müvafiqdir, ya da ondan yüksəkdir, 
əgər vahiddən kiçikdirsə, onda müvafiq deyildir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə