______________Milli Kitabxana_____________
315
digər dərəcədə əksini tapsa da, brəhmənizmdə daha geniş şəkildə
əks olunmuşdur.
Bu din öyrədirdi ki, vedizm dini allahları ilə yanaşı ən ali
mütləq olan yaradıcı Brəhmən allahı mövcuddur. Onun
hissələrindən ibarət olan bütün canlı varlıqların ölməz ruhları
onunla qovuşmağa can atmalıdır. Bu məqsədə çatmaq üçün ruhun
köçürülməsinin sonsuz sırası durur. Bu ruh da bitkilərdən və
heyvanlardan tutmuş brəhmənlərə, padşahlara və hətta səma
sakinlərinə qədər müxtəlif formalarda zühur edə bilər. Ruhun hər
bir yeni doğulmasının forması insanın özündən, onun sağlığındakı
əməllərindən (karma qanunu), onun möminliyinin dərəcəsindən
asılıdır. Brəhmənlərə sözsüz tabeçilik, hakimiyyətin
ilahiləşdirilməsi, öz varnasının drahmasını yerinə yetirmək, bu
varna tərəfindən müəyyən edilmiş ayinlərə əməl edilməsi
brəhmənizmə görə, ən mühüm fəzilətlər, xeyirxahlıqlar hesab
olunurdu. Bu göstərişlərin yerinə yetirilməsi guya ruhun yeni,
daha yaxşı köçürülməsinə səbəb olur, dharmanın tələblərinin
pozulması isə yeni bədbəxt hadisələrə, pozulmalara gətirib
çıxarmışdır. Brəhmənlərin təlimi onların müqəddəs varlıqlar
sifətində qəbul edilərək hakim təbəqə mövqeyini qoruyub
saxlamağa xidmət etmişdir. Bütövlükdə isə hinduizm mifologiyası
brəhmənizm mifologiyasından bəhrələnmişdir. Brəhmənizm isə
özlüyündə Vedlərdən qidalanmışdır. Vedlər dini, yaxud Vedizm
Hindistan əhalisinin xeyli hissəsinin e.ə. II-I minilliyin
əvvəllərində təşəkkül tapmış və müqəddəs mətnlər külliyyatları
olan Vedlərdə (hərfi - bilik) yazılı şəkildə tərtib olunmuş dini
etiqad və ayinlərdir. Vedlər ən qədim himnlərdən, dualardan,
qurbanlıq qaydalarından və cadularından ibarət olan 4
külliyyatdan (samhidlərdən) - Riqveda, Yacurveda, Samaveda və
Atharvavedadan ibarətdir. Vedizm dininin allahları ilk vaxtlar
təbiət qüvvələrinin və hadisələrinin antropomorf şəkildə
canlandırılmasından ibarətdir. Aqni - od allahı, İndra - atmosfer,
yağış və tufan allahı, Surya - Günəş allahı, Dyaus (Varuna) - göy
allahı, Soma - Ay və məstedici içki allahı, Vritra - quraqlıq allahı
və s. İbtidai cəmiyyətin dağılması, sinfi cəmiyyətə keçid,
dövlətlərin meydana gəlməsi ilə adları çəkilən allahların da
______________Milli Kitabxana_____________
316
funksiyaları mürəkkəbləşir. İndra müharibə allahına, allahların
padşahına və Yer allahının hamisinə, Varuna allah hakiminə
çevrilir və s. Ayinin əsası qurbanvermə mərasimlərindən ibarət
idi. Bununla da təsəvvür edilirdi ki, qurbanvermə yer üzərindəki
həyatda insanlara allahın köməyini, ölənlərin ruhlarının isə səma
səltənətində (cənnətdə) dirilməsini təmin edir. Qurban verilməsinə
əvvəllər tayfaların, icmaların, ailələrin başçıları, sonralar isə
peşəkar kahinlər-brəhmənlər rəhbərlik edirdilər.
Hind mifologiyasının üç əsas sistemində mifoloji
personajların hər biri özünün müstəqilliyi və böyük fərqləri ilə bir-
birindən seçilir. Vedizm mifologiyası Şimal-Qərbi Hindistanda ari
tayfaları arasında e. I-ı minilliklərdə formalaşmışdır. Vedizm
mifologiyasının əsas cəhəti çoxallahlılıq-politeizmdir. Hinduizm
mifologiyası sonralar, ari tayfalarının kütləvi surətdə Cənub və
Şərqə doğru hərəkət etməsi şəraitində formalaşmışdır. Onlar yerli
mədəniyyətlərə əhəmiyyətli təsir göstərməklə yanaşı, həmin
mədəniyyətlərdən çox şeyi mənimsəmişdilər. Vedizm
mifologiyasının davamçısı və transformasiyası olan hinduizm
mifologiyası kedlərin ali bilik mənbəyi nüfuzu qəbul etmişdilər.
Lakin bununla yanaşı onlar monoteist təsəvvürlərə doğru böyük
təkamülə uğramışdılar. Bunlar isə bütün varlığın ilk yaradıcısı
ideyasının aktuallaşdırılmasında, qaydaya salınmış ilahi üçlüyün
yaradılmasında, universallıq iddiasında olan böyük dinlərə xas
cizgilərin işlənib hazırlanmasında özünü göstərirdi. Vedizm
mifologiyası sadəcə olaraq hinduizm mifologiyasına
transformasiya edilməmişdir. O, müəyyən dərəcədə hinduizm
mifologiyası ilə yanaşı mövcud olmuş, bir sıra mərasimlərdə öz
mövqeyini saxlamışdır. Müqəddəs hesab edilən «Riqedada»,
«Yacurveda» və s. mətnlərindən isə özünü müdafiə kimi istifadə
etmişdir. Qədim Vedizm və hinduizm mifologiyasının bir çox
cəhətləri Şimalda deyil, dravid Cənubda daha yaxşı
saxlanılmışdır.
Ortodoksal, brəhməniləşdirilmiş vedizm və hinduizm
miologiyasından fərqli olaraq e.ə. VI əsrdə Hindistanın Şimal-
Şərq vilayətlərində yaranan buddist mifologiyası brəhmən
mahiyyətindən uzaq olub, həm sanskrit, həm də yerli orta
______________Milli Kitabxana_____________
317
Hindistan dialektlərini birləşdirən dilə malik olub əhalinin daha
geniş təbəqələrini əhatə edir. Cəmiyyətin bu təbəqələri sosial
mülkiyyət və etnik münasibət cəhətdən bir-birindən köklü surətdə
fərqlənən təbəqələr olmuşdur. Vedizm və hinduizm mifologiyaları
bir sıra personajları və süjetləri götürən, mənimsəyən Buddizm öz
dini-fəlsəfi prinsiplərinə müvafiq olaraq mifologiyaya məhdud,
ikinci dərəcəli yer vermiş, öz tərkibinə mifoloji təbəqəni daxil
etməyə isə yüksək nəzəriyyə və xalq etiqadları arasında bir növ
kompromis kimi baxmışdır.
Hind mifologiyasının səciyyəvi cəhətlərindən biri onun
müxtəlif təcəssümlərinin (vedizm, hinduizm, brəhmənizm,
buddizm və s.) olmasında deyil, onların məkan və zamanda yanaşı
mövcudluğu və mifoloji sistemlərin üzvi şəkildə varisliyindədir.
Çox zaman Hind mifologiyası vahid mifoloji sistem kimi təqdim
olunur və onun komponentlərinin mövcudluğu ikinci dərəcəli bir
hal kimi verilir.
Ən qədim dövrlərdən Hindistanda zəngin və spesifik elm
inkişaf etmişdir. Hələ e.ə. III minilliyin ortalarında yazı meydana
çıxmışdır. Metalın işlənməsi, təbabət, həndəsə, şahmatın kəşfi və
s. Hindistanda mədəniyyətin tarixi qədimliyini bir daha sübut edir.
Bu dövrdə Hind alimləri onluq hesab sistemini kəşf etmişdir.
Triqonometriya, hesab, cəbrin nailiyyətləri, yerin şar şəklində
olması, ayların 12, ayın 30 gün və s. kəşflər də hindlilərə
məxsusdur.
II-I minilliklərdə Ved ədəbiyyatı, «Mahabharata»
ensiklopedik əsəri, qədim Hind dramaturgiyası «Kalidasa», dini
ədəbiyyat, Buddanın həyatının «təsviri» geniş yayılmışdır. Musiqi
Hindistanın mədəniyyətinin ayrılmaz bir hissəsidir. Rəssamlıq,
məbədlərin tikintisi, təsviri sənət, din fəlsəfəsi, fəlsəfi məktəblər
də Qədim Hind mədəniyyətinin mühüm elementləridir.
Qədim Hindistanın maddi və mənəvi mədəniyyəti dünya
sivilizasiyası tarixində mühüm yer tutur.
Dostları ilə paylaş: |