Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə87/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   111

______________Milli Kitabxana_____________ 

 309


yazıda  əks olunmuşdu. Brahmi yazı növündən istifadə edirdilər. 

Hindistanda arami və yunan yazı sistemi də tətbiq olunurdu. 

Qədim Hindistanda səhnə tamaşası qoyulurdu. Daimi 

tamaşa göstərən dəstələrdə ixtisaslı xanəndələr, musiqiçilər

aktyor və  rəqqaslar iştirak edirdilər. Qədim hind memarlıq 

abidələri cərgəsinə qülləli tikintilər, mağara məbədləri daxildir. 

Qədim hind incəsənətinə Haxamaniş və yunan mədəniyyətin təsir 

göstərmişdi. Riyaziyyat və astronomiya sahəsində nailiyyətlər 

barədə erkən məlumat qalmamışdır. Nisbətən son vaxtların 

məlumatları göstərir ki, qədim hindlilər Pifaqorun adını daşıyan 

teoremi bilirdilər. "Sıfır" rəqəmi ilk dəfə Hindistanda işlədilmişdi. 

Onluq say sistemi mövcud idi. "Ərəb rəqəmləri" qədim 

Hindistanda məlum idi. Bu rəqəmləri  ərəblər hindlilərdən 

mənimsəmiş,  Şərqdə  və Avropada yaymışdılar. Riyaziyyat 

sahəsində dördbucaq və kub kökləri çıxara bilirdilər, dördbucaq 

müstəvini hesablayırdılar. Yer kürəsini  şar  şəklində  təsəvvür 

edirdilər. Qədim hindlilər şəmsi təqvimi yaratmışdılar, lakin aylar 

qəməri təqviminə uyğunlaşdırılmışdı. 12 qəməri ayı belə halda 

354 günə  bərabər olurdu. Qəməri ili şəmsi ilə uyğunlaşdırmaq 

üçün  əlavə aydan istifadə edirdilər. Fəlsəfə sahəsində materialist 

müddəalar irəli sürülürdü. Biliyin yeganə mənbəyi təcrübə hesab 

olunurdu. Ruhun yerdəyişməsi, yenidən törəməsi inkar edilirdi. 

Ruh bədənin bir hissəsi kimi qəbul edilirdi. Hind mədəniyyətinin 

özünəməxsus inkişaf yolu ölkəni qədim dünyanın mədəniyyət 

mərkəzlərindən biri səviyyəsinə qaldırmışdı. Hindistan 

mədəniyyəti  Şərqi Asiya və dünya ölkələrinə böyük təsir 

göstərmişdi. 

Qədim hindlilər “Mahabharata” və “Ramayana” dastanlarını 

yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış idilər. Onlar özləri 

üçün  əlifba tərtib etmişdilər. Rəqəmləri ilk dəfə hindlilər 

yaratmışlar.  Ərəblər bu rəqəmləri qəbul etmiş, avropalılar da 

həmin rəqəmləri ərəblərdən götürmüşlər. Onlar bu rəqəmləri ərəb 

rəqəmləri adlandırmışlar. Hindistan şahmat oyununun vətənidir. 

Padşah Aşoka dövründə Hindistanda abidələr  əsasən möhtəşəm 

sütunlardan ibarət idi. Daş sütunların yuxarısında möhtəşəm 

heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm 




______________Milli Kitabxana_____________ 

 310


sütun üzərində 4 şir heykəli qoyulmuşdu. Onların hər biri müxtəlif 

tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir. 

Hindistanda isə  vəziyyət başqadır. Bu ölkəyə  gələn ilk 

avropalılar yerli sakinlərin öz keçmişlərini əla bildiklərinin şahidi 

olmuşlar. Sakinlər onlara izah edirdilər ki, mövcud ənənələr min 

illərlə heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. Hər bir sıravi 

hindliyə bu gün də məlum olan əfsanə və miflərdə adları çəkilən 

rəhbər və  qəhrəmanlar min il bundan qabaqkı hindliyə necə 

məlum idisə, eləcə  də öz varlığını saxlamışdır. Hazırda gündəlik 

ibadətlə məşğul olan Brəhmən 3 min il əvvəl yaradılmış himnləri 

yenidən təkrar etməkdə davam edir. Faktiki olaraq Hindistan 

dünyada  ən qədim mədəni  ənənələrlə  zəngin olan bir ölkə kimi 

məlumdur. XVIII əsrin ikinci yarısına kimi avropalılar 

Hindistanın keçmişini o qədər də ciddi şəkildə öyrənməyə 

çalışmırdılar. Onun qədim tarixi isə yunan və Roma müəlliflərinin 

əsərlərində adda-budda qalmış fraqmentlərdən məlum idi. Ölkəyə 

gəlib çıxmış bir sıra fərasətli missionerlər isə Hindistanın həmin 

dövrdəki həyatı ilə  dərindən tanış olmuş, xalq dillərini dərindən 

öyrənmişdilər. Lakin bütün bunlara baxmayaraq, içərisində 

yaşadıqları xalqın  əsil tarixi keçmişini və  mədəniyyətini başa 

düşmək istəmirdilər. Onlar bu mədəniyyəti qədim hesab etsələr 

də, onları dərindən öyrənməyə cəhd etmirdilər. Hindistanın qədim 

tarixinə dair həmin missionerlərin tədqiqatları  əsaslandırılmamış 

uydurmalarla zəngindir. Çünki onlar hindliləri Nuhun nəsli ilə və 

qeyb olmuş Bibliya çarlıqları ilə əlaqələndirirdilər. Bu isə, sözün 

həqiqi mənasında, uydurmadan başqa bir şey deyildir. Bunu 

müəyyən mənada Hind mədəniyyətinə  də aid etmək olar. Lakin 

sonralar haqq öz yerini tutmağa başladı. Dünyanın görkəmli 

tədqiqatçıları Hindistanın tarixi, mədəniyyəti və mifologiyası 

haqqında obyektiv fikirlər söyləmişlər. Bəzi müəlliflər 

Hindistanda yaranmış  mədəni sistemi üç əsas tipə bölmüşdür. 

Həmin müəlliflərdən Braunun fikrincə, birinci tip mədəni sistem 

induist mədəniyyətin təsirinə  məruz qalmayan, hələ indiyə qədər 

öz yazısı olmayan qəbilə, tayfa mədəniyyətidir. Bu, induist 

mədəniyyəti ilə mifologiyanın ünsiyyətin ilkin mərhələsində 

durur. Onlar özlərinin xüsusi yerli allahlarına etiqad edirlər, 




______________Milli Kitabxana_____________ 

 311


hinduizmin böyük allahlarının mövcudluğu haqqında heç bir 

təsəvvürə malik deyillər. Elə buna görə  də onların həmin 

allahlarla bağlı miflərlə  də tanışlığı yoxdur. Həmin qəbilə  və 

tayfaların mədəniyyəti və dini konsepsiyaları haqqında 

məlumatlar yeni dövrdə etnoqraflar, folklorçular, missionerlər, 

məmurlar, məktəb müəllimləri və başqalarının topladıqları 

faktlara  əsaslanır. «Qəbilə-tayfa» mədəniyyətini çox çətinliklə 

sistemləşdirmək mümkündür. Onlar fraqmentar xarakter 

daşıdığından tədqiqatçılara onları qruplaşdırmaq olduqca çətindir. 

Əgər bu mədəniyyət klassik Hind mifologiyası ilə  bəzi  əlaqəsini 

göstərsə də, əksər hallarda müstəqilliyini nümayiş etdirir. 

Hind mədəniyyət sisteminin ikinci tipi konkret 

şəxsiyyətlərin əsasını qoyduğu etiqad təlimləri ilə qırılmaz əlaqəsi 

olan mifləri  əhatə edir. O kateqoriyalara buddizm və çaynizm 

daxildir. Buddizm mifologiyasında mərkəzi yeri Buddanın tarixi 

şəxsiyyəti tutur.  Budda (sanskritdə  hərfən-həqiqətlə nurlanmış, 

ağıllı) buddizmdə mütləq kamilliyə çatmış  və başqalarına nicat 

yolunu göstərməyə qadir olan şəxsdir. Bu qədim dinin banisi 

əfsanəyə görə, e.ə. VII-VI və ya VI-V əsrlərdə Qanq vadisinin 

mərkəzi hissəsində yaşamış Sidihartha Qautama Şəkya Munidir. 

Buddanın həyatı  və moizəçilik fəaliyyəti haqqında natamam 

məlumatlar buddizmin kanonik ədəbiyyatında verilmişdir. 

Qautama Şəkya-Muninin həyatının daha müfəssəl təsvirləri bizim 

eranın II-III əsrlərində  tərtib edilmişdir. Mövcud təsvirlərdə 

ehtimal ki, buddist vaizlərinin həyatından götürülmüş  əfsanələr, 

dini miflər və hadisələr sıx surətdə çulğalanmışdır. Buddanı-

Qautamanı bəzən “Asiyanın işığı” hesab edirlər. 

Çaynizm e.ə. VI əsrdə Hindistanda buddizmlə bir vaxtda 

Kasta, Silk quruluşunu təsvir etmiş Brəhmənizmə müxalif olaraq 

meydana gəlmiş dindir. Çaynizm qədim Hind cəmiyyətinin 

mütərəqqi təbəqələrinin mənafeyini ifadə edirdi. Çaynizmin 

davamçıları 24 peyğəmbərə sitayiş edirlər. Bunlardan da 

sonuncusu guya çaynizmin əfsanəvi banisi, Cina (sanskritcə qalib) 

təxəllüsü olan Mahavira Vardharana olmuşdur. Cina və onun 

ardıcılları haqqında  əhvalatlar kanonik çaynist dini ədəbiyyatını 

(Sitddhanta) təşkil etmişdir. Çaynizmə görə, Cina 5 həqiqəti təbliğ 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə