______________Milli Kitabxana_____________
318
QƏDİM ÇİN MƏDƏNİYYƏTİ
Şərqi-Çin düzənliyində Xuanxe və Yantszı çayları axır. Bu
çaylar dağlardan başlayır və dənizə tökülür. Gur yağışlar yağan
zaman Xuanxe daşır və ətrafı basır. Torpaq üzvi maddələrlə
zənginləşir. Belə torpaqları şumlamaq asan olurdu. Əhali bu
məhsuldar torpaqlarda məskunlaşırdı.
E.ə. II minillikdə Xuanxe çayı vadisində ibtidai icma
quruluşu dağıldı, quldarlar, kəndli və qullar sinifləri və dövlət
meydana gəldi. Əkinçilik, maldarlıq, sənətkarlıq inkişaf etdi. E.ə.
VI-V əsrlərdə çinlilər dəmirdən istifadə etməyə başladılar. Çəltik
becərilməsi genişləndi. Qədim Çin təsərrüfatında ipəkçilik xüsusi
yer tuturdu.
Çin hunların hücumuna məruz qaldı və vahid Çin-
parçalandı. Kiçik dövlətlər yarandı. Onlar arasında müharibələr
başlandı. E.ə. IV-III əsrlər Çün tarixində “vuruşan padşahlar”
dövrü adlanır. E ə. III əsrdə Sin padşahlığı Çində ən qüdrətli
dövlət oldu. Çin hökmdarı İn-Çjen bütün Çini hakimiyyəti altında
birləşdirdi. O, e.ə. 221-ci ildə özünü Sin-Şi-Xuandi adlandırdı və
______________Milli Kitabxana_____________
319
bu da “Birinci Sin imperatoru” deməkdir. Beləliklə, vahid və
mərkəzləşdirilmiş Çin dövləti yarandı. Sin-Şi-Xuandi hunların
hücumundan müdafiə olunmaq üçün ölkənin şimalında Böyük
Çin. səddi çəkdirməyə başladı. Səddin üstündə beş araba yanaşı
gedə bilərdi. Bu tikinti fasilələrlə min il davam etmişdi. Səddin
uzunluğu 5 min km-dən çox, hündürlüyü isə 6.6 m, bəzi yerlərdə
10 m idi.
Çindən qərbə gedən “Böyük ipək yolu” bütün Asiyanı yarıb
keçir, Aralıq dənizinə doğru uzanırdı. “Böyük ipək yolu” e.ə. II
əsrdə kəşf edilmişdir.
Çin yazısında heroqliflərdən istifadə olunurdu. On minlərlə
heroqlif var idi. Çinlilər yazı materialı kimi bambuk
lövhəciklərdən, ipək parçadan istifadə edirdilər. Eramızın
başlanğıcında çinlilər cındırdan, ağac qabığından, bambukdan
kağız düzəltdilər. Kağız ucuz başa dəlirdi. Çində biliklər yüksək
inkişaf etmişdi. Əkinçilərin səma cisimlərinin müşahidəsi
nəticəsində astronomiya elmi yaranmışdı. Çinlilər yeri nəhəng
yumurta şəklində təsəvvür edirdilər. Onlara görə yer yumurta
sarısı, göy isə qabığıdır, göy cisimləri ona bərkidilib. Onlarla
birlikdə göy Yer ətrafında fırlanır.
Kənd təsərrüfatına aid əsərlərdə torpağı becərmək və
suvarmaq, ipək qurdu bəsləmək, çay kollarını becərmək
qaydalarından bəhs olunurdu. Çay sözü Çin mənşəlidir. Əvvəllər
xəstənin qüvvəsini mühafizə edən dərman kimi işlənmiş, sonralar
isə içki kimi istifadə olunmuşdur. Dəniz səyyahlarının və karvan
başçılarının müşahidəsindən coğrafiya elmi yarandı. Uzaq
səyahətlərə çıxanlar kompas ixtira etmişlər. E.ə. II əsrdə və birinci
əsrin əvvəllərində yaşamış Çin tarixçisi Sıma Tsyan ən qədim
dövrdən ömrünün sonuna qədər olan dövrü əhatə edən “Tarixi
qeydlər” əsərini yazmışdır. O, hər bir hadisəni düzgün yazmağa
çalışmışdı. Elə buna görə də o, padşah tərəfindən
cəzalandırılmışdı.
Çin e.ə. VII əsrdə yaranmış Vyetnam dövləti ilə əlaqə
saxlayırdı. Çinlə qərb ölkələri arasında əlaqə zəif inkişaf etmişdi.
Çində kağızın istehsalı, çaydan istifadə, ipək istehsalı, kompasın
ixtirası yüz illərlə avropalılara məlum olmamışdır.
______________Milli Kitabxana_____________
320
Qədim Çin mədəniyyəti müxtəlif sahələrdə inkişaf etmİşdİ.
Din ilə bağlı təsəvvürlər öz əksini əfsanələrdə tapmışdı.
Qədim Çin əfsanələri e.ə. VI əsrdən başlayaraq yazıya
köçürülmüşdü. Əfsanələrə görə, ilk əvvəl qarma-qarışıq Aləm
(materiya) mövcud imiş. Sonra bu aləmdən işıq və qaranlıq
bildirən ünsürlər ayrılmışdı. Birinci kişi, ikinci qadın xəttini təmsil
edirmiş. Dünyanın möcüzə yolu ilə də yaranması əfsanələrdə əks
olunmuşdur. Quraqlıq göydə yeddi günəşin peyda olması ilə
əlaqələndirilir. Əfsanədə ilahə tərəfindən insanın gildən
yaradılması aşılanır. Daşqın və onun faciəvi nəticəsi, quraqlıq və
ondan doğan aclıq, qəhrəman adamlar və onların cəsurluğu
əfsanələrin başlıca mövzusunu təşkil edir. Digər qədim Şərq
əfsanələrində olduğu kimi, daşqın allahın qəzəbi kimi qələmə
verilir.
Qədim çinlilər əcdadlara və axirət dünyasına inanırdılar
Konfusi təliminin yayılması əcdadlara sitayişi möhkəmləndirdi
və səmaya sitayişi genişləndirdi. Səma allahı təcəssüm edirdi.
Allaha (di) inam tədricən səma ibadətinə çevrilmişdi. II-III
əsrlərdə Çində Buddizm yayıldı. Qədim çinlilərin təsəvvürünə
görə ilk Budda sutraları Çinə ağ at üstündə gətirilmişdi.
Qədim Çin erkən yazı növləri "fal kitabələrində" əks
olunmuşdur. İn dövründə inkişaf etmiş heroqlif yazı forması
mövcud idi. İn dövrünün yazı növü müasir Çin heroqliflərindən
o qədər də fərqlənmir. Xan dövründə yazı daha da təkmilləşir.
Ən qədim Çin nəzm ədəbiyyatı e.ə. XI-VI əsrlərə aid tunc
qablar üzərində əks olunmuşdur. "Şiszin" əsəri 305 poetik
hissədən ibarətdir. Bu, qədim Çin poeziyasının qiymətli əsəridir.
Qədim Çində musiqi, memarlıq, təsviri incəsənət geniş inkişaf
tapmışdı. Elmi biliklərin meydana gəlməsi praktiki tələbatdan
doğurdu. Xüsusilə riyaziyyat inkişaf etmişdi. E.ə. II əsrdə
"Doqquz kitablı riyaziyyat" adlı traktat tərtib olunmuşdu. Bu
kitab torpaqölçənlər, astronomlar, məmurlar və b. üçün zəruri
vəsait idi. Astronomiya və təqvim sahəsində irəliləyiş vardı. II
əsr astronomu və riyaziyyatçısı Çjan Xenin əsərində 124 ulduz