Dərslik «Əl-məHDİ (əc)»



Yüklə 296,56 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
#48882
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

13 



 

 

 



 

şərikinin  olmaması...)  müxtəlif  açıqlamalar  gətirdik,  lakin  (bu,)  onlarda  nifrət  və 



uzaqlaşmaqdan başqa, bir şey artırmır”.

15

  



Peyğəmbərdən  (s)  belə  bir  hədis  nəql  edilmişdir:  “Bu  ayə  Quran  ayələri 

arasında cəhənnəm əhli barəsində nazil edilən ən şiddətli ayədir”.

16

  



Nə  üçün  də  belə  olmasın!?  Rəhimli  və  mehriban  olan  Allah  qəzəbindən 

onlar  barəsində  bu  cür  cümlələr  işlədərək  bütün  ümid  qapılarının  üzlərinə 

bağlandığını bildirmişdir. 

 

Təqvalı insanlara verilən böyük mükafatlar 

Əvvəlki ayələrdə Allah cəhənnəm əhli və günahkarlara verilən cəzalardan, 

onların  bədbəxtliyinin  səbəbindən  söhbət  açmışdı.  Hazırkı  ayələrdə  isə  həqiqi 

mömin və təqvalılar və onlara veriləcək böyük mükafatlardan danışılacaq.  

Quranın  üslubu  belədir  ki,  ayələrdə  iki  qrup  –  cənnət  əhli  ilə  cəhənnəm 

əhli  –  arasındakı  fərqlər  ziddiyyətli  şəkildə  qeyd  edilir  və  bu  yolla  məsələ  bəyan 

olunur. 


ا

ً

زا

َ

ف َم  َ  ِ

ي ِق

َّ

ت ُم

ْ

ل ِل 

َّ

ن ِإ

 

31. “Həqiqətən, təqvalılar üçün qurtuluş (səadət və nicat) yeri vardır”. 

Allah-taala ilkin olaraq təqvalıların nicat və qurtuluşa çatacağını qeyd edir. 

Ayədə işlədilən “məfaza” sözü zərflik və ya “məsdəri-mimi”dir.

17

 “Fəvz” kökündən 



götürülmüşdür,  mənası  isə  “salamatçılıqla  yanaşı  olan  xeyir  və  mənfəətə 

yetişmək”dir.  Eyni  zamanda,  bu  söz  “qurtuluş  və  nicat”  mənasını  da  verir. 

“Məfaza”  sözü  qeyri-müəyyən  halda  işləndiyindən,  ondakı  məqsədin  böyük 

mükafat və mənfəət əldə etmək olduğu anlaşılır. Həmin mənfəət və mükafatların 

şərhi 32-ci ayədə belə verilir: 

ا

ً

با

َ

ن

ْ

ع

َ

أ َو 

َ

ق ِئا

َ

د

َ

ح

 

32. “Hasara alınmış bağlar və üzümlüklər”. 

“Hədaiq” sözü “hədiqə”nin cəmidir və bu söz “yamyaşıl və içərisində çoxlu 

ağaclar olan və hasarlarla əhatə edilərək qorunan bağlar” mənasını verir.  

Rağib İsfahani “Mufrədat” kitabında “hədiqə” sözünün əslində “suya malik 

olan  torpaq”  və  “hədəqə”  sözünün  “cari  olan  bulaq”  mənasını  verdiyini  qeyd 

etmişdir.  

Maraqlı  burasındadır  ki,  ayədə  digər  meyvələr  arasından  yalnız  üzümə 

işarə  edilib.  Bunun  səbəbi  üzümün  bir  sıra  xüsusiyyətlərə  malik  olmasıdır. 

Mütəxəssislərin  məlumatına  əsasən,  üzüm  qidalanma  baxımından  ana  südünə 

bərabərdir və insanın bədənində ətdən iki dəfə çox istilik yaranmasına səbəb olur. 

Bundan əlavə, onun tərkibində insan üçün faydalı olan maddələr vardır. 

Üzümü  təbii  əczaxana  adlandırmaq  olar.  Üzüm  zəhərlənmənin  qarşısını 

almaqda,  qanın  təmizlənməsində,  revmatizmin  aradan  qaldırılmasında  da 

faydalıdır.  Eyni  zamanda,  üzüm  əsəb  sistemini  gücləndirir  və  insanda  şadlıq 

yaradır, tərkibindəki müxtəlif vitaminlər insanın qüvvəsini artırır. Həzrət Rəsul (s) 

buyurur: “Ən yaxşı meyvə üzümdür.” 

                                                      

15

 “İsra” surəsi, ayə 41 



16

 “Kəşşaf” təfsiri,c.4, .səh.690; ”Ruhul-bəyan” təfsiri, c.10, səh.307; “Safi” təfsirində bəhs edilən ayə 

barəsində də bu hədis qeyd edilmişdir. 

17

 “Mim“ hərfi ilə başlayan sözün kökü. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

14 



 

 

 



 

ا



ً

با َر

ْ

ت

َ

أ  َب ِعا

َو َكَو

 

33. “Yeniyetmə həmyaşıd qızlar”. 

Bu  ayədə  Allah-taala  təqvalılara  veriləcək  digər  böyük  nemətlərdən,  o 

cümlədən, cənnət hurilərindən söhbət açır.  

Ayədəki  “kəvaib”  sözü  “kaib”  sözünün  cəmidir  və  yeniyetmə  və  cavan 

qızlara  işarədir.  “Ətrab”  sözü  isə  “turb”  sözünün  cəmidir.  Onun  mənası 

“həmyaşıd”dır.  Bu  söz  daha  çox  qadın  cinsi  barəsində  istifadə  edilir.  Bəzi 

təfsirçilərin nəzərincə, bu söz döş qəfəsindəki sümüklər bir-birinə bənzədiyi üçün 

“təraib”  sözündən  götürülüb.  Cənnət  hurilərinin  eyni  yaşda,  orta  boylu  və  gözəl 

olduğunu da təfsir edənlər vardır. 

ا

ً

قا

َ

ه ِد ا

ًس

ْ

أ

َ

كَو

 

34. “Və (müxtəlif şərablar və şərbətlərlə) dolu piyalələr (vardır)”. 

Bu ayədə isə digər bir mükafata işarə edilmişdir. Cənnət içkiləri, şərabları 

dünyadakı şərablardan fərqli olaraq insanın ağlını aradan apararaq onu heyvandan 

da aşağı həddə endirmir, əksinə insan ruhuna şadlıq verir və əqli qüvvətləndirir.  

“Kəs”  sözü  “dolu  piyalə”  mənasındadır  və  bəzən  də  piyalənin  içindəki 

maye ilə bağlı istifadə olunur.  

“Dihaq” sözünü əksər təfsirçilər “ağzına qədər dolu” olan mənasına təfsir 

etmişlər.  Amma  İbn  Mənzur  “Lisanul-ərəb”  kitabında  bu  sözün  “bir-birinin 

ardınca” və “saf və duru” kimi iki mənada olduğunu bildirmişdir.  

Əgər bu mənaları nəzərdə tutsaq, ayədən cənnət əhlinə bir-birinin ardınca 

saf və duru piyalələrdə şərablar gətiriləcəyi anlaşılar. 

ا

ً

با

َّ

ذ ِك 

َ

لَ َو ا ًو

ْ

غ

َ

ل ا

َ

هي ِف 

َ

نو ُع َم ْس

َ

ي 

َ

لَ

 

35.  “Onlar  orada  əsla  nə  boş  söz  eşidərlər,  nə  də  bir  yalan  və  təkzib 

(Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər)”. 

Dünyadakı  şərab  insanın  ağlını  aradan  aparır,  onun  boş  və  yersiz  sözlər 

danışmasına  səbəb  olur,  pak  olan  cənnət  şərabı  isə  əksinə,  insanın  ağlının 

itiləşməsinə və ruhi şadlığına yardım edir.  

Ayədə “fiha” kəlməsindəki əvəzliyin nəyi ifadə etməsi ilə bağlı iki ehtimal 

var: Birincisi, ondakı məqsəd cənnətdir, ikincisi isə cənnət piyalə və badələridir.  

Nəticədə,  birinci  təfsirə  uyğun  olaraq  ayənin  mənası  belə  olacaq

“Cənnətdə boş və mənasız sözlər danışılmayacaq”. 

“Ğaşiyə”  surəsinin  10  və  11-ci  ayələrində  belə  buyurulur:  “(Onlar)  ali  və 



uca  məqamlı  cənnətdə  olarlar,  əsla  orada  boş  və  bihudə  bir  söz  eşitməzsən  və 

eşitməzlər”. 

İkinci təfsirə əsasən isə ayəni belə mənalandırmaq olar: “Pak olan cənnət 

şərabları yalan, boş və yersiz sözlərin yaranmasına səbəb olmur.”  

“Tur” surəsinin 23-cü ayəsində Allah-taala buyurur: “Onlar orada (içilməsi) 



boşboğazlıq  və  günah  doğurmayan  (şərab)  qədəhlərini  (zarafat  və  məhəbbətlə) 

bir-birinin əlindən alarlar”. 

Beləliklə,  təqvalılara  verilən  bu  cür  cənnət  mükafatları  necə  də  gözəl  və 

əzəmətlidir,  çünki  Cənnətdə  möminlərin  qəlbini  incidən  və  onların  əziyyətinə 

səbəb olacaq boş və yalan sözlər, töhmət və böhtanlar mövcud deyil. “Məryəm” 

surəsinin 62-ci ayəsində  buyurulur:  “Onlar orada (mələklərdən və  bir-birlərindən) 



Yüklə 296,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə