Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə213/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   245

 
307
XIX əsrin ortalarına aid bədii əsərlərə tətbiq edilmişdir. O zaman fransız ədəbi tənqidçisi Jan Şanfler romantizm 
və simvolizmə əks olan estetikanı səciyyələndirmək üçün bundan istifadə etmişdi. Geniş mənada bu söz bədii 
mədəniyyətin  ən aparıcı estetik mənbələrindən biridir. «İntibah realizmi», «maarifçilik realizmi» ifadələri də 
bununla bağlı idi. Lakin XIX əsrin 30-cu illərində realist sənət, həyatı olduğu kimi təsvir etmək cəhdindən irəli 
gələn «tənqidi realizm» adını aldı.  
Realizm reallığın düzgün, obyektiv və dərindən əks etdirilməsi vəzifəsini irəli sürdü. Bu mövqe olanın, 
mövcudluğun sadəcə olaraq əks etdirilməsi demək deyildi. Realizm yaradıcı metodu hadisələrin hərtərəfli 
təhlili, hadisə  və faktların mahiyyətinə  dərindən müdaxiləni, onların tipikləşdirilməsi, seçilməsi və 
qiymətləndirilməsini nəzərdə tuturdu. Buna görə də realizmin nümayəndələri maksimal obyektivliyin, konkret 
tarixi reallıqların inikasının tərəfində idi. Bu istiqamətin nümayəndələri bədii mədəniyyətə, insanın mahiyyətinə 
daha sayıq, sərt, analitik nəzərlərlə yanaşmanı gətirdilər. Romantizmə və sentimentalizmə xas olan mənəvi və 
zahiri aləmin bu və ya digər təzahürlərinin ideallaşdırılmasına üstünlük verdilər.  
XIX əsrdə bədii mədəniyyətin inkişafında realizmin başlıca xidməti sosial mühitdən asılı olan şəxsiyyətin 
taleyinin daha dərindən tətbiqinə  təsviri və musiqi sənətindən fərqli olaraq ədəbiyyatda daha çox üstünlük 
vermək idi. Ədəbiyyatda O. Balzak, Q. Flober, rəngkarlıqda O. Domye, Q. Kurbe, barbizonlar realizmi inkişaf 
etdirənlər idi.  
Realizm. XIX əsrin 30-40-cı illərində ictimai münasibətlərdəki dəyişikliklər dünyanın təcəssümünün yeni 
konsepsiyası ilə realizm tipinin yaranmasında özünü göstərdi. Həmin yüzilliyin ortalarında bu cərəyan Avropa 
mədəniyyətində hakim mövqe tutdu. Fransa və  İngiltərədə  təşəkkül taparaq realizm, sonralar digər Avropa 
ölkələrini əhatə etməyə başladı. Realist sənətçilər humanizm və sosial ədalətçilik ideyaları ilə çıxış edirdilər. 
Ədəbiyyat. Fransa realist poeziyasının görkəmli nümayəndəsi Pyer Jan de Beranje (1780- 1857) hesab 
edilir. Onun siyasi şer və mahnıları demokratizm və canlı milli yumor ilə zəngindir. «Kral İveto» mahnısında 
Napoleonun hərbi avantyurası tənqid olunur. 
Tənqidi realizmin ən parlaq nümayəndəsi Stendal (Anri Beyl 1783-1842) hesab edilir. Onun əsərlərində 
fəal, güclü xarakterli insanlar təcəssüm olunur. Ən məşhur romanı «Qırmızı  və qara»dır (1830). Əsərin 
qəhrəmanı Jülyen Sorel Napoleon dövrünün ehtiraslı pərəstişkarı olub, ülvi hisslərlə dolu ruhu ilə ətalətdə olan 
ictimai mühitə qalib gəlməyə cəhd göstərən şəxsiyyətdir. Onun «Parm monastırı» romanında zəkalı, istedadlı, 
dərin ruhlu insanların faciəsinə gətirib çıxaran irtica dövrü tənqid olunur. 
Qərbi Avropa realizminin zirvəsi Onere de Balzak (1799-1850) hesab edilir. Onun ən məşhur  əsəri – 
«Bəşəri komediya» adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün 
gücünü sərf edərək 90 roman və novvela yazdı. Bu epopeyaya «Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio 
ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və d. romanlar daxildir.  
Realizm dövrünün novella ustadı Prosper Merime (1803-1870) hesab edilir. Bu novellalarda güclü və 
parlaq xarakterli, orijinal naturalar, yüksək hisslərə xas insanlar təcəssüm olunur. Bunlara «Karmen» (Bizenin 
operası bu novella əsasında yazılmışdır), «Kolomba», «Falkone» aiddir. Mermme həm də pyeslər müəllifidir. 
Onun «Jakeriya» adlı pyes – xronikasında XVI əsrdəki kəndli hərəkatı təsvir edilir. Onun yeganə böyük romanı 
«IX Karl dövrünün xronikası» adlı  əsəridir. Bu əsərdə o, Varfolomey gecəsinin hadisələrinin, katoliklərlə 
protestantların mübarizəsinin bədii təsvirini verir. 
Realizmdə yeni mərhələnin görkəmli nümayən-dələrindən biri Qustav Flober (1821-1880) hesab edilir. 
Şairin sosial təbəqələrə münasibəti ziddiyyətlidir: o, ömrü boyu burjuaziyaya nifrət bəsləmiş, xalq kütlələrinə 
kinayə ilə yanaşmış, siyasi fəaliyyəti isə, mənasız hesab etmişdi. Onun məşhur  əsəri «Madam Bovari» adlı 
romanıdır. Əsərin mərkəzində burjua mühütünə məxsus qadın obrazı durur. Yazıçının «Hisslərin tərbiyəsi» adlı 
romanında Paris və onun əyalətlərinin adətləri, burjuaziyanın miskin əxlaqı  təsvir olunur, gənclərin mənəvi 
düşkünlüyü, ətaləti tənqid edilir. Onun tarixi sujetlər əsasında yazılan «Salambo», «İrodiada» və d. əsərlərində 
ayrı- ayrı dövrlərin elmi əsaslarla bədii təcəssümü verilib. 
Realizmin digər nümayəndəsi Gi de Mopassandır (1850 - 1893). Onun ən gözəl əsərləri «Həyat», «Əziz 
dost», «Mont - Oriol», «Pyer və Jan» adlı romanlarıdır. O, novella və hekayələr ustadı kimi də tanınır.  
İngiltərə. Realist nəslin görkəmli nümayəndəsi  Şotland yazıçısı Valter Skott hesab edilir. Onun 
«Veverley», «Rob Roy», «Ayvenqo», «Kventin Dorvard» adlı əsərlərində orta əsrlərin İngiltərə və Fransa həyatı 
təsvir olunursa, «Puritanlar» və «Monroza haqqında  əfsanə» adlı romanlarında XVII – XVIII əsrlərdə 
İngiltərədəki sinfi mübarizə qələmə alınıb. 
Dünya  ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens (1812 - 1870) ingilis 
ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun 
yaradıcılığının ilkin dövrünə aid olan «Pikkviks klubunun qeydləri» adlı  əsərində patriarxal İngiltərə  təsvir 
olunur. «Oliver Tvistin macəraları» adlı romanında yoxsulların həyatını  təsvir edərək  şəxsi səadət naminə öz 
qəhrəmanını maneələrin dəf olunmasına çağırır. 
Realist  İngilis  ədəbiyyatının digər nümayəndələrindən Vilyam Tekkerey (1811-1863), Con Qolsuorsi 
(1867-1933), corc Bernard Şou (1856-1950), Herbert corc Uells (1866-1946) və b. adlarını da çəkmək olar.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə