Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə217/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   245

 
314
A.İ.Kuprin (1870-1938) və digərlərinin adlarını  çəkmək lazımdır. Görkəmli yazıçı L.Tolstoyun «Uşaqlıq. 
Yeniyetməlik. Gənclik.», «Hacı Murad», «İvan  İliçin ölümü» povestləri, «Hərb və sülh», «Anna Karenina», 
«Dirilmə» romanları, «canlı meyit» kimi dram əsərləri, Dostoyevskinin «Alçaldılmışlar və təhqir olunmuşlar», 
«Cinayət və cəza», «İdiot», «Karamazov qardaşları» əsərləri təkcə rus ədəbiyyatı tarixində deyil, ümumiyyətlə, 
dünya mədəniyyətində xüsusi yeri və əhəmiyyətli təsiri olan dəyərli sənət nümunələridir. 
Bu dövrün musiqisi P.İ.Çaykovski (1840-1893), M.P.Musorqski (1839-1881), N.A.Rimski-Korsakov 
(1844-1908), yeni əsrin əvvəllərinə təsadüf edən S.V.Raxmaninov (1873-1943), İ.F.Stravinskinin (1882-1971) 
adları ilə bağlı idi. Bu bəstəkarlar dünya musiqi mədəniyyətinin ən oncül simalarıdır. 
XIX  əsrin II yarısında təsviri sənət sahəsində  tənqidi realizmin görkəmli nümayəndələri yetişdi: 
İ.N.Kramskoy (1837-1887), Q.Q.Myasoyedov (1834-1911), N.N.Ge (1931-1894), V.Q.Perov (1833-1882). On-
lar öz təşəbbüsü ilə «Səyyar rəssamlar» cəmiyyətini yaradaraq rus rəngkarlarının təbliğini qarşıya məqsəd qoy-
dular.  İlk sərgini 1871-ci ildə  təşkil edən cəmiyyət rəngkarlıqdakı akademik kanonlardan tənqidi realizmə 
keçərək rus həqiqətlərinin, reallıqlarının təsviri ideyasının təbliğini gücləndirdilər. Tezliklə, bu cəmiyyətə 
İ.E.Repin, V.İ.Surikov, V.E.Makovski, K.A.Savitski, V.D.Dolenov, A.M. və V.M.Vasnetsovlar, İ.İ.Levitan, 
V.A.Serov kimi nəhəng rəssamlar daxil oldu. 
Rus təsviri sənətində realizm İ.İ.Levitan,  İ.E.Repin, V.İ.Surikov, V.A.Serov və heykəltəraşlar 
S.T.Konenkova, A.S.Qolubkinanın yaradıcılığında təzahür olundu. 
İncə peyzajçı olan İ.İ.Levitanın (1860-1900) «Volqa axşamları», «Payız. Dəyirman», «İlk yaşıllıq. May», 
«Çinarlıq», «Qızıl payız», «Mart» tabloları dərin məzmun, mövzu sadəliyi, əşyaların maddiliyi, zahiri ciddiyyəti 
ilə dünya təsviri sənətində özünəməxsus yer tutmaqdadır. 
İ.E.Repin (1844-1930) daha çox portret, məişət, peyzaj, tarixi janrlarda işləmişdir. Onun inqilabçı 
qəhrəman obrazlar qalereyası dövrünün yeniliklərindən idi: «Gözləmirdilər», «Təbliğatçının həbsi» tablolarında 
bu mövzunun şahidi olmaq mümkündür. Dövrünün müasirləri olan M.P.Musorqski, N.İ.Piroqov, M.İ. Qlinka, 
L.N.Tolstoy və digər məşhur  şəxsiyyətlərin portretlərini çəkən Renin onların hər birinin daxili aləminin üzə 
çıxarılmasına çalışmışdı. 
Beləliklə, rus mədəniyyəti tarixində  qızıl dövr kimi səciyyələndirilən XIX əsr, həm də dünya 
sivilizasiyasına məhsuldar bir mərhələ kimi daxil olmuşdur. 
 
 
2.5.3. Mərkəzi və Cənub-Şərqi Avropa  
mədəniyyəti 
 
XIX-XX  əsrlərdə  Mərkəzi və  Cənub-Şərqi Avropa ölkələrində  ədəbiyyat, elm, incəsənət və  təhsilin 
inkişafı bu ölkələrdə mövcud olan tarixi şəraitlə əlaqədar idi. Bu ərazidə yerləşən Rumıniya, Polşa, Bolqarıstan, 
Avstriya, Macarıstan qarşısında duran əsas məsələ milli-azadlıq məsələsi idi. 
Mədəniyyətdə bir çox istiqamətlərin vəhdətini görmək olar. Ədəbiyyatda romantizm ənənələri tənqidi 
realizmlə  vəhdətdə inkişaf edirdisə, təsviri sənət sahəsində klassisizm və realizm ənənələri müşahidə olunur. 
Ədəbiyyatda romantik qəhrəman ideyası artıq arxaya, iri miqyaslı sosial-tarixi məsələlər ön plana keçir. Ən 
inkişaf etmiş sahə memarlıq hesab elilirdi ki, rəngkarlıq və heykəltəraşlıq memarlıqla sintezdə verilirdi. 
Rumıniya  
Təsviri sənət.  XIX  əsr  ərzində rumın incəsənəti nəzərə çarpan təkamül keçirmişdir. Rumın incəsənəti 
kilsənin himayəsindən ayrılıb qeyri-dini, kübar xarakter daşımağa başlayır. Realistik, demokratik, milli bədii 
mədəniyyət formalaşır və əsrin II yarısında yüksək səviyyəyə çatır. Tarixdə baş verən 1848-ci il inqilabı, 1859-
cu ildə knyazlıqların birləşməsi və 1878-ci ildə Rumıniyanın milli müstəqillik  əldə etməsi kimi mühüm 
hadisələr rumın incəsənətində özünəməxsus cizgi və tendensiyaların yaranmasına səbəb olmuşdu. 
Hələ XVIII əsrin sonlarında kilsə incəsənəti ciddi kanonlara riayət edəndə belə  məişət və  təbiəti təsvir 
edən incəsənət yaranır. XIX əsrin I onilliyində kapitalist münasibətlərinin formalaşması kübar incəsənətin 
inkişafı üçün əlverişli şərait yaradır. Qalaxiya, Moldova, Buxarest və Yassaxur ictimai həyatında nəzərə çarpan 
canlanma baş verir. Burada müxtəlif ədəbi və musiqi birlikləri yaranır. Teatrdakı tamaşalar, məktəbdəki dərslər 
rumın dilində aparılır. İlk müvəffəqiyyəti rumın ədəbiyyatı qazanır, ikonaçı rəssamlar knyaz saraylarında divar 
rəsmləri işləyir, knyazların portretlərini çəkirlər. 
Yassaxda Georgi Asaki adlı  rəssam 1735-ci ildə Mixaylovski Akademiyası  nəzdində  rəngkarlıq sinfi 
açmağa nail olur. Dərs demək üçün bura xaricdən bir neçə  rəssam dəvət olunur: polyak L.Stavski, italyan 
D.İkyavoni və başqaları. 
Asaki özü vətənpərvərlik ideyalarının xalq arasında yayılmasını yüksək qiymətləndirir və litoqrafiya 
sahəsində işləyir. 
Vətənpərvərlik ideyalarını üstün tutaraq tarixi kompozisiya yaradan Konstantin Dekka öz əsərlərində 
rumın knyazlığının tarixini – Mixail Xrabrı və Stefan Velikinin hakim olduqları dövrü təsvir etmişdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
315
Rumın xalqının inqilabda qələbə çalması  mədəniyyət və incəsənətin inkişafına, yeni proqressiv 
tendensiyaların yaranmasına səbəb olur. Bu illərdə realistik incəsənətin nümayəndələri patriot rəssamlar – İon 
Nequliç, Barbu Lskovski və Konstantin Rozentaliya yaradıcılığında mübarizə  qəhrəmanı, vətəndaş obrazı 
görkəmli yer tutur. Neyuliçin yaratdığı portretlər («Belçeskinin portreti», «A.Slatinyaninin portreti») öz 
monumentallığı  və ciddiliyi, Rozentaliyanın portreti öz romantikliyi və lirizmi («Yelena Neqenin portreti»), 
İskooskinin portretləri inqilabiliyi ilə («Avtoportret») seçilir. 
Bu dövrdə  rəssamlar «Qardaşlıq» adlı gizli birliyin iştirakçıları idilər. Bu rəssamların üçü də inqilabın 
məğlubiyyətə  uğramasından az sonra həlak oldular. Onların yaradıcılığında duyulan demokratikliyi sonrakı 
dövrlərin rəssamları daha da inkişaf etdirirdilər. Bu rəssamlar təkcə portretlər deyil, həm də mənzərə və müxtəlif 
janr səhnələri işləyirdilər. 
Rozentaliya yaradıcılığında mühüm yeri alleqorik mövzulu əsərlər təşkil edir. Onun 1850-ci ildə «İnqilabi 
Rumıniya», 1848-ci ildə  işlədiyi «Rumıniya azadlıq meydanında»  əsərlərində Delakruanın təsvirini görmək 
olar. Bu rəssam üçün inqilabi Rumıniyanın simvolu milli rumın geyimində  təsvir olunmuş gözəl qadın 
obrazıdır. Bunun üçün inqilabçı qadın Mariya Rosettindən model kimi istifadə etmişdir. Üzünün ifadəsi, əlində 
inqilabi simvol kimi tutduğu xəncər, eyni zamanda soyuq, tünd rənglərlə  çəkilmiş tutqun, yağışlı  mənzərə – 
bütün bunlar qəhrəmanın nə qədər gərgin olduğunu, onun bu mübarizəyə, bu qələbəyə hazır olduğunu göstərir. 
Dövrün portret ustalarından biri George Tatarski olmuşdur. Bu rəssam hələ Romada təhsil aldığı 
müddətdə belə öz vətəninin azadlığı haqqında düşünmüşdür. «Nikolas Belçeskinin portreti»ndə rəssam rumın 
xalqının gözəl oğlunun müdrikliyini, nəcibliyini obrazlı şəkildə əks etdirməyə çalışmışdır. 
Bu dövrdə tarixi rəngkarlıq sahəsində fəaliyyət göstərən Teodor Amana Buxarestdə bədii məktəbin direk-
toru və professoru olmuş,  şəhər rəsm qalereyasının yaradılmasında təşəbbüskarlıq etmişdir. Paris salonunda 
rəssamın ilk böyük işi olan «Avtoportret»i nümayiş etdirilmişdir. Onun əsərlərində olan işıq-kölgə kontrastları 
Kurbe yaradıcılığını yada salır. Yaradıcılığının sonrakı dövrlərində rəssam tez-tez portret janrında işləyir, lakin 
buna baxmayaraq onun yaradıcılığında  əsas yeri həmişə tarixi rəngkarlıq tutmuşdur. Onun əsərlərinin 
əksəriyyəti doğma xalqın  əzab-əziyyətini və mübarizəsini  əks etdirir. Onun batal janrda çəkmiş olduğu 
əsərlərindən «Müqəddəs Georgi adasında rumınlarla türklərin döyüşü», «Türklərin Kolugerindən qovulması» 
əsərlərini misal göstərmək olar. Amananın daha çox öz emosionallığı ilə seçilən əsəri tamamlanmamış kompo-
zisiyaya malik olan «Bolqar türklərinin məhv edilməsi»  əsəridir.  Əsərin koloritində  əsasən boz-göy, qəhvəyi, 
bənövşəyi-qara, narıncı rənglərdən istifadə olunmuşdur. 
Rəssamın yaradıcılığının son mərhələlərinə aid əsərlər öz ifadəliliyi ilə daha çox diqqəti cəlb edir. Buna 
başlıca səbəb isə bu dövrdə rəssamın naturadan daha çox istifadə etməsi, həyatdan götürülmüş səhnələri təsvir 
etməsidir. 
Artıq XIX əsrin sonlarında Mixaylovski Akademiyası öz bəhrəsini verməyə başlayır. Bu Akademiyanın 
nümayəndələrindən biri Y.Panaityanu-Bardassare olmuşdur. O, Moldovanın bədii həyatında mühüm rol 
oynamış insanlardandır.  
Bu dövrdə kəndli mövzusu rumın rəssamı Nikolau Yriyoresninin yaradıcılığında əsas yer tutur. O, ikona-
lar çəkməklə məşğul olurdu. Fransada təhsil almış rəssam realistik fransız peyzajçılarından açıq havada işləməyi 
öyrənir. Təbiət, sadə  və  zəhmətkeş insan onun yaradıcılığının  əsas mövzusu olur. «Qarı qazlar ilə»  əsərində 
rəssam insanın fərdi cizgilərini göstərməyə çalışır. Bu səbəbdən rəssamın yaradıcılığında çoxlu sayda həyatdan 
götürülmüş  kəndli obrazları görmək mümkündür: «Şayndan olan keşikçi», «Yəhudi kaftanda» və s. Onun 
palitrasında gün işığı, hava təsviri üstünlük təşkil edir. Rus-türk müharibəsində iştirak edən rəssam «Müharibə 
rəsmləri» adlı əsər yaradır. Son əsərlərinə «Məktubla qadın» aiddir. 
Rumın rəssamlığının görkəmli sənətkarlarından Qriqorski yaradıcılığında tənqidi realizmə bir o qədər də 
meyl etmir, soyuq palitraya üstünlük verir. Koloritində boz, mavi tonlar çoxluq təşkil edir: «Evə yol», «Buzeuda 
yarmarka» və s. Rəssam meşə mənzərələrini təsvir etməyi sevirdi. «Qışda mənzərə» bu qəbildəndir. Bir müddət 
o, Fransada yaşayarkən realist mənzərəyə üstünlük verir. Yaradıcılığının son dövrü faciəvi notlarla köklənmişdi. 
Bu dövrə aid əsərlərindən «Avtoportret», «Yaşıl yaylıqlı kəndli qızı» əsərlərini misal göstərmək olar. 
XIX  əsrdə rumın qrafikasının xarakteri müəyyənləşir. Bu dövrdə siyasi karikatura yaranır. «Gimpele», 
«Nikeperça», «Furnika», «Fakla» kimi yumoristik jurnallar nəşr olunur. Bu jurnallarda K.Aleksandr, K.Jikiydi 
və başqaları satirik rəsm və karikaturalar çap etdirirlər. 
Dövrün heykəltəraşları rəngkar və qrafiklərdən fərqli olaraq daha çətin şəraitdə işləmək məcburiyyətində 
qalırlar. Onlar dövlət rəsmilərinin zövqlərini oxşayan  əsərlər yaradırlar. Bəziləri Rumıniyaya pul qazanmaq 
məqsədi ilə gəlir. Onlardan biri Karl Ştork olub. O, knyaginya Bellaşanın heykəlini düzəldib.  
Görkəmli heykəltəraşlardan biri İon İorçeski olub. Onun yaradıcılığı ilə rumın plastikasına milli xarakter 
bəxş olunur. Mərmərdən işlənmiş ilk işlərinə «Çeşmə», tuncdan hazırlanmış «Kopemetate» aiddir. Bu əsərlər 
Fransada hazırlanıb və nümayiş olunub. 
Dövrün digər heykəltəraşı Stefan İoneski Valbudya olub. Tuncdan «Dəli Mexay» əsərini yaratmışdır. 
Bu dövrdə rumın sənətkarları çox az sifarişlər alırdılar. Bu, ölkədə olan əcnəbi sənətkarların çoxluğu ilə 
əlaqədar idi. Belə bir vəziyyət memarlıqda da mövcuddur. Sərfəli sifarişləri  əcnəbi memarlar alırdılar. Məs., 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə